Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 20)
QARAQAN -
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1320
Səs ver:

 

Sən onları sevirsən, sən onların təsirindəsən. 
Sən onlardan qoruxursan, onlar səni sevir.
Onlar səni sevirsə deməli səni məhv ediblər.

Kazım dayının çoxlu pulu var idi. Yazıq Kazım dayı ömrü boyu əziyyət çəkib bir təhər üzə çıxa bilmişdi. Kazım dayı yaxşı adam idi. Qohuma-qardaşa əl tutardı, yetimləri oxudub adam eləyərdi. Oğlu Qoşqar isə atasına oxşamırdı. Qoşqar doğulandan pul içində olub, əzab-əziyyətdən xəbərsiz idi. Qoşqarın günü gecəsi barlarda, restoranlarda, çimərliklərdə keçirdi. Dostlarının yanında lovğalanıb, kasıblara yuxarıdan aşağı baxan Qoşqar atasının gül balası idi. Amma atası ona heç nə demirdi. Çünki Kazım dayı Qoşqarda öz itirdiyi cavanlığını görürdü. İstəyirdi ki, oğlu gəncliyin dadına baxsın, kef eləsin, əylənsin. Oğlunun yaşında o daş daşıyırdı. Amma oğlu bu əziyyətləri görməməlidir. O Qoşqarın xoşbəxtliyini istəyirdi. Hər il oğluna yeni avtomobil hədiyyə edir, hər həftə 2000 manat cib xərci verirdi. Qoşqar da pulu sağa-sola xərcləyirdi. Ən bahalı geyimlər, ən gözəl avtomobillər, ən cazibədar qızlar. Bir gün ona daha yaxşı bir şey təklif etdilər. Bu iynənin içindəki cənnət idi. Onu damara vuran kimi Qoşqar d&¨nyanın sahibinə çevrilirdi. Bu ona ləzzət eləyirdi. Qısa bir vaxtda Qoşqar narkotikə alışır və atasından daha çox pul almağa başlayır. Hər dəfə Kazım dayı evə gələndə oğlu onu qarşılayıb əlindən öpür, qucaqlayırdı. Atasına onu çox sevdiyini deyirdi. Sadəlövh kişi də inanırdı. Yuxuya gedəndə də oğlu gizlincə cibindən pulları əkişdirib heroinə xərcləyirdi.
Amma bu gün ata ilə oğul tamam başqa vəziyyətdə idilər. Onlar qaranlıq bir otaqda üzbəüz duran iki dirəyə qalın kəndirlərlə bağlanmışdılar. Ata ilə oğul üz-üzə durmuşdular. Ikisini də bərk bağlamışdılar. Oğulun əlində tapanca da vardı. Tapanca iplə Qoşqarın əlinə sıx bağlanmış, atasına tərəf tuşlanmışdı. Onu yerə ata bilmirdi. Kazım dayı fikirləşirdi. Dünən saunada hiss elədi ki, gözü qaralır. İndi də tanımadığı qapalı bir yerdə oğlu ilə üzbəüz. Bu nə məsələdir? Qoşqar da qorxurdu:
- Atacan, bura haradır? Biz haradayıq?
- Bilmirəm. Bizi niyə bağlayıblar? O tapanca nədir?
- Atacan, xəbərim yoxdur.
Elə bu an otağın qapısı açıldı və içəri qara geyimli bir adam daxil oldu.
- Atalar və oğullar. Heh. Atalar və oğullar. Maraqlı şouya hazırsınız?
Kazım dayının gözləri bərəldi.
- Nə şou? Bura haradır? Sən kimsən? Heç bilirsən kimi tutmusan? Mən burdan çıxan kimi sənin başını kəsdirərəm!
- Hmm. Sən burdan çıxmayacaqsan.
- Nə? 
- Səni oğlun öldürəcək.
Otağa sükut çökdü. Ata oğula baxırdı, oğul qara geyimi adama, sonra əlindəki tapancaya, atasına sonra... Heç nə başa düşmək olmurdu.
Qoşqar dedi:
- Yox, nə danışırsan? Nə istəyirsən bizdən?
Qara geyimli otaqda gəzişə-gəzişə dedi:
- Mən sizdən heç nə istəmirəm, amma Qoşqar bir azdan məndən bir şey istəyəcək.
Bu sözü deyib qara geyimli maye ilə dolu şpritsi küncdəki masanın üzərinə qoydu. Sonra dedi:
- Kazım dayı, yəqin xəbəriniz yoxdu ki, oğlunuz narkomandır. İndi bilirsiniz. Oynayacağımız bu oyunda səmimi olmaq lazımdır. İndi mən Qoşqarın tapancasına bir güllə salacağam. Sonra qonşu otaqda uzanıb kitab oxuyacam. Bir müddətə Qoşqar narkotik istəyəcək. Qoşqar, görürsən də o masadakı ləzzətli iynəni. Bəh-bəh-bəh. Bu ləzzəti sənə ancaq mən verə bilərəm. Təbii ki, bir şərtim var. Sən gülləni atanın alına vurmalısan. Onsuz da elə tətiyi çəksən güllə alına dəyəcək.
Qoşqarın sağ əli - tapancalı əli düz atasının alnına tuşlanmış şəkildə başqa bir dirəyə bağlı idi. Ona görə Qoşqar tapancanın istiqamətini dəyişə bilmirdi. Onu tərpədə bimirdi, tətiyi çəksəydi atası öləcəkdi. Qarageyimli davam etdi:
- Qaydalarla tanış oldunuz. Qoşqar tətiyi çəkir, sizi öldürür, mən ona narkotik verirəm. Oyun üç gün davam edəcək. Əgər üç gün ərzində oğlunuz sizi öldürməsə ikinizi də azadlığa buraxacağam. Söz verirəm. 3 gündən sonra azadlığa çıxırsınız. Ona görə mehriban olun.
Bu sözü deyib qara geyimli tapancaya bir güllə salıb otaqdan çıxdı. İrəlidə üç gün var idi.

BİRİNCİ GÜN
- Qoşqar sən narkomansan?
- Yox ata nə danışırsan? Əlbətdə ki, yox.
- Bəs bu nə deyir?
- Nə bilim bəlkə sənin düşmənindi bizi tutub?
- Mənim düşmənim yoxdu. Hey. Ayyy. Eyy eşidirsən bizi? Sənə nə qədər istəsən pul verərik. Burax bizi. Eyyyyy
- Ata, deyəsən heç kəs yoxdu. Bəsdi qışqırdın.
- Burdan çıxmağın yolunu tapmalıyıq.
- Ata, necə çıxaq? Çıxart bizi burdan. Qurban sənə
çıxart bizi.
-ııı.. hğğğğğ....mm.. İp çox bərk bağlanıb tərpənə bilmirəm.
- Mən də. hğğrrmmm
- Ehtiyatlı ol tətiklə.

İKİNCİ GÜN
Qoşqarın rəngi dəyişmiş, gözləri qızarmışdı. Kazım dayı isə gümrahlığın saxlayırdı. O uşaq olandan aclığa susuzluğa öyrəşmişdi. Amma Qoşqar əsirdi. Hərdən qışqırırdı. Atası soruşanda niyə qışqırırsan?
Deyirdi ki, susuzluqdandır. Amma susuzluqdan bu cür qışqırmazdılar. Günün axırı Qoşqar ağlayırdı, tez-tez tüpürürdü. Kazım dayı şübhələnməyə başlamışdı. O başa düşürdü ki, Qoşqar susuz deyil. Susuzluqdan adam udqunar, tüpürməz.
- İtin balası, narkomansan?
-Yox.
- Gədə, mənə yalan danışma.
-Yox.
Amma Qoşqarın gözləri qaçırdı. Kazım dayı çox əsəbi idi.
- Mən də elə bilirdim ki, ağlın başındadır. Gör özünü nə günə qoymusan.
- Hə, iynə vururam hərdən, rahatlandın? Hə, vururam. Nə edim? Mən də beləyəm. Nədir olmaz? Pul var da.
- Qoduğ, pul mənimdi. Sənin nəyin var? Mənim halal zəhmətimi iynəyə verirdin?
-Ata, bağışla.Vərdişdi də. Nə edim? Mən səni sevirəm. Bağışla.
- Yaxşı bala, Bir gün qalıb. Söz verib ki, bizi buraxacaq. Onda həkimə gedib səni sağaldarıq. Eyyy axmağ, eşidirsən bizi? Bir gün qalıb. Oğlum məni dəlicəsinə sevir. Axmaq, heç o məni vurar? Ağlın özünə getməsin. Buradan çıxan kimi səni tapacam.

ÜÇÜNCÜ GÜN
Kazım dayı gözünü örtüb başını dirəyə söykəmişdi. 3 gecə ayaq üstə yatmaqdan bütün beli göynəyirdi. Qoşqar da tər içində ağzı köpüklü damarları şişmiş, dişləri əsə-əsə atasına baxırdı. O dözə bilmirdi. Sümüklərində ağrı vardı. Masadakı iynəni görəndə dəli olurdu. Bəlkə atasını vursun? Bəlkə ..bəlkə.. O dözə bilmirdi, içindəki səslər onu gic edirdi. Bəlkə vurasan? Qoşqar, bəlkə vurasan? Qoooşşqarrr. Qooşşqaaarrr... Ay uzun saç qara göz ağıllı iynəm mənim. İynəəəəə... He, he, he, he, iynə. İynəəə. İynəcik. Düyməcik. He he he. İynəəə. Miyələk, kəpənək, unitaz... He.. unnnn iit zzzzzz....Vur o cındırı! Vur! Vur! Vur! Tətiyi çək! Cındır Kazım. Vur o qoca kaftarı.. Cır ağzını onun..yox yox , vurma..vurma.. Yox, sakitləş Qoşqar bircə gün qalıb..Bircə gün. Vurma, səni türməyə salarlar.Vurmaq olmaz. Elə bu an içəri qarageyimli adam daxil oldu.
- Salam uşaxlar, necəsiz? Bəlkə bir gün də artıraq? Yox iki gün, iki günə buraxaram sizi. Qoşqar, niyə vurmursan ee bunu? Vur canın qurtarsın da. Onu öldürən kimi səni azad edəcəm. Bir dənə yaxşı xəbərim var sənə Kazım dayı keçən həftə vəsiyyətnamə imzalayıb - bütün mülkünü sənin adına keçirib. Kaftarı vurursan, iynəni verirəm, əlavə olaraq bank hesabına da 7 milyon dollar. Necədi? Əlində də əlcək var. Tapancada heç barmaq izin də qalmayacaq.
Kazım dayı bağırdı.
- Alçaq bəs dedin, 3 günə buraxırsan? Sabah buraxmalısan bizi. Sabah səhər açılan kimi.
-Yaxşı, oldu söz vermişəmsə buraxacam.
Bu sözü deyib qarageyimli otağı tərk etdi.
Qoşqarın damarları qaşınırdı. İynə iynə iynə iynə, ata, iynə, iynə, ləzzət, ata, vicdan iynə, pul, kef, 7 milyon, iynə, ata, iynə iynə..
"Oğlum necəsən? ” iynə iynə, " Qoşqar eşidirsən məni? Ağlını itirmə "iynə iynə” Bala 5 -6 saat qalıb”
- Bilirəm də nə qədər qalıb. Qoyun deyiləm ki, nə qışqırırsan?
- Mən sənin atanam.
- Mən də sənin oğlun, çox şad oldum tanışlığımıza. Nə olsun. Atama bax. Mənə öyrətmə nə etmək lazımdır. (iynə iynə iynə iynə, vur onu bütün pullar sənin olacaq) özüm bilirəm (iynə ev maşın pul)
- Oğul əlini çək tətiydən. Bala, bağışla atanı, bağışla.
- Nə? (iynə, heç kəs bilməyəcək. Deyəcəm məcbur ediblər.)
- Qoşqar, qurban sənə, qurban olsun atan sənə. Oğlum mənim canım balam, gözümün işığı bircə oğlum.
...."PART”.......
Qara rəngli Makarın gurultulu səsi Qoşqarın qulaqlarını batırdı. Tapancanın lüləsindən süzülüb çıxan tüstüdən gözəl barıt ətri gəlirdi. Otağa qara geyimli girib iynədəki narkotiki Qoşqarın damarına vurdu. Qoşqar gözlərini yumub sakitləşirdi. Kazım dayının isə gözləri bərələ qalmışdı. Onun baxışı oğluna yönəlmişdi. 20 il əzizləyib böyütdüyü oğluna. Kazım dayı heç nə eşitmirdi çünki eşidə bilmirdi, Kazım dayı heç nə görmürdü çünki baxa bilmirdi. Dodaqları donub qalmış, nəfəsi kəsilirdi. Oğlu ona atəş açmışdı. Qara geyimli adam Qoşqarın qollarını açdı amma o ləzzət içində olduğundan yerə yıxıldı. Sonra Kazım dayının qollarını açdı. Kişi ayaq üstə donub qalmışdı. Qara geyimli otağı tərk etdi. Uzaqdan avtomobil mühərrikinin səsi yerə sürtünən təkər səsinin uğultusunda yox oldu. İndi otaqda iki nəfər qalmışdı. Yerə uzanıb ləzzət alan oğul və ayaq üstə durub oğluna nifrətlə baxan ata. O oğluna baxıb iyrənirdi. Nə deyəcəyini bilmirdi. Tapancaya qoyulan güllə boş olduğundan ataya heç nə olmamışdı.. Sadəcə gurutulu səs çıxaran tapanca atanı mənəvi cəhətdən yaralamışdı. Oğul ləzzət içində atasına baxır və elə bilirdi ki, bu onun gözünə görünür. Əslində isə ata sağ idi. Ata sağ idi. Amma bu gündən onun üçün oğul ölmüşdü.
Sənin gözlərin kordu.
Çünki görmək istəmirsən. 
Sənin tanımadıqların sənə özgədir.
Sənin bilmədiklərin sənə yaddır.
Sən öyrəşdiklərindən iki əlli yapışırsan.
Sən anasına sarılmış uşaq kimisən. 
Böyüməkdən qorxursan. 
Ayseli qaçırmağın yolunu tapmışdım. Silahlı hücumla heç nə etmək olmazdı, qaçmaq da mümkün deyildi. Darvazanı gözətçilər qoruyurdu. Hasarlar da hündür idi. İşçilər gəlib gedəndə vəsiqələrini təqdim edirdilər. Aysel darvazadan bayıra ancaq Divin özü ilə çıxa bilərdi. Amma o da yanında cangüdən gəzdirirdi. Qız qaçsaydı onu tutardılar. Aysel qaça bilməzdi amma onu qova bilərdilər. Ona görə qələmi götürüb Ayselə sonuncu məktubumu yazdım.

Ardı var...

 



Şərhlər:
Baxılıb: 1320
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz