Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaq idik hələ...
Uşaq idik hələ...
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 2829
Səs ver:
Uşaq idik hələ...
Soyuducunun üstünü görə bilmək üçün boyumuzun uzanmasını dilədiyimiz günlər idi... Çox maraqlı idi bizim üçün: "Görəsən nə var üstündə?" deyə. Çox vaxt bir kürsü kömək edərdi görə bilməmizə...

Uşaq idik hələ...
Uşaq idik hələ...

Pilləkənləri çıxmaq çətin gəlirdi bizə. Qışqırardıq balkonların altından: "Anaaaaa!", anamız çıxanda da: "Pul aaat!". O pulu istəməyimizin çox səbəbi vardı. Çünki ya məhlədən pambıq satan keçərdi, ya topumuz partlayardı, ya marojna almaq istəyərdik,ya da qonşumuzun uşağı dükana gedib, əlində bir şeylərlə geri qayıdardı. Saysız dəfə səslənərdik anamıza: "Anaaaaa! Pul at!" deyə...

Uşaq idik hələ...
Uşaq idik hələ...

Qışda qarla oynamaq üçün çıxdığımız küçələrə, yazda torpaqla oynamaq üçün çıxardıq. Amma elə bil yaz daha bir gözəl idi. Evin arxa bağçasındakı otların meşəyə çevrildiyi gəzintilər və qonşu bağçaların ağaclarının üstünə çıxıb alça dərməyimiz... Hər ağaca çıxdığımızda "Biri gəlir" deyə aşağıda növbətçi buraxdığımız dostun bizi ağacda unutması=)... Həm də əlindəki alçalarla birlikdə. Sonrası? Sonrasını təxmin edərsiniz artıq! Əvvəl bağça sahibinin səsi, sonra da uzaqda görünən özü=))...

Uşaq idik hələ...
Uşaq idik hələ...

Axşamüstüləri başlayardı əsl oyunlar... Ortada qaldı, yeddi şüşə, bənövşə, əl səndə və təbii ki kefi ancaq hava qaralanda çıxan gizlənpaçlar... Gecə saatlarına qədər oyun oynadıqdan sonra, aclıqdan ölmək üzrə olduğumuzu hiss edincə evə gedərdik. O saata qədər bizi min dəfə evə çağırmış olan anamızdan qorxaraq)... Nə qədər gizlətsək də xeyri yox idi! Anamız hər səfərində bilirdi üstümüzü nə qədər çox çirklətdiyimizi. "Üstünüz başınız toz torpaq içindədi! Mən sizi beləmi göndərdim küçəyə?" deyə hirslənərdi bizə. Necə olsa təcrübəliydik biz də... O dəqiqə duşa=))...

Uşaq idik hələ...
Uşaq idik hələ...

Amma artıq böyüdük, hər nə qədər bir tərəfimiz həmişə uşaq qalsa da... Və artıq bilirik soyuducunun üstündə nə olduğunu nə olmadığını... Daha doğrusu heç bir şey olmadığını... Amma o uşaqlıqdakı sirrləri heç cür həll edə bilmirik... Bir çoxumuz unutduq xəyal qurmağı və hətta kiçiklikdən qalma xəyallarımızın bir çoxunu. İndi "Uşaq idik hələ..." deyirik keçmişə dönüb baxınca və əhəmiyyətsiz hesab edirik soyuducunun üzərindəkiləri...

Böyüməyi mühüm bir şeymi sayırıq görəsən?

Bəli... Bəli biz böyüməyi mühüm bir şey saydıq ömürümüz boyunca...

Əgər böyümənin əsl mənasını desəydilər, heç istəməzdim böyüməyi, inan mənə! Mən böyüdükcə dərdlərim də böyüyürmüş halbuki...


Uşaqlığınızdan nə qaldı sizə? Ürəyinizin böyüməmiş yanı haradı? Harada saxlanır ən saf duyğularınız?


Axşam vaxtları balkonunuza çıxıb da gizlənpaç oynayan uşaqların yerlərini tapmağa çalışırsınızmı ?


Yoxsa ürəyinizin çıxmaz küçələrində uşaqlar qışqırmırmı: "Gördüm səni çıx ağacın arxasından! Əlim səndə!" deyə...?

Yoxsa qapınızı döymürmü uşaqlar balkonunuza qaçan toplarını istəmək üçün?

Yoxsa siz atanızın əlindən tutub gəzməyə getmək üçün darıxmırsınız?...

Yoxsa parkların yanından keçərkən yellənmək istəmirsinizmi? Yelləncəyə oturmaq və yanınızdakına "Məni yelləyərsənmi? Amma taa buludlara uçacaq qədər çox yellə!" deyə məcbur etmək, yellənərkən küləyin dadını çıxarmaq, qəhqəhələrlə gülmək istəmirsinizmi həqiqətən?...

Bu gün bir yaxşılıq edin... Mənim üçün deyil! Dostlarınız və ya ailəniz üçün də deyil! Yalnız özünüz üçün...

Bu gün uşaq olun yenidən...


Şərhlər:
Baxılıb: 2829
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz