Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəzər və Dəniz (4-cü bölüm)
Xəzər və Dəniz (4-cü bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2201
Səs ver:
Hər gün dərsdən sonra Xəzər, mən və Dərya bir universitetdən çıxırdıq. Mən Xəzərə hər gün cipsi, bəzənsə suxarik aldırardım.
-Az ye bu zəhərli şeyləri...
-Hmm daddıdı bax- cipsinin birin ona uzatdım o gülümsünüb əlimdən tutub əlimi dodaqlarına apardı, əlimi öpdü. Ürəyim elə döyünürdü ki, özümü itirmişdim. Tez əlimi çəkib
-Bəs cipsi?
-Onu sən ye. Gülümsədi.
Günlər beləcə keçirdi. Artıq sessiya vaxtı çatmışdı. Xəzər mənə imtahanlara hazırlaşmaqda çox kömək etdi. Xəzərin ailəsi Gəncədə qalırdı, amma Xəzər mənə görə bu tətili Bakıda qaldı. Özünə xarici şirkətlərin birində iş tapmışdı. Tətil gözəl keçirdi, Xəzər məni və Dəryanı hər həftəsonu harasa aparırdı. Gözəl günlər tez bitir. Tətil bitdi, dərslərimiz başladı. Onu əvvəlki kimi çox görə bilmirdim. Dərs, iş ancaq çatdırırdı. Amma mənə diqqətində, qayğısında heç bir əksilmə yox idi. Yenə əvvəlki kimi hər şeyimə qarışar, ondan icazəsiz addım belə ata bilməzdim. Bəzən qısqanclığı məni bezdirirdi. Amma mənə elə gəlirdiki sanki mən onu illərlə tanıyıram. Hətta mən ona həyatım barədə həqiqəti demişdim. İlkini, atamı hər şeyi. O İlkini tanımaq istəyirdi. Əslində özümdə istəyirdim onlar tanış olsun, çünki onlar qəribə formada bir-birinə oxşayırdılar. Günlər tez keçirdi. Biz yay sessiyasını verəndən sonra Xəzər işlədiyi üçün Gəncəyə bir neçə günlük gedib gəldi. Bir gün anam mənə dediki bəs Gəncədən Sabir əmingil gəlib, bibin istəyir sən onlarıda tanıyasan. Mən də razılaşdım. Tez Xəzərə xəbər verdim
-Şey Xəzər bax əsəbləşmək yoxdu sənə bir söz deyəcəm
-Mən səyəm?hmm?
-Yox
-De sözünü Dənizim
-Axşam qonaqlığa gedəcəm
-Get də. Mən ozümü "yox olmaz” deyəcək deyə hazırlayarkən o get dedi. Həmdə hara getdiyimi, kimlə getdiyimi soruşmadan. Biz hazırlaşıb bibimgilə getdik. Əmim çox şəkər bir adamdı. Onların bir oğlu var əsl adını bilmirəm hamı ona Nu-nu deyir. Eh nə isə gələr tanış olarıq görərik kimdi. Hamı yeməyə otururdu ki, qapı döyüldü. Bibim qapını açıb, yanında bır oğlanla gəldi. Mən həmin vaxt mətbəxdən çıxırdım deyə oğlanın arxası mənə çönük idi...
-Bax bibin qurban bu da Əli əminin qızı Dəniz. Çimnaz bibimin bu sözündən sonra o mənə döndü və... Yox bu ola bilməz. Bəli bu Xəzər idi. Mən şok olmuşam. O isə mənə baxıb saymazyana gülürdü. Özümü toplayıb
-Biz tanışıq bibi-deyə bildim. Hamı mənə təəccüblə baxırdı.
-Niyə elə baxırsız qıza universitetdə bir oxuyuruq-Xəzər dilləndi. Hamı süfrə arxasına keçdi. Amma bizim tanışlığımız İlkinin üreyincə olmuşdu sanki. Üz ifadəsi çox sevincli idi. Bütün gecə Xəzər altdan-altdan məni süzdü. Gecə evə qayıdanda Xəzərə heç nə yazmadım, çox əsəbi idim ona, demək hər şeyi bilirmiş. Telefonu söndürüb yatdım. Sabah ev telefonunun səsinə oyandım. Zəng edən Xəzər idi.
-Niyə gecə heç nə demədən yatmısan? Niyə mənə xəbər etməmisən?
-Sənində sabahın xeyir.
-Sualıma cavab ver. Tez özdə.
-Nə var ee hər şeyi bilirdin hə? Mənə niyə demirdin əmimoğlu? Güldüm
-Mən təzə öyrənmişəm. Həm mövzu bu deyil niyə telefon mənə deyilmədən söndürülüb?
-Əcəb eləmişəm
-Sənin o balaca dilini kəsəcəm haa. O nə geyim idi elə?
-Uzun idi hə? Gələn dəfə biraz qısa geyinəcəm söz. Onu əsəbləşdirmək mənə xüsususi zövq verirdi.
-Dəniz...
-Yaxşı əsəbləşmişdim sənə ona görə telefonu söndürdüm. Məndən hər şeyi gizlətmisən...
-Bir də belə etmə...
-Nəyi etmiyim?
-Telefonu xəbərsiz söndürmə
-Niyə?-əslində bilirdim niyə olduğunu sadəcə onun dilindən eşitmək daha gözəl idi...
-Sənsiz bir dəqiqədə qala bilmirəm, səndən xəbərim olmayanda dəli oluram. Biz birazda danışıb sağollaşdıq...
Bibimgil İlkinin nişanına hazırlaşırdılar. İlkin o biri bibimin qızı ilə nişanlanırdı. Bu arada Süsən nənəm mənim ata qohumlarımla tanış olduğumu və bütün həqiqəti öyrəndiyimi bilmişdi. Anamla bunun üstündə davaları düşmüşdü. Təbiiki zamanla hər şey yoluna düşmüşdü. Anam Xəzərlə mənim aramda nələrinsə olduğundan şübhələnib tez-tez mənə suallar verirdi. Son zamanlar bu suallar o qədər çoxalmışdı ki, artıq dözə bilməyib bundan sonra bizi nələrin gözlədiyini bilmədən hər şeyi anama danışdım. Artıq sentyabr ayı gəlmişdi. Mən ikinci Xəzərsə dördüncü kursa başladı. Xəzər üçün çətin il idi. Anamın bizim münasibətimizi bilməsi əslində yaxşı olmuşdu, düzdü tez-tez soruşurdu ki "fikriniz nədi nə vaxta kimi bele davam edəcəksiz?”-amma biz hələ oxuyurduq ikimizdə digər tərəfdən mən ona nəsə eşitdirməyi özümə sığışdırmırdım. Xəzər işləyirdi deyə bəzən həftələrlə görüşə bilmirdik. Ona çox əsəbləşsəmdə, incisəmdə içdən dediyi bir sözünə "Səni sevirəm” hər şeyi unudurdum. Qış sesiyasından sonra Xəzəri daha da az görməyə başladım. Bütün günü işdə ya da kitabxanada olurdu. Buraxılış işini özü yazacaqdı. Telefonla danışmaqlarımız belə azalmışdı. Çox pis olurdum. Bəzən gecələri ağlaya-ağlaya yatırdım. Dözə bilmirdim qərar verdim ki, Xəzərə niyə belə etdiyini soruşam. O sanki mənim hislərimi məndən əvvəl hiss edirdi...
-Dəniz gəl sabah görüşək sənə sözüm var. Bu sözü kimə desən şübhə düşər içinə. Mənimdə içimə şübhə düşdü. Ayrılıq şübhəsi. Zaman dayanmır deyirlər. Əslində zaman nəyisə gözlədiyimiz vaxt dayanır. Ya da mən elə düşünürəm. Sabah hazırlaşıb Xəzərin dediyi yerə getdim.


Şərhlər:
Baxılıb: 2201
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz