Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adı qoyulmamış hisslər ( Bölüm 1 )
Adı qoyulmamış hisslər ( Bölüm 1 )
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2928
Səs ver:
Ağrının elə həddi vardər ki,insan qürurunu itirir...(Məhəbbət üç il yaşayır). O gündən sonra Kənanı müxtəlif qızlarla görürdüm...Artıq dördüncü kurs idi...Nil qohumlarının yanında mühasib kimi işə başlamışdı..Buna görədə daha dərslərə gəlmirdi...Gec- gec görüşürdük..Səbinə isə daha əvvəlki kimi deyildi..Bir xeyli düzəlmişdi..Hətta bir ara mənim sinif yoldaşım Həsənlə sevgili də oldular... İnsan birini sevərkən, onun haqqında planlar qurarkən başqa biri ilə ola bilmir..Səbinədə də belə oldu..Bun görədə Həsənlə tez ayrıldılar...Həsən Səbinəyə Kənan haqqında bəzi şeylər demişdi..Səbinədə mən dedi. -Mehri onun istədiyi varmiş iki ildi birlikdədirlər..Qız ciddidi,evlənəcəklərin düşünür..
-bəs Kənan?
-Həsən deyir Kənandan baş açmıram..O heç kimlə ciddi mansibət qura bilməz..
-Səbiş mən onu gündə bir qızla görürdüm..İndidə bəlli olur ki, iki ildi sevgilisi varmış,bu necə insandı..Demək o qızıda aldadır...
-və o qızın yerınə sən ola bilərdin.Səbinə düz düyirdi.Mən ola bilərdim.Günlər bir-birin əvəz edirdi..Sanki hər günüm eyni gün idi..Dekabr ayı idi...Avtobusda Sevdayla rastlaşdım..
-salam necəsən?
-yaxşıyam Sevda sən necəsən?..Biz söhbətləşə-söhbətləşə metroya düşdük..Kənanda orda idi...
-Kənan da burdadı..
-Sevda sən Kənanı tanıyırsan?...
-hə məni istəyirdi..evlərində də bilirdilər..Mənim bütün beyin hüceyrələrim donub qalmışdı. Kənan Sevdanın yarısı qədər olardı..
-bəs sonra noldu?
-bacısı bir söz demirdi amma anası istəmədi…
-Mən başqa cür eşitmişəm.Onun istədiyi var, iki ildi birlikdədilər.
-Ola bilməz...Niyə salam vermədi görəsən? -yəqin mənə görə..mənim ondan zəhləm gedir o da bunu bilir..
-niyə zəhlən gedir ki?
-nə bilim antipatiyam var....Sevdanı tanıyırdım əslində bilirdim ki, hər şeylə maraqlanan bir insandı, cavabım onu qane etməmişdi..Bir neçə stansiya getmişdik..Sevda telefonunu mənə uzatdı..
-Bax oxu.. -yanında adam vardı deyə sənə yaxınlaşmadım..Bunu Kənan yazmışdı…Nə deyə bilərdim heç nə…belə insanlarla tanış olduğumçün özümə əsəbləşirdim sadəcə…Metrodan çıxanda Kənan artıq bizimlə getməyə başladı…Mən nə onun salamın aldış nə də onların söhbətinə qoşuldum.Bir neçə gün keçmişdi…Sevdanı harda görsəm görməməzlik edirdim..Bunu o da hiss edirdi..Özümlə bacarmırdım..Kə nanı mənə xatırladan hər kəsi həyatımdan silmək, yox etmək istəyirdim..
-Mehri sənə nəsə etmişəm, niyə mənlə danışmırsan?
-yox sadəcə dekanlığa gedirdim işim var..Nolmuşdu ki?
-Mehri sən demişdin eee Kənanın istədiyi var ,iki ildi birlikdədilər.
-hə nolsun..Bizə nə Kənandan?
-Kənan deyir o ciddi bir şey deyil..Onun yeganə istədiyi orta məktəbdə olub,on birinci sinifdə...Sevda üzümə mənalı- mənalı baxıb gülürdü..Hər şey aydın idi..Kənan ona da mənim haqda danışmışdı..Axı bu necə insandı? …Mən hər dəfə onun haqda heç nə eşitməməyə,daha varlığını belə unutmamağa qərar verəndə nəsə bir şey olurdu və mən yenidən ümidlənirdim.Buna görə heç kəsi günahlandıra biməzdim..Özüm günahkar idim.Əslində düşünəndə məni ümidləndirəcək heç nə olmamışdı.Yanvar sesiyasından sonra bütün fikrimi magistratura hazırlığına verdim.Birinici turdan keçsəmdə yaxşı bal yığmamışdım..Qərarlı idim ikinci tura yaxşı hazırlaşacaqdım, amma eyni anda həm dövlət imtahanı, həm buraxılış işi , praktika və magistraturanın ikinci turuna hazirlaşmaq çətin idi.Bütün bunlar vaxtımı elə alırdı ki Kənanı düşünməyə vaxt belə qalmırdı...Çox zəifləsəmdə bütün bunların öhdəsindən gəldim.İkinci turu əla verdim və magistraturaya qəbul oldum.İki il daha doğma divarlar arasında olacaqdım..Məzun günü ümidlərimin ölməyə başladığı gün oldu. O gün bir daha anladım ki, biz heç vaxt birlikdə ola biləməyəcəyik.. Magistraturaya sənəd verməyə gedəndə Nəzrinlə qarşılaşdım..O da qəbul olmuşdu..Dediyinə görə Kənanda qəbul olunub...Artıq oktyabr ayı idi..Bəhruz hərbi xidmətə gedirdi deyə sinif yoldaşlarımızla görüş təşkil etmişdik..Söhbət yenə dönüb dolanıb Kənana gəldi..
-Mehri Kənan yayda getdi..
-Nəzrin demişdi bilirəm..Neyniyim Bəhruz onun gözləyəni var sən onun dərdini çəkmə..
-Mehri o məsələ ciddi deyil.. -Nədi ciddi olmayan hə Bəhruz? Iki ildi bir qizla bərbərdi daha doğrusu üç ildi..Qız onu gözləyir..O necə əclaflıq edəcək hə? O qızda insandı. Ciddi olmaya-olmaya üç il birlikdə olmurlar. Demək ki ciddidilər.Mən daha Kənan adını eşitmək istəmirəm.Bəsdirin daha 5 ildi hamı mənə Kənandan danışır..Bu sözləri birhəfəsə elə dedim ki, Bəhruz məni heç vaxt belə görməmişdi...İnsan birini sevir,onunla bağlı xəyallar qurur,amma o kəs ona ehtiyacı olmayan tamam başqa birinə qismət olur..Bir haldakı o son anda başqasını seçmişdi,mənə yalnız bir yol qalırda həyatımı elə yaşayacaqdım ki,sanki belə birini heç tanımadım..Bu çətin idi, amma bacaracaqdım,qərarlı idim.Bəzən deyirlər sevdiyin birini untmaq çətindir.Məncə bu belə deyil sadəcə bunu həqiqətən istəməlisən..Bələkədə mən Kənana olan hisslərimin adını sevgi qoymadığımçün belə danışa bilirəm..Gecə gündüz Allaha dua edirdim..Quran oxuyurdum.Dualarım yalnız iki cümlədən ibarər idi.”Tanrım məni mənə yazdığın qismətimlə tez qarşılaşdır.Onu unudum”.
Günlər beləcə keçirdi. Dekabr ayını biri idi.Dayanacaqda dayanıb, marşrut gözləyirdim..Yağışlı bir gün idi, yanımda bir oğlan dayanmışdı..Elə bil mənə nəsə deməyə çalışırdı,amma çəkinirdi..
-Xanım..Deyəsən danışmaq qərarına gəldi..Mənim adım Ayxandı.Hərbi xidmətdən bu il gəlmişəm, yəni yayda.Mən burda bir çayxana var tez-tez ora gəlirəm.Bir ay əvvəl sizi elə burda , bu dayanacaqda görmüşəm.Sizi çox bəyənirəm.Haqqınızda öyrənmişəm..Biz eyni məktəbi bitirmişik. Siz Tahirə muəllimənin sinifini bitirmisiz..Mən sizdən iki əvvəl məzun oluşam..Tahirə muəllimə mənim hazirliq muəlliməm olub.İstəyirsiz məni soruşun ondan. -dedikləriniz düz ola bilər , amma mən sizi tanımıram. Xahiş edirəm məndən uzaq durun..O məndən biraz uzaqlaşdı,amma getmədi.Həmin gün və ondan sonrakı iki həftə hər gün mənlə universitetə getdi,gəldi.
-nə vaxta kimi məni izləyəcəsiniz bezmədiniz?
-yox,mən başa düşmürəm bu qızlar nə istəyir insanam da çıxmışam qarşına sənə daha nə lazımdı. -mən sizi tanımıram..
-Tanımırsan yoxsa tanımaq istəmirsən? Bax məni kimdən istəyirsən soruş..Soruş ki, Ayxan necə biridi.Mən sənə qarşı ciddi fikirliyəm. -sən necə ciddi ola bilərsən ee məni tanımırsan heç..Nə bilirsən neçə bir qızam?...Sözüm ona gülməli gəldi deyəsən..
-bu mənimçün hüç də çətin olmadı..yenə gülürdü..
-yaxşı tutaq ki,siz mənim haqda məlumatlısınız, bəs mən mən sizin haqda heç nə bilmirəm..
-ged evə hava soyuqdu..zamanı gələndə hər şeyi öyrənəssən.Mən evə gəldim, Ayxanın mənim həyatımı dəyişəcək insan olduğunu bilmədən.

Ardı var


Şərhlər:
Baxılıb: 2928
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz