Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 19)
QARAQAN -
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1800
Səs ver:

 

Bir həftə sonra Adil hamını zala yığıb dedi:
- Yəqin hamıya maraqlı idi, niyə A bizi dayandırdı? Mənə də maraqlı idi. Bu gün mən başa düşdüm. Buyurun qəzetlərə baxa bilərsiziniz.
Biz də qəzetləri bir-birimizə ötürməyə başladıq.
"Fahişə ovu davam edir, dünən daha 5 fahişənin üzü möhürlənib. Fahişələr bu haqda heç nə danışmaq istəmirlər. Onlar daha çox polislərin niyə bu işə qarışmadıqlarından şikayələnirlər. Əslində yəqin ki, dövlət özü də onlara qarşı mübarizə apardığı üçün Oğrudan oğurlamaq oğurluq deyil prinsipinə əməl edirlər. Düzdü bir çox Avropa təşkilatları və İnsan hüquqları ilə bilavasitə bağlı olan bir çox orqanlar bu işi cinayət və qanunsuzluq adlandırıb. Amma konkret olaraq bu işə qarşı heç bir tədbir görülmür”.

"Bu həftə ərzində daha 8 fahişə cəzalandırıldı. Xalqın yeni qəhrəmanları, qaçaqları bu dəfə də namussuzluq və əxlaqsızlığa qarşı mübarizəni davam etdirirlər”.

Bu xəbərlər bizi bir az çətinliyə salmışdı. Mən Adilə dedim:
- Axı bu həftə biz heç nə etməmişik? Bu nə məsələdir?
Adil əlini əlinə vurub gülməyə başladı:
- Bəs A bilmir nə edir? Görürsünüz, bu işləri biz etməmişik, artıq hansısa ayrı-ayrı gənclər də bu işə qoşulublar. Mən deyirdim ki, bizim kimi düşünənlər çoxdu, sadəcə onları bir araya toplamaq lazımdır. Bu işin bizlə heç bir əlaqəsi yoxdur. Bununla həm də bizim izimiz itəcək. Biz insanlara problemdən çıxış yolunu göstərdik. Onların gözü açıldı. Gördülər ki, bununla fahişəliyin sayı azalır. Gördülər ki, dövlət də bu işlə bağlı susur. Heç kəs buna görə cəzalanmır. Ona görə də bizim işimizi indi başqaları davam etdirəcək. Bizimsə daha böyük işlərimiz var.

Sonra Adil universitetlərdən danışdı. Tələbələrin arasında birliyin olmaması onları qoyun sürüsünə çevirirdi. Universitetlərdə rüşvət baş alıb gedirdi. Amma bunu dayandırmağın yolu vardı. Biz bölünüb müxtəlif universitetlərdə gənclərlə görüşüb onları mübarizəyə səsləyirdik. Onlar da təhsillərindən və artıq qocalmış müəllimlərdən narazı idilər. Yeni nəsil , savadsız nəsil yetişirdi. Bəzi müəllimlər ümumiyyətlə keçdiyi dərsləri bilmirdi. A deyirdi ki, əsl müəllim bilmədiyimizi öyrətməməli. Əsl müəllim hər kəsin içində olan gizli istedadı üzə çıxarmağı bacarmalıdır.

Amma buradakı müəllimlər sadəcə öz mühazirələrini oxuyub dərs saatlarını yola verməklə məşqul idi. YOLA VERMƏKlə. Bizim cəmiyyət belədir. Hamı bir-birini yola verir. Müəllim şagirdi, şagird müəllimi, uşaq valideyni, valideyn iş yoldaşlarını, onlar müdirlərini, müdirlər yol polislərini, yol polisləri nazirləri, nazirlər Prezidenti, Prezident dövləti, dövlət Avropanı, Avropa Amerikanı, Amerika Roma Papasını. O da sadə camaatı yola verirdi. Hərdən bir müəllimin sinifə girib bütün uşaqları təhqir etməsi elə gülünc olurdu ki, adam bilmirdi uşaqlara yazığı gəlsin yoxsa desin ki, elə bu cür qoyun uşaqlara belə də lazımdır. Bu lap qoyun sürüsü ilə canavarı xatırladırdı. Bir canavar bir qoyundan güclüdür. Bir canavar 10 qoyundan da güclüdür. Amma bir canavar 100 qoyundan güclü ola bilməz. Onlar canavarı ayaqlarının altına salıb sürüyərlər. Hərəsi canavara bir təpik vursa canavar cırıq-cırıq olar. Amma bu heç vaxt olmur. Çünki qoyunlarda birlik hissi yoxdur. Hərə ancaq öz canının sağlığını güdür. Ona görə də canavar bir sürünü parçalayıb gedir. Burada da bir müəllim bir sürü tələbəni parçalayırdı. Amma biz onlara maraqlı bir təklif vermişdik. Tutaq ki, bir müəllim tələbələrdən rüşvət alır, dərs keçmir, təhqir edir, haqsızlıq edir. Elə müəllimdən rektora şikayət etmək lazımdır. Amma bunu etmək üçün cəsarət gərəkdi, çünki həmin müəllim rektorun yaxın dostu da ola bilər. Şikayət edən tələbə isə min cür bəhanə ilə qovula bilər. Yəni hər bir tələbənin haqqını tələb etməməsinin səbəbi qorxmasıdır. Çünki müəllimlər onları həmişə imtahanlarda kəsə bilərlər. Ona görə də heç kəs buna cürət etmir. Amma biz bir universitetdə olan problemlərin həllində başqa bir universitetin tələbələrindən istifadə edirdik. Tutaq ki, Bakı Dövlət Universitetinin tələbələri İqtisad universitetindəki rüşvətxor müəllimlərin qarşısına çıxıb onlara təzyiq göstərirdilər. Belə olanda İqtisad universitetindən onları heç kəs qova bilməzdi, çünki onlar orada heç oxumurdular. Onları heç kəs orada tanımırdı. Eləcə də başqa universitetlərdə ya məktəb uşaqları ya da universiteti bitirmiş məzunlar mübarizə aparırdılar. Xüsusi qruplarla rüşvət alan müəllimlərin rüşvət almasını gizli videoya yazırdıq, onların təhqirlərinə qarşı döyüb qaçırdıq, ya hədə-qorxu gəlirdik. Bizim üstünlüyümüz onda idi ki, biz tələbə deyildik. Həmin universitetdə tələbə deyildik. Ya da ki həmin məktəbdə. Ona görə də bizə heç kəs heç nə edə bilməzdi. İstədiyimiz vərəqələri siniflərdə paylayıb istənilən axmaq müəllimin dərsini pozurduq. Getdikcə bu uşaqlarda da daxili bir ayılmaya gətirib çıxarmışdı. Onların gözlərinin qabağında it kimi qorxduqları rüşvətxor, qiymət kəsən, xəbərçi bir müəllimin mühazirəsi zamanı sinif qapısını iki qara geyimli oğlan açıb həmin kişinin başına bir verdə qırmızı rəng töküb qaçandan sonra aləm dəyirdi bir-birinə. Ya başqa bir müəllimin otağına göndərilən anonim hədiyyə bağlamasının içindən iylənmiş balıq başları, hörümçəklər çıxırdı. Rüşvətxor müəllimlərin adı divarlarda böyük söyüşlərlə yazılırdı. Onların avtomobillərinin təkərləri boşaldılırdı, qapıları mıxla cızılırdı. Bəzən həmin müəllimləri liftdə öz dərmanımızla keyidib anadangəlmə soyundurub dəhlizə buraxırdıq. 70 yaşlı qoca kaftar kişilər lüt eybəcər bədənləri ilə bütün tələbələrin qarşısında əlacsız qalırdılar. Hərdən biz uşaqlara bəzi fəndlər öyrədirdik. Məsələn istənilən sinfin döşəməsindən bir kiçik parketi qaldırıb içinə iki yumurta qoymaq kifayətdir ki, səhəri gün həmin sinifdə dərs keçmək mümkün olmasın. Sinfi elə iyrənc iy bürüyürdü ki, heç kəs bu iyə tab gətirə bilməzdi. İki yumurtanı 10 yumurta ilə əvəz etdikdə isə ümümiyyətlə dözülməz bir şey olurdu. Amma ən yaxşısı bunu zəhləniz gedən müəllimin otağında edin. Yumurtanı hər yerdə gizətmək olar. Masanın siyirtməsi, şkafın arxası, vazanın içi. Onsuz da iyin haradan gəldiyini müəyyənləşdirmək çox çətin olur. Amma yenə də ən effektli mübarizə roqatkalar idi. Biz qurğuşundan kiçik daşlar hazırlayırdıq. Onları roqatkadan atdıqda çox ağrıdırdı. Çox vaxt qanadırdı. Bir neçə güllə həmin insanın bütün həftəsini ağrılarla keçirməsinə səbəb olurdu. Amma içimizdən yalnız 10 nəfərdə tapanca vardı. Mən də bu siyahıda idim. Bu tapancaları Abbas Koreyadan sifariş etmişdi. Onların üstün cəhəti o idi ki , tapancalar iki hissədən ibarət idi. Birinci hissə adi əl fənəri digər hissə isə alışqan idi. Lakin bunlar xüsusi olaraq elə düzəldilmişdilər ki, onları birləşdirəndə tapanca alınırdı. Həmin tapanca alışqanın qığılcımı fənərin içindəki boşluqda yerləşən atıcı dəmiri hərəkətə gətirirdi. Güllələrsə lap adi xırda daşlar da ola biləri. Onlar çox bərk ağrıdır, yaralayır, başa tuşlandıqda isə öldürə də bilərdi. Həm də səssiz idilər. Amma hələ ki, heç kəsi öldürmək lazım deyildi. Ən müsbət cəhət o idi ki, bu Koreya tapancaları yalnız bizim üçün buraxılmışdı. Abbasın köhnə tələbə yoldaşlarından biri orada oyuncaq zavodunun sahibiydi. Tapancanı da özü kəşf etmişdi. Polislər tutsaydı heç vaxt buna görə cəzalana bilməzdik. Çünki bu qurğuları birləşdirmək çətin məsələ idi. Heç kəsin ağlına gələ bilməzdi ki, onları birləşdirmək olar. Çünki materialları da rəngləri də, firmaları da fərqli idi. Xüsusi instruksiya isə yalnız bizdə idi. Həm də onları birləşdirmək çətin olsa da bir-birindən ayırmağa bircə saniyə bəs edirdi. Bircə toxunuş. Və iki fərqli əşya. Bu tapancalarla şəhərin mərkəzində gəzirdik. Xoşumuza gəlməyən bütün hadisələrə öz təzyiqimizi göstərirdik. Hansısa qeyrətli bir kişinin qızı dalı-başı açıq-saçıq gəzməyə çıxanda, dalını burcuda-burcuda gedəndə birdən dik atılır. Sonra yanından qan axmağa başlayır. Bu çox kiçik bir yara onun bütün xarizmasını pozur. Camaatı cəlb edən yarı açıq dalındakı yarasından yapışıb ətrafına baxır. Bunu kim etdi? Axı şübhəli heç kəs yoxdu? Elə həmin an ikinci bir güllə çılpaq baldırından dəyir. Qız bu dəfə aradan çıxmağa başlayır. Biz isə yolun qırağındakı kafedə gülüşürük. Çünki bu bizim xoşumuza gəlir. Azad bu dəfə barmağı ilə yoldan keçən "mavi”ni göstərir. Biz tapancalarımızı hazır edirik. Bəzən hədəfimiz adi oğlanlar da olur. O oğlanlar ki bütün günü şəhər mərkəzində sülənib qızlara söz atırlar. Bu xüsusi bir fəsilədir. Biz onları "Ə” adlandırırıq. "Ə” yox, "ƏƏƏ”. Bu uşaqlar avaralar, bekarlar, qanacaqsızlardır. Onlar fahişələrdir. Yəni ki, bütün qadınlara fahişə kimi baxanlar. Onlar üçün ana, bacı, dost anlayışı yoxdur. Onlar çox vaxt məhəllə uşaqları olur. Çaqqallar kimi dəstə ilə gəzirlər. Tək olanda heç birinin səsi çıxmaz, bir yerdə onlar bütün dünyadan öz axmaqlıqlarının acığını çıxmaq istəyərlər. Ona görə özlərindən varlılara söz atır, özərindən ağıllıları təhqir edir, bütün qızların dalınca düşüb onların da nifrətini qazanırlar. Belə çaqqallara görə çox vaxt şəhərdə gəzənlərin əsəbləri pozulur. Onlar cəmiyyətə heç bir xeyri dəyməyən avaralardı.
Əvvəlcə bizim sıralarımızdan bir nəfər onlara yaxınlaşır və söhbət təxmini belə olur.
- Salam uşaqlar, bayaq yoldan iki qız keçdi ee, siz onlara niyə söz atdınız?
Böyükləri tək gələn oğlana baxıb xox gəlməyə başlayır:
- Ala , sən kimsən ki, o qızlara atviçatsan?
Bizim uşaq səsini qaldırmadan cavab verir.
- Qardaşlar, axı o qızların geyimləri də ədəbli idi, özləri də kiminsə bacısıdır, anasıdır bəlkə. Niyə söz atırsınız ki?
Bizim uşağın sakit olduğunu görəndə çaqqallar məzələnməyə başlayır:
- Uç burdan , uşaxx.. Bizə ağıl öyrədənə bax.
Onda bizim uşaq qırağa çəkilib deyir:
- Vurmayın məni yoxsa bacılarıma deyərəm gəlib sizi döyərlər.
Bu sözdən çaqqallar qaqqıldamağa başlayır.
- Buna bax ee , bacılarıma deyərəm. He he he.
Sonra bizim uşaq çıxıb gedir. Axşam üstü çaqqallar bir-bir evlərinə dağılışanda bizim qızlar işə başlayır. Hə yadımdan çıxmışdı deyim ki, HOST-da indi qızların sayı artıb. Biz tez-tez idman zallarına gedib qızları HOST-a cəlb edirdik. Karate ilə məşğul olan 15-ə yaxın qızımız var. Onlara "mələklər” deyirik. Axşam çaqqallar evlərinə gedəndə bizim mələklər onları əhatəyə alır. Mələklərimizdə beşbarmaq, taxta, daş, şüşə, bıçaq və başqa soyuq silahlar da olur. Həmin axşam çaqqallar eşşək kimi döyülür. Onlar üçün bundan pis heç nə ola bilməz. Çünki qıza döyülmək ümumiyyətlə inanılmaz bir rüsvayçılıqdır. Onlar içdən sınırlar. Həm də bizim mələklər bərkiyir. Sözsüz ki, biz onları tək qoymuruq. Biz həmişə özümüz qıraqdan baxırıq. Qızlara kömək lazım gələndə biz hücuma keçirik. İşlərimizi görəndən sonra hamımız maşınlara doluşub qərargaha gedirik. Orada günün hesabatı yazılır. Bir gün ərzində kimə nə yaxşılıq etdik. Hansı pislikləri aradan qaldırdıq. Ertəsi gün isə xəbərlərdə bizim haqqımızda danışırlar. Bu bizim çoox xoşumuza gəlir.

Məktub
Aysel, bir azca da döz. Özünü öldürüb eləmə. Qaçmağa da çalışma. Deyəsən səni oradan çıxarmağın yolunu tapmışam. Mənim məktubumu gözlə. Heç nə eləmə.

Ardı var...

 



Şərhlər:
Baxılıb: 1800
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz