Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kiçik qəlbin böyük əzabları (2-ci bölüm)
Kiçik qəlbin böyük əzabları (2-ci bölüm)
Göndərən: Aygun Adigozelova
Şərhlər:
Baxılıb: 1499
Səs ver:
Anam axşam evə gələndə nənəm qapının ağzında ona nəsə deyirdi.Mən yaxşı başa düşmürdüm.Anamın səsi titrəyirdi və o dedi:

---Mən bi-lirdim.Əvvəl-axır...İndi mən neyləyim?Başına haranın daşını töküm?

Anam yanıma gələn kimi mən onun qucağına qaçdım.O başımı sığallayıb təmkinlə sözə başladı:

---Məryəm,onu sənə kim deyib,qadam?Kim deyibsə yalan deyib.İndi kimin kimdən xoşu gəlməyəndə bir-birinə”onların”adını deyir.Bir də belə şey eşidəndə fikir vermə.Yaxşımı,qadan alım?

Mənim anama yazığım gəlirdi.Bilirdim ki,o bütün bunları mənə təsəlli vermək üçün deyir.Anam doğurdan da yazıq idi,çünki anası erməniydi.Nə yaxşı ki.mənim anam erməni deyildi.Yoxsa mən bu əzaba necə dözərdim?Mən fikir vermişdim,anam heç vaxt  ermənilərin adını çəkməzdı.Həmişə”onlar”deyərdi.

Məni uşaqlığımı qaranlıq bir quyunun dibindəki kimi xatırlayıram.Hər gün eyni şeylər baş verirdi.Nənəmin deyinmələri,anamın giley-güzarı,şikayətləri,mənim gözyaşlarım...Sanki kimsə bizim xoşbəxtliyimizi özüylə aparmışdı.

Bizim evimiz üçotaqlı idi.Bundan savayı bir eyvanımız və mətbəximiz vardı.Həyətimiz çox böyük deyildi.Bir neçə meyvə ağacımız vardı.Onların içərisində ən çox sevdiyim albalı ağacı idi.Meyvəsi elə dadlı,elə şirəli idi ki.Həmişə məktəblilər hasarın o tayından ağaca dırmaşar,albalı yeyərdilər.Yeganəylə mən də əlimiz çatan yerdən dərib yeyərdik.Saçlarımıza bəzək kimi taxardıq.Bir gün yenə uşaqlar albalı yeyəndə ağacın budaqlarını sındırmışdılar.Nənəm qırılmış budaqları,yerə tökülmüş yarpaqları görüb çox qəzəblənmişdi.O acığa düşüb ağacı dibindən kəsdi.Həmin gün mən ağacın yoxluğunun o qədər də fərqinə varmadım.Çünki nənəm oyuncaq qablarımızın hamısını albalıyla doldurmuşdu.Bir neçə gündən sonra mən yalnız kötüyü qalmış ağaca baxıb xeyli ağladım.Bəlkə də mən onda yenə də albalı yemək istəmişdim,ona görə onun yoxluğunu xatırlamışdım.Həyatda hər şey belədir.Nəyinsə yoxluğunu yalnız ehtiyacımız olanda duyuruq.Necə ki,mən atamın yoxluğunu böyüyəndə hiss etmişdim.Lakin bu ehtiyacı mən heç vaxt,heç kimə etiraf etmədim.

Yadımdadır,bir axşam yenə Yeganəgillə oturmuşduq.Çay içib televizora baxırdıq.Qəflətən mətbəxin,qonaq otağının pəncərə şüşələri çilik-çilik olub yerə töküldü.Bütün bunlar bir anın içində baş verdi.Biz qışqırdıq.Yadımdadır,mən dedim:

---Ermənilər...Ermənilər gəldi.

Gözyaşlarım məni boğurdu.Mən qorxudan ağappaq olmuşdum.Mənə elə gəlirdi ki,hətta tərpənməyə də gücüm yoxdur.Yeganə ağlayırdı.Anarın gözləri böyümüşdü.Anam yataq otağının pəncərəsindən bizi arxa baxçaya ötürdü.Oradan Yeganəgilin həyətinə kiçik qapı vardı.Biz bir-bir oradan düşüb onlara getdik.

Yeganənin atası Azər əmi gəlib həyətə,ora bura baxıb dedi:

---Heç kim yoxdu.Görünür,kimsə qorxutmaq üçün edib qaçıb.

Mən həmin gecə Anarla və Yeganəylə yatdım.Ondan sonra nələr olduğundan xəbərsizdim.

Bir neçə gün ötəndən sonra yenə pəncərə şüşələrimiz çilikləndi.Artıq mən bilirdim ki,bunu edən ermənilər deyil.Azər əmi demişdi ki,bunu edən”cavan uşaqlardı”.Həmin vaxtdan etibarən həftədə bir-iki dəfə pəncərələrimizin şüşəsini sındırardılar.Anam daha pəncərə şüşələrini yeniləriylə əvəz etmirdi.Bilirdi ki,yenə sındıracaqlar.Havalar isti olduğundan ev soyuq olmurdu.Onlar bizim pəncərələrimizi sındırsalar da mən onlara nifrət etmirdim.Çünki onlar erməni deyildilər.Mən onda Yeganədən soruşmuşdum:

---Niyə sizin pəncərələri sındıran yoxdur?

Onda o mənə belə cavab vermişdi:

---Ona görə ki.mənim nənəm erməni deyil.

Yeganə bunu çəkinə-çəkinə demişdi.Amma o söz heç vaxt mənim yadımdan çıxmadı.Görünür Yeganənin bildiklərindən mən yenə də bixəbərdim.Anam bu haqda mənə heç nə deməmişdi.Bunları müharibəylə əlaqələndirmişdi.Ondan sonra mən Yeganəylə oynamaq istəmirdim.Nənəmin erməni olduğunu o da bilirdi,sinif yoldaşlarım da.Hamı bundan xəbərdar idi.Mən biabır olmuşdum.Məktəbə getmək istəmirdim.Anam məni güclə dərsə yola salırdı.Mən dərsdə də çox kədərli olurdum,heç kimlə danışmırdım,oynamırdım.Yeganə mənə yaxınlaşıb dedi:

---Məryəm,məndən küsübsən?

Mən başımı qaldırıb ona baxmırdım.Gözlərim yaşla dolmuşdu.Əllərimlə üzümü qapadım.O əllərimi qaldırıb üzümdən öpdü və dedi:

---Atam deyir ki,onlara tapşırmışam,daha sizin şüşələri sındırmayacaqlar.

Mən bunu eşidəndə çox sevindim.Yeganəyə olan incikliyim də soyudu.

Bu hadisələrdən sonra mən özümə inamımı itirmişdim.Nə dərslərimi yaxşı oxuya bilirdim,nə də uşaqlarla oynamaqdan zövq alırdım.Mənim kiçik qürurum sınmışdı.Heç kim məni sevmirdi.Bəzən mənə elə gəlirdi ki,məni sevən sininf müəllimimin də mənə olan mehribanlığı azalıb,onun qaynar baxışları mənə soyuq baxır.Sinif yoldaşlarımın çoxu məndən uzaq gəzirdi,mənimlə dostluq etməyə çəkinirdilər.Mənə elə gəlirdi ki,müharibə hər kəsi bir-birindən uzaq salıb.Hər kəs bir-biriylə düşmən kimi rəftar edirdi.Mən evimizdə də sərbəst ola bilmirdim.Özümü cinayətkar kimi hiss edirdim.Nənəmin”can”sözü də mənə "zəhirmar”kimi acı gəlirdi.Hətta bir gecə mən nənəmi öldürmək fikrinə düşdüm.O çox ağır yatırdı.Xorultusu da aləmi götürürdü.O hər axşam ertədən yatar,səhər tezdən oyanardı.Bir gecə mən yerimdən durub onun otağına getdim.O yenə xoruldayırdı.Xeyli ona tamaşa etdim.Onun çarpayısı pəncərəylə üzbəüz idi.Ayın işığı onun sifətini işıqlandırırdı.Mən mətbəxə gedib ordan bıçaq götürmək istəyirdim.Amma elə yenicə mətbəx qapısını açmaq istəyirdim ki,qapı cırıldadı.Anam səsə oyanıb arxamca gəldi.O çox həyəcanla:

---Qızım,nolub sənə?Nə istəyirsən?

O məni qucağına götürdü,yatağıma gətirib bir də soruşdu:

---Məryəm,qızım,nə istəyirsən?

Mən mürgülü-mürgülü dedim:

---Su istəyirəm.

Anam astaca dedi:

---Stolun üstündə qrafində su qoymuşam.Onu görmürsən?

Mən tamamilə özümü itirmişdim.Bilmirdim onun bu sorğu sualına necə cavab verim.Mənim gözlərimi döyüb susmağımı anam yuxulu olmağlm kimi başa düşdü.Biz eyni otaqda yatırdıq.O məni yanında uzandırıb saçlarımı sığalladı.Mən onun qucağında yuxuya getdim.Amma nənəmi öldürmək fikri heç vaxt məni rahat buraxmırdı.Mən bu haqda heç kimə söyləmədim.Mənə elə gəlirdi ki,bütün bədbxtliklər nənəmə görədir.Əgər o ölsəydi müharibə qurtarardı,anam ağlamazdı,yoldaşlarım mənə başqa gözlə baxmazdı.Bəlkə də anam ağlayardı,axı nənəm onun anasıydı.Nolsun ki,anasıydı.O erməniydi.Erməni ananı necə sevmək olar?Bu fikirlər həmişə mənim körpə qəlbimi incidirdi,düşünməyə vadar edirdi.

Elə günlər gəldi ki,biz yeməyə heç nə tapmırdıq.Anam aldığı maaşa heç nə ala bilmirdi.Mən əvvəlki kimi istədiyim yeməkləri yeyə bilmir,istədiyim kimi geyinə bilmirdim.Anam çox əzab çəkirdi.Yaxşı yemək bişirəndə onu təkcə mənə yedizdirirdi.Özü yemirdi.Mən bilmirdim ki,o zaman çoxları belə yoxsulluq içində yaşayır.Elə bilirdim yalnız mənim anamın maaşı azdır,Elə bilirdim ki,yalnız biz belə yoxsulluq içində yaşayırıq.Elə bilirdim ki,yalnız biz hər gün,yağsız,dadsız şorba bişiririk.Mən elə bilirdim ki,yalnız mənim nənəm ermənidir.Sən demə...

Mən bir gün Yeganənin yanına dərsin yerini öyrənmək üçün getmişdim.Anarla Yeganə mətbəxdə yemək yeyirdilər.Könül xala məni də çağırdı.Mən yemişdim,onaların yanında oturub gözlədim.Onlar da şorba yeyirdilər.Anar şorbanın dadsızlığından şikayətlənirdi.Könül xala onun başını sığallayıb dedi:

---Eybi yox,yeməini ye.Ayın sonunda sizə ət alacam.Hələ Novruz bayramında toyuq da qızardacam.

Yeganə dedi:

---Plov da bişirərsən,dovğa da.Bir də tort bişirərsən.

Könül xala başıyla təsdiqləyib mətbəxdən çıxdı.Görünür, o da anam kimi dadlı yeməklər bişirəcəyini tez-tez vəd edirdi.

Biz qışda qurudulmuş qarğıdalı dənələrini qaz peçinin üstə qovururduq.Bəzən onlar partlayıb kənara düşürdü.Biz onları qaba qoyub həvəslə yeyərdik.Bizim ən xoşumuza gələn məşğuliyyət bu idi.

Elə vaxtlar olurdu ki,saatlarla çörək növbəsində gözləyirdik.Camaat bir-birini itələyib qabağa keçmək istəyirdi.Bəzən bizi ayaq altına salırdılar.Bir dəfə Yeganə kök bir qadının ayağı altına düşmüşdü.O ağladı,hətta camaatın içindən kənara çəkilib qarşı tərəfdəki böyük bir daşın üstdə oturdu.Mən də onun dalınca getdim.O çörək pulunu əlində bərk-bərk sıxmışdı.Çörəyin ətri ətrafı bürümüşdü.Elə bu vaxt bir qadın bizə yaxınlaşdı.O Yeganəgilin qohumu idi,bizim çörəyimizi alıb verdi və evə yola saldı.Həmin kök qadın mənim heç vaxt yadımdan çıxmadı.Mənə elə gəlirdi ki,insanlar azğınlaşıb,vəhşiləşib.Körpə qızın ayağı altına düşməyindən heç narahat da olmayan qadının sanki hissləri də vücudu kimi piylənmişdi.O hərisliklə satıcıdan çörəyi alıb kəsib yeyirdi və yanlarını basa-basa gedirdi.Biz tez-tez gedib çörək növbəsində gözləyərdik.Bəzən bir saat,bəzən də iki saatdan artıq.

Günlərin bir günü bütün kişiləri müharibəyə apardılar.Yeganənin atası Azər əmi də getdi.”Müharibə”sözü mənimçün ən dəhşətli söz idi.Mən qorxurdum,həm də utanırdım.Televizorda uşaqların meyitlərini,dağıdılmış evləri,viran qalmış kəndləri,şəhərləri görəndə gözlərim dolurdu.Mən bilmirdim ki,onlara yazığım gəldiyinə görəmi,yoxsa özümü günahkar hiss etdiyimə görə ağlayıram.Bir gün yenə televizorda belə dəhşətli şeylər göstərirdilr,mən ağlayırdım.Nənəm mənim ağladığımı görüb dedi:

---Kadam,ağlama,onlar bizimkilər deyil.Mən gözlərimi silib ona baxdım.O "bizimkilər” deyəndə kimi nəzərdə tuturdu?Mən artıq böyümüşdüm,hər şeyi başa düşürdüm.Nənəm erməniləri nəzərdə tuturdu.O həqiqətən əsl erməniydi.Əslində "bizimkilər "kim idi?Mən bu sözü Yeganədən və başqa dostlarımdan da tez-tez eşidirdim.Mən də çox zaman bu sözü işlədirdim.Bizim "bizimkilər” imiz eyni idimi? Mən bilirdim ki,eyni deyil.Mən bunu bir an da unutmurdum.Bizim evimizdə erməni yaşayırdı.Deməli,evimizdə düşmən vardı və hamının bundan xəbəri vardı.Bəs niyə onu heç kim öldürmürdü?Axı ermənilər bizimkiləri öldürürdü,onların heç kimə rəhmi gəlmirdi.

Vaxt keçirdi,biz yavaş-yavaş böyüyürdük.Yay tətillərində həmişə evcik oyunu oynayırdıq.Müharibə qurtarmasa da müvəqqəti dayanmışdı.Yeganənin atası evə qayıtmışdı.İndi əvvəlkindən bir az yaxşı yaşayırdıq.Hətta bəzən şirniyyat da bişirərdik.Evciyimizə anamız şirniyyat,şokalad qoyardı.Qonşuluqda bizdən yaşca böyük qızlar vardı.Onlar da bəzən bizimlə oynayırdılar.Nənəm oyunumuzun ən şirin yerində həmişə gəlib məni aparardı.Mən ağlayardım,uşaqlardan ayrılmaq istəməzdim.

Müəllif: AYGÜN


Şərhlər:
Baxılıb: 1499
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz