Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 15)
QARAQAN -
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1651
Səs ver:
MƏKTUB

Salam Aysel, heç bilmirəm necə başlayım. Bu mənəm Anar. İnanırsan, qələmi götürənə qədər çox şey yazmaq istəyirdim, amma indi hər şey yadımdan çıxıb. İnana bilmirəm ki, səni tapmışam. Yadındadır, səninlə yolda fərqli cəmiyyətdən danışırdıq. Bilmirəm necə oldu, amma mən elə bir yerə düşmüşəm ki, burada hamı tam biz istəyən kimidir. Heç kəs heç kəsdən sirr saxlamır. Hamı fərqlidir. Amma birlikdə hamı bərabərdir. Burda cəmiyyətin ədalətsizliklərinə qarşı mübarizə aparacağıq. Kapitalizmin, demokratiyanın səhvlərini aradan qaldıracağıq. Bilirsən biz təkcə öz ölkəmizi yox, bütün dünyanı birləşdirmək istəyirik. İnsanları nə irqinə, nə dilinə, nə də millətinə görə bölürük. Hər kəs insandır. Kommunistlərdən fərqimiz isə ondadır ki, biz Allaha inanırıq. Fərqi yoxdur hansı dinə mənsubdur. Əgər kimsə Allahın varlığına inanırsa bu bizim üçün bəsdir. Bir də hər kəsin fərqli olduğunu qəbul edirik. Burda mənasız insanlar yoxdu. Heç kəs maddi şeylərin dalınca qaçmır. Biz nə bahalı geyim istəyirik, nə də ki qır-qızıl. Bizim fikrimizcə dünyanın ən mənasız addımı qızılı qiymətli hesab etməsində olub. Ətrafımızda gənclər çoxalır. Dünyanı əxlaqsızlıq və cinayətlərdən xilas etmək istəyirik. Bizim başçımız var. Amma onu hələ görməmişəm. Elə bir insandır ki, heç kəs onun qarşısını ala bilməz. Onun böyük planı var. Amma heç kəs bilmir bu plan nədən ibarətdir. Cəmiyyət özünü HOST adlandırır. Hava Od Su Torpaq. Bunun dərin mənaları var. Bir məktubda yazmaq olmaz. Məqsəd köhnə sistemi tamam dağıdıb yerinə sistemsizlik gətirməkdir. Tam Azadlıq. Sərhədlər yox, dillər yox. Biz hər kəsi bərabər edə bilməyəcəyik. Bu utopiyadır. 6 milyard insanı bərabər etmək olmaz. Lap pulu bərabər bölsək də, hüquqları bərabər bölsək də heç vaxt gözəl ilə çirkini bərabər edə bilməyəcəyik. Sosializmin ağılsız səhvi bunda idi. Heç vaxt gözəl ilə çirkin, uzun boy ilə qısa boylu, kök ilə arıq bərabər ola bilməz. Biz deyə bilmərik ki, hər kəsin gözü qara rəngdə olmalıdır. Kimsə yaşıl gözlə doğulubsa qaraya dəyişsin. Başqalarından gözəl olmasın. Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan. Biz beyinləri dəyişəcəyik. Biz düşüncəni dəyişəcəyik. Günəş üçün fərqi yoxdu kim varlıdır kim kasıb. O hər kəsə eyni qədər işıq verir. Hava Od Su Torpaq da bu deməkdir. Onlar qədər fərqli bərabər. Bir-birini təkrarlamayan, sadəcə tamamlayan və heç biri digərindən üstün olmayan fərqli, amma bərabər ünsürlər. Evdə də məni bir az danladılar. Amma indi hər şey yaxşıdır. Yəqin başa düşdün ki türmədən qaça bilmişəm. Bu da çox qəribə bir əhvalatdır. Eeee mən nə yazıram, Aysel, sevirəm səni, sevirəm səni, çoxx, çox, çox sevirəm. Dayana bilmirəm sənsiz. Balaca, çox darıxıram. Haralardasan? Necəsən? Səni çox sevirəm, ayrıldığımız gündən bir gecə də olmayıb ki, səni yuxuda görməyim. Görüşdüyümüz gündən əvvəl də bir gecə olmayıb ki, səni yuxuda görməyim. Sən həmişə mənim yanımda olmusan. Səni həmişə sevmişəm. Səni tanımayanda da səni sevirdim. Başa düşürsən biz bir-birimizin yarıyıq. Adəmlə Həvva kimi. Biz bir-birimiz üçün yaranmışıq. Mən sənin üçün, sən də mənim üçün. Sənsiz bacarmıram. Bilmirəm səhərdən niyə başqa şey yazırdım. Bəlkə utanıram, bəlkə qorxuram. Sən doğrudan ordan qaça bilməzsən? Bağışla məni, biz gərək sərhədi keçməyəydik. Nə isə başqa yol tapmalı idim. Bağışla, indi səni qızıl qəfəsdə saxlayırlar. Bu mənim günahımdır. Canım, həyatım, bir az səbrli ol. Mən səni xilas edəcəm. Hər şey yaxşı olacaq. Məktubunu gözləyirəm. Hər zaman sənin və yalnız sənin Anarın..
Sevgilərlə..


Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.

Qasım yeddi il güləşlə məşğul olub. Sonra kikboksinqə yazılıb və Azərbaycan birinciliyini qazana bilib. Qasımın günü məşq etməklə keçirdi. Kikboksinqlə bərabər karate və aykido ilə də məşqul olurdu. Qasım pəzəvəng idi. Məktəblərində onun qədər cüssəli, sərt, güclü, yekəpər adam yox idi. Bütün sinif onun üzərinə düşəndə də hərəsini bir tərəfə tullayırdı. Qasımın atası idman federasiyalarının birinin başçısı idi. Ona görə direktor da Qasımdan çəkinirdi. Qasım istədiyi vaxt sinfin qapısını təpiklə açır, müəllimlərə hörmətsizlik edir, dostlarını söyür, qızlara söz atırdı. Məktəbdə hamı ondan çəkinirdi. Neçə uşağın ağız-burnunu partlatmışdı. Neçə oğlanı bütün sinfin qarşısında sürütləmişdi. Onun yanında həmişə yaltaqlar olurdu. Ona yaltaqlanmayanlar isə ondan uzaq gəzməyə çalışırdılar. Amma bu gün Qasımın bəxti heç gətirməmişdi. Həmişəki kimi sinifdə kimisə lövhəyə çırpıb eşşək kimi təpikləmişdi. İndi də məktəbin tualetində əl-üzünü yuyurdu. İndi o özünü qəhrəman kimi hiss edirdi. Bilirdi ki, hamının ondan zəhləsi gedir. Amma heç kəs ona bir söz deyə bilməzdi. Bir azdan sinfə girib deyəcəkdi: "Bilirsiniz mən kiməm? Mən çempionam. Dağıdaram hamınızı”. Sonra da qızlara baxıb lovğalanacaqdı. O elə bilirdi ki, qızların kobud oğlanlardan xoşu gəlir. Çox təəssüf ki, bu doğrudan da belə idi.
Qasım əyilib əlini yuyanda birdən yanına nə isə batdı. Ani ağrıdan sonra Qasımın ayaqları əsməyə başladı, müvazinətini itirib düz unitazın qabağına yıxıldı. Onun qarşısında qara geyimdə qara kapüşonlu kiçik bir uşaq durmuşdu. Əlində də iynə var idi. Qasım ayağa qalxıb uşağın belini sındırmaq istəyirdi, amma bütün bədəni keyimişdi.
O əlini belə qaldıra bilmirdi. Onda Qasım uşağı söyüb qorxutmaq istədi. Amma dilini də tərpədə bilmədi. Uşaq onun yanında əyilib dedi:
- Ehh, Qasım Qasım... Nə pis zibilə düşdün hə? Bir azdan bütün məktəb biləcək ki, səni 11 yaşlı uşaq it kimi çırpıb. Vay-vay-vay, biabırçılıq olar ki. Görəsən qızlar sənə necə baxar? Ya sinifdə nə deyərlər? Bəs atan? Bəs məşqçin? Bax Qasım, mən çox ciddi adamam. Mənim boş-boş danışmaqdan xoşum gəlmir ona görə deyirəm. Bir də sənin kiməsə əl qaldırdığından xəbərim olsa çox pis olacaq. Bir özünə bax, sən insan deyilsən e, eşşəksən, eşşək. Belə bir söz var ee deyirlər ki, eşşək sözündəki "ş” ların sayı həmin adamın eşşəkliyindən asıllıdır. Sən də çox eşşşşşək adamsan. Elə bilirsən ki, güclə hər şeyi həll edə bilərsən. Bax, mən səndən 5 yaş balacayam. Amma sən unitazdan da dura bilmirsən. Yəqin maraqlıdır da bu necə olur? Mənim bir dənə kimyaçı dostum var. O da sənin kimi eşşəklərə qarşı maraqlı bir dərman fikirləşib. Onun bircə qramı dəridən keçən kimi bütün bədən 10 dəqiqəlik keyiyir. Sən artıq 3 dəqiqədir keyimisən. Bir azdan sənin immun sistemin zəhəri bədəndən çıxarmağa başlayacaq. Amma o vaxt mən artıq burda olmayacağam. Yeri gəlmişkən dərmanı iynə ilə batırmaq məcburi deyil. Onu yeməyə də tökmək olar. Bir azdan biz onu balonlara yerləşdirəcəyik. Və bircə dəfə fısqırtmaqla nəfəsinə keçib səni bu vəziyyətə salacaq. Görürsən, mən səndən də pis oğlanam. Ən maraqlısı bilirsən nədir? İndi qapının ağzında bütün dostların sənin çıxmağını gözləyir. Amma səndən qorxduqlarına görə bura girə bilmirlər. Bəlkə sən onları bu qədər döyməsəydin, biri girib səni xilas edə bilərdi. Ehh, Qasım. Ağlını başına yığ. Kapüşonun altından üzümü seçməyə də çalışma, onsuz da altdan maska da var. Əgər güclüsənsə gedib qoca nənələrə bazarlıqda kömək elə. Ya da ağac ək. Nə bilim, bir xeyirli iş gör. Başqalarına öz gücünü göstərmə. Sən hər gün kimisə döyürsən. Bu gün isə özün döyüləcəksən. Yox, mən səni döymək istəmirəm. Hmm. Qasım, "küçələrə su səpmişəm” mahnısını eşitmisən?
Qasım donub qalmışdı. Onun səsi də çıxmırdı. Həyatında ən çox güvəndiyi əzələləri onu dar gündə atmışdı. Qasım tək qalmışdı. Qasım ilk dəfə idi ki, gücsüzlüklə üzləşirdi. Qara geyimli uşaq dedi:
- Ehhh. Deyəsən eşitməmisən. Nə isə. Yəqin bilirsən də tualetə niyə gəlirlər. Zəhmət olmasa unitazın üstündən çəkil. 
Qasım donub qalmışdı. 
-Qasım, eşitmirsən işim var, unitazın üstündən çəkil. Mmmmmm
Qasımın gözləri bərəlmişdi. O qədər gərgin idi ki, ürəyinin döyüntüsünü də eşitmək olurdu. Qasım tərpənə bilmirdi. Var gücü ilə hərəkətə gəlmək istəyirdi . Amma tərpənə bilmirdi.
- Qasım, dözə bimirəm, tökülürrr, hmmm. Qasım... Bax çəkilmirsənsə mənlik deyil. Mən işəyirəm.

Bu an Qasımın bütün 18 illik həyatı gözünün qabağından keçirdi. Qasım həyətin şefidir, Qasım məktəbdə hamını döyür. Bütün əzişdirdiyi sifətlər, bütün qazandığı medallar, bütün zərbələri, bütün məşqləri, biləyi ilə sındırdığı taxtalar. Hamısı. Hər şey. Bütün kişiliyi, mənliyi, qeyrəti, qüruru. Hər şeyi məhv olmuşdu... Qasım unitaz idi... Sidik onun sinəsinə tökülür, arada üzünə sıçrayır, çənəsindən süzülürdü. O sidiyin iyini alır, istisini hiss edirdi. 15-cə saniyə Qasım üçün əbədi uzanmışdı. Bədənində hərəkətli olan bircə gözləri idi. Bir də onlardan axan yaşlar.
Uşaq işini bitirəndən sonra Qasıma diqqətlə baxıb başını yellədi.
- Eh Qasım, Qasım... İndi görürsən gücsüzlük nə pis şeydi. Mən day gedim. Başqa işlərim də var. Amma sözüm sözdür. Bir də görsəm ki, kiməsə əl qaldırmısan, biz eyni prosesi təkrar edəcəyik. Gələn dəfə lap istəsən video ilə. Məncə bütün məktəbə maraqı olar. Yaxşı Qasım, sənin hələ 3 dəqiqən də var. Bir az da fikirləşə bilərsən. Mən getdim.
Qara kapüşonlu uşaq qapını açıb ayaq yolundan çıxdı. Onun dediyi kimi bütün sinif qapının ağzında gözləyirdi. Amma Qasım çıxmamış onlar içəri girməyəcəkdilər. Onlar Qasımın qanunlarını poza bilməzdilər. Onlar bilmirdilər ki, bir azdan Qasım ağlaya-ağlaya çıxıb evə gedəcək. Səhəri günsə sinfin ən sakit uşağına çevriləcək. Qasımın birdən-birə müsbət tərəfə necə dəyişdiyi onlar üçün həmişə sirr olaraq qalacaq.


Sənə inanan hər kəsi aldat. 
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır.



Ardı var...


Şərhlər:
Baxılıb: 1651
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz