Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qorxulu hekayə
Qorxulu hekayə
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 16357
Səs ver:
Ruh çağırma (qorxulu, mistik, ibrətamiz, real, yaşanmış)
Bundan beş altı il əvvəl, mən daha o zamanlar 14-15 yaşlarında ikən, bir yaz günü eyni məhəllədə oturduğum bir yoldaşımın evində 4-5 adam ruh çağırmaq üçün taplanmıştıq. O zamanlar da bu ruh çağırma hadisələri çox moda idi. Hər kəs bir-birinə hekayələr izah edir, ruh çağırır, başından keçənləri izah edir və çox vaxt da qorxutmaq üçün uydururdu. Yəni şəxsən mən heç inanmırdım. Bir çox vaxt da ruh çağırmışdıq və hamısı sadəcə şou idi. Hətta bir çoxunda aramızdan birini qurban təyin edib onu qorxudurduq. Ortada bir şey yoxkən o seçilən yoldaşımızı qorxutmaq üçün ruh çağırır kimi edirdik. Hər neyse, lakin bu son ruh çağıracağımız zaman həqiqətən aramızda, nə seçilmiş bir qurban, nə də nömrə çəkən biri vardı! Saat gecənin üçü idi və yoldaşımızın ana və atası yatırdı. Biz də evin oturma otağına tam yerləşmişdik. Həqiqətən hər kəs o mühitdən bir az da olsa ürkmüşdü və hər kəs ciddi olaraq ruh çağırmaq istəyirdi. Hazırlıqlar bitmiş və klassik ruh çağırma seansı başlamışdı. Üzərində hərflər və bəzi lazımlı yazılar filan olan böyük karton qutu, üzərində oxunmuş fincan, dualar filan, hər şey hazır idi və hər şey ciddi bir şəkildə edilirdi. Mən də bir az gərilmişdim artıq çünki hər şey çox ciddi və şüurlu idi. Nə qədər də inanmasam belə şeylərə yenə də ya gəlirsə deyə bir həyəcan vardı içimdə. Artıq ruhun gəlməsini gözləyirdik. Hər şey edilmiş, ruh təyin olunmuş, dualar oxunmuş, hər kəsin işarə barmağı fincanın üzərində bir hərəkət gözləyirdik. 10 dəqiqə keçmədən fincan tərpənməyə başladı. O anda hər kəs bir-birinə günah atmağa başladı, barmağınla tərpətmə bu fincanı, mən tərpətmirəm ya həqiqətən kim tərpədir, amma kimsə tərpətmirdi. Suallar başladı və fincan bizə bu sualları cavablandırırdı. Cavabların hamısı doğru idi. Ən son artıq elə suallar soruşurduq ki aramızdakı şəxslərin bilməyəcəyi növdən şəxsi suallar, lakin onları da bilirdi. Çox qorxmuşduq. Evin sahibi olan yoldaşımızın belə şeylərə çox zəifliyi vardı və uşaq birdən ağlamaya başladı. Uşaq çox pis olmuşdu və qurban olaraq seçilənin özü olduğunu düşünüb bizə yalvarırdı. Artıq oyun oynamamızı, çox qorxduğunu, bu qədərin həddindən artıq olduğunu söyləyib ağlayırdı. Ruhu göndərməyə çalışırdıq amma o da getmirdi. Ruh getmədən də fincanı qaldıra bilmirdik. Ev sahibi yoldaşımız get-gedə pisləşirdi, mənim də gözlərimdən yaş gəlmədi desəm yalan olardı. Elə bir an oldu, yoldaşımız dözə bilmədi artıq və hər kəsi söyərək fincanı qaldırdığı kimi pəncərədən çölə yola atdı. Fincan qırılmışdı. Beləliklə ruh çağırma seansı da bitmişdi təbii amma hər kəsin içində bir narahatlıq vardı. Ev sahibi hələ də söyürdü və siz yoldaş deyilsiniz deyə, həm bizə həm də ruhlara qədər söyürdü. Allahdan ana atası səs-küyə oyanmamışlardı. Bizdə daha çox səs-küy, rüsvayçılıq çıxmadan yavaş yavaş evlərə dağılmanın yaxşı olacağını anlamışdıq. Elə belə hər kəs öz evinə getdi və yatdıq. Ertəsi səhər qalxdığımda məhəllədə bir qışqırışmanın olduğunu eşitdim. Bu səslər ruh çağırdığımız yoldaşımızın evindən gəlirdi. Hər kəs ağlayır, qışqırır və sağa sola mənasızca qaçırdı. Şok olmuşdum. Ruh çağırdığımız evdə oturan o dostumuz səhər yaxın yatağında ölü tapılmışdı. Dediklərinə görə infakt keçiribmiş və təsirindən əl-ayağı, ağzı əyilibmiş.


Şərhlər:
Baxılıb: 16357
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz