Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 25)
QARAQAN -
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1714
Səs ver:

 

A və MƏN
Uzun dəhlizin sonuna çatıb qapını sakitcə döydüm. Həyatımın ən vacib anı gəlib çatmışdı. Qapı öz-özünə açıldı. Mən yavaşca içəri daxil oldum. Otaq mağaraya oxşayırdı. Çox qaranlıq və səliqəsiz. Hər yerdə cırıq kağızlar, qəribə alətlər, fiqurlar, şəkillər, şamlar vardı. Masanın üzərində qırmızı pentaqramm çəlimişdi. Künclərdəki böyük külqabılardan şirin tamlı tüstü qalxırdı. Otağın o biri başında A dayanmışdı. İşıq onun arxasından düşdüyü üçün üzünü seçə bilmirdim. Uzun paltar geyinmişdi. Saçları çiyninə çatırdı. Mən içəri keçən kimi qapı arxamca bağlandı. Otaqda bizdən başqa heç kəs yox idi. A və mən. Ondan o qədər şey soruşmaq istəyirdim ki, amma heç nə ağlıma gəlmirdi. Mən onunla görüşümü dəfələrlə təsəvvür etmişdim. Hər gecə yuxuda onu görürdüm. Ondan bütün bu işlərin sirrini soruşurdum. Amma indi dilim tutulmuşdu. Tüklərim biz-biz idi. Qarşımda ölümdən qorxmayan bir insan dayanmışdı. Onun uzun saçları üzünə tökülürdü. Bir neçə saniyəlik sükutda sonra A dedi:
- Sən kitab yazacaqsan!
Donub qalmışdım. Başımı qaldırıb üzünə baxa bilmirdim.
- Sənin kitabın bütün dillərdə yayılacaq. İnsanlar bu kitabı oxuyub ona əməl edəcəklər. Onu gözəl yazacaqsan. Onda bir dənə də səhv olmayacaq.
Mən gücümü toplayıb soruşdum:
- Nə kitabı?
A dedi:
- Sonuncu kitabı. Sən sonuncu kitabı yazacaqsan.
Mənim əllərim titrəməyə başladı:
- Necə yazım?
A dedi:
- Hava Od Su Torpaq. Onları birləşdir.
Bu sözlərdən sonra otaqda elə parlaq işıq yandı ki, gözlərim az qala kor olacaqdı. A-ya baxa bilmirdim. Hər yerdən işıq gözlərimi qamaşdırırdı. Gözlərimi yumub geri çəkildim. Arxadan qapının açıldığını eşitdim. Sonra A-nın səsi gəldi: "Gedə bilərsən”.
Otaqdan çıxanda hər şeyi dumanlı görürdüm, başım gicəllənirdi. Yer ayağımın altından qaçırdı. Divarlar üstümə gəlirdi. Hər şey qarışırdı. Dəhlizdə balaca qız gördüm. Sonra dəhliz qırmızı rəngə boyandı. Qıraqda qağayılar donub qalmışdı. Yerdə çay axırdı......

Yenidən Doğuluş

Anar...Anar dur..Anar..Oyan..Anar...Anar...
Gözlərimi açanda ətrafımda qəribə adamlar gördüm. Baxışlarım aydınlaşanda onları seçməyə başladım. Abbas, Aslan, Aysel, bir də bir neçə uşaq. Mən yataqda uzanmışdım. Həkim nəbzimi yoxlayırdı. Aysel yanağımı sığallayır, əllərimdən öpürdü. Yavaş-yavaş özümə gəlirdim. Deyəsən ürəyim getmişdi, yerə yıxılmışdım. Aslan dedi:
- Anar, narahat olma, həkim deyib ki, heç bir problem yoxdu. Bir günə özünə gələcəksən. Danış görək A ilə söhbət nə oldu?
Mən onlara baxıb dedim:
- Bilmirəm, mənə dedi ki, kitab yazmalısan. Sonuncu kitabı...
Abbas dedi:
- Sonuncu kitab? A mənə bu haqda demişdi. HOST-un kitabı. Demişdi ki, onu içimizdən ən təmizi yazmalıdır.
- Bəs niyə o özü yazmır? Ən təmiz o deyil ki?
- Bəlkə özü yazsa onun dərin düşüncələrini heç kəs başa düşməz. Ona görə yəqin istəyir ki, adi bir adam yazsın. Hər kəsin başa düşə biləcəyi dildə..
Mən soruşdum:
- Adi bir adam? Bəyəm o adi adam deyil?
Aslanla Abbas bir-birlərinə baxdı. Sonra Abbas dedi:
- Uşaq vaxtı onunla gizlənpaç oynayanda ən gec onu tapırdıq. Daha doğrusu tapmırdıq. Özü çıxırdı. Mən də bir gün gözümü yumanda kipriklərimin arasından baxdım görüm harada gizlənir ki, heç kəs onu tapa bilmir. Gördüm ki, uşaq otağındakı şkafın içinə girdi. Tez qaçıb şkafın qapısını açdım. Amma orada deyildi. Mən indiyə kimi bunu heç kimə danışmamışam. Heç onun özünə də deməmişəm. Sonra qışqırdım ki, A, çıx, səni tapa bilmirəm. Gördüm ki, şkafın qapısı açıldı və A oradan çıxdı...
Aysel bu sözü eşidib dedi:
- Boş-boş danışmayın, elə şey ola bilməz. 
Sonra əlini yelləyib otaqdan çıxdı.
Mən donub qalmışdım. Doqquzuncu mərtəbədən tullanmaq, otaqındakı qəribə işıq, uşaq vaxtı evlərində yanğın. Heç nə başa düşə bilmirdim . A kimdi? Hər şeydən bezmiş adi oğlan yoxsa...Yoxsa...
Kitab... Sonuncu kitab... Hava Od Su.. Hmmm.. Kitab.. Birləşdirmək..Yazmalıyam. Mənim missiyamdır. Mən kitabı yazmalıyam. İlk cümlə..İlk cümlə..

SƏNƏ ÖYRƏDİLƏN HƏR ŞEYİ UNUT 

A ilə görüşdən sonra otağımdan bir dəqiqə də çıxmırdım. Əlimdə qələm kitab yazırdım. Saysız hesabsız statistikalar, mifologiyalar, tarix, gizli faktlar , A-nın dedikləri, bizə yazılan məktublar. Hər şeyi bir-bir incələyirdim. H.O.S.T. nədir? Məqsədi nədir? İdeologiya, yol , nəsihətlər və pozulmaz qaydalar. Həyat tərzi... Bu A-nın son əmri idi. Deyilənə görə mənimlə görüşdən sonra heç kəslə danışmayıb. Bircə Abbasa deyib ki, Anar indiyə qədər gördüyümüz işlərdən ən təhlükəlisini, ən çətinini görəcək. Ona şərait yaradın. Nə istəsə edin. Kitab tez bir zamanda hazır olmalıdır. Bütün varlığımla qələmə sarılmışdım. Saçım uzanırdı, üzümü saqqal basırdı, günlərlə çimmirdim. Otağımda kitablardan başqa heç nə yox idi. Ancaq yemək yeyəndə qələmdən ayrılırdım. Hərdən yeməyi də unudurdum. Yüz minlərlə insan mənim kitab yazmağımı gözləyirdi. Yüz minlərlə insan. Bilirsiniz bu nə deməkdir? 10 yox, 70 yox, min yox... Bu çox ağır yük idi. İnsanların haqsızlığından yazırdım. Onların səhv yolda olduqlarından. Haqqın tapdanıb, nahaqqın sevildiyindən. Yalanın həqiqətdən üstün olduğundan. Əslində həqiqət qeyri adi bir şey deyil. İnanılmaz gücə malik tilsimli cümlələr deyil ki, onları yalnız alimlər başa düşsün. Həqiqət o qədər sadədir ki, onu hər kəs anlaya bilər. Amma ona əməl etməyi hər kəs bacarmır. Hər kəs bilir ki, qanadı olan uça bilər. Amma ancaq quşlar həqiqətən bilir ki, uçmaq necə olur. Əsl həqiqət də ona əməl edəndə üzə çıxır. Yanğın qığılcımdan başlayır. Bu kitab da qığılcım olacaqdı. Hər sətrini, hər sözünü ölçüb biçəcəm. Hər səhifəsini gözdən keçirəcəm. Mənim kitabım. Bizim kitabımız. Sonuncu kitab. Hava od su torpağı birləşdirməli idim. Onları birləşdirməli idim. Otağımda artıq gəzmək mümkün deyildi. Hər yer səhifələrlə dolu idi. Aşağı düşməliyəm.. Aşağı.. Həyətə.. Mənə bir az torpağ lazımdır. Su var Od var.. Aşağı düşməliyəm...
Dəlilik ya Dahilik
Həyətə düşüb bir ovuc torpaq götürdüm, indi otağımda içinə su tökəcəkdim sonra da yandıracaqdım. Hava od su torpağı birləşdirmək... Bu mənə kömək edə bilərdi... Amma otağıma qalxanda nə isə dəyişmişdi. Deyəsən anam otağa girmişdi. Qapını bağlamaq yadımdan çıxıbmış.Yerdəki lazımlı səhifələr yox idi.
- Ana... Ana...
Anamın səsi mətbəxdən gəldi:
- Hə bala, indi gəlirəm.
Yerdəki səhifələr... Yüz faiz anam buranı dağıdıb töküb. Qapı açılanda əlində süpürgə mənim otağıma girmək istəyirdi..
Səsimi istəmədən qaldırdım.
-Ana, yerdəki vərəqlər hanı? 
Anam əli ilə masanı göstərdi - Niyə ora qoymusan ki? Axı mən demişdim ki, mənim otağıma heç kəs girməsin.
Anam dedi:
- Ay bala nə olacaq ki? Gör nə gündədir otağın. Bir güzgüyə bax gör özün nə günə düşübsən!
- Sən hər şeyi zibil elədin. Qatdın səhifələri bir-birinə. İndi nə bilim hansı səhifə neçəncidir?
- Əşşi nə var ee orda.. De bunlar yerdə idi də.
- Əl vurma! Əl vurma, mənim kitabıma!.. Çıx.. Çıx bayıra! Tez elə.!!!!
- Oğul nə danışırsan. Mənim oğlumsan e, bu nə danışıqdır?
- Tez elə çıx bayıra. Onları birləşdirməliyəm.. Kitabım üçün..
- Allah sənə ağıl versin. Özünü gic yerinə qoymusan. Bir həftədir otaqdan çıxmırsan. Nə olub axır vaxtlar sənə?
Səsə atam gəldi.
- Yenə nə olub orada..?
Aha, bir dənə atam çatışmırdı... Amma nənəm də gəldi. Elə bil ki, səhərdən hamısı bunu gözləyirdilər ki, səsim çıxsın keçsinlər hücuma.
- Anar, ananın sözünə qulaq as. Sənə qadağan eləyirik birdə o adamlara qoşulmağı. Onlar səni gic eləyiblər. Gül kimi uşaq idin. Gör nə günə düşmüsən. Saqqalına bax, saçına bax.. Bu nə otaqdı..
Qışqırdım:
- Əl çəkin məndən!!!
Atam dedi:
- Bağırma, ağlın deyəsən özünə gedib. Mən səninçün...
- Sən mənimçün heçnəsən. Siz hamınız heçnəsiniz. 100 illiy insanlar. 100 il sonra sizi heç kəs tanımayacaq. Heç kəs. Yazıqlar. Öz həyatınız yoxdu. Başqalarına da yaşamağa mane olursunuz.
Anam bağırdı:
- Sən nə danışırsan? Hansıza zibil səhifələrə görə valideynlərinə qarşı çıxırsan?
- Zibil səhifələr? Zibil səhifələr? Bu səhifələr bütün dünyanı dəyişçəcək.. Siz nə bilirsiniz ki? Yazıq insancıqlar!
Nənəm dedi:
- Qoduğ, kəs səsini.
- Nənə get serialına bax daa.
Nənə:
- Ədə mən səni..
Ata:
- Cavab qaytarma!!!
Ana:
- Südüm sənə haram olsun!!!
Nənə:
- Axmağ ....
Ata:
- Qudurmuş!
Ana:
- Nankor..
Artıq heç kəsi eşitmirdim. Bu evdə bir dəqiqə də qalan deyildim. Səhifələri ovuc-ovuc yığıb çantama doldururdum. Qaçmaq. Qaçmaq. Başqa yol yox idi. Qapının ağzını tutmuşdular.
- Səni heç yana buraxan deyilik.
Çantamdan yapışıb var gücümlə qapıya tərəf qaçdım. Onları itələyib otaqdan çıxdım. Episentrə.. Bütün yollar Episentrə gedir!!!
Gözətçilər əvvəl məni tanımadılar. Amma yaxınlaşan kimi içəri buraxdılar. Dəhlizdə Azadla rastlaşdım. Türkiyədən qayıtmışdı. Təzə xəbərləri vardı. Orada böyük bir cəmiyyət qurublar.. Məni sakit bir otağa apardı. Dedi ki, burada sənə heç kəs mane olan deyil, rahat işlə. İlk olaraq Hava od su torpağı birləşdirdim. Amma heç nə. Mənasız bir şey. Kibrit yaş torpağa dəyən kimi söndü.. Heç nə.. Burda nə isə başqa bir məna var idi. Kitabın yarısını yazmışdım, amma nə isə çatışmırdı.
Hava, od, su, torpaq... Episentrə gəlməyim yaxşı oldu. Bir neçə gün kağızların qarşısında düşündükdən sonra ağlıma əla bir fikir gəldi. Bu kitabı bitirməyə də kömək edərdi. HOST-un nə olduğunu bilmək üçün ona qıraqdan baxmalı idim. Necə? Axı Host-da hamı məni tanıyır. Hamı bilir ki, mən Anaram – HOST-un kitabını yazan. Ona görə qrimə ehtiyacım var idi. Tez qaçıb Azadı tapdım və ona fikrimi dedim. Azad razılaşdı. Biz Episentrdən çıxıb Azadgilə getdik. Evdə mənə atasının köhnə paltarlarını verdi. Sonra saçımı rənglədi. İndi mən tamam başqa adama oxşayırdım. Həm də çox əziyyət çəkmək lazım deyildi. Onsuz da üzdən məni o qədər də yaxşı tanımırdılar ki, əsas sözlərimlə onları şübhələndirməyim..

Ardı var...

 

 



Şərhlər:
Baxılıb: 1714
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz