Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölüm sevinci (4-cü bölüm)
Ölüm sevinci (4-cü bölüm)
Göndərən: Aygun Adigozelova
Şərhlər:
Baxılıb: 1348
Səs ver:
Daha sonralar onların evində kiçik də olsa münaqişələr baş verirdi. Arzu dərmanları qəbul edirdi, lakin ürəyində ağrılar azalmırdı. Nərgiz tez-tez ona baş çəkirdi. Bir gün onlar yenə söhbət edirdi. Arzu dedi:
-Nərgiz, mənim səndən yaxın adamım yoxdur. Bilirəm mənə acığın tutacaq. Amma bunu deməliyəm. Həyat amansız, insanlar isə etibarsızdı. Mənsə yalnız sənə etibar edirəm. Kitab şkafında kitabların yanında mənim xeyli yazılarım var. Əgər mənə bir şey olsa onları sənə əmanət edirəm. Bir də Anarın ”Sizsiz” adlı kitabının arasında məktub yazıb qoymuşam. Onu özün açıb oxuyarsan, özündə saxlayarsan. Bunları söylədikcə Arzunun göz yaşları yanağından aşağı axırdı. Nərgiz isə kövrəlmişdi. Onu qucaqladı, göz yaşlarını saxlaya bilmədi.
Bir gün Fəridə qızıyla telefonda danışırdı.
-Hə,qızım, uşaqları gətir Arzu baxar. Aaz, yox, heç nədən narahat olma, niyə baxa bilmir. Nəə? Nə xəstə zad, top kimidi. Özünü əzizləyir. İşinin adı nədi ki? Fəridə telefonun dəstəyini asıb Arzunun yanına gəldi. Arzu vanna otağının kafelini sürtürdü.
Fəridə əlini belinə qoyub əmr verirmiş kimi dedi:
-Bura bax, nəvələrim gələcək. Dur yaxşı şeylər bişir. Sonra sürtəliyərsən buraları. Canın çıxsın səhərlər tez oyan da. Qızım əriylə istirahətə gedir. İki həftə uşaqlar burda qalacaq. Bilirsən də Kərim yeməkdə soğan görünəndə yemir. Fidan sulu xörək xoşlamır, Asif də yumurtalı şeylərdən diksinir. Soruşur gör hansı nə istəyir onu bişir. Əyin başlarını da təmiz saxla, Samir işdən gələndən sonra onları gəzməyə aparar. Bu darısqal evdə nə qədər oturacaqlar, çıxıb havalarını dəyişərlər.
Arzu bu xəbəri eşidəndə bədəni titrədi. Onu nələr gözləyirdi. Cəhənnəm əzabı o uşaqlara baxmaqdan yaxşı idi. Amma yazıq qız dillənə bilmədi. Başqa çarəsi yox idi. Uşaqlar səhəri gün hay-küylə gəldilər, evin altını üstünə çevirdilər. Arzu məcburi onların hər nazına dözməli olurdu. Fəridə səhər çıxıb axşam gəlirdi. Qaynatası Nüsrət xəstəxanadan çıxmışdı. O da uşaqları sakitləşdirə bilmirdi. Arzu ölüm-zülm iki həftəni birtəhər yola verdi. Gecə səhərə kimi ürəyinin ağrısından yata bilmirdi. Uşaqlar gələndən bəri öz otağında yata bilmirdi. Yatağını uşaqlara vermişdi. Onlar isə qonaq otağındakı divanda yatırdılar.
Bir axşam yenə evdə Fəridənin qışqırtısı eşidildi. O nəyisə axtarırdı. Səsə Samir diksindi. Arzu mətbəxdə qab-qacağı səliqəyə salırdı. Ona elə gəldi ki, qəflətən fəlakət üz verdi. Fəridə alışıb yanan adamlar kimi qışqırırdı.
-Bıy, başıma xeyir, pullar yoxa çıxıb. Qoyduğum yerdə yoxdur. O pullar Nüsrətlə mənim pensiya pullarımız idi.
Fəridə qışqıra-qışqıra dizlərinə döyürdü. Yazıq Nüsrət həyətdən evə yenicə girmişdi. Arvadının qışqırtısını eşidib yenə də gəlinlə dava-dalaş saldığını düşündü. Amma Fəridənin puldan danışdığını görüb heç nə anlamadı.
Arzu tir-tir əsirdi. O bilirdi ki, bu da qaynanasının növbəti hoqqalarından biridir. Arzu soyuqqanlı olmağa çalışdı. Sabah səhər Nüsrətlə Fəridə qızının yanına Türkiyəyə uçacaqdılar. Arzu istəyirdi ki, o tez çıxıb getsin. Samir də anası evdə olmayanda Arzuya xoş davranırdı. Fəridə Samirin ona məhəl qoymamağını görüb dedi:
-Ay bala, niyə maraqlanmırsan ananın səsi aləmi niyə götürüb?
Samir başını buladı. Bu hərəkət Fəridəni lap özündən çıxardı.
-Hə, başını bulayarsan da. Elə hərəkət edirsən elə bil bu olanların sənə heç bir dəxli yoxdur. Hamısı arvadının əməlləridir. Arvadın götürüb o pulları. Düşünür ki, mən gedəndən sonra pulların altından girib üstündən çıxacaq.
Fəridənin söylədikləri hər kəsi heyrətləndirirdi. Nüsrət ayaq üstə quruyub qalmışdı. Arzunun belə iş görməyinə nə Samir, nə Nüsrət inanmırdı. Bu çox ciddi ittiham idi. Arzunun ürəyindən ağrı qalxdı. O ayaq üstə büdrədi. Özünü güclə ələ alıb qapının kənarından tuta bildi.
Samir dedi:
-Ay ana, yaxşı-yaxşı bax hər yerə. Yəqin yadından çıxıb başqa yerə qoyubsan. Bu evdə kimdi sənin puluna dəyən? Nahaq kimdənsə şübhələnirsən. (O Arzudan nahaq şübhələnirsən deyə bilmədi).
Oğlunun bu sözləri Fəridəni daha da coşdurdu.
-Düz deyirsən, oğul. Əgər birinci dəfədən pul yoxa çıxanda desəydim indi mənə bu sözlər deyilməzdi. Təqsir özümdədi. İndiyə qədər nə qədər pul götürüb bildirməmişəm. Düşünmüşəm ki, qurban olsun oğluma. Daha bu qədər də olmaz axı. Adamda abır-həya yaxşı şeydi. Gətirsin pulu yerinə qoysun, bir də belə hərəkət etməsin.
Arzu özünü toparlayıb qonaq otağına daxil oldu və çox həyəcanlı şəkildə:
-Fəridə xanım, indiyə qədər hər əzab əziyyətinizə dözmüşəm, ürəyimə salmışam, amma sizə hörmətsizlik etməmişəm. Həmişə yetim olduğumu başıma qaxınc edib mənə tullanqı kimi baxmısız. Mən bu evə gəlin yox, qul gəlmişəm. Heç kim məndən arzu, istəyimi soruşmayıb. Deyən olmayıb ki, bəlkə mən də nəsə istəyirəm, ürəyimdən nəsə keçir. Təhqirdən, söyüşdən başqa heç nə görməmişəm. Əyin başım da təzə paltar tanımayıb. Mən bir dəfə ərimlə istədiyim yerə getməmişəm. İndi deyirəm, qoy Samir də eşitsin. Fəridə xanım bizim uşağımız olmağını istəmirdi. Ona görə də mən təzə gələn vaxtı mənə vitamin əvəzinə başqa dərman içizdirib. Dərmanı özü açıb verirdi. Kağızını göstərmirdi. Bu yaxınlarda bilmişəm ki, o dərman hamiləlikdən qorunmaq üçün istifadə olunurmuş. Onu da aptekçi Nərgizə deyib.
Samir nifrətlə anasının üzünə baxdı. Onun gözlərindən yalnız qəzəb və kin görmək olardı. Onu qəhər boğdu. Güclə eşidiləcək bir səslə:
-Niyə, ana? Niyə belə etdin?
Arzu sözünə davam etdi:
-Budurmu mənə qoyduğunuz qiymət? Bir qarın yemək yeyirəm. Kimin evində səhərdən axşama kimi işləsəm adama bir qarın yemək verərlər. Bəsdir daha, Fəridə xanım, hər şeyin bir həddi var. Mənim də səbrim artıq daşıb. Mən hər şeyə dözdüm, amma böhtana yox! Mən insanam, həm də özünə hörmət edən insan. Bu sizə çox yad bir kəlmədir. Siz nə özünüzə, nə yaşınıza, nə də başqalarına hörmət edirsiz. Bəsdir mənim ürəyimə verdiyiniz dərdlər. Kimə həsr elədim ömrümün ən gözəl illərini? Mənə böhtan atıb min bir işgəncə verən sizəmi? Öz istəyini həyata keçirməyə cəsarət tapmayan Samirəmi? Ya da gizlində mənə mehribanlıq göstərib sizdən qorxan qaynatamamı? Yoxsa əri ilə il boyu gəzməklərdə olan baldızıma və onun tərbiyəsiz, ərköyün uşaqlarınamı? Budur mənim həyatım. Bundan ibarətdir. Tanrı məni sizə qul olmaçün göndərməyib. Mən ailə quranda xoşbəxt olmaqçün qurmuşam.
Arzu yerə çökmüşdü. O danışdıqca hönkürürdü. Əlləri, ayaqları titrəyirdi. Samir divara söykənib dişlərini bir-birinə sıxmışdı. Rəngi ağappaq olmuşdu. Fəridə Arzunun söylədiklərindən heyrətlənmişdi. O gözləmirdi ki, Arzu nə vaxtsa hər kəsin yanında ona qarşı bu cür ittihamlar sürəcək. O indi həqiqətən də söz tapmırdı danışmağa. Nüsrət isə divanın bir küncündə büzüşüb göz yaşları axıdırdı. O Arzunun söylədiklərindən çox təsirlənmişdi.
Fəridə daha artıq tab gətirməyib:
-Samir!!! Görürsən arvadının dillərini? Gör mən nələr çəkirəm. Sən evdə olmayanda bu mənə beləcə bozarır.
Arzu gözyaşları içində boğularaq:
-Mən heç olmasa bircə dəfə görmək istərdim ki, Samir məni müdafiə etsin. O bunu heç vaxt etməyəcək. Bu o demək deyil ki, siz onu düzgün tərbiyə etmisiz. Onun sizə tabe olmağı əxlaqından yox, qorxaqlığından irəli gəlir. O qorxaq və acizdi. Bunun günahkarı sizsiz. Ailədə hamının bədbəxtliyinin səbəbkarı sizsiz. Ola bilsin ki, mən kimsəsiz və yoxsulam. Amma mənim qürurum və mənliyim var. Mən xeyirxah və mərhəmətli olduğum halda siz azğınlaşmısınız. Bu gedişi saxlamağa mənim gücüm çatmaz. Amma Tanrı özü bilir sizi necə qəlibə salmaq lazımdır. Mən sabah çıxıb gedəcəyəm. Narahat olmayın getməyə yer taparam, iş də taparam. Hər halda güzəranım bundan pis olmayacaq.
Arzunu qəhər boğurdu. Tez-tez öskürürdü. Əlləri əsə-əsə qrafindən su götürüb sakitləşdirici dərman atdı, yatağına uzandı. Samir pencəyini götürüb evdən çıxdı. Nüsrət ağzına su alıb oturmuşdu. Fəridə o tərəf bu tərəfə vurnuxurdu. Arzunun təsirli çıxışları ona yer eləmişdi. Arzu Samirin də, Nüsrətin də gözünü açmışdı. İndi Fəridə fırıldaqçı, yalançı çıxmışdı. O öz-özünə deyinirdi:
-Yaxşı görüm, ay həyasız, ay abırsız. Nə gözünü döyürsən, ay Nüsrət? Kişi deyilsən? Bir dillənsənə. Niyə məni müdafiə eləmədin? Hamınız qorxursuz bu yetimçədən. Başımıza jurnalist çıxıb. Mən də deyirəm bu fağırın, yazığın biridi. Qoy dolansın, ailəsi olsun. Bunun mənə dediyi sözlərə bax. Yəqin özünü iclasda hiss edirdi. Nəyə oxşuyursan, ay it küçüyü? Sən mənə cavab qaytarırsan? Qoymaram bu evdə səni. Ya sən qalacaqsan, ya mən. Sonsuz köpəyin qızı. Kişi, sabah gedirik Türkiyəyə. Biz gələnəcən səni burda görməyim.
O daha da bərkdən qışqırdı:
-Eşidirsən? Səni bu evdə tapmıyım gələndə.
Nüsrət qorxa-qorxa dedi:
-Ay arvad, bu nə həngaməydi? Bu nə söz söhbətiydi. Pul yoxdursa bəs səfərə nəylə çıxırıq?
Fəridə çaş-baş qaldı. Bilmədi nə cavab versin.
-Sən kəs! Sən də kişisən? Sən kişi olsaydın bu evdə gəlin yerini bilərdi. Sabah tezdən gedirik.
Bütün bu hadisələrdən sonra Nüsrətlə Fəridə səhər saat 9:00 da evdən çıxdılar.

Müəllif: Aygün


Şərhlər:
Baxılıb: 1348
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz