Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çiçəyin tökülən ləçəkləri (7-ci bölüm)
Çiçəyin tökülən ləçəkləri (7-ci bölüm)
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2112
Səs ver:
May ayının ortaları idi..Baş verən hadisələrdən xeyli keçmişdi.Fərhad sağalmağa başlayırdı.Deyəsən Zeynəbi unudurdu..Çiçəklə Süleyman artıq 7 ay idi ki nişanli idilər.Münasibətləri bir qədər yerinə oturmuşdu.Həm onlar,həm ailələri bir-birlərinə bağlanmışdilar.Böyük bir ailəyə çevrilmişdilər.Süleymanın xalaları,nənəsi,babası Çiçəyi sevir və hormət edirdilər.Onun qəlbinin safliğina,gözəlliyinə,diqqətinə,yaşinin az olmağina rəğmən yetkin biri olmagina heyran idilər. Çiçək Süleymanın anasına və atasına elə "ana" "ata" deyə muraciət edirdi.Hər gəlin bunu etməzdi.Hər qayınana və qayınata da buna layiq olmazdı.
Hava gözəl idi.Yazın ən gözəl cağları idi.Hər iki ailə Şamaxıya getməyi planlaşdırdı.Süleymangil rayonda idilər,onlar rayondan,Çiçə kgil də Bakıdan yola düşdülər.Şamaxıda görüşdülər.Şamaxıya yaz aylarında doyum olmaz.Təbiəti,havası,meşələri nəyə desən dəyər.Evlərin bağçalarında yencə açmış yasəmənlər gözə çarpırdı.
Süleymanın nənəsi də Çiçək üçün dağdan topladığı yaz çiçəklərindən və yasəməndən bir dəstə hazırlamışdı.Yola çıxanda Süleymana vermişdi nişanlısına çatdırmağı üçün. Süleyman nənəsinin göndərdiyi bu gözəl gülləri Çiçəyə verdi.O gülləri çox sevirdi,adı kimi Çiçəklerin vurğunuydu. Çox sevindi və minnətdarligini bildirdi.
Meşənin qoynunda gözel bir istirahət guşəsində yediler,icdiler.Meşəni gəzib xoş havasını ciyərlərinə çəkdilər.Sonra Şamaxıdakı Imamzadə məscidini ziyarət etdilər.
Xədicə xanım: Biz əhd etmişdik ki Çiçəyi bizə versələr burani öz məvacibimiz hesabina təmir etdirəcəyik. Şükür Allaha istəyimiz oldu. Əhdimizi də yerinə yetirdik.
Imamzadədə namaz qıldıqdan sonra onlar Bakiya yola düşdülər..
Evlerinə qayıdanda Çiçək gül dəstəsini güldana qoydu.Gedib gəlib gülləri iyləyirdi.O gün Çiçəkdə xoş bir təəssürat yaratdi.
Bir gün Fərhadın Çiçəkden bir xahişi oldu.
--- Fərhad: Bacı,bir nəfər var.Sınaq imtahanlarından az bal toplayır, ailəsi də bundan çox narazıdı.Məndən kömək istəyib.Mən də bilmədim neyləyim,ağlıma sən gəldin..Mümkünse sen sınaqdan cixandan sonra düzgün cavablari ona gondərə bilərsən?
--- Çiçək: Ay qaqaş,axı mən necə edim.Düzgün cavabları nece çatdırıb göndərə bilərəm axı. Kimdi ki o elə?
--- Ferhad: Bacı nolar.çox vacibdi.Mən onun xahişini yerə sala bilmərəm.Mənim də səndən basqa kömək istəyə biləcəyim biri yoxdu.
O bir təhər razilaşdi..Bu işin altinda basqa iş olduğunu sezdi.Fərhadin bir qız üçün yardim istədiyini hiss eledi.Axşam bir də əlaqə saxlayib nəyi necə edəcəklərini danişdilar.
--- Fərhad: Amma bax ikimizin arasinda qalsin,hec kimə demə, bacıcan.
--- Çiçək: Söz aramızdadı.amma dediyin adam oğlandisa birdən Süleymanın mənə acığı tutsa necə olacaq?
--- Fərhad: Yox, acığı tutmaz arxayın ol..
Çiçək öncədən tədbirini almişdı.Süleymana qardaşının ondan kömək istədiyini ve bunu etsə problem olub olmadigini soruşmuşdu.Razılığını almışdı..
--- Çiçək: Qaqaş səndən bir söz soruşacam,amma düzünü denən.O dediyin adam qzdı eləmi?
--- Fərhad: He qızdı, söz sənə hər şeyi sonra danışacam, bircə sabahı yola verək.
Bəli..sabah açıldı.Çiçək sınaqdan çıxar-çıxmaz müəllimlərinə zəng edib düzgün cavablari müəyyənləşdirdi.Sonra da qıza gnderdi.Qız da teəşəkkürünü bildirdi.
--- Çiçək: Hə qaqaş,bəlkə indi danışasan bacına hər şeyi.
--- Fərhad: Hazırlıqda tanış olmuşuq,yerlimizdi. Çox yaxşı qızdı.sənin kimi. Bir müddətdir ki artıq danışırıq.Yəni, bir növ sevgiliyik.Qızın atası bu sınaqdan da az bal yığdığı halda təhsilini dayandırıb,başqasina ere verəcəyini deyib.O da ağlaya-ağlaya mənə dedi.Və çıxış yolu kimi bu cür bir şey fikirləşdik.
--- Çiçək: Nə deyim.Allah xeyir versin.Bəs bizimkilər bilir?
--- Fərhad: Aha, o gün axşam ikisini də qarşıma alıb danışdım.Anlayış göstərdilər..Bacıcan sənə nə qədər təşəkkür etsəm azdır.Bidənəsən.Inşallah gələcəkdə evlenib uşaglarimiz olanda onlara danışacam ki, ananızla mənim bir araya gəlmyimizə bibiniz kömək edib.
--- Çiçək: Hahah yaxşı görək.Mənim üçün xoşdu.Bilirsənki səni qardaşim qədər çox istəyirəm.Nə etdimsə sənin yaxşılığın üçün etdim.
Çiçəyin qibtə ediləcək qədər böyük ürəyi vardı.Canı qədər sevirdi hər birini.O qədər sevinirdiki Fərhadin sağaldığına və Zeynəbi unudub yeni birini sevdiyinə..Bir müddət sonra qızı elçiliyə getdilər. Amma təəssüflər olsunki müsbət cavab almadilar.Qızın ailəsi səbəbi bilinməyən şəkildə razılıq vermədi.
Bir gün Çiçəkgil Süleymangilin bağ evinə qonaq çagirilmişdilar.Elə ordaca söhbət açıldı,Xədicə xanım Fərhadın məsələsindən Firuzə xalanı da xəbərdar etdi.Çiçəksə özünü heç nədən xəbəri yoxmuş kimi aparirdi.Axı qardaşına söz vermişdi.Qonaqliqdan sonra evə qayidarkən maşinda atası ilə anası Fərhadın məsələsi ilə bağli danışırdılar.Çiçək isə altdan-altdan bic-bic gülümsəyirdi.Firuzə xala bunu hiss elədi.
--- Firuzə xala: Niyə mırışırsan?Ay səni, sən bilirdin hə Ferhadın qız istədiyini?
--- Çiçək: Bəli,bilirdim.
Firuze yoldaşina baxaraq:
---- A kişi görürsen.Qızımız başqa ölkələrin səfirləri kimi, elə bil o evin bizim evdəki numayəndəsidi. Gör bir olan bitəndən bizim xəbərimiz vardımı.
--- Çiçək: Qardaşıma söz vermişdim,deyə bilməzdim.
--- Firuzə xala: Bu bizim papucumuzu bir gün dama atacaq.
--- Çiçək: Niyə elə diyirsənə ana,onlar ayrı siz ayrı.
Çiçək belə qız idi.Süleyman cəbhəsində baş verənləri öz ailəsinə çatdirmazdi,öz cəbhəsində olanları da o ailəyə.Hətta Süleymanla dalaşıb küsəndə də anasına heç nə deməzdi.Nişanlısı və yaxud həyat yoldaşı bir söz deyən kimi gəlib anasına çatdıran qızlara da yaxşı münasibət bəsləmirdi.Elə ona gorə Çiçək hamının hörmətini qazanmış,gözlərinin işığına çevrilmişdi...


Şərhlər:
Baxılıb: 2112
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz