Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəzan günəşi (7-ci bölüm FİNAL)
Xəzan günəşi (7-ci bölüm FİNAL)
Göndərən: Aygun Adigozelova
Şərhlər:
Baxılıb: 1298
Səs ver:
Özünə belə etiraf etməyə qorxduğu hisslər vardı qəlbində.O Müjganla camaat içinə çıxmadıqca aralarındakı münasibətin yasaq olduğunu daha açıq dərk edirdi.O da istəyirdi sevgilisini valideynləriylə tanış etsin,onunla qol-qola gəzsin,sonra evlənsin,eyni evi paylaşsın,uşaqları dünyay gəlsin.Lakin bu düşüncələr elə əvvəldə qırılırdı.Zaman ona düşmən kəsilmişdi.Müjganın evindəki cansız fotoşəkil dişlərini qıcamışdı Tuncaya.Anasının incik baxışları,atasının siqareti bir-birinin ardınca sümürməyi ,Müjganın susqun baxışları qışqırırdı”mən acizəm”deyirdi.”Son qoy hər şeyə,məni xilas elə”deyirdi.”Çıx get,məni tək qoy”deyirdi.

Tuncay sanki dəli olurdu.Əli işə-gücə yatmırdı.Nə etsin,necə etsin bilmirdi.O bilmirdi ki,sevgidə arzu olmur.O nəyi arzu etmək istəyirdisə qarşıda sərt bir maneə görürdü.Bu əngəllər içəridən onu yeyirdi.O Müjganı sevirdi.Lakin bu eşqin gələcəyi yox idi.Gələcək boynunu bükmüşdü,gələcək göz yaşlarıyla susurdu,nə hay0küyü,nə üsyanı,nə etirazı vardı gələcəyin. O yetim uşaqlara bənzəyirdi.Gözü qıpıq və zavallı idi.Tuncay utanırdı,xəcalət çəkirdi.Axı niyə hisslərinə hakim ola bilməmişdi.Bəlkə də taleyin sınağıydı Müjgan.Bir qadını,həm də tayı bərabəri olmayan bir qadını dillərə saldığı üçün peşman olmuşdu.Anasının bəzi sözlərindən anlamışdı ki,onun da xəbəri var olanlardan.Lakin xəbərsizdi ki,bu gün anası Müjganın yanına gedib.Müjgan isə ona bu barədə heç vaxt,heç bir şey deməyəcəkdi.Tuncay ona zəng vurmaq istədi.Lakin fikrindən daşındı.Bəlkə bir neçə gün zəng vurmasın-düşündü.Yavaş-yavaş...Hə,belə də olmalıdı.Elə bu gündən etibarən başlamalıdır.Nə qədər ki,gec deyil.Elə bu gündən başlamalıdır.Bu hamı üçün yaxşı olar.Onu sevsə də,dəlicəsinə istəsə də ayrılmalıdır.Sonra hər şey daha qəlizləşəcək.Daha çox peşmançılıqlar olacaq.O ağıllıdır,anlayacaq hər şeyi.Sevginin öldüyünü,Tuncayın başqasına aşıq olduğunu düşünməz.Əzab çəkməz,özünü alçalmış hiss etməz.Tuncay gözlərini qapadı:

---Bəs mən necə yaşayaram?Mən onsuz...ölərəm...Mənim hər bir şeyim onunla bağlıykən birdən-birə bu bağları necə qırım?Məni nələr gözləyir?Həyat necə dəhşətliymiş!Qorxuram!Mən həqiqətlərin qorxuncluğundan qorxuram!

Müjgan dənizin sahilində oturub dənizə baxırdı.Soyuq hava bütün bədənini bürümüşdü.Dalğalar köpək balığı kimi ağzını açıb onu udmaq istəyirdi.O isə dizlərini qucaqlamışdı.Müjganın qucaqlayıb ağlamağa kimsəsi yox idi.Qəhər boğazında yığılmışdı.Dəniz elə dəhşətlə uğuldayırdı ki.Amma bu dəhşət onu qorxutmurdu.O dənizlə səmanın birləşdiyi yerə baxırdı.Hər bir şeyin sonu və birləşdiyi yer vardır.Onun qulağına Tuncayın anasının sözləri gəlirdi:

---Müjgan xanım,yəqin ki,siz məndən beş,altı yaş kiçik olarsız...Məni düzgün başa düşün.Mən bura... Tuncayın anası olaraq yox,sadəcə bir qadın kimi gəlmişəm.Dərd,qəmimi bölüşmək üçün gəlmişəm.Bilmirəm,münasibətiniz nə qədər yaxındır.Amma xahiş edirəm,onu özünüzdən uzaqlaşdırın.Görürəm,siz hörmətli qadınsız.Yəqin ki,çoxdur sizin kimi qadını arzu edən kişilər.Tuncay isə gəncdir.Həyatı dərk eləmir.Dərinliyə varmır.Nə qədər gec deyil...Onu evləndirmək istəyirəm.Mən də anayam.?Yeganə övladımın xoşbəxt ailəsini görmək istəyirəm.Müjganın beynində bütün suallar bir-birinə qarışmışdı.Birini cavablandırmamış o biri sual gəlirdi.O gözlərini yumdu,başında dənizin uğultusu,ayağının altında narın qum vardı.Saçlarını külək üzünə çırpırdı.Təbiət də onunla amansız rəftar edirdi.Əlləriylə üçünü qapadı.Onun hönkürtüsü dənizin uğultusuna qarışmışdı.Müjgan dənizdən utanırdı,ona göz yaşlarını göstərməkdən çəkinirdi.O təsəlli axtarmağa gəlmişdi,lakin olan qalan ümidini də itirdi.O uzandı yerə,sahili qucaqlamaq istədi.Kimsəsi yox idi Müjganın.Geri qayıtmağa heç kimi yox idi Müjganın.Onun nə sevdiyi,nə ümidi var idi.Ona xoş sözlər deyəcək dil,onu oxşayacaq əllər,sevəcək qəlb yox idi.Onun beyni az qala partlayacaqdı”yox”ların əlindən.”Yox”lar qəlbinə də,həyatına da sığımırdı.O ömrü boyu xoşbəxtliyi yaxalaya bilməmişdi.Günahı nə idi Müjganın?Onun haqqı olan şeylərə də haqqı çatmırdı.Ümumiyyətlə,haqqı kim müəyyənləşdirir?Başqa-başqa insanlarmı?Cəmiyyətmi?Tanrımı?İnsanmı?Haqq həqiqətən vardımı?Tuncayın anası öz missiyasını yerinə yetirmişdi.O əslində qadın kimi yox,ana kimi çıxış etdi.Görəsən,o Müjganın yerində ola biərdimi?Necə hərəkət edərdi?Görəsən yer üzündə Müjganı anlaya biləcək nə qədər qadın vardı?Görəsən Müjganı qınayan nə qədər qadın var dünyada?O qadınlar onun yerində olsaydılar hansı haqqı verərdilər özlərinə?Bu suallara dəniz cavab verə biləcəkdimi?Dəniz bu yükün altına girə biləcəkdimi?Dəniz qəzəbdən yoxsa kədərdən belə uğuldayırdı?Müjgan göz yaşları içıində dənizə baxırdı.Haqlı olduğunu bilsəydi Tuncaya zəng vurardı,hər şeyi danışardı,ondan imdad diləyərdi.Lakin Tuncay özü yardıma möhtac idi.O Kənanı düşündü.Ona küskün baxan baxışlar gəldi gözləri qarşısına.Müjganın qəlbi fəryad qoparırdı.O insanların qınaq dolu baxışlarından utanırdı.Ona elə gəlirdi ki,Tuncayın onu sevdiyinə heç kim inanmır.Hər kəs ona gənc oğlanı tora salan ovçu kimi baxırdı.O geri baxdı,sonra dənizə baxdı.Geriyə yol yox idi.Yollar bağlanmışdı.Bu gündən sonra növbəti gün gəlməyəcəkdi.O dənizə tərəf addımladı.Dalğalar yenə köpək balığı kimi ağzını açıb ovunu yaxalamaq istəyirdi.Bu dəfə onların cəhdi boşa çıxmadı.Müjgan özünü dalğaların ağuşuna atdı.Onun göz yaşları sulara qərq oldu.O artıq kimsəsiz deyildi...

İllər keçsə də Tuncay onu unuda bilmirdi.Onun Fidan kimi gözəl xanımı,Leyla kimi şirin qızı olsa da Müjganın yoxluğu və müəmmalı intiharı onu rahat buraxmırdı.Tuncay onun ölümünün səbəb olduğunu bilirdi.Buna görə də Tuncay özünü bağışlaya bilmirdi.Lakin onun son nəfəsində yaşadığı müdhiş duyğulardan xəbərsizdi.Dəniz o duyğuları ağuşuna aldı,əbədi sirr olaraq özündə saxladı.

Zaman idimi günahkar?Tuncaymı?Müjganmı?İnsanın idarə etməyə gücü çatmayan hisslərmi?Ümidsiz ümidlərmi?Boş xəyallarmı?Bütün bəşəriyyətmi?Nə itirdi zaman?Nə itirdi həyat? Tuncayın ya Müjganın itkisi daha böyük oldu?Ya da ki,ümumiyyətlə itki baş verdimi?

Müəllif: Aygün


Şərhlər:
Baxılıb: 1298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz