Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 14)
QARAQAN -
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1732
Səs ver:

CÜCƏNİN NAĞILI

Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: "QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ?
İçindəki səs yenə deyir: "HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”.
Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı... 

Bəzən xilas olmaq üçün məhv etmək lazımdır

Mən Abbasın nə demək istədiyini indi başa düşdüm. Doğrudan da tarixə baxanda inqilablar insanlığa ancaq xeyir gətirib. Roma dağıldı - quldarlıq məhv oldu. Kəndlilər üsyan etdi - feodallar məhv oldu. Xalq birləşdi - monarxiya məhv oldu. Ətrafımızakı yumurtanı sındırmadan xoşbəxt ola bilmərik.
Azad gələndə məni kənara çəkdi:
- Anar, sənə maraqlı xəbərlərim var. Ayseli tapmışam.
Bu adı eşidəndə içimdən qəribə bir titrəyiş keçdi. AYSEL AYSEL AYSEL. Kaş hamı yox olaydı. Dünyada tək onunla qalaydım. Adəmlə Həvva kimi. Onun mavi gözlərinə baxaydım. Ömrümün sonuna kimi onunla qucaqlaşıb dalğaların səsini dinləyəydim. SEVGİ...
Ozon qatından tutmuş molekullara qədər hər şeyin sirri açılmışıdı. Amma sevgi hələ də dünya üçün ən böyük sirr olaraq qalırdı.
SEVGİ NƏDİR?
Niyə onun adını eşidəndə ürəyim titrəyir? Niyə onu qucaqlamaq istəyirəm? Niyə başqa qızlar gözümdə yox olur? Niyə mənim özümdən zəif bir varlığa ehtiyacım var? Qızların sevgisini haradasa başa düşmək olar. Oğlan qızdan güclüdür, qüvvətlidir, onu saxlayır, əzizləyir, qoruyur. Qızın oğlana ehtiyacı var. Bu qəribə deyil. Amma oğlan nə üçün özündən zəif bir varlığı qorumaq istəsin ki? Niyə bizdən qat-qat gücsüz bir qızın qarşısında diz çökməyə hazırıq? Necə olur ki, bir qızı sevirik, o birini yox? Bu nədən asılıdır? Gözəllikdən, xasiyyətdən, ağıldan, zövqdən, yoxsa hamısı bir yerdə? Bəlkə Allah qadınlara xüsusi bir sehrbazlıq verib və onlar bizi tilsimləyirlər. Sadəcə bunu özümüzdən gizli saxlayırlar ki, onlara etibarımız itməsin.. Bəlkə sevgi şeytan əməlidir, o bizi dəliliklər, ağılsız hərəkətlər etməyə vadar edir? Bəlkə də biz taleyimizlə qarşılaşırıq? Bəlkə sevgi heç yoxdur. Sadəcə o qədər hamı danışıb ki, biz də inanmışıq ki, doğrudan da belə bir şey var?
Amma nə də olmasa mən Ayselin adını eşidəndə ciyərlərimdə hava donub qalır, ürəyim daha tez döyünməyə başlayırdı. Buna mən sevgidən başqa ad verə bilmirdim. MƏN AYSELİ SEVİRDİM!!!
- Heyy, Məcnun, ay kişi, nə oldu sənə fikirə getdin? Eyy...Anar, Anar, kosmosda vəziyyət necədir? Siz bizi eşidirsiz?
-Hə Azad, Aysel haradadır? Bu dəqiqə gedirəm onu gətirməyə.
- Yox, özünə gəl. Bu bir az çətin olacaq. Sən Ayseli qaçırandan sonra div bir addım da qızdan uzaqlaşmır.
- Heç nə olmaz, mən o divə göstərərəm.
- Ay qardaş, mən əlimdən gələn köməyi eləməyə hazıram. Amma bir az səbrli ol. O div sən girən kollardan deyil. Səni də, Ayseli də bir günün içində yox eləyər. Onu qaçıra bilməzsən.
- Bəs onda niyə deyirsən ki, Ayseli tapmısan?
- Onunla əlaqə saxlaya bilərsən. Aysel indi Divin villasında qalır. Onu heç yana buraxmırlar. Deyəsən qaçırılma prosesi Ayselin reytinqini qaldırıb.
- Azad, uzatma ürəyim üzüldü. Necə əlaqə saxlaya bilərəm?
- Villaya girmək mümkün deyil. Onu 7-8 cangüdən qoruyur. Ayselin telefonunu da əlindən alıbar. Amma biz həmin evin xadiməsini tapmışıq. Təmizlik işlərinə baxır. Çox vaxt Ayselin yanında olur. Həftədə 3 dəfə. Özü Adilgilin qonşusudur. Sən məktub yaza bilərsən. Biz xalaya demişik o da razılaşıb. Deyir ki, yazıq qıza zülm edirlər. Eşidəndə ki, onun sevgilisisən iki əlli razı oldu. Sən məktubla əlaqə saxla. Hələ ki, onu çıxara bilməzsən. Amma bir azdan bizim gücümüz artacaq. Bu biqeyrətlərin hamısının belini qıracağıq. Dünya gənclərin əlindədir. Bir azdan gənclər də bizim tərəfimizdə olacaq. Onda görəcəyik kimdi güclü.
- Düz deyirsən. Məktubu Adilə verim hə?
- Hə, hə, Adilə ver. O çatdıracaq. 
Sonra biz zala keçdik. Uşaqlardan kimsə yenə öz dərdini danışırdı. İşıqlar sönmüşdü. Hamı diqqətlə dinləyirdi. 
"İstəmirdim ki, anam bilsin. Amma məktəbdə məni döyürdülər. Evdə deyirdim ki, yıxılmışam. Axı desəydim anam məktəbə gələcəkdi. Hamı mənə güləcəkdi həmişəki kimi. Onlar mənim uzun saçlarımı dolayırdılar. Mənə qızbibi deyirdilər”.

A bir çox əlifbaların ilk hərfidir. Finikiya mənşəlidir. Piramidanın rəmzidir. Xristianlıqda müqəddəs üçlüyü bildirir. A Pentaqrammda (İnsan və kainatın rəmzi olan – çevrədə beş güşəli ulduz ) hər bir güşədə oxunur. Rəqəmsal anlamı "1”, potensial enerjidən aktuallaşmaya keçiddir. Xristian teologiyasında İsanın beş yarasının göstəricisidir. Yunanlarda Alfa hər şeyin başlanğıcı mənasındadır. Slavyanlarda A əlifbanın ilk hərfi olub "Mən”-i bildirir. Hinduların inancına görə "Aom " kəlməsi dünyanın yaranmasına səbəb olub.
Lomonosova görə A məkanın sonsuzluğudur. Əlkimyada A hər bir şeyin əvvəlidir. Dəmiri qızıla çevirir. Kainatın varlığıdır.
A – Eqonun simvoludur.

Ardı var...

 

 



Şərhlər:
Baxılıb: 1732
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz