Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 16)
QARAQAN -
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1585
Səs ver:

 

 

BALU və SUTA

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
- Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:

 

- Üç. 
Balu gülüb deyir:
- Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
- Yox, üç edir.
Balu deyir:
- Beş. 
- Yox, üç.
- Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.


Bir həftə idi ki, Ayseldən məktub gəlmirdi. Çox darıxırdım. Nigaran idim. Həm də o qədər maraqlı şey olurdu ki, hamısını Ayselə danışmaq istəyirdim. Biz fikirlərimizi, ideologiyamızı kiçik kağızlarda gənclərə paylayırdıq. Sayımız getdikcə artırdı. Məktəblərdə, universitetlərdə haqqımızda söhbətlər gəzişirdi. Gənclər çoxdan belə bir şeyin baş verməsini gözləyirmişlər. Onlar bu daxili boşluğu hiss edirdilər. Ona görə bütün ümidsizlər və tənhalar, romantiklər və şizofreniklər bizə qoşulurdu. Qərargah iki hissəyə bölünmüşdü. Bir hissədə əvvəldən gələnlər idi. Bir hissədə isə təzə gələnlər yığışırdı. Onlara ilk tapşırıqlar verilirdi. Birinci iş olaraq hər kəs küçədə tanımadığı bir adama yaxınlaşıb ona bütün həyatını danışmalı idi. İnsanlar çox vaxt bizdən çəkinirdilər. Elə bilirdilər ki, indi bu manyakalar onları bıçaqlayacaq. Hər birimiz Qara kapüşon geyinirdik. İsti havada qara köynəklərdə olurduq. Bizim işarəmiz isə qırmızı Pentraqramm idi. Lakin bu Satanistlərin Pentaqrammından fərqli olaraq onun əksinə çevrilmiş forması idi. Bununla biz Şeytana və pisliklərə qarşı olduğumuzu bildirirdik. İkinci tapşırıq - etmək istədiyimiz lakin edə bilmədiyimiz bir şeyi etmək idi. Bu əslində daha maraqlı idi. Bəzən kimsə şəhərin mərkəzində dombalaq aşırdı. Kimsə dərsin ortasında sevgilisinə çiçək bağışlayırdı. Kimsə gecə qəbirstanlıqda yatırdı. Kimsə tanımadığı adamların toyuna gedib ürəkdən rəqs edirdi. Kimsə heyvan dükanından meymun alıb sinfə buraxırdı. Kimsə saçını qırmızı rəngə boyayırdı. Kimsə tatuaj vururdu. Bu, içimizdəki uşağı yenidən oyadırdı. Bizi şəhərdə barmaqla göstərirdilər. Bəziləri bizi dolayırdı. Bizim onlara sadəcə yazığımız gəlirdi. Çünki dolamaq artıq hər bir şeyi məhv olmuş insanlara məxsus xüsusiyyət idi. Evdə bizi danlayırdılar, küçədə söz atırdılar, məktəbdə cəzalandırırdılar. Amma biz fikir vermirdik. Növbəti tapşırıq dilənmək idi. Hər kəs bir gün dilənçi paltarı geyinib şəhərin mərkəzində dilənməli idi. Bu bizim içimizdəki qüruru öldürürdü. Başa düşürdük ki , bizim öz hörmətimiz yoxdu, yalnız paltarlarımıza görə bizi sevirdilər. Dilənən gün bir qız da mənə baxmadı. Hər dəfə nahar etdiyim kafeyə isə girən kimi qovdular. Mən yenidən girmək istəyəndə qoymadılar. Onda mən cibimdən 100 dollarlıq əskinazı menecerə göstərib dedim. Mənim pulum var. İcazə verin nahar edim. Amma qarşımda duran düdük mənim paltarımı göstərib dedi: 
- Bağışlayın, mən sizi bu görkəmdə içəri buraxa bimərəm. Bu o biri qonaqlara qarşı mədəniyyətsizlik olar.
Mən səsimi qaldırıb dedim:
- Mədəniyyətsizlik olar? Bəs o bar fahişəsinin çılpağ baldırlarını qaldırmağı mədəniyyətsizlik deyil? Ya o biri masada əyləşən bığlı daydayın əyilib ayaqqabısını silirmiş kimi fahişənin tumanına baxması mədəniyyətsizlik deyil? Ya o yandakı mavinin geydirmə döşləri mədəniyyətsizlik deyil? Ya sizin işçilərin pullu daydaylara hesabda atması mədəniyyətsizlik deyil? Bəlkə menyudakı yeməklərin bəzilərini üzbəüzdəki ucuz kafedən alıb burda baha satmağnız da mədəniyyətsizlik deyil? Yoxsa burda eşşək kimi içib kişilikdən, namusdan, qeyrətdən, ana-bacıdan danışan qaqaşların evə gedib analarını söyməsi də mədəniyyətsizlik deyil?
Düdük, sözsüz ki, mənim danışdıqlarımdan heç nə qanmırdı. Onun qulağının unitazı çoxdan tutulmuşdu. Heç bir sözün xeyri yox idi. Onda Azad məni kənara çəkdi. Mən bir az əsəbi idim. Azad dedi:
- Gəl bura vaxtını boş insanlara sərf etmə. Bu dəqiqə nə qədər dostumuzun bizə, bu sözlərimizə ehtiyacı var. Sən isə qozbellərdən yapışmısan. Bunu bir dəfəlik yadında saxla.
A deyir ki, Çürümüş odundan ocaq olmaz. Cavanların üzərində işləyin. Yüz əxlaqsızı düz yola gətirməyə sərf edəcəyiniz vaxtda min əxlaqlı da əxlaqsız olacaq.
Mən yenə də mübahisə etmək istədim. Onda Azad mənə BALU və SUTA-nın hekayəsini danışdı.

"Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma”.

Hekayə bu sözlərlə bitir. Mən heç nə başa düşmürəm. Səbrim tükənir və soruşuram:
- Azad, nə mənasız nağıldı. 
Azad deyir:
- Bu nağıl üç günlük nağıldı. Üç gün fikirləş...

3 gün sonra

Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:
- Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.
Müəllim cavab verir:
- Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha Axmaqsınız?

Bizim həyat tərzimiz aksiom idi. Onun sübuta ehtiyacı yox idi. Azad nağılın ikinci hissəsini üç gün sonra danışdı. 
Bu gündən daha çətin tapşırıq başlayırdı. Bizə pislik edənlərə yaxşılıq edirdik. Yaxşılığı elə etməli idik ki, heç kəsin xəbəri olmasın. Onun özünün belə. Ortaya sual çıxırdı – Day nə mənası oldu?

Mənası da o idi ki, biz ona yaxşılıq eləməklə ona dərs vermək istəmirdik. Biz ona yaxşılıq eləməklə başqalarına nə qədər mərhəmətli olduğumuzu göstərmək istəmirdik. Biz onu vicdan əzabı çəkməyə məcbur etmək istəmirdik. Biz özümüzə əzab verirdik. Bu, ilahi bir mazoxizm idi. Bircə dəfə bunu etməyə çalışın. Hansısa bir əclaf adama yaxşılıq edin. Amma bunu heç kimə danışmayın. Üzdə hamı onu söyəndə siz də söyün. Amma altdan - altdan heç kəsin xəbəri olmayanda ona yaxşılıq edin. Məni dərsdə bir oğlan tez-tez dolayırdı, söyürdü. Oğlanın adı Zahid idi, çox axmaq uşaq idi. Hər dəfə söz atanda onu çırpmaq istəyirdim. Amma indən belə gərək hər pislik edəndə ona yaxşılıq edəydim. Birinci gün məni yenə söydü, evə gedərkən yolunun qabağına 10 manat atdım. Qıraqdan pulu necə sevinclə götürüyünü gördüm. Səhəri gün o məni yenə doladı. Hirsimdən özümü güclə saxlayırdım. Amma yaxşılıq etməliydim. Universitetin həyətində hamıdan gizli onun maşınını silib təmizlədim. Bir gün məni hamının qarşısında itəldi. O gün gizlicə öyrəndim ki, sevdiyi futbol komandasının orijinal forması onun çoxdankı arzusu imiş. Abbasın köməyilə formanı tapdım, bağlamaya qoyub anonim olaraq Zahidin ünvanına yolladım. 

Tək mən belə deyildim. Biz hamımız bu əzabı çəkirdik deyə dərdimiz bir az yüngülləşirdi. Bir həftə sonra A- dan xəbər gəldi ki, artıq bəsdir. Artıq edilən pisliklər heç tükümüzü də tərpətmirdi. Əksinə, sevinirik ki, buna görə həmin adama heç bir yaxşılıq etməməliyik. Bu hissin nə olduğunu sözlərlə izah edə bilməyəcəm. İstəyən özü yoxlaya bilər. Məndən sizə məsləhət, doğrudan peşman olmazsınız. Bütün bu vaxt ərzində biz həm fiziki məşqlər edirdik, həm də mənəvi söhbətlər edirdik. Xəstəxanalarda tanımadığımız xəstələrə baş çəkir, hal-əhvallarnı öyrənirdik. Yetimxanalara gedir, uşaqlarla saatlarla oynayır, gülməli tamaşalar düzəldib uşaqlara göstərirdik. Bu xeyriyyə deyildi. Bu yaxşılıq idi. Xeyriyyə bir az quru və soyuq olur. Bəzən elə adamlar uşaq evlərinə pul göndərir ki, həmin uşaqların saçlarına sığal çəkməkdən də iyrənir. Amma yaxşılıq tam ürəkdən olmalıdır. Yaxşılıqda yazığın gəlməməlidir. Yaxşılıqda sevməlisən. Sıralarımıza bəzi varlı uşaqlar da qoşulmuşdu. Onlar da öz pullarını əsirgəmirdilər. Tezliklə HOST işarəli avtomobillərimiz çıxdı. Bu işarə Pentaqramm idi. Bəzi üzvlərimiz qruplar yaradıb musiqi bəstələməklə məşğul olurdular. Çünki gəncləri kitabdan, qəzetdən çox musiqi cəlb edirdi. Tapşırıqlar getdikcə çətinləşirdi. Onları daxili mübarizə adlandırırdıq. Bunların hamısı A-dan gəlirdi. Amma mən hələ də A ilə qarşılaşmamışdım. Rastlaşanlar da heç nə danışmırdı. Deyirdilər ki:
- Hərənin vaxtı çatanda A özü ona yaxınlaşır.

Ardı var...

 



Şərhlər:
Baxılıb: 1585
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz