Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 21)
QARAQAN -
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1821
Səs ver:
Məktub

Aysel, canım, gözüm, səni xilas etməyin yolunu tapmışam. Bazar günü səhər saat 11-də villanın həyətində fəvvarənin qırağında oturarsan. Div ilə çəkdirdiyin şəkilləri də gözəl bir albomda yerləşdirib özünlə gətirərsən. Onun sənə aldığı bütün bər bəzəkləri, üzükləri də tax. Cazibədar geyin, çox gözəl olmalısan. Parlaq bir şey geyin. Ən vacib şeyləri vəsiqəni zadı, özünlə götür. Qayıtmaq imkanı yoxdur. Saat 12-nin yarısı üçün bir qonaq gələcək. Özünü çox həyasızcasına, hörmətsiz apar. Gələn qonağın bütün suallarına acı, sərt cavab ver. Nə soruşsa "hə” cavabını ver. Sonra albomu qonağa göstər. Qonaq əsəbiləşən kimi cangüdənlərə de ki onu sənin villandan iti qovan kimi qovsunlar. Səni Qara BMW-də gözləyəcəm. Bağışla ətraflı yaza bilmirəm. Divə görə narahat olma. Bazar günü şəhərdə olmayacaq. Öpürəm, sevirəm, güclü ol balam, güclü ol.

BAZAR GÜNÜ 
Səhər saat 10-da Abbasın tapdığı nömrəni yığdım. Bir az gözlədikdən sonra telefonu bir qadın götürdü.
- Alo? 
- Alo, Rasimə xanımdı danışan?
- Bəli, siz kimsiniz ki?
- Rasimə xanım, sizdən çox-çox üzr istəyirəm amma sizinlə danışmalıyam.
- Siz kimsiniz ki?
- Xanım, məni tanımırsınız. Mən ərinizin köhnə işçilərindənəm. Adım Tofiqdir.
- Bəli, Tofiq müəllim, buyurun. 
- Rasimə xanım, sizin ərinizlə bağlı bir şey bilirəm. Amma bilmirəm bunu sizə necə deyim. Əgər mümkün olsa sizinlə görüşmək istəyərdim. Sizi bir yerə aparmaq istəyirəm. Ərinizin ikinci evinə.
- İkinci ev?
- Bəli, Rasimə xanım, o sizə xəyanət edir. Mən dəqiq ünvanı bilirəm. İstəyirsinizsə sizi apara bilərəm.
- Siz haradasınız ki?
- Elə sizin həyətdəyəm. Qorxmayın sizi aldatmıram. Sadəcə istəmirəm ki, sizin kimi alicənab xanımı kimsə aldatsın.
- Hmm..Yaxşı, indicə gəlirəm.
- Gözləyirəm.

Saat 11 üçün Rasimə xanım artıq Ayselin villasının qarşısında idi. Onu taksi ilə gətirmişdim. Əlimlə darvazanı göstərib dedim:
- İndi sizin əriniz burda deyil, amma onun məşuqəsi buradadır. Özünüz əmin ola bilərsiniz.

Aysel, fəvvarənin qırağında oturub tez-tez saata baxırdı. O bilmirdi nələr olacaq. Amma dediklərimin hamısını yadda saxlamışdı. Albomu fəvvarənin qırağına qoyub özünü hansısa vacib bir görüşə hazılayırdı. Cangüdənlər ona baxıb nə üçün səhər-səhər bura gəldiyini anlamağa çalışırdılar. Saat 12-yə işləyirdi. Aysel heç kəsin gəlməyəcəyini düşünürdü. Amma yenə də mənim sözümü yerə salmaq istəmirdi. Son ümid hələ də vardı. Albomda Divlə şəkillərinə baxıb özünə nifrət edirdi. Yalançı gülüşlər, süni xoşbəxtlik. Həyatının ən gözəl illərini bu əclafla itirəcəyini düşünürdü. Birdən darvazanın zəngi çalındı. Gözətçilər ekrandakı şlyapalı nəhəng qadına baxan kimi əsməyə başladılar. Bu rəisin arvadı idi. Onlardan ikisi tez tələsik onu qarşıladılar. Rasimə xanım içəri girib gözətçilərə baxdı. Onların bir neçəsini tanıyırdı. Gözətçilər də onun sərt xasiyyətinə bələd idilər. Rasimə xanım, onlara baxıb dedi:
- Bıyy. Siz indi burada işləyirsiniz? 
Onlar baş əyib gülümsədilər :
- Bəli Rasimə xanım, bəli.
- Necəsiniz, iş necə qane edir?
- Əladır xanım, şükür Allaha, hər şey yaxşıdır.
Rasimə xanım lovğa-lovğa həyətə daxil oldu:
- Hmm, pis deyil. Çox gözəl bağçadır. Çox gözəl. Bəs bu qız kimdir? Qızım, sən kimsən?
Aysel artıq rola girmişdi. O heç ayağa qalxmadan tərs-təsr baxıb dedi :
- Mən kiməm? Əvvəlcə de görüm sən kimsən?
Rasimə xanım yavaş-yavaş Ayselə yaxınlaşırdı. Gözətçilər heç nə edə bilməzdilər. Rəislərinin arvadı onlar üçün toxunulmaz idi. Xanım Ayselə baxıb soruşdu.
- Yaxşı sən kimsən?
- Mən Ayseləm.
- Sən mənim ərimlə tanışsan?
Bu sualdan Aysel qarşısındakının kim olduğunu bilib bir az da ürəkləndi.
- Mən sənin ərinin sevgilisiyəm.
- Sən bilirdin ki,onun arvadı var?
- Hə. 
- O buranı səninçün tikdirib? 
- Hə.
- Nə utanmaz qızsan... Fahişə. Fahişə..
- Buyurun bu Albomu. Görün nə qədər şey itirmisiniz.
Rasimə xanım albomu vərəqlədikcə gözləri dolurdu:
- Alçaq, məni aldadıb. Alçaq.
- Xanım, mən sizin nazınızla oynamaq istəmirəm. Gedirəm cakuziyə çimməyə. Siz artıq qocalırsız. Başa düşmürsüz? O məni sevir.
- İt qızı it. Səni bilirsən nə edərəm?
Aysel vaxtın çatdığını görüb dedi:
- Gözətçilər, qovun bunu burdan iti qovan kimi.
Bu sözü eşidən Rasimə xanımın gözləri bərəldi. O dişlərini sıxıb dedi:
- Sənin evindi, ay əski, ay cındır. İtin balası. Məni qovsunlar? Məni ərimin evindən qovacaqlar? Gözətçilər, qovun bu fahişəni burdan. Tez eliyin bunu gözüm görməsin. Ərim gələnə qədər onu burada gözləyəcəyəm. İt qızı it. Rədd ol burdan. İtil gözümdən.
Qapıçılar gəlib Ayseli tutdular. Rasimə xanım gözünü yerdən çəkmədən sakitcə dedi:
- İşdən qovulmaq istəmirsinizsə bir kəlmə demədən atın bu zibilçəni bayıra.Tez!
Yekəpərlər Ayselin incə qollarından yapışıb onu darvazaya tərəf sürütləməyə başladılar. Aysel yalandan ağlayırdı.
Onlar çox pis vəziyyətdəydilər. Rəisin arvadının sözündən çıxa bilməzdilər. Bir fahişə az bir fahişə çox. Amma arvad, ailə bir dənədir. Rəis bilsə ki, onun arvadına qarşı çıxıblar, onların bellərini qırardı. Ona görə də Ayseli sürüyüb darvazadan bayıra atdılar. Aysel iməkləyə-iməkləyə onlardan uzaqlaşdı. Sonra ayağa qalxıb yavaş-yavaş getməyə başladı. Qaçsaydı ondan şübhələnə bilərdilər. Arxadan Rasimə xanım bağırdı: "İtil burdan, bir də səni gözüm görməsin”.
Aysel də ürəyində dedi "inşallah”.
Mən Qara BMW-ni Ayselə tərəf sürdüm. O, avtomobilin qapısını açıb yanımda oturdu. Tez maşının nömrəsinin yanındakı işığı yandırdım. İndi o parıldayırdı və nömrə görünmürdü. Yaxında polis yox idi. Amma gözətçilərin nömrəni bilməsi təhlükəli olardı. Sürəti artırıb dar küçələrlə Villadan uzaqlaşırdım. Aysel isə dizlərini qucaqlayıb ağlayırdı.
...

Avtomobili düz şəhərdən kənara dənizin sahilinə sürdüm. Sevgilimi 100 ildir görmürdüm. Onun mavi gözləri mənimçün bu dənizdən qat-qat gözəl idi. Həyatımın yeganə sevinc işığı yanımda idi. Biz əl-ələ sahilin kənarı ilə gəzirdik. Belə yerdə sözlərdən istifadə etmədən də hər şey aydın olur. Bu gözəl sükutu pozmaq istəmirdik. Bir az sərin torpağın üzərinə yıxılıb öpüşməyə başladıq. Onun isti nəfəsi, titrək əlləri, ipək saçları, dəniz, səma... Sevgi ağlımı başımdan almışdı. Aysel mənə indi əvvəlki kimi baxmırdı. İndi o mənə qəhrəman kimi baxırdı. Mən onu xilas etmişdim. Mən onu sevirdim.
Zaman donmuşdu. Dodaqlarımızın qeyri-iradi rəqsində ehtirasla bərabər inanılmaz bir harmoniya və rahatlıq var idi. Bu öpüş susmurdu. Bu öpüşlə biz hər şeyi bir-birimizə danışırdıq. Tənha soyuq gecələrdən, göz yaşı ilə dolu məktubları yadıma salıb onu daha da bərk, daha da bərk öpürdüm. Qollarım onun uzun saçlarının içində itmişdi. O da mənim ağır çiyinlərimin altında qısılıb qalmışdı. Biz bir yerdə idik. Bu gündən sonra bizi heç kəs ayıra bilməzdi. Gün batana kimi qucaqlaşdıq. Hava sərinləşəndə mən avtomobilə keçməyi təklif etdim. O da sözə baxan uşaq kimi əlimdən tutub maşına mindi. Dənizin dalğaları artmışdı. Külək ləpələri uzaqakı qayalara çırpdıqca ürəyimin onlardan daha bərk çırpındığını hiss edirdim. Qəribə bir özündən razılıq vardı içimdə. İndi başa düşmüşdüm ki, nə üçün insan yaradılanaların ən üstünüdür. Ürəyə görə. Bir ürək, günəşdən də isti, buzdan da soyuq, qayadan da sərt, dənizdən də çılğın, bulaqdan da təmiz, səmadan da uca, ulduzdan da parlaq, çiçəkdən də incə ola bilərdi. Həm də bu hər an dəyişirdi. Mən bunu sevəndə anlayırdım.
Ikinci qanadım yanımda idi. Bəlkə ona görə bu qədər yüksələ bilmişdim.
Aysel sükütu pozub dedi:
- Hələ də inana bilmirəm ki, məni xilas elədin. Elə bilirəm ki, yuxudur.
Onu yavaşca dişlədim.
- Ayy. Neyləyirsən, dəli, incidir axı.
- Görürsən, yuxu deyil deməli.
- Avara, necə darıxmışdım bu gicliylərinçün. Anar, bəs indi nə olacaq?
- Nə olmalıdır ki?
- Biz hara gedəcəyik? Maşında qalacağıq?
- Heh, maşında niyə qalırıq? Gedirik qərargaha.
- Ora haradır?
- Gedəndə görəcəksən. Qısaca belə deyim "YENİ DÜNYA”.

Ardı var...


Şərhlər:
Baxılıb: 1821
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz