Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kiçik qəlbin böyük əzabları (3-cü bölüm)
Kiçik qəlbin böyük əzabları (3-cü bölüm)
Göndərən: Aygun Adigozelova
Şərhlər:
Baxılıb: 1986
Səs ver:
Mən bir dəfə köhnə fotoşəkillərə baxanda orda cürbəcür kəsilmiş fotoşəkillər gördüm.Şəkillərdən bir neçəsində anamın qucağında oturmuşdum,yanımızda kimsə başqa birisi də vardı.Lakin o adamın əksi kəsilib atılmışdı.Əvvəllər bilmirdim o şəkillərdəki kimdi.Amma bir dəfə anamın mən anamın rəfiqəsigilə qonaq getmişdim.Elvira xalanın qızı məndə yaşca kiçik idi.O mənimlə oynayanda bildirdi ki:

---Məryəm,sənin bizdə şəklin var.Elə balacasan orda.Lap mənim qardaşımdan da balacasan.O qaça-qaça yataq otağına getdi,bir az keçməmiş əlində köhnə bir fotoşəkil gəldi.Mən ona baxan kimi tanıdım.Bu bizdəki şəkillə eyniydi.Lakin biz burda üç nəfər idik.”Kəsilmiş”adam isə mənim atamıydı.Mən ona diqqətlə baxdım.Ona bənzərliyim çox idi.O qarayanız,qıvrımsaçlı idi.Amma baxışları kədərliydi.Mən xeyli ona baxdım.Həmin vaxtlar mən üçüncü sinfdə oxuyurdum.Atamın əksini heç vaxt unutmadım.Bu haqda anama heç nə demədim,mənə elə gəlirdi ki,ondan bir şey soruşsam o kədərlənəcək.Mənsə onu kədərli görmək istəmirdim.

Bir gün mən yenə Yeganəgildəydim.Anamın işi çox olduğundan gec gələcəkdi.O adətən gec gələndə məni nənəmin yanında qoymazdı.Yeganəgil bir səfərə çıxacaqdı.Onun əmisi döyüş bölgəsində hərbi xidmətdəydi.Kamil baba maşınla gəldi.Azər əmiylə Yeganə də maşına mindi.Mən onların mindiyini görüb özümü güclə onların arxasınca maşına saldım.Könül xala qolumdan dartıb məni düşürmək istədisə də mən düşmədim,ağladım.Azər əmi məni də apardı.Biz təxmiynən saat yarım yol getdik.Qış idi,hava şaxtalı,hər tərəf  bəyaz qarın içərisindəydı.Yollar buz bağlamışdı.Maşın güclə hərəkət edirdi.Yolda tez-tez maşını saxlayıb sənədlər tələb edirdilər.Bizi bir-bir maşından yerə endirib yoxlayırdılar.Onların belində silah,hərbi geyimdəydilər.Üzlərini tük basmışdı,gözlərində isə qətiyyən mehribanlıq yox idi.Onlar bizi saxlayanda mən elə bildim ermənilərdi.Yeganə demişdi ki,ermənilər saqqallı olur.Mən o qədər qorxmuşdum ki,nəfəsimi çəkə bilmirdim.Onlar bir xeyli bizə baxdılar,və getək üçün işarə verdilər.Maşında çoxlu ərzaq,yemək şeyləri vardı.Bütün bunları Yeganənin əmisi üçün aparırdıq.Bizdən başqa maşında üç nəfər də vardı.Nəhayət ki,biz orda burda tikililər olan geniş bir əraziyə çatdıq.Maşından düşəndə külək az qalırdı ki,bizi aparsın.Qulağımızın dibindən külək elə vıyıldayırdı ki,adamı vahimə basırdı.Mən uzaqdan görünən uçuq-sökük evə bənzər daxmalara heyrətlə baxırdım.Ayağım dizə qədər qarın içinə girmişdi.Əlcək geyməmişdim,barmaqlarımı hiss etmirdim.Yeganə isə qorxmuş kimi donub qalmışdı.Biz hər ikimiz elə düşünürdük ki,düşmən bizə hər an hücum edə bilər.Bu qorxuyla da biz bura gəlmişdik.Qarşıdan silahlı adamlar bizə doğru gəldilər.Onların da üzləri tüklü idi.Mən artıq ürəyimin döyüntüsünü eşidirdim.Kamil baba irəli getdi.Gələn silahlılar Kamil babaya əl uzatdılar.Qəflətən mənim ürəyimdə qəribə bir rahatlıq yarandı.Mən artıq anlamışdım,onlar siaqqallı olsalar da,çiyinlərindən silah assalar da erməni deyildilər.Onlar bizimkilər idi.Onlar bizi həmin kiçik binalara doğru apardılar.Binanın qarşısında bir neçə nəfər dayanmışdı.İkisinin əynində ağ xalat,qalanları isə hərbi geyimdəydi.Mən maraqla və diqqətlə onları seyr edirdim.Heyrətdən əllərimin donmağını da unutmuşdum.Qarın içində xeyli dayandığımdan ayaqlarımı da hiss etmirdim.İsti bir yer haqda düşünürdüm.Bizi bir otağa dəvət etdilər.Otaq qaranlq olsa da kifayət qədər isti idi.İçəridə bizi mehribanlıqla qarşıladılar.Otaqda döşəməyə boybaboy döşək salmışdılar.Əsgərlərin bir neçəsi orada uzanmışdı.Biz içəri girəndə onlar ayağa durdu.Onların bəzisi mürgülü idi.Sən demə onlar bütün gecəni yatmayıblar.Yenə güclü atışma baş verib və həmin əsgərlər yaralıları qospitala daşıyıblar.Onlar mehribancasına bizə əl verdi.Hətta Yeganəylə məni öpdülər.Nəhayət ki,oturmaq üçün bizə yer göstərdilər.Cəmi iki stul olduğundan biz əsgərlərin döşəmədə salınmış yataqlarında oturduq.İçəri isti idi,canımız qızmışdı.Otaq neft qoxuyurdu.Otağın baş tərəfində uzun stol qoyulmuşdu.Üstündə böyük samovar və bir neçə stəkan vardı.Stolun üstündəki müşəmbə yırtıq-yırtıq idi,bəzi yerləri yapışdırılmışdı.Bəzən uzaqdan güllə səsləri gəlirdi.Mən hiss etdirməsəm də çox qorxurdum.Yeganə mənə baxırdı.Elə bil ikimizin də nitqi qurumuşdu.Əsgərlərdən biri mənə çox diqqətlə baxırdı.Qaş qabağını tökmüşdü.Mənə elə gəlirdi ki,o bu dəqiqə mənim üstümə gələcək,məni öldürməyə aparacaq.Onun baxışları çox kinliydi.Bəlkə də o məni tanımışdı.Bəlkə nənəmin erməni olduğunu da bilirdi.Mən gözümü ondan çəksəm də,yenidən ona tərəf baxırdım.Başqa istiqamətə baxa bilmirdim.Elə bil hansısa qüvvə məni ona tərəf itələyirdi.Yeganə hələ də susurdu.Birdən o atasına tərəf gedib onun qulağına nəsə pıçıldadı.Azər əmi əsgərlərə baxıb:

---Qızım çay istəyir,sizə zəhmət olmasa...

Əsgərlərin içərisində ən yaşlısı irəli gəlib samovar qoyulmuş stola yaxınlaşdı.

---Nə zəhməti var,ayıb deyilmi?Gəl,gəl,qızım-deyə o məni də çağırdı.

Mən bunu gözləyirəmmiş kimi tez irəli getdim.Həmin əsgər bizə çay verdi,hərəmizə iki parça da qənd verdi.Mən çayı elə iştahla içirdim ki,sanki ömrümdə bu qədər dadlısını içməmişdim.Sonralar mənə elə gəlirdi ki,həmin çay neft dadı verirdi.Amma həmin vaxt mən bunu hiss etməmişdim.Çaydan sonra bərk aclıq hiss etdim.Elə bil həmin qaşqabaqlı əsgər bunu hiss etdi.Bizə yaxınlaşıb dedi:

---Acmısız?

Mən qorxa-qorxa ona tərəf baxdım.Onun qaşqabağı açılmamışdı.Mən başımla təsdiq elədim.O başıyla işarə etdi,o biri əsgər  bayıra  çıxdı.Aradan altı,yeddi dəqiqə keçməmiş əlində alüminium qazan otağa daxil oldu.O boşqablara yemək tökdü.Mən bu yeməyi ilk dəfəydi görürdüm.Günortadan xeyli ötmüşdü,biz çox acmışdıq.Yeganənin əmisi isə gəlib çıxmadı.Xəbər gəldi ki,o gecə gələcək.Yaralı əsgərləri və meyitləri daşıyır.Həmin yeməyi güclə yeyirdik.Onun adına ”qreçka” deyirdilər.Sonralar bildim ki,o qarabaşaq imiş.Anam onu çox dadlı bişirirdi.Həmin əsgər gördü ki,mən yeməyi yeyə bilmirəm,gətirib üstünə bir az yağ tökdü.Mən onun bu qayğıkeşliyinə çox təəccüblənmişdim.Bəs o nə üçün belə qaşqabağını tökürdü?Biz getmək qərarına gəldik.Onda həmin əsgər mənə yaxınlaşıb dedi:

---Qızım,adın nədir?

Mən çəkinə-çəkinə:

---Məryəmdir.-dedim.

Mən çox qorxdum.Az qala açıb hər şeyi deyəcəkdim.Mən ona demək istəyirdim ki,mənim heç bir günahım yoxdur.Mənim nənəm ermənidir,amma mən onu sevmirəm.Həm də heç sevmirəm.

Amma o mənim başımı sığallayıb dedi:

---Sən mənim qızıma nə qədər də bənzəyirsən.O da sənin yaşındadır.Gedib görə bilmirəm.Yanıma gəlibmiş,mənsə gəlib görə bilmədim.Mənə şəkillərini çəkdirib göndərir,məktub yazır.

O mənim alnımdan öpdü,saçlarımı sığalladı.Mən kövrəlmişdim.O mənə elə əzabla,elə həsrətlə baxırdı ki.Onun adı Nəbi idi.Kimsə onu çağıranda eşitmişdim.Nəbi dayı heç vaxt mənim yadımdan çıxmadı.Əsgərləri görəndə mən ancaq onu düşünürdüm.Mənə elə gəlirdi ki,heç kim onu qədər əzab çəkmir.İndi böyüsəm də yenə onu elə kədərlə xatırlayıram.Görəsən Nəbi dayı qızına qovuşdumu?

Biz oradan gələndə artıq gecə düşmüşdü.Yollar donmuşdu.Mən başımı Yeganənin çiyninə qoymuşdum.Biz bütün günü danışmamışdıq.Mən bu haqda düşünəndə indi də təəccüb edirəm.Həmin gün bizimçün çox çətin keçdi.Biz görmədiyimiz şeylərə şahid olduq.Məktəbdə uşaqlar bu haqda xeyli danışdıq.Biz evə çatanda anam Könül xalayla küçədə var-gəl edirdi.O mənə yaşlı gözlərlə diqqətlə baxdı,məni qucağına alıb evə apardı.Mənə elə gəldi ki,o məni döyəcək.Amma bunun yerinə o stulda oturdu,başını sola qoyub hönkür-hönkür ağlamağa başladı.Mən onun bu hərəkətinə o zamanlar heç bir məna verə bilmirdi.Amma indi anlayıram ki,anam çox qorxubmuş.Nənəm də mənim getdiyimi bilib anamla dalaşıbmış.
Mən artıq müharıbənin nə demək olduğunu anlayırdım.Yaşadığım həmin müdhiş gün mənə çox şeyi anlatmışdı.Müharibəni televizorda gördüyüm filmlər,toplardan açılan atəşlər,camaatın ağlaşma səsləri, insan meyitləri yetərincə göstərə bilməmişdi mənə.Müharibəni ömrümdəən gedən bir gün,illərə bərabər olan bircə gün göstərmişdi.Maşınımız tez-tez saxlayan silahlılar göstərə bildi müharibə nə olduğunu.Neft qoxuyan o qaranlıq,zirzəmiyə bənzər otaq göstərdi müharibəni mənə.Çayı da,qəndi də neft dadı verən müharibə!Gözlərində əzab və həsrət olan Nəbi dayınin qaşqabaqlı siması pıçıldadı müharıbə nədir.Yuxusuz,ac əsgərlərin kədərli çöhrəsi söylədi müharibə nə olduğunu.Uzaqdan gələn güllə səsləri elə bil qəlbimdə atılırdı.Nəfəsimi çəkməyə də qorxurdum.Bunlar mənə film təsiri bağışlayırdı.Amma canlı filmin şahidi oldum.Bəzən gecələr yuxuma girirdi gördüklərim.Bədənim qorxu və iztirab içində olurdu.

Müəllif: AYGÜN


Şərhlər:
Baxılıb: 1986
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz