Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 27)
QARAQAN -
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1805
Səs ver:

 

Sonun Əvvəli

Azad Gürcüstanda Çingizlə qaldı. Arazla biz qatara minib Bakıya qayıtdıq. Vağzalda Aslan bizi qarşıladı. Amma rəngi tamam qaçmışdı. Elə bil ki, nə isə baş vermişdi. Bizə baxıb dedi:
- Uşaqlar, Abbası tutublar!
Qulaqlarıma inana bilmədim:
- Necə yəni tutublar? Kim tutub?
Aslan dedi:
- Siz Gürcüstana gedən gün Abbası tutdular. Polislər onu mağazanı yandıran yerdə apardı. Əslində adam çox idi. Amma başda Abbas durmuşdu. Onlar da onu seçə bilmişdilər. 2 gündür türmədədir. Sabah məhkəmədir. Hər şey sabah bilinəcək. Ya azadlıq, ya 10 illik həbs. 
Araz dedi:
- Yaxşı gedəy Episentrə hamıya yayaq.
Aslan qışqırdı:
- Dəlisən? Necə hamıya yayaq? Hamıya desək kütlənin qarşısını almaq mümkün olmayacaq. Onlar məhkəməyə hücum edərlər. Özün bilirsən ki, Abbası nə qədər adam sevir. Onlar öz həyatlarından keçərlər ki, ona heç nə olmasın. Hücum edərlər.
Araz dedi:
- Hücum etsinlər də! Gör nə qədər tərəfdarımız var. Bu xəbər yayılsa sabaha məhkəmənin qarşısına bir milyon adam gələr. Xalqın təzyiqi ilə onu buraxarlar..
Aslan dedi:
- Amma dövlət də var, yadından çıxarma. Onun ordusunun qarşısında bizim qara köynəklilər heç nədir. İstəyirsən ki, bizi məhv etsinlər? Həm də bəlkə Abbası buraxdılar. Onlar da ağılsız deyil. İstəməzlər ki, xalqın bu qədər inandığı insanı tutmaqla özlərinə olan etibarı itirsinlər. Gəlin gedək Episentrə orada özümüz müzakirə edək. Bəlkə vəkil tutaq? Gəlin. Tez. Oturun maşına. Görək A nə deyir?
Episentrə çatanda uzun dəhlizlə A-nın otağına yollanırdıq. Otağın qarşısında digər uşaqlar növbəyə düzülmüşdülər. Biz gözətçidən soruşduq ki, niyə bu uşaqlar buradadır. Dedi A seçilmiş uşaqları bir-bir yanına çağırıb. Onlarla nə isə danışır. Hansısa bir işi tapşırır. Otaqdan çıxanların hamısı halsız vəziyyətdə qırağa çəkilirdilər. Bəzilərinin ürəyi bulanırdı. Bəziləri huşunu itirirdi. Deməli mənim də huşumu itirməyim A ilə görüşə görə olmuşdu. Yəqin nə isə var idi. Natamam kitabımın vərəqləri az qala çantamdan töküləcəkdi. Birdən arxadan kimsə onları tutub saxladı. Mən dönəndə Ayseli gördüm. O mənə baxıb dedi:
- Ehtiyatlı ol.
Mən də ona baxıb nə deyəcəyimi bilmədim. Son həftələr onu demək olar ki, görmürdüm. İndi isə biz üz- üzə gəlmişdik.
- Hə, çox saq ol. Az qala tökülmüşdü...
Aysel mənə yenə tərs-tərs baxıb dedi:
-Hə, yəqin çox məşğulsan. Çantan yadından çıxıb.
- Hə çantam lap yadımdan çıxmışdı.
- Təki yaddan çıxan ancaq çanta olsun.
Sonra getdi. Istədim onun yanına gedim, Araz məni çağırdı.
- Anar, Anar, bura gəl! A özü camaata deyib ki, sabah məhkəmə olacaq. Və o özü gedib Abbası çıxaracaq! Eşidirsən? A özü ora gedəcək.
Aslan dedi:
- Yox olmaz. Təsəvvür edirsən bu nə deməkdi? A-nı görmək üçün hamı məhkəmədə olacaq. Bütün tv-kanallar çəkəcək. Bütün dünyanın gözləri bizdə olacaq. Bu hadisə vətəndaş qarşıdurmasına gətirib çıxara bilər.
Mən bütün varlığımla söhbətə qoşulmaq istəyirdim. Amma fikri Ayselin yanında idi. Dözə bilməyib Ayselin arxasınca qaçdım. Dəhlizin sonunda ona çatıb əlindən tutdum. Sonra üzünü çevirib dodaqlarından öpdüm. Amma gözlənilmədən sifətimə yağlı bir şillə dəydi. Bu şillə məni yuxudan oyatdı. Aysel dəyişmişdi. O həmişəki Aysel deyildi. Mən onun əlindən dartıb sağdakı boş otağa saldım. Sonra özüm də girib qapını örtdüm:
- Bu nə deməkdi? Mənə əl qaldırırsan? Gic olmusan?
- Mən gic olmuşam? Cırığ-cındır paltarda bir aydı oyan buyana dolaşırsan. Əlində qara-qura səhifələr, bığ saqqal. Bir gün Gürcüstana hücum edirsiz, bir gün dükan yandırırsız... Mən gic olmuşam?
- Kim Gürcüstana hücum edir? Sən nə danışırsan? Aysel, canım bağışla, əgər xətrinə dəymişəmsə. Amma özün görürsən hansı vəziyyətdəyik.
- Görürəm Anar, görürəm. Sən artıq məni sevmirsən.
- Boş-boş danışma, səni hamıdan çox sevirəm. Sadəcə...
- Sadəcə vaxtın yoxdu hə? Vaxtın yoxdu. Amma hansısa Çingizə vaxt tapırsan, hansısa qızın üzünü yandırmağa vaxtın var. Axı niyə belə oldu? Nəyə lazımdı bunlar?
- Aysel, özün bilirsən ki, nəyə lazımdır. Azad cəmiyyət. Bərabərlik, Ədalət, Azadlıq. Hər kəsin xoşbəxt olacağı bir sistem.
- Var idi də. Əvvəl elə idi də. İndi görmürsən nə baş verib. Balaca otaqlarda səmimi hisslərini etiraf edən zəif oğlanlar indi manyaklara çeriliblər. Dünən "evdə atam məni döyür” deyən qızlar bu gün avtomobilləri yandırır, dükanları dağıdırlar. Budur azad cəmiyyət? Sabah polis hamınızı basacaq dama. Səni də, o birini də, Aslanı da, Abbası da, A-nı da..
- Suss!.. Bilmədiyin şeyi danışma.. A-nı içəri sala bilməzlər. A-ya heç nə edə bilməzlər.
- Niyə? Sən də o nağıllara inanırsan? Sən də elə bilirsən ki, A peyğəmbərdi?
- Bilmirəm. Bilmirəm. İndi Abbası çıxarmaq haqda düşünməliyik. Gəl bu haqda başqa vaxt danışaq.
- Başqa vaxt olmayacaq mən gedirəm!!!..
- ........ Nə ? ..... ııı... Hara gedirsən?
- Gedirəm.. Birdəfəlik bu yerlərdən gedirəm..
- Canım, hara gedirsən? Yaxşı da. Lazım deyil. Axı lap az qalıb. Bir azdan...
- Anar bəsdi. Bəsdi...Yoruldum..
- Axı mən səni sevirəm.
- Mən də səni sevirəm. Amma yorulmuşam. Bu A-dan, HOST-dan, qara köynəklərdən. Yorulmuşam. Başa düşürsən? Yorulmuşam..
- Nə lazımdır ki sənə?
- Mənə sən lazımsan başqa heç nə. Yadındadır məni qaçıranda meşədə nə deyirdin? Deyirdin ki, məndən başqa sənə heç nə lazım deyil. Bəs indi nə olub? Niyə ikimiz gedib balaca bir daxmada xoşbəxt ola bilmərik? Hə? Niyə nağıllardakı kimi balaca bir evdə yaşayıb bir yerdə qocala bilmərik?
- Aysel, necə xoşbəxt olaq? ”Xoşbəxtlik təkcə gözəl pəncərədən yox, həm də mənzərədən asılıdır” - yadından çıxıb?
- Ehh. Boş cümlələr. Boş cümlələr.
- Cümlələr həmişə boş olur. Onlar yalnız əməl olunanda mənasını tapır. Mən yazan kitabda da adi cümlələrdi. Amma onlara əməl olunsa dünyanı dəyişmək olar. Niyə başa düşmək istəmirsən?
- Nəyi? Nəyi?
- Onu ki, sabah biz bir ev alıb yaşasaq da biri gün uşaqlarımızı istədiyimiz kimi tərbiyə edə bilməyəcəyik. Qonşularımız istədiyimiz kimi olmayacaq. Bazardakı satıcının üzündən zəhrimar yağacaq. Televizora baxa bilməyəcəyik. Pozğun cəmiyyətdə xoşbəxt olmaq suyun içində quru olmaq kimi bir şeydir. 
- Anar, sən düz deyirsən. Dediyin hər şey doğrudur. Amma bu mümkün deyil. Bu arzulardı. Bu boş ümidlərdir. Dünya dəyişən deyil. Mən gedirəm. Seçimini et .Ya mən ya HOST.
Bir dəqiqəlik sükutdan sonra dedim:
- HOST...

Aysel qapını örtüb otaqdan çıxdı. Mənim gözlərim yerə zillənmişdi. Heç nə düşünə bilmirdim. Beynim partlayırdı. Bir tərəfdən A, bir tərəfdən Abbasın məhkəməsi, bir tərəfdən bitirməyə hazırlaşdığım kitab, bir tərəfdən HOST, bir tərəfdən Aysel. Hər şey bir-birinə qarışmışdı. Əvvəl elə bilirdim ki, A da mənim kimi bir oğlandır. Amma indi onun insan olmasına da şübhə edirəm. Nə baş verir? Bu xaos nə zaman bitəcək? Qulağımda eyni sual dəfələrlə təkrarlanırdı. ”Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? ” Bu sualların sonu yox idi. Aysel dözə bilmədi. Aysel bacarmadı. O məni yarı yolda atdı. Mən də ona həyat yoldaşı deyirdim. Məni yarı yolda atan yoldaş.

Prokuror 

- Siz və sizin təsirinizə düşən cavanlar dünən şəhərin mərkəzində mağazanı yandıran yerdə polis tərəfindən yaxalanmısınız. Bütün dəlillər toplanıb, bütün şahidlər məhkəmə zalındadır. Abbas, siz buna nə deyə bilərsiniz?
Abbas: 
- Hər şey göründüyü kimi sadə deyil.
Prokuror: 
- Abbas, mən sizi başa düşmürəm. Nə demək istəyirsiniz?
Abbas: 
- Mən heç nə demək istəmirəm. Məni siz bura gətirmisiniz. Deməli siz nə isə demək istəyirsiniz.
Prokuror:
- Cənab Hakim, bu adam cinayətkardır. O ətrafına cəmiyyətin ən aşağı üzvlərini toplayıb qruplaşmalar yaradır. Bizdə olan məlumatlara görə bu qruplaşmalar şəhərdə yanğınlar törədib, insanlara hədə-qorxu gəlir, dələduzluq edirlər.

Mən Azadla məhkəmə zalında oturmuşdum. Hakimin və prokurorun qorxduqlarını gözündən oxumaq olurdu. Onlar Abbası tutmaq istəyirdilər. Amma qorxurdular. Çünki həmin hakimin də oğlu HOST-dan idi. Həmin prokurorun qardaşı uşaqları da HOST-dan idi. Bütün şəhər bizim tərəfimizdə idi. Xalq bizim tərəfdə idi. Ona görə Abbas da çox rahat idi. İçəridə azı 7 video kamera vardı. Onların 3-ü Azərbaycan kanalları idi, digərləri xarici kanallar. Məhkəmə birbaşa yayımlanırdı. Bilmirəm bunu kim təşkil etmişdi, amma hər kim etmişdisə gərək ki, böyük qüvvəsi var idi. Hər dükan yandıranın məhkəməsini canlı yayımda göstərmirlər. Binanın ətrafına toplaşan camaat hər an məhkəməyə hücum etməyə hazır idi. Mən Azada baxdım. O da çox rahat oturmuşdu. Mən tam başa düşə bilmirdim. Elə bil ki, nə isə başqa bir şey var idi. Gah hakim nə isə deyir, gah şahidlər danışırdı. Bütün bunlar yuxu kimi gəlirdi. Gör həyat məni haradan haraya gətirdi. Aysel yoxdu, kitab hazır deyil, Abbas...
Prokuror son sözünü dedi:
- Bu cinayətdir.
İndi Abbas son sözünü deməli idi.

" Bu cinayətdir? Heh. O dükanlar ki, dövlət vergisindən qaçıb camaatı sərxoş eliyən içkilər satır. O fahişələr ki, sərxoş daydayların pullarını öz döşlərinin arasında gizlədir. Murdar adamlarla dolu barlar, cındır jurnalistlərlə dolu televiziyalar. Xalqın beynini mənasız şeylərlə doldurub yuxusunu daha da dərinləşdirirsiniz. Bakirə qızları yoldan azdırıb onlarla min bir oyundan çıxırsız. Sizin həyatınız təkcə iş və evdən ibarətdir. Amma mən daha artığını görmüşəm. Bayıl türməsində öz doğma atasını zorlayan mavilər. Metroda tanımadığından anasını əlləyən biqeyrətlər. Striptiz zallarında bacısına müştəri axtaran namussuzlar. Müdirin masasına uzanan katibələr. Uşaq kaloniyalarındakı pedofillər. Demokratiyanın dördillik oyuncaqları. Seçkiqabağı kampaniyalarda camaatın qabağına atılan yağlı sümüklər. Məktəblərdə yetişdirilən nəşəxorlar. Otellərdəki piyli xaricilərin altında uzanan 14 yaşlı qızlar. Kasıb insanlardan tragediya oyuncağı düzəldən verilişlər. Xeyriyyə məqsədi ilə alınan pulların yarısını cibimizə qoymağımız. Cındır siyasətin qurbanı olan İraqa göndərdiyimiz 100 nəfər əsgərlə Amerikaya göstərdiyimiz inanılmaz dərəcədə böyük yardım. Ya Qarabağ qayıdandan sonra qaçqınların dallarından təpik ilişdirib şəhərdən meşəyə göndərmək arzularımız. Pornoya çevrilmiş küçələr. Ömürlərində bir dəfə də olsun qocalar evinə getməyən cavanlar. Ağzı cırıq yekəpər polislər, yaltaq deputatlar, çayxana müxalifətçiləri, qoyun tələbələr, qomik müğənnilər, selikon sənətçilər, arvadbaz idmançılar. Ömürlərinin sonuna kimi evləndiklərinə peşman olan ailələr. Ata-ananın söyüşləri altında böyüyən uşaqlar. Hollivud cizgi filmləri ilə böyüyən uşaqlar, böyük qardaşlarının prezirvativlərini qurdalayan uşaqlar, qələmdən tez siqaretlə tanış olan uşaqlar – gələcəyin manyakları, zombiləri. Ana südünə həsrət qalıb paket yeməklər yeyən paket uşaqlar. Sırtıq mollalar, palçığdan tikilmiş binalar. Heç nə haqda fikirləşməyən, televizor pultu ilə doğulan, dalları divandan qalxmayan avaralar. Yalançı tarixçilər, keçəl cangüdənlərin qalın boyunlarına sarılmış maymaq milyonerlər. Sütunsuz şadlıq sarayları və stulsuz məktəb sinifləri. Qalstuklu eşşəklər, paqonlu sıpalar, mikrofonlu qoduğlar. Bəs bunlar? Bunlar cinayətkar deyil? Yox cənab hakim, bunlar cinayətkar deyil. Bunlar düşməndir.. Bunlar əsl düşməndir. Bu əsl müharibədir. Müharibədə heç kəs düşməni məhkəməyə vermir. Müharibədə Kalaşnikov ilə düşmənin ağzını cırırsan. Qumbara ilə bağırsaqlarını yerə tökürsən. Bəs siz nə edirsiniz? Ən uzağı bir-iki qəzetdə bunu tənqid edirsiz! Bəlkə Qarabağ gedəndə də heç döyüş olmayaydı? Elə bir-iki qəzetdə erməniləri pisləyəydik? Görəsən hara qədər gəlib çıxardılar? Mənim etdiyim cinayətdir? İntihar etməyə hazır olan gəncləri yenidən həyata qaytarmışıq, ruhu ölmüş insanları yenidən diriltmişik. Ərlər gecələri öz arvadlarının yanında keçirir. Uşaqlar rahat məktəbə gedib layiq olduqları qiyməti alır. Narkomanlar bizim qorxumuzdan iynə almırlar.. Bu sizin xoşunuza gəlmir? Hə? Bəlkə narkoboronlardan sizə gələn faiz azalıb? Bəlkə qadın alverinın gəlırı aşağı düşüb? Yoxsa hərdən bir pritonlara nəzarətə gedəndə Mama Roza sizə daha pulsuz qız təklif etmir? Cənab Hakim, bəlkə oğlunuzun sizdən gizlətdiyi HOST könəyini tapmısınız?!!! HƏ..? Axı sizin oğlunuz da bizim ordumuzdadır..

Bu sözlərdən sonra məhkəmə zalına sükut çökdü. Abbas elə danışmışdı ki, içəridə gözləri bərəlməmiş bir nəfər də yox idi. Bütün Dünya Televizorların qarşısında bu çıxışı izləyirdi. Abbasın səsi bütün qulaqlara çatmışdı. Evdə xalçanın üzərində oturub televizora baxan bacı-qardaş, öz ofisindən bu sözləri dinləyən iş adamları, radiodan eşidən taksi sürücüləri, türk kafelərində lahmacun yeyən cavanlar. Hər kəs. Hər kəs donub qalmışdı. Indi hakim nəsə deməli idi. Bu sükut bu qədər uzun ola bilməzdi.
- Abbas, siz kimə qulluq edirsiz? Hə? Dövlətə yoxsa hansısa A adlı kökü-mənşəyi bilinməyən cinayətkara?
Abbas ayağa qalxıb dedi:
- Biz Allaha qulluq edirik. A - Allahın elçisidir.
Bu sözlərdən sonra məhkəmə zalında dəhşətli bir uğultu eşidildi. İçəri ağ dumanla doldu. Polislər Abbası əhatə etdilər. Camaat qorxub zalı tərk etməyə başladı.
Mən də ayağa qalxmaq istədim. Amma Azad qolumdan yapışıb yerimə oturtdu. ”Gözlə, hələ vaxtı deyil ”.
İşıqlar yanıb sönməyə başladı. Məhkəmə binasının həyətindən kütlənin səsi eşidilirdi. ”A”, "A”, "A”. Sonra Polis sirenaları, atəş səsləri. Aslan məhkəmə zalından çıxan insanları yarıb içəri keçdi. Bizə yaxınlaşıb dedi:
- Tez edin. Burdan çıxmalıyıq. Mən gizli yol bilirəm. Kütlə qızışıb. Onu saxlamaq olmur. Onlar bura hücum edirlər. Abbası tapın. Abbası tapın.
Azad dedi:
- Niyə? Niyə hücum edirlər ki? 
- Biz bayırda idik. Məhkəmə binasına baxırdıq. Camaat eşitdi ki, A - Allahın elçisidir. Sonra binada işıqlar yanıb sönməyə başladı. Sonra elə bil ki. Hmm. Elə bil ki, bəzi pəncərələrdə işıq yandı digərlərində isə söndü. Bütöv binada pəncərə işıqları ilə A yazıldı. Sonra yenə bütün işıqlar söndü. İkinci dəfə "Hücum” yazıldı...
Aslan bu sözü deyən kimi arxadan partlayış səsi gəldi. Avtomobillər yanırdı. Kütlənin gurultusu getdikcə yaxınlaşırdı. Aslan bizi hakimin kürsüsünə tərəf apardı. Onun altında gizli keçid vardı. Üçümüz də o keçidlə aşağı enməyə başladıq. Kütlənin səsi daha da artdı. Tələsik pilləkənləri eib dar dəhlizə düşdük. Bu mənzərə mənə bir il əvvəlki hadisəni xatırlatdı. Aslan məni və Azadı ikinci dəfə gizli yol ilə xilas e dirdi. Var gücümüzlə irəli qaçırdıq. İşıqlar getdikcə azalırdı. Dəhlizin isə sonu yox idi.

Ardı var...

 

 



Şərhlər:
Baxılıb: 1805
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz