Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kiçik qəlbin böyük əzabları (1-ci bölüm)
Kiçik qəlbin böyük əzabları (1-ci bölüm)
Göndərən: Aygun Adigozelova
Şərhlər:
Baxılıb: 2518
Səs ver:
Mənim adım Məryəmdir.Hər halda hər kəs məni belə tanıyır.Əslində isə mən başqa bir insanam.Bəzən bunu tamam unuduram.Bəzən adi bir hal kimi qəbul edirəm.Lakin...bəzən də.Bunu deməyə məcburam.Mən həqiqəti gizlətmək istəsəm də həqiqət heç vaxt özünü gizlətmir.Yox...yox,mən bu haqda qətiyyən düşünmək istəmirəm.Bu düşüncələr məni çox bədbəxt edir.Mən heç vaxt sevinib şad ola bilmirəm.Bu dəhşətli həqiqət ömrüm boyu məni təqib edir,təqib edəcək.Mən nə qədər ondan qaçsam da o məndən əl çəkən deyil.Kaş ki...Kaş bütün həqiqətləri dəyişməyə gücüm çataydı.Kaş ki,yenidən doğula biləydim,yenidən arzuladığım kimi yaşayaydım,xoşbəxt olmağa gücüm çataydı.Kaş ki...

Mən nənəm və anamla yaşayırdım.Bildiyim qədəriylə bizim heç bir qohumumuz yox idi.”Xala”adlandırdığım qadınlar gəlib gedirdi bizə.Onlar anamın rəfiqələri və iş yoldaşları idi.Əvvəllər bunun fərqinə varmırdım.Sonra gördüm ki,qonşuda yaşayan yaşıdlarımın atası,qardaş,bacısı,əmiləri,dayıları,xala,bibiləri,babaları var.Mənim qohumlarımsa anamdan və nənəmdən ibarət idi.Əvvəllər bunun səbəbini anamdan soruşmazdım.Lakin böyüdükcə məni narahat edən fikirlər meydana çıxmağa başladı.Anam bir gün dedi ki,atam ölüb.Mən evimizdə nəvaxtsa mənimlə oynayan bir kişi xatırlayırdım.Düzdür,bu xəyallar dumanlı şəkildə gözlərimin qarşısına gəlirdi amma onunla bağlı çox şey xatırlayırdım.Kiçik olduğum üçün hər şey daha dəqiq yadımda deyildi.Həyatımda sonralar nələr baş verdiyi yadıma gəlmirdi.Bir gün qonşuluqda yaşayan yaşıdım Yeganə dedi:

---Məryəm,sənin atan hanı?Axşam işdən gəlmir heç.Sənə nə alıb gətirir?

Onun bu sualı məni çaşdırmışdı.Mən ona diqqətlə baxdım.O isə maraqla verdiyi sualın cavabını gözləyirdi.Mənsə pıçıltıyla dedim:

---Atam ölüb.

Yeganənin gözləri təəccübdən böyüdü.Mən onu qoyub evimizə qaçdım.Onda ilk dəfəydi nənəmdən eşitdim ki,atam bizi qoyub gedib.Nənəm tez-tez atama qarğıyardı.Əvvəllər elə bilirdim ki,atam ölüb deyə nənəm taledən şikayətlənir.Böyüdükcə anladım ki,onun sözləri tamam başqa məna verir.Anam işdən axşam gəlirdi.O çox yorğun olurdu.Buna baxmayaraq məni həmişə öpüb oxşayırdı,istədiyim hər şeyi mənə alırdı.Anam gözəl idi.Onun uzun qara saçları,qara gözləri vardı.Mənim də saçlarım,qaş gözüm onunkuna bənzəyirdi.Bəzən anam Yeganənin anası Könül xalayla söhbət edəndə onun nə qədər əzab-əziyyət çəkdiyini eşidirdim.Amma o bunların heç birini mənə bildirməzdi.Uşaq olsam da bilirdim ki,ölkəmiz müharibə şəraitindədi.Tez-tez televizorda gördüyüm şeylər haqda anamdan soruşardım.Bilmədiyim bəzi şeyləri Yeganə danışardı.O çoxbilmiş idi.Hər şeylə maraqlanardı.Yeganənin gözəl,çəhrayı yanaqları,qonur gözləri vardı.Saçları mənimkindən bir az qısa idi.Anası onunla söhbət edərdi,ona hər şey öyrədərdi.Amma mənim anam mənimlə çox az danışırdı.O məni yalnız ovunduranda ya da əzizləyəndə danışardı.Bir gün Yeganə mənə dedi:

---Sən heç bilirsən bizim düşmənimiz kimdi?

Mən düşmən sözünü yaxşı başa düşmürdüm.Ona görə də bilmədim ki,ona nə cavab verim.O gözlərində nifrət saçan kinlə dedi:

---Ermənilər.

Mən təəccüblə soruşdum.

---Ermənilər kimdi ki?

O yenə eyni ahənglə dedi:

---Bizim düşmənimiz!Torpaqlarımızı bizdən alıblar,bizimlə dava eliyirlər.Uşaqları öldürüb evləri yandırıblar.

Mən Yeganədən soruşdum:

---Bunları sənə anan deyib?Bəs mənim anam niyə mənə belə şeylər danışmır?

O düşünmədən dedi:

---Bəzilərini anam söyləyib,bəzilərini də televizorda qəşəng bir qız danışıb göstərirdi.

Mən dedim:

---Bizim televizorda elə şeylər  göstərmir.Nənəm rusca filmlərə baxır.

Bütün olanlar mənim uşaq təxəyyülümdə aydınlığıyla qalıb.

Günlərin bir günü Yeganəylə Könül xala bizdəydi,nənəm isə mətbəxdə tək oturmuşdu.Onun yenə də anamla sözü çəpləşmişdi.Nənəm elə hey anamı nədəsə ittiham edib onu ağladırdı.Anam heç vaxt mənim yanımda ağlamazdı,amma Könül xalaya elə hey nə haqdasa danışıb ağladığını eşidirdim.Biz yandakı kiçik otaqda oynayırdıq.Televizor işləyirdi.Birdən televizorun ekranı qaraldı.Anam məni çağırdı:

Məryəm,siz orada nəyəsə toxunmadınız ki?(televizorun antenasının kabeli mənim otağımdan keçirdi.)Mən başımı qapıdan çıxarıb ona tərəf baxdım.Ekran çimildəşirdi,heç nə görünmürdü.Anam televizoru söndürdü.Sən demə həmin gecə Bakıda 20 Yanvar faciəsi baş vermişdir.Səhərisi gün biz hər şeydən xəbər tutduq.Həmin gündən etibarən biz televizorda tez-tez günahsız insanların ölüm səhnələrini,atəş açan tankları,ağlayan insanları,bir-birinin üstünə qışqıran”böyük adamlar”ı seyr edirdik.Həmin faciədən sonra ölkədə vəziyyət daha da pisləşdi.

Bir axşam biz yenə oynayırdıq.Könül xala mətbəxdə yemək bişirirdi.Yeganə ona tərəf qaçaraq dedi:

---Ana,ermənilər bizimlə torpağa görə dava edir?

---Hə,qızım-o cavab verdi.

Yeganə təəccüblənirmiş kimi anasına dedi:

---Onda torpaqları versinlər,dava da qurtarsın da.Könül xala başını qaldırıb qızına baxdı:

---Yox,qızım,torpağı heç kimə pay vermək olmaz.

Yeganə onun söylədiyini təsdiq edərək:

---Hə,olmaz.

Mən onların bu sözlərini anama dedim.Anam heç nə demədi.O xeyli susdu.Bilmirdim o  nə düşünür.Bəlkə də o mənə nəyisə izah etməyə çalışırdı.Onun çox kədərli olduğu hiss olunurdu.Onun gözləri tez-tez dolurdu.

Həmin ilin sentyabrında biz birinci sinfə getdik.Yeganənin Anar adlı qardaşı vardı.O bizdən bir yaş kiçik idi.Biz məktəbə gedəndə o ağlayırdı,bizimlə getmək istəyirdi.Biz məktəbə gedəcəyimizə görə çox sevinirdik.İkimizin də məktəbli çantamız eyni idi.Çəhrayı rəngli,üzərində məktəbli qız təsviri vardı.Məktəb ləvazimatlarımız təzəydi.Biz hər gün onların hamısını çantamıza yığardıq.Rəsm çəkməyi sevərdik.

            Bir gün mən dərsdən gələndə Könül xala məni çağırdı:

---Məryəm,qızım,bura gəl.Gəl,baban gəlib,səni görmək istəyir.

Sözün düzü mən nə edəcəyimi bilmirdim.Mən bilmirdim ki,babam kimdi.Mən bilmirdim ki,babam var.Anam evdə yox idi.Mən həyəcanla küçəyə qaçdım.Ürəyimin döyüntüsünü eşidirdim.Yeganə də,Anar da mənimlə küçəyə çıxdı.Qapının qarşısında ağ Volqa dayanmışdı.Qoca,ağsaçlı bir kişi maşından aşağı düşdü,məni qucağına aldı,öpdü,sonra mənə pul uzatdı.Mən pulu götürmədim.O isə pulu donumun cibinə basdı.Böyüyəndən sonra bildim ki,o kişi mənim doğma babam imiş.Onu ilk və son dəfə gördüm.Amma yaxşı ki,gördüm.Yeganəylə Anarın babası tez-tez onlara gəlirdi.Onlar sevinə-sevinə babalarının qucağına qaçırdılar.Mən də onlara qoşulub qaçırdım.Kamil baba məni də öz nəvəsi kimi öpərdi,bəzən konfet,bəzən pul verərdi.Mən artıq öyrəşmişdim buna.Elə bilirdim o mənim də babamdır.Amma öz babamı görəndən sonra mən Kamil babya yaxın gedə bilmirdim.Utanırdım,çəkinirdim.Bir gün Kamil baba yenə gəlmişdi.Yeganə bu sirri ürəyində saxlaya bilməyib dedi:

---Ay ba,Məryəmin babası var ey.O gün gəlmişdi.Saçları ağappaqdı,qocadı.

Kamil baba mənim başımı sığallayıb dedi:

---Hə,tanıyıram.Onun babası yaxşı babadı.Məryəmi çox istəyir.Çoxdandı başqa yerdəydi,ona görə gəlmirdi.Amma daha tez-tez gələcək.

Kamil babanın bu təsəlliverici sözləri məni yaşadırdı.Amma babam bir də heç vaxt gəlmədi.Kamil baba bilə-bilə mənə şirin yalan söyləmişdi.Babam məni sevmirdi,istəmirdi.Anamsa bütün suallara susduğu kimi yenə də susurdu.

Bir gün məktəbdə zəng vurulandan sonra oturmuşduq.Valideynlərdən bir neçəsi də arxada dayanmışdılar.Biri o birinə dedi:

---O qız gör nə qəşəngdi.

---Hansı qızı deyirsən?

---O uzun,qarasaçlı qız.

---Hə,hə bilirsən o qız kimdi?O erməninin nəvəsidi.

Mən əvvəl başa düşmədim söhbət nədən gedir.Sonra isə məni dəhşət bürüdü.Kim idi erməninin nəvəsi?Mən?Yoxsa mənəm?Yəqin ki,mənəm...

Məni qəhər boğdu,ağlamağa başladım.Müəlliməm məni Yeganəylə evə yola saldı.Mənsə Yeganəyə heç bir şey demədim.Evə gələndə gördüm ki,nənəm eyvanda oturub.O məni görcək deyinməyə başladı.Mən indi hiss etdim ki,o bizim kimi danışmır,bizə bənzəmir.Onun üzü mənə çirkin və bədheybət görünürdü.Nənəmin adı da başqa cür idi.Nənəm erməni idi.O caniydi,qaniçən idi.Mən nənəmə nifrət edirdim.O minlərlə insanların ölümündə günahkar idi.O erməni olduğuna görə anamı incidirdi,ağladırdı,Könül xalagillə bir yerdə oturmurdu.O erməni olduğuna görə bu qədər eybəcər idi.Ermənilər əzab verməkdən zövq alırdılar.

Nənəm mənə tərəf gəldi:

---Məryam,kadam,niyə məhtəfdən belə tez gəldin?

Mən ona nifrətlə baxırdım.Özümü saxlaya bilməyib nifrətlə qışqırdım:

---Sən ermənisən,ermənisən.Sən mənim nənəm ola bilməzsən.

Nənəm mat qalmışdı.O qolumdan yapışıb məni evə saldı.

---Noldu sana?Niyə qışqırırsan?Otur görüm.
Mən onu itələyib hönkürdüm.Sonra otağıma girib bayıra çıxmadım.Nənəm də yanıma gəlmədi.

Müəllif: AYGÜN


Şərhlər:
Baxılıb: 2518
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz