Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 17)
QARAQAN -
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1642
Səs ver:

 

MƏKTUB

Anar, inana bilmirəm. Bu doğrudan da sənsən? Mənə demişdilər ki, səni türmədə döyüb-döyüb öldürüblər. Qorxumdan ağlaya da bilmirdim. Damarımı kəsmək istədim. Sadəcə gücüm çatmadı. Sənin yanına gəlmək istəyirdim. Elə bilirdim ki, o dünyadasan. Amma qorxurdum özümü öldürməkdən. Canım, nə yaxşı məni tapa bildin. Anar, sevgilim, mənim günüm-gecəm yoxdur. Burda mənə zülm eləyirlər. Həyatımda heç bir həvəs qalmayıb. Gözlərimin nuru solub. Üzümdə gülüş yoxdu. Həyatımın mənasını ilk məhəbbətimi tapıb itirdim, sonra yenidən tapdım. Səni bir daha itirsəm dəli olaram. Anar, o alçaq məni sevmir. Mən onun üçün sadəcə bir oyuncağam. Neçə dəfə qaçmaq istəmişəm, amma evi möhkəm qoruyurlar. Həm də gedəsi bir yerim yoxdu. Hara getsəm məni tapacaqlar. Özün bilirsən ki, bu ev kimindir. Bilirsən onun əlində nə qədər adam, casus var. Mən səni sevirəm. İlk baxışdan səni sevdim. Mənim Nağılım , mənim qara atlı cəngavərim. Mən səninəm.Yalnız sənin. Hər nəfəsim, ürəyimin hər döyüntüsü sənindir. Bəlkə bədənim başqalarının ola bilər, amma qəlbim sənindir. Canım, yalvarıram, ruhum yanındadır, cismimi də yanına apar. Mən burada daha qala bilmirəm. Mən sənə inanıram. Öpürəm ilk dəfə öpdüyüm kimi. Sevirəm. Bu məktubu bu gecə qucaqlayıb yatacağam. Sənə çatanda sən də qucaqlayarsan. Bəlkə bir azca da olsa sənin istini duya bildim. Sevirəm, mənim ilk və son məhəbbətim...
Ayseldən Sevgilərlə

Bu məktub gələndə göz yaşlarımı saxlaya bilmədim. Ayselin harada olduğunu bilirdim, Ayselin nə əzablar çəkdiyindən xəbərim var idi. Amma ona heç cür kömək edə bilmirdim. Mənim nə yaşım vardı ki, təzəcə ayağa durmağa başlamış bir gənc. Amma o pəzəvəngin 40 yaşı vardı. Artıq nail ola biləcəyi hər şeyə nail olmuşdu. Mənim Ayseli qaçırası maşınım da yox idi. Pulum da yox idi. Heç nəyim yox idi. Bircə HOST. Mənim dəli dostlarım. Onlar mənə kömək edərdilər. Amma sonrası necə olacaqdı? Axır əvvəl hamımızı məhv eləyərdilər. Çox böyük adam idi. Onun hələ polisləri demirəm, özünün şəxsi mühafizəçilər dəstəsi var idi. 40 nəfər, 50 nəfər peşəkar idmançı killer. Biz isə altmışa yaxın həyatından bezmiş gənc insan. Tankın qabağına dırmıqla çıxmaq olardı bu. Amma namusum da dözə bilmirdi. Mənim sevgilim onun əlindədir. Onun iyrənc nəfəsinə dözməyə məcburdur. Bu gün onun evinə cumub iki mühafizəçini öldürüb həyətə girə bilərdim. Amma sonra məni eyvandan güllələyərdilər. Əslində ən namussuz hərəkət bunu etmək olardı. Özümün güya ki, şəhidliyimlə təmizə çıxardım. Amma Şahzadəyə bundan nə xeyir dəyə bilərdi ki? O yenə də onun altında qalacaqdı. Nəsə başqa bir şey fikirləşməli idim. Nəsə başqa bir çıxış yolu. Həmin günlər çox pis hiss edirdim özümü. Amma kaş ki, onda biləydim bircə ayın içində nə qədər şey baş verəcək.

FAHİŞƏLİK

Bu əxlaqsız sənət lap qədimlərdən qalıb. Hindlilərdə, Babildə, ermənilərdə, eskimoslarda və digər xalqların tarixi yazılarında fahişəlik qürurla vurğulanırdı. O dövrlərdə bu xalqlar xüsusi məbədlərdə əxlaqsız qadınları saxlayırdılar. Həmin qadınlar ölkəyə gələn səyahətçilərlə yatırdı. Bu adət həmin ölkədəki qonaqpərvərliyin göstəricisi idi. Misirdə fahişəlik ən müqəddəs peşələrdən biri olub. Hətta Misir Fironu Xeopsun ehramı onun qızının fahişəlikdən qazandığı pullarla tikilib. Fironun qızı ehrama qoyulan hər daşa görə quldarlarla bir dəfə yatırmış. Yəhudilərdə istənilən ata aldığı borc əvəzinə öz qızını bir müddətlik başqa kişilərə sata bilərdi. Qədimdən gələn bu ənənələr isə yalnız MUSA peyğəmbərin vaxtında qadağan olundu.
"Yer ləkə və çirkabla dolmasın deyə, qızlarını satma " (K. Levit. XIX) 
BMT nin bu günkü hesabatına görə isə dünyada 9.000.000 qadın fahişədir.

Abbas bir axşam iclasda dedi:
- Uşaqlar, A artıq bir neçə dəfə hücuma keçib. Burada gizli heç nə qalmasın deyə deyirəm. Mən özüm də daxil olmaqla beş altı nəfər bir neçə dəfə hücum etmişik. İndi isə bu işi bir az genişləndirmək lazımdır. Boş-boş məsləhətlərlə, gic-gic tərbiyəvi verilişlərlə, həftədə bir dəfə məsciddə, kilsədə xütbələrlə dünyanı xilas etmək olmaz. Biz onları onların silahı ilə öldürməliyik. Cəmiyyətin birinci ən böyük problemi ailədir. Aslan sizə bu haqda danışmaq istəyir.
Aslan əlindəki kağızı qırağa qoyub sözə keçdi:
- Xahiş edirəm kimin ailəsində hər şey yaxşıdırsa əlini qaldırsın. Ya da kim ailədə hər kəsin xoşbəxt olduğunu bilirsə əlini qaldırsın. Hmm. Mən elə də bilirdim ki, heç kim xoşbəxt ailədə yaşamır. Bilirsiniz niyə? Çünki xoşbəxt ailə qalmayıb. Xoşbəxt ailələr indi ancaq diş pastası reklamlarında olur. Əslində isə hər şey acınacaqlıdır. Statistikaya görə Azərbaycan kişilərinin 70 faizi arvadına xəyanət edir. Dünyadan isə heç danışmağa da dəyməz. Bəs niyə belə olur? Niyə ailələr dağılır? Əgər iki nəfər bir-birini sevib evlənirsə niyə ortaya xəyanət çıxır. Niyə kişi öz halal arvadı ilə olmaqdansa gedib pul verib başqa qadınlarla əlaqədə olur? Çox adi bir məntiqlə indi izah edəcəm. Əgər bu xəstəlikdirsə deməli bunun səbəbləri var. Qayıdırıq kişilərin cavanlıq illərinə - Hər cavan oğlan çox qəribə bir adət ənənə olan bazlığa getməlidir. Bu onu kişi edir, bu onun artıq böyümüş sayılması deməkdir. Hər bir gənc bu yoldan keçməlidir. Bu kefdir ki? Bundan yaxşı nə ola bilər? Qırxca manata qadın sənin olur. Heç evlənmək də lazım deyil. Amma burda çürük bir məntiq var, oğlanın cinsi əlaqəsi kişilik, qızın cinsi əlaqəsi isə əxlaqsız sayılır. Niyə bu belədir? Niyə biz bir dəfə də olsun başqası ilə olmuş qızla evlənmək istəmərik? Amma oğlan istəyir min dəfə olsun yenə adı təmiz qalır. Çünki kişidir. Belə 4 gözümüz aydın kişidir. Əgər qadınların əxlaqsızlığına görə onlara fahişə deyirlərsə bizim gözümüzdə fahişə ilə yatan da fahişədir. Necə oğlan eləcə də qız. Biz evlənəndə qarşımızdakı qızın necə təmiz olmasını istəyiriksə qız da bizdən həmin şeyi istəyir. Amma bu adətlərə görə səfehlikdir. Kişi gərək arvadından qabaq bakirəliyini pozsun. Çox heyif ki, bizim xalqda kişilik düşməni yox fahişəni altına yıxmaqla ölçülür. Əslində cəmiyyətin bütün bəlaları buradan başlayır. Bir dəfə bazlığa gedən oğlan sözsüz ki, bunu ikinci dəfə də istəyir. Sonra üçüncü dəfə. Qısa vaxtda bu vərdişə çevrilir. Artıq oğlan bir fahişənin deyil hər dəfə fərqli fahişələrin yanına gedir. Bir dəfə uzun boy, bir dəfə sarışın, bir dəfə qara, bir dəfə kök. Bir dəfə cavan, bir dəfə yaşlı. Bu evlənəcəyi günə qədər davam edir. Evləndiyi gün isə deyir - daha qurtardı, subaylığım sona çatdı... Belə yerdə biz deyirik ZIRT... Bazlıq siqaret kimidir. İllərlə yatağından min cür qız keçən oğlan, necə birdən-birə bircə qızla ömrünün axırına kimi öz seksual həyatını davam etdirə biləcək? Bəlkə birinci ay yox, bəlkə birinci il yox, amma bir gün, bir cındır günün birində deyəcək mənim xanımım kökdü, görəsən arıqla yatsam necə olar? Və çoxdankı vərdiş yenidən başlayacaq. Ər artıq dostlarını evə qonaq çağırmayacaq onlarla ya saunaya ya hansısa iyrənc bir kafeyə gedib bir iki zibilçə də aparacaq. Onların hər birinin evində həyat yoldaşları, uşaqları var. Amma kişilər də hərdən istirahət eləməlidirlər axı... Çox qəribədir ki, bu istirahətdən qadınlar eləyə bilməz. Onların başlarını da kəsərlər. Amma kişi kişidir də. Onun üzərində holoqram var, xüsusi bir ştamp var "Diqqət bu kişidir. Ona hər şey olar”.
Evdə tapılmayan ata uşaqlardan uzaqlaşır. Ərini tapa bilməyən analar mənəvi məhv olurlar. Onlar qocaldıqlarını hiss edirlər. Hər gün güzgüdə yeni qırış axtarırlar, hər gün artan kilolarına baxırlar. Onlar qocadır, onlar eybəcərdir, onlar yazıqdır. Beləliklə ailədə daxili bir kompleks yaranır. Ümidsizlik, özgəlik, ikiüzlülük. Ata öz dostları ilə ana öz rəfiqələri ilə uşaqlar da televizor ilə. Cəmiyyətin birliyi də elə ailədən başlayır da. Bizdə xalqı birləşdirməkdən, milləti birləşdirməkdən danışırlar. Elə millətçi axmaqlara demək lazımdır ki, ay kişi heç ailəndə birlik var ki, xalqı birləşdirirsən? Soruşmaq istəyirəm sizdən uşaqlar, sizdə ailəvi şam yeməyi hər axşam saat neçədə olur? Toy və yaslardan başqa qohumlar nə vaxt bir araya gəlir? Nə üçün evinizdə maaş ciblərdə olur? Niyə ümumi bir yerə yığılmır? Evdə gizlənəsi kim ola bilər ki? Ayda neçə dəfə ailəvi gəzintiyə çıxırsınız? Bəs əvvəllər valideynləriniz sevgili olanda gündə çıxıb gəzdikəri yerlərə indi niyə belə gec-gec gedirlər? Nəyə görə axşam televizor və qəzetlər ailəvi söhbətlərdən daha maraqlı olur?
Görürsünüz nə qədər ailə deppressiyaları var? Heç hiss etmisiniz ki, hər il Novruz bayramı, Yeni il daha maraqsız keçir? Hər il qar yağanda buna daha həvəssiz baxırsınız. Elə bil hər şeyin mənası itib. Hər bir şey solub. İnsanlar bozlaşıb, tündləşib, avtomatlaşıb, robotlaşıb. Əvvəllər dənizə getmək maraqı idi, indi bezdiricidir. Əvvəllər meşəyə getmək maraqlı idi, indi isə adi gəlir. Əvvəllər adi toyuq qızaranda da süfrədə daha dadlı görünürdü indi isə elə bil ki, köhnə ağ qara filmin içinə düşmüşük. Bəlkə bu Allahın cəzasıdır?
Hə? Bəlkə bu Allahın cəzasıdır? Bəlkə o artıq əvvəlki kimi bizi yoxsullaşdırmaqla, xəstələndirməklə yox, sadəcə hər şeyə qarşı həvəssiz etməklə cəzalandırıb? Bəlkə Allah süfrədəki yeməyi yox elə bir başa iştahımızı əlimizdən alıb? Niyə biz bütün dinlərdə açıq aydın qadağan olunan fahişəliyə qarşı heç nə etmirik? Niyə dövlət cəmiyyətin özəyini çürüdən, depressiyalara səbəb olan fahişəliyə qarşı heç nə etmir? Dövlət deyir bu cinayətdir. Allah deyir bu günahdır.İnsanlar deyir bu pisdir. Amma heç kəs heç nə etmir. Bəlkə biz başlayaq? Allah AİDS si də göndərdi amma bu insanlara xeyri olmadı. Biz elə zibillərik ki, ya gözümüz çıxmalıdır ya işığımız sönməlidir ki, baxmamalı olduğumuza baxmayaq. İndi əxlaqsızlığın fahişəxanaların, eyş işrətin qarşısını almaq üçün bunu ya oğlanlara qadağan etməliyik ya da ki, fahişələrə. İndi HOST ancaq bu yöndə gücünü birləşdirməlidir. Biz bunun qarşısını almalıyıq gələcək üçün. Evdə qalan bədbəxt analar, yazıq bədbəxt uşaqlar, özləri ilə bacara bilməyən bədbəxt kişilər üçün. Şeytanın yolunu kəsməliyik. Ailələrin xoşbəxtliyi üçün. Qadınların qiymətinin, hörmətinin artması üçün. Kişilərin artıq nəfsi kənara atıb başları ilə düşünmələri üçün. Ən nəhayət ailələrin sağlamlığı üzərində arzuladığımız sağlam cəmiyyəti qurmağımız üçün. A üçün. Onun qoyduğu yol üçün. Onun bizi burada birləşdirdiyi üçün. Onun arzusu olduğu üçün. Polislər fahişələrdən faiz alıb onları azad buraxırlar. Əgər dövlət məni qorumursa mən dövləti qoruyacağam. Prinsip budur. Sabahdan Böyük Təmizləməyə başlayırıq. İştirak etmək istəyənlər qoşula bilər. Biz avtomobillərdə fahişələri tutub pul ilə alacağıq. Sonra onları güya evimizə gətirirmiş kimi şəhərdən uzaq bir yerə sürəcəyik. Tutaq ki, Dərnəgül yoluna. Orada gecə heç kəs olmur, ancaq zavodlardı. Orada da bizi digər bir maşında 5 nəfər öz adamımız gözləyəcək.Yarımca saata bu gözəlçələri o ki var döyürük. Onlara mərhəmət etmək lazım deyil. Sonra xüsusi hazırlanmış dəmir möhürlə yanaqlarına A hərfini qızdırıb basırıq. Bu onların üzündə ömrlük qalacaq rüsvayçılıq nişanı olacaq. Daha fahişələr gecələri min oyundan çıxıb səhərlər adam arasında rahat gəzə bilməyəcəklər, hamı onların üzündəki A-nı görüb əxlaqsızlığından xəbər tutacaq. Biz sabahdan başlayırıq. 
Uşaqlardan biri soruşdu :
- Bəs nə üçün A hərfi?
- Əvvəllər latın dilində "pozğun qadın” sözü bu hərf ilə başlayırdı. Hətta orta əsrlərdə zina etmiş qadınlara A hərfini boyunlarından asmağı məcbur edirdilər. Bununla o qadınlar camaat içində utanır və təmiz kişiləri aldadıb onlarla evlənə bilmirdilər.
Abbas da dedi :
- Hə, Azad düz deyir. Amma bu təkcə onunla bağlı deyil. Bunu A deyib. Bəlkə də o bununla artıq hücuma keçdiyini bildirmək istəyir. Bəlkə bu onun imzasıdır.
Adil qışqırdı:
- 100 faiz bu onun imzasıdır. Mən dünən onun köynəyində çevrənin içində A hərfinin olduğunu gördüm.
Aslan dedi :
- Çevrənin içində A? Bu ki Alfa və Omeqanın birliyi deməkdir. Bu rəmz sonsuzluq və bütövlük rəmzidir. Deyilənə görə Hz. İsa bu rəmzlə bilinirdi..
Bir dəqiqəlik içəridə sükut yarandı. Mən ürəyimdə fikirləşdim ki, bəlkə İsa qayıdıb? Amma bu fikir ani olaraq necə gəldisə elə də getdi. Hər halda İsa hara gəlsə də Azərbaycana gəlməz. Məni gülmək tutdu. Amma mən də sabah axşam bu prosesdə iştirak etmək istəyirdim. Fahişələrə ölüm lazımdır. Nəinki döyülmək. Onlar cəmiyyətin bədənindəki xərçəng şişi kimidirlər. Hər yerdən çıxa bilər və insanı məhv edə bilərdi.

Ardı var...

 

 



Şərhlər:
Baxılıb: 1642
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz