Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir qızın qəbir əzabı
Bir qızın qəbir əzabı
Göndərən: ŞehZam
Şərhlər:
Baxılıb: 3032
Səs ver:

Bir qız! Sanki bu dünyada hər şey ona məxsus! Pul, şan-şöhrət, əhli-keyf! Hər gün bu günün ibadətini sabaha saxlayan özündən razı qız! "Onsuz hələm ömrümə var" deyərək öz işində idi! Yenə bir gün! Hava sakit! Günəş buludlar arasında sanki acı gülümsəyirdi! Yenə eyni yol! Yenə həmin qız gözəl bir maşında! Sürət norması yenə yüksək! Gözləniləmədən böyük bir qəza! Artıq hər şey qaranlığa qərq oldu! Bu dünyada keyf çəkən indi tabutda çiyinlərdə gedir! 
Anası: Balam, balam, balam gəncliyinin dadından doya bilmədən getdi. Nə tələsiyin vardı? Axı səni nə vadar etdi bu yüksək sürətlə sürmək? 
Bacısı: Canım bacım sən, sən o murdar torpağa layiq olacaq qız deyilsən! Dön geri, dön! 
Qardaşı: Bəsdi bu etdiyiniz axmaqlıq, nə zaman həqiqəti anlayacaqsınız? Nə zaman bu küfrləriniz sona çatacaq? Susun susun. Ax bacı sən dünyada ikən haqqı tapsaydın, kaş ki səndə imanın nuru ilə nurlansaydın! Rəbbim səni bağışlasın. Cənnətinə girməyini nəsib etsin!
Qohumu: Of yenə nə Rəbb deyərək qışqırırsan? 
Tabut çiyinlərdə gedir! Müəllim, qohum, qonşu, əzizlə​r, dostlar və daha kimlər! Hər kəs ağlayırdı! Amma faydası yox idi! Artıq o getmişdir! 
Dünyada ikən ALLAH dan başqa heç bir ilah yoxdur Məhəmməd(s.a.v)onun rəsuludur deyə etdiyin şahidliyi xatırla! Xatırla ki, cənnət haqqdır, cəhənnəm haqqdır, öldükdən sonra dirilmək haqqdır. Qiyamət heç şübhəsiz gələcəkdir və ALLAH qəbirlərdə onları dirildib hər kəsdən etdiyi əməllərə görə hesabat tələb edəcəkdir! 
Sən rəb olaraq ALLAH, din olaraq İslama, peyğəmbər olaraq Məhəmmədə(s.a.v) Rəhbər olaraq Qurani Kərimə qiblə olaraq Kəbəyə razı olmuş, qardaş olaraq möminləri seçmişdin. Rəbbim ALLAHdır. Ondan başqa heç bir ilah yoxdur. Yalnız ona təvəkkül etdim. O böyük ərşin sahibidir demişdir. 
Qız qəbirdə tək qalar: 
Qız:Ana, yandırın bu işıqları! Axı bura çox qaranlıq, yandırın işıqları çox qorxuram, bura niyə qorxulu və soyuq? Mən ölmüşəm?! Ax anam, atam mən ölmüşəm! Ana, ana məni yanına götür çox üşüyürəm. Dünyada olarkən niyə mənə buraların varlığından bəhs etmədiniz? Nə üçün Oruc tut demədiniz? Niyə dinimdən bəhs etmədiniz? Niyə cihadı izah etmədiniz? İndi, indi bura çox soyuq ana, canım yanır ana. Ax Rəbbim kaş ki sənin sözlərinə qulaq versəydim. Bir gün olsa idi ki, səni dinləyərdim. İndi bura çox qaranlıq altımdan daşlar batır, tikənlər batır, quru torpaq bədənimi sıxır, böcəklər, böcəklər ALLAHım! Ana qurtarın məni bu boğucu qaranlıq torpaqdan. Dözə bilmirəm. Ana, ata həmişə çətin anlarda mənimlə idiniz! İndi haradasınız? 
Sağ və Sol Mələyi Gəlir 
Mələk: Ey qız söylə rəbbin kim? 
-Bilmirəm. 
Mələk: Rəbbin kim? 
-Rəbbim ALLAH 
MƏLƏK: Söylə dinin nə? 
-Bilmirəm 
Mələk: Kitabın nə? 
-Heç görmədim ki. 
Mələk: Peyğəmbərin kim? 
-Heç eşitmədim ki. 
Mələk: Söylə qız dünyada ikən nə üçün namaz qılmadın?
-Uşaqlarımdan vaxt tapa bilmədim..
Mələk: Adəm ə.s dan çox uşağın vardı mı? Onun hər il əkiz uşağı olurdu. Amma dinindən heç bir taviz vermədi. 
-O qədər çox malım mülküm vardı ki, namaz etməyə fürsət tapa bilmədim. 
Mələk: Hz. Süleymandan dahamı çox malın vardı? 
-Həm də o qədər çox xəstəydim ki dərdimdən namaz edə bilmədim. 
Mələk: Eyyüb ə.s dan dahamı çox dərdli idin? Halbuki onun dərdi o qədər böyük idi ki, bədənində yara olmayan yer qalmamışdı.
İndi sən sus ey Qız!
 
Şahidlərin danışacaq. Söyləyin ey ayaqlar bu qul dünyada sizi nəylə məşğul etdi? 
Ayaq: Bu qul məni ALLAHın məhrum etdiyi yerlərə və əxlaqsızların olduğu məkanlara apardı. Heç bir xeyr məclisində olmadı! 
Mələk: Siz söyləyin əllər siz hansı haldan şikayətçisiniz? 
Əllər: Bəli ey mələk bizdə şikayətçiyik. Çünki bu qul haram olan şeylərə əlini uzatdı, ALLAHın qadağan etdiyi əllərlə qucaqlaşdı. 
Mələk: Sən söylə ey dil bu qul səni dünyada ikən necə istifadə etdi? 
Dil: Ey mələk bu qulun ağzından heç pis və çirkin söz çıxmadı. Lakin heç bir yaxşı sözdə söyləmədi. 
Mələk: Yaxşı sən söylə ey ürək bu qul sənə nə etdi? 
Ürək: Ey mələk bu qul mənim içimdə heç bir möminə qarşı kin bəsləmədi. Heç bir zaman kinlik etmədi. 
Mələk: Siz ey gözlər bu quldan şikayətçisinizmi? 
GÖZLƏR: Bəli ey mələk çünki bu qul ona verilən böyük nemət qarşılığında harama baxmaqdan çəkinmədi.
Mələk: Ey mələklər bunu aparın cəhənnəmə atın. 
Qız: Xeyr durun nə olar, ALLAH eşqinə aparmayın məni o cəhənnəm atəşinə, durun, nə olar sizə yalvarıram, bir şans daha istəyirəm yalvarıram... 
Kirpiklər: Durun, durun, aparmayın onu 
Mələk: Siz nə demək istəyərsiniz ey kirpiklər? 
Kirpiklər: Bəli ey mələk bu qul dünyada ikən harama baxdı, haram yedi, haram olan yerlərə getdi. Amma buna baxmayaraq bir gecə ALLAH(c.c)eşqi ilə, iman toxumlarının verdiyi sevgi ilə böyük bir səmimiliklə ağlamışdı. Halbuki ALLAH təala; "Mənim üçün bir damla gözyaşı tökənə cəhənnəm haramdır" buyurmayıbmı? 
Mələk: Ya qul uca ALLAH səni bağışladı cənnətliklərdənsən...

 



Şərhlər:
Baxılıb: 3032
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz