Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kövrək eşq hekayəsi
Kövrək eşq hekayəsi
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2814
Səs ver:
Mozes Mendelson çox yaraşıqlı bir adam deyildi. Üstəlik, həm qozbel, həm də qısaboy idi. Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi. Bu ticarətçinin Fromet adlı çox gözəl bir qızı var idi. Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu. Ancaq Mozes bu gözəl qız üçün çox çirkin idi. Buna görə də, gözəl nəinki onun sevgisinə cavab vermir, hətta üzünə belə baxmaq istəmirdi.

Ayrılmaq vaxtı gələndə Mozes gözəl qızın qarşısına çıxdı və bütün cəsarətini toplayaraq sevgisini elan etdi. Ancaq qızın hələ də başını qaldırıb onun üzünə baxmaması Mozesi çox məyus etdi. Nəhayət, çirkin aşiq gözəl qızdan: "Evliliyin bir tale işi olduğuna inanırsınızmı?” - deyə soruşdu. "Əlbəttə!..” - gözəl qız cavab verdi. "Bəs siz? Bəs siz necə inanırsınızmı?..” Bu dəfə sualı verən gözəl qız idi.

O hələ də başını qaldırmamışdı. Mozes bir saniyə belə gözləmədən cavab verdi: "Əlbəttə! Mən də inanıram!” Və sözlərinə belə davam etdi: "Bilirsinizmi, anam bir oğlan uşağı dünyaya gətirəcəyini hiss edəndə belə dua etmişdi: "Allahım, heç şübhəsiz mənim oğlum üçün taleyinə bir qız yazdın. Əgər oğlumun evlənəcəyi qızda bir şikəstlik olacaqsa, bu şikəstlik oğlumda qalsın, evlənəcəyi qız gözəl olsun. Çünki şikəst və çirkin bir qadın, şikəst və çirkin bir kişidən daha dəhşətlidir”.

Mozesin bu sözlərindən sonra Fromet gözlərini yerdən qaldırdı, diqqətlə üzünə baxdı və sonra əlini uzadıb onun əlindən tutdu. Və daha sonra Mozesin sevimli həyat yoldaşı oldu...

P. S. Bu, heç də adi bir nağıl deyil. Bu, məşhur alman bəstəkarı Feliks Mendelsonun babası ilə nənəsinin "eşq hekayəsi”dir...


Şərhlər:
Baxılıb: 2814
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz