Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çiçəyin tökülən ləçəkləri (8-ci bölüm)
Çiçəyin tökülən ləçəkləri (8-ci bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1423
Səs ver:
Yayın isti vaxtları idi. Çiçək ailəsi və bibiləri ilə rayona istirahətə getmişdi. Uzun və yorucu dərs ilindən sonra yaxşıca dincəlmək onun haqqı idi. Yeni gərgin dərs ilinə enerji toplamalı idi. Universitetə qəbuluna bir il qalmışdı. Bu günlərdə abituriyentlərin qəbul imtahanı vaxtlari idi. Süleyman, Fərhad və Çiçəyin bibisi oğlu üçün çətin vaxtlar idi. Yayın istisi bir yandan, imtahan həyəcanı digər yandan. Çiçək hər üçü üçün çox narahat idi. Gecə gündüz namazlarında onları dua edirdi. Hamı Bakıdan, Çiçək də rayondan onlara dəstək olurdu.
İlk Fərhadın imtahanı gəlirdi. İmtahan onların doğum gunlərinin səhərisi idi. Bolluca şans diləyib Fərhadı imtahana yolladılar. İmtahandan sonra Çiçək zəng edib imtahanın necə keçdiyini soruşdu. Normal idi vəziyyət. 1 həftə sonra Süleymanla, Çiçəyin bibisi oğlunun imtahanları idi. Çiçək çox narahat idi. İkii nəfərin həyəcanını birdən yaşayırdı. Telefon əlindən düşmürdü, durmadan saata baxır. Neçə dəqiqələrinin qaldığını hesablayırdı. İmtahan bitdi. İlk Süleymana zəng elədi. Yaxşı yazdığını söylədi. O həmişə 600 bal toplayacağını iddia edirdi. Bibisi oğlunun isə səsi pis gəlirdi, pis yazdığını düşünürdü. Çiçək də ürək dirək verdi, hər şeyin yaxşı olacağına inandırdı.
Bəli. Cavablar açıqlandı. Fərhad yığdığı balla Azərbaycanda istədiyi müalicə işinə düşə bilmədiyi üçün Türkiyəyə Ankara Tibb Universitetinə getdi. Süleyman isə iddia etdiyi 600 balı toplaya bilmədi, amma istədiyi ixtisas üzrə-iqtisad yönümlü universitetə daxil oldu. Bibisi oğlu isə qorxduğu halda hamsından çox bal toplamışdı, 600-ə yaxınlaşırdı. O da turizm üzrə ali təhsil qazandı.
Beləcə onların bu çətin anlarında Çiçək onların yanında oldu. Ən çox da nişanlısının. Tez -tez zarafatla deyirdi:
"Hə, indi mən iqtisadçı bir oğlanın nişanlısı oldum hə?
Bundan xeyli keçdi. İmtahan həyəcanı filan sovuşdu. Hər şey yaxşı idi. Amma Çiçəyi narahat edən bir məsələ var idi. O da Süleymanla hələ də zəngləşib söhbət etməmələri idi. Yalnız mesajlaşırdılar. İş orasındadı ki, artıq heç düzəməlli söhbətləri də qalmamışdı. Söhbətləri Salam, sağoldan ibarət idi.
Dəfələrlə danışacaqları söylənmiş, amma baş tutmamışdı. Çiçək də qız olduğu üçün qarşı tərəfdən hərəkət gözləyirdi. Gördü, yox belə olmayacaq. Qüruru bir kənara qoyub zəng etməyi qərara aldı. Uşaqlarla dağa çıxmışdılar. Dönüşdə təkliyə çəkilib, Süleymana zəng etdi. Səslər nəsə eşidilmədi. Süleyman birazdan zəng edəcəyini söylədi. 10-15 dəqiqədən sonra zəng gəldi. Çiçək utana-utana danışmağa başladı. Düzdür onlar 9 ay idi nişanlı idilər. Amma onlar tam da səmimi deyildilər. Dost olmağı bacarmamışdılar. Sevgili olmazdan qabaq gərək dost olmağı bacarasan. Salamlaşıb, hal əhval tutdular. Yenə sözləri yox idi danışmağa.
-Süleyman: Mən gedim yatım.
Çiçək dondu qaldı. "Necə yəni. İlk dəfədi zəngləşirik, bu da gedim yatım deyir". Çiçək acığından "hə yaxşı, get yat" dedi. Ağlaya-ağlaya evə tərəf qaçdı. Bibisi qızı Fəridə arxasıyla getdi. Çiçəyin ağlayaraq həyətə girdiyini görən Firuzə xala və bibisi nə baş verdiyini anlamadılar. Yuxarı evə çıxdı. Fəridə də yanına gəldi. Onun belə ağlamağına dözə bilmirdi. Lakin onu sakitləşdirəcək kəlimə də tapa bilmirdi. Çiçək onu qucaqlayıb xeyli ağladı. Sonra o Süleymandan niyə belə etdiyini soruşduqda "utanıram, elə belə yaxşıdı, mesajlaşaq bəsdir" demişdi. O daha da əsəbləşmişdi. "Necə yəni utanmaq. Utanmaq nə deməkdi. Biz nişanlıyıq, insan sevdiyinin səsini eşitmək istəməzmi?!.."
Sonralar anası nə qədər israr etdisə də Çiçək bir daha ona zəng etmədi.
-Çiçək: Mən bir dəfə qürurumu heçə sayıb zəng elədim, payımı da aldım. Qudurar. Məndən bir daha zəng eləməyimi istəməyin. İstəsə o zəng edər. Mesajlaşmaq bəsdir deyir, qoy elə də olsun...
Onların münasibətləri getdikcə yaxşılaşmaqdansa, daha pisləşirdi. Süleymanın diqqətsizliyi, laqeydliyi Çiçəyi yorurdu. Süleymanın sevgisinin get-gedə azaldığını hiss edirdi. Lakin o, düzələcəyinə ümid bəsləyirdi. "Hələ görüşmürük, bəlkə görüşməyə başlayandan sonra düzələcək". Süleyman Çiçəyin necə mehriban, şıltaq, şirin, həyat dolu bir qız olduğunun şahidi olsa ona aşiq olacaqdı...


Şərhlər:
Baxılıb: 1423
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz