Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 28)
QARAQAN -
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1777
Səs ver:
" 1.Ürəkləri döyündürən gün! 2.Nədir ürəkləri döyündürən gün? 3.Nə biləsən nədir ürəkləri döyündürən gün? 4. O gün ətrafa səpələnmiş qaynaşan pərvanələrə bənzəyər insanlar. 5. O gün didilmiş yun kimi olar dağlar. 6 Ağır çəkili kimsələr 7. razı qalacaqları bir ömrə qovuşarlar . 8.Yüngül çəkili kimsələrsə 9. uçuruma düşərlər. 10 . Nə biləsən o nə uçurumdur elə ? 11 . Yanar bir oddur o uçurum. ( Quran’i Kərim "Qaria” surəsi ) 

Bilmirəm nə qədər qaçdıq. Amma o qədər yorluduğum hələ yadıma gəlmir. Biz qurtulmuşduq. Amma Abbası tapa bilməmişdik. Deyəsən o içəridə qalmışdı. Uzaqdan yenə atəş səsləri gəlirdi. Biz döngəni keçib ikinci pilləkənlərə çatdıq. Bu pilləkənlər yuxarı qalxırdı. Aslan bizi tələsdirirdi. "Tez eliyin, Abbası çıxarmalıyıq”. Biz yuxarı qalxanda məhkəmədən xeyli uzaqda yerləşən metronun içindəydik. Mən heç bilməzdim ki, məhkəmə zalından metroya gizli yol gedir. Camaatı itələyə-itələyə küçəyə çıxdıq. İndi də eyni yolu geriyə doğru qaçırdıq. Məhkəmə uzun binaların arxasında qalmışdı. Ora çatmalıydıq. Yolda bir qrup HOST-çu bizi tanıyıb maşını saxladı. "Ey, Azad, Anar, bura gəlin. Sizi aparaq”. Biz maşına oturduq. İki dəqiqəyə məhkəmənin yanındaydıq. Böyük bir kütlə polislərlə əlbəyaxa döyüşə girmişdi. Plakatların taxtası ilə polisləri vururdular. Məhkəmə binasını daşa basırdılar. Digər HOST-çular maşınları polislərin üstünə sürürdülər. Uzaqdan daxili qoşunların su maşını kütlənin bir hissəsini yarmaq istəyirdi. Amma bizimkilər də geri qalmırdılar. Spirtli şüşə qabları polis avtomobillərinin üstünə çırpırdılar. Şəhərin mərkəzi yanırdı. Qısa vaxtda kütlə su maşınını hərbçilərdən aldı. İndi su maşını polislərə tərəf yönəlmişdi. Bakının böyük bir hissəsi xaosa çevrilmişdi. Biz kütləyə yaxınlaşmırdıq. Çünki onlara hücum əmri verməmişdik. Bəlkə bunu A etmişdi. Amma biz dəqiq bilmirdik. Ona görə qıraqdan camaatın sakitləşməsini gözləyirdik. Polislər geri çəkilirdi. Bu kütləni sakitləşdirmişdi. Əslində kütlə hər yeri dağıtmaq istəmirdi. Onlar sadəcə Abbası xilas etmək istəyirdilər. Hərbi dəstələr də bunu başa düşüb hücumu dayandırdılar. Məhkəmə zalının içində isə hələ də qarışıqlıq idi. Bir neçə güllə səsi eşidildi. Biz yavaş-yavaş məhkəmə binasına yaxınlaşırdıq. Aslan cibindən tapancaları çıxarıb hərəmizə birini verdi. Mən tərəddüd etdim. Amma o dedi:
- Hər şeyə hazır olmalıyıq.
Mən tapancanı kurtkamın iç cibinə qoydum. Kütlə sakitləşmişdi. Hamı Abbasın çıxmasını gözləyirdi. Biz də yaxınlaşdıq ki, Abbası tez götürüb Episentrə gedək. Uzaqdan yanğınsöndürən maşınlar məhkəmənin yuxarı mərtəbələrindəki yanğını söndürürdü. Polislər yerə düşmüş dəyənəklərini yığırdılar. Jurnalistlər kameralarını hazır tutmuşdu. Məhkəmə binasının qapısı açılanda kütlədən dərin bir "Ahh” səsi eşidildi. HOST-çular Abbası gətirirdilər. Amma əllərində. Onun çiynindən qan axırdı. Abbası yaralamışdılar. Azad qışqırdı: "Yol verin, yol verin... Zibilə qalasız sizi, yol verin”.
Biz kütləni itələyib Abbasa tərəf gedirdik. Yolda bir-ikisinə yumruq da ilişdirməli oldum. Onlar bizi Abbasa yaxın buraxmırdılar. Amma Abbas uzaqdan məni tanıyıb dedi:
-Anar, Anar, bura gəlin. Aparın məni. Anar!!!...
Camaat aralanıb bizi irəli buraxdı. Tez Abbası qucağımıza götürüb maşına yollandıq. Artıq heç nə düşünə bilmirdim. Abbası həkimə çatdırmaq lazım idi. 
On-on beş dəqiqədən sonra biz onu Episentrə gətirdik. Şükür Allaha, bizim öz kiçik hospitalımız vardı. Orada öz həkimlərimiz Abbasın dərdinə əlac tapacaqdılar. Episentrin bütün mühafizəçiləri döyüşə hazır idi. Həkimlər Abbasın yarasından gülləni çıxarmaq istəyirdilər. Əməliyyat başlayacaqdı. Ona görə bizi otaqdan çıxardılar. Hər şey həkimlərin əlində idi. O çox qan itirmişdi. Bütün yolu sayaqlayırdı. Aynur dəhlizdə qısılıb digər qızlarla bir yerdə ağlayırdı. İndi Aysel də onların içində ola bilərdi. Araz divarı yumruqlayırdı. Aslan yerdə uzanmışdı. Azad kiməsə zəng edirdi, mən də əllərimi açıb dua edirdim...

Sonun sonu

Səhər yuxudan oyananda Aslan sakitcə dedi :
- Abbas öldü.
Bu sözlər qulağımı döyəclədi, elə bil başıma qaynar su töküldü. Tez qalxıb qapını açdım. Abbas yox idi. Aslana təəccüblə baxdım:
- Hə, Anar. Bir saatdan sonra dəfndir.
Mən divara təpik vurdum. Amma bu əsəbimi daha da gücləndirdi. Yerə yıxılıb uşaq kimi ağlamağa başladım. Hönkür-hönkür ağladım. Bu cür oğlan, Abbas kimi oğlan ölmüşdü. Içimizdən ən az ölümə layiq olanı o idi. Abbas həmişə başda olmuşdu. Həmişə çətin anlarda köməyə gəlmişdi. O ölə bilməzdi. Axı niyə Abbas? Niyə mən yox? Abbas HOST-a daha çox lazım idi. Görəsən A haralardadır indi? Görəsən o da ağlayır? A niyə ən çətin günümüzdə yenə də haradasa gizlənib?
Aslan əlini çiynimə qoyub dedi: 
- Gəl düşək aşağı. Uşaqlar bir azdan cənazəni aparacaqlar.
Gözlərimi silib onunla həyətə çıxdım. Episentrin ətrafı adamla dolu idi. Dünənki qızğın kütlədən əsər-əlamət qalmamışdı. Hər kəs qara geyimdə, hər kəs gözüyaşlı sakitcə Abbasın son gedişini gözləyirdi. Bizi görüb başlarını aşağı salırdılar. Bəziləri yaxınlaşıb başsağlığı verirdi. Bəzi qızlar hönkürtülərini saxlaya bilmirdilər. HOST-un ürəyi qırılmışdı. İndiyə kimi bir dənə də itki görməyən ordumuz birdən-birə ən lazımlı əsgərini itirmişdi. Mənə elə gəlirdi ki, bu HOST-un sonudur. Mənə elə gəlirdi ki, A da bizi tərk edib gedəcək. Dünənki hücumdan sonra A da bizdən üz döndərəcək. Bütün gözlər bizə baxırdı. Biz nəsə etməliydik. Amma Abbasın nurlu gülüşündən başqa heç nə haqda fikirləşə bilmirdim. Abbas, Abbas... Kütlə yavaş-yavaş qaynamağa başlayırdı. Arada bir bəzi suallar verilirdi. ”Niyə cənazəni gətirmirlər?”, "Abbas öldü, bəs indi nə olacaq?”, "Kim öldürdü onu? Nə edək?”, "A haradadır?”, "HOST dağılacaq ?” Biz bu suallara cavab verə bilmirdik. Çünki cavabı bilmirdik. Heç kəs bilmirdi nə olacaq. Həyat həmişə yaxşı insanları tez aparır. Abbasın nə heykəli qoyulacaq, nə də ki hörməti qalacaq. Abbas dünyanın gözündə cinayətkar kimi öldü. Amma bəlkə də illər sonra onlar Abbasın nə işlər gördüyünü başa düşəcəklər. O da çətin. İnsanlar yaxşılığı gec anlayır amma tez unudurlar. Mən yığılmış kütləni saymaq istəyirdim. Amma deyəsən onun sonu yox idi. Bütün küçə camaatla dolu idi. Yəqin ki, milyonlarla adam bu gün burada idi. Onların gözləri harasa uzaqlara, ümidli bir gələcəyə zillənmişdi. Amma birdən qarşıdakı oğlanın boynundakı uşaq qışqırdı "Ora baxın, A gəlir!” Bütün kütlə Episentrin qapılarına baxıb guruldamağa başladı. Sonra dəli kimi hamı ağlaşdı. Qadın, kişi, uşaq, qoca - hamı ağlayırdı. Mən də yavaşca çevrilib Episentrin qapısına baxdım. Qapqara uzun paltarlı, qapqara maskalı, başında qara kapüşon, sinəsində qıpqırızı yekə "A” hərfi, çiynində də Abbasın cənazəsi. A Abbasın cənazəsini daşıya -daşıya bizə yaxınlaşdı. Sağ tərəfdən A yapışmışdı, sol tərəfdən də mən yapışdım. Arxadan Aslan və Azad yapışdılar. Əllərim tir-tir əsirdi. İlk dəfə idi A ilə çiyin-çiyinə durmuşdum. Camaat az qala dəli olmuşdu. Onlar qorxaq siçanlar kimi geri çəkilib bizə yol verirdilər. Qızların ürəyi gedirdi. Oğlanların dili tutulmuşdu. Jurnalistlər də öz işlərindən qalmırdılar. Amma yaxınlaşmağa da cəsarət etmirdilər. Kapüşon A-nın sinəsinə kimi düşürdü. Üzünü görməsəm də onun nə qədər kədərli olduğunu hiss edirdim. Abbas onun ən yaxın dostu idi. Aslan da, Azad da heç nə demədən cənazəni daşıyırdılar. Dalbadal iki dəfə şok keçirən kütlə artıq sərxoş kimi bizim arxamızca gəlir, yol boyu ağılar oxuyur, cənazənin üstünə çiçəklər tökürdülər. Bakının bütün küçələrində nəqliyyat dayanmışdı. Bir nəfər də polis yox idi. Hər kəs Abbasın ölümünü matəm kimi keçirirdi. Onlar ən əziz HOST-çunu itirdikləri gün ən inanılmaz adam A-nı tapmışdılar. Onlar Abbasın cənazəsindən çox A-ya baxırdılar. Bilmirdilər ki, Abbasa görə ağlasınlar, yoxsa A-ya görə sevinsinlər. Onun hər hərəkətini izləyirdilər. Mən isə onun düz yanında olsam da bir an belə ona tərəf baxa bilmirdim. Qorxurdum. Çünki o seçilmiş idi. Hamı bilirdi ki, o seçilmişdi. Qəbristanlığa çatanda kütlə sakitləşdi. Biz bütün yolu piyada Abbası daşımışdıq. İndi də onu basdırmalı idik. A önə keçib Abbasın cəsədini cənazədən götürdü. Sonra təkbaşına onu qəbrə yerləşdirdi. Biz ona yaxınlaşmaqdan çəkinirdik. O çox əsəbi, eyni zamanda çox səbrli görünürdü. Üzünü seçmək olmurdu. Qara paltarı yerlə sürünüb torpağa bulaşırdı. Əlindəki bel ilə yavaş-yavaş Abbası basdırırdı. Bilmirəm niyə, amma A-nı dəlicəsinə sevirdim. Həmin an A-nı dəlicəsinə sevirdim. Mən elə bilirdim ki, ən böyük məhəbbət oğlanın qıza olan sevgisidir. Amma indi başa düşmüşdüm ki, mən heç vaxt heç kəsi A qədər sevməmişəm. Bu sevgi adi sevgiyə bənzəmirdi. Bu tamam başqa sevgi idi. Gözlərimdən yaşlar yanağıma süzülüb sinəmə tökülürdü. A Abbası basdırıb qurtarandan sonra qəbrin qarşısında diz çökdü. Başını aşağı saldı. Sonra silkələnməyə başladı. Mən onun nə etdiyini başa düşə bilmirdim. Heç kəs başa düşmürdü. Hamı donub qalmışdı. Arada elə bildim ki, indi Abbası dirildəcək. Amma yox. O nə isə başqa şey edirdi. Kütlənin içindən bir qız pıçıltı ilə dedi: "O ağlayır”.
Gözlərim dolub daşmağa başladı. Bütün kütlə fəryad etdi. Hamı ağlayırdı. Hamı A-ya baxıb uşaq kimi ağlayırdı. Bəlkə qəbristanlıq indiyə qədər belə ağlaşma eşitməmişdi. Bütün HOST bütün gənclər ağlayırdı. Bir az keçəndən sonra A ayağa qalxıb yavaşca Azada nə isə dedi. Azad da üzünü camaata tutub dedi: - Aralanın A getmək istəyir, tez, tez.
Böyük kütlənin arasında uzun bir dəhliz əmələ gəldi. Biz A-nı əhatəyə alıb onun təhlükəsizliyi üçün kütləni itələyə-itələyə keçidi genişləndirdik. Qəbristanlıqdan çıxanda A-nı qara avtomobil gözləyirdi. O heç kəsə heç nə deməyib getdi. Amma onun bu gəlişini bütün dünya görmüşdü. İlk dəfə idi ki, adı çəkilən qəhrəman üzə çıxmışdı. Televiziyalar onun gəlişini günlərlə təkrar göstərəcəkdilər. Bütün dünya A-nı izləyəcəkdi...

Ardı var..


Şərhlər:
Baxılıb: 1777
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz