Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölüm sevinci (2-ci bölüm)
Ölüm sevinci (2-ci bölüm)
Göndərən: Aygun Adigozelova
Şərhlər:
Baxılıb: 1998
Səs ver:
-A bala, niyə belə qızışıbsan? Nə dedim ki mən? Niyə dil tapıb dolanmırsız? Neyləyək saymır saymasın. Sənin xətrinə mən də onun günahlarına göz yumuram. Əlimdən başqa nə gəlir ki? Oğul böyüt o da belə. Mən başıma haranın külünü töküm? Mənim bəxtim, taleyim belə qara yazılıb. Kimdən yarıdım ki gəlindən də yarıyım? Gərək mənim qarşıma çıxan beləmi olaydı, ay Allah! Kimə neyləmişəm axı? Kimə pislik eləmişəm?
Fəridənin sözləri Arzunu dəhşətə gətirirdi. Ona elə gəlirdi ki, o həyatında da həmişə hansısa bir rolu ifa edir. O bunu çox ustalıqla edirdi. Arzu Samirlə ailə qurandan bir həftə sonra belə həngamələr başlandı. Yazıq qızın nə gedəcək bir yeri, nə də dərdini deyəcək kimsəsi yox idi. Artıq üç il idi ki, o bu zorakılığa və əzablara dözürdü. O qapıdan bayıra yalnız zibil atmağa çıxırdı. Nə bir qohum evinə, nə qonşuya, nə qonaqlığa gedirdi. Toylara da Fəridə oğlunu aparıb gedirdi. Qaynatası Nüsrət də çox vaxt xəstə olurdu. Arzu onun qeydinə qalırdı. Nüsrət arvadından çox qorxurdu. Həddi nəydi Fəridə təsdiq etdiyi şeyi Nüsrət inkar edə. Buna nə onun cəsarəti, nə də arvadına söz çatdırmağa gücü vardı. Samir isə cahil və qorxaq idi. O da anasının sözlərindən kənara çıxmağa cürət etmirdi. Hətta anasının söylədiyi bir fikri nə vaxtsa Samir təkrarlayırdı. Onun heç nəyə qabiliyyəti çatmırdı. Onun hər bir şeyi təqlid idi. Sanki o başqası olmağa məhkum edilmişdi. Onun öz hissləri və fikirləri yox idi. O çox zaman qorxusundan arzularının üstdən düşünmədən xətt çəkirdi. Təki anası razı qalsın. O anası əsəbləşməsin deyə Arzuyla hətta oturub söhbət də etmirdi. Qorxu hissi arzulardan daha güclü idi. Bəzən Arzunun Samirə yazığı gəlir, bəzən isə ona nifrət edirdi. Samir onunla günlərlə kəlmə də kəsmirdi. Bəzən isə gəlib öz yatağında uzanırdı. Arzuya nəvaziş göstərməyə çalışırdı. Arzu isə bütün həngamələrdən sonra onun belə rəftarından diksinirdi, iyrənirdi. İnsan nə qədər alçaq və rəzil olar, ilahi! Bu qədər alçalmaqdan sonra daha da alçalmaq son hədd idi. Samir bu son həddə çatırdı. Nə qədər bədbəxt idi ki, özü bundan xəbərsiz idi. Samir çox vaxt yaşanan bütün bu hadisələri təbii bir şey kimi qarşılayırdı. Ona elə gəlirdi ki, o əsl kişi kimi hərəkət edir. O isə anasının oyuncağıydı. Arzu onun qollarının arasından dartınırdı, canını qurtarmaq istəyirdi. Samir bunu nifrət yox, naz kimi başa düşürdü. Arzu onun bu qədər avam olduğunu görüb hər şeyin axırı olan o sonu gözləyirdi. O son qurtuluş, o son ümid idi. Mənəvi və fiziki təcavüzlər, əsarətlər onu artıq tükətmişdi. O səhhətinin yerində olmadığını ürəyində tez-tez olan ağrılardan bilirdi. Dəfələrlə tutmaları olmuşdu. Bir gün Nərgiz yanında olanda ürəyi yenə bərk sancdı. Yazıq qız o qədər qorxdu ki, anasını çağırdı. Arzu yenə evdə tək idi. Qaynatası iki gün idi ki, xəstəxanada idi. Qaynanası rəfiqəsigildə qonaqlıqda, Samir də işdəydi. Nərgizin anası Yasəmən xanım Arzuya təkid etdi ki, mütləq həkimə getsin. Arzu da utana-utana:
-Nə danışırsız, Yasəmən bacı. Mənim ixtiyarım var harasa gedim?
-Ay qız, həkimə gedirsən, kefə ha getmirsən.
-Yox, yox mənə icazə vermirlər, nə də özləri aparmır. Dəfələrlə görüblər ürəyimin sancdığını. Qaynanam deyir ki, ürəkdən deyil yəqin soyuqlamısan. Sənin ürəyinin ağrımaq yaşın deyil. Mən də nə anam var.nə atam. Kim məni aparacaq həkimə? Sənin qaynananın yanında yaşamaq adamı ürək ağrısına da salar, hələ bu yaşında saçlarını da ağardar. Ay qız ərin nə deyir bəs?
Arzu istədi bu suala cavab verməsin. Amma Yasəmən xanımın ona zillənmiş gözlərini görüb dedi:
-Ərimin məni həkimə aparmağa ixtiyarı yoxdu.
Yasəmən telefona yaxınlaşdı. Kiməsə zəng vurub ünvanı dedi. Görünür o evə həkim çağırırdı.
-Sən gedə bilmirsən həkim gələr. Göz görə-görə səni öldürəcəklər. Gəl gedək yatağına uzan. Sakit olmağa çalış, heç nə haqda düşünmə. Arzu etiraz etdi:
-Yox,yox ehtiyac yoxdur. Vallah lazım deyil.
Yasəmən başını buladı.
-Qızım, sən heç bu ağrının nə qədər ciddi olduğunu bilirsən? Elə sən özün onları pis öyrədibsən. Özünü bu cür tanıdıbsan. Səndə də qəbahət böyükdü. Bu yaşında... Dilim-ağzım qurusun.

Müəllif: Aygün


Şərhlər:
Baxılıb: 1998
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz