Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 13)
QARAQAN -
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1331
Səs ver:

 

HAVA, OD, SU, TORPAQ

Abbas gələndə hamı baş zala keçdi. Deyəsən yaxşı xəbərlə gəlmişdi. Ortaya keçib danışmağa başladı:
- Uşaqlar, indi danışacağım şeydən sonra kim istəsə bu birliyi tərk edib gedə bilər. Əvvəlcə A-nın dediklərini bir daha təkrarlamaq istəyirəm. Kiçik bir mətn hazırlamışam. Burdan hər şey aydın olacaq. Kim istəsə götürsün. 


H.O.S.T

Sənə öyrədilən hər şeyi unut.
Sən qum dənəciyi qədər kiçiksən.
Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan.
Ölüm gələndə isə deyirsən "Mən ki heç yaşamadım”.
100 il sonra isə sənə görə heç kəs ağlamayacaq.

Sənə danışılan heç nəyə inanma.
Sənin beynini uşaq nağılları ilə doldurdular.
Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək.
Sən heç vaxt xoşbəxt olmayacaqsan.
Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır.

Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var.
Biz Tarixin sınma nöqtəsiyik.
Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq.
Bizim üçün dəyərli heç nə yoxdur.
Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik.

Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır.

Bu mətni tam anlaya bilməmişdim. Amma onda nə isə qəribə bir doğmalıq hiss olunurdu. Birdən-birə beynimə təzyiq gəldiyini hiss etdim. Az qala huşumu itirirdim. Mətnin şüuratı təsiri vardı. Özümü pis hiss etməyə başladım. Sonra bir də oxudum. İçimdə hansısa bir sıxıntı yaranadı. Çox qəribə idi. Elə bil sözlərdə hansısa gizli bir şifrə, kod var idi. Onu tapmağa çalşırdım. Abbasın səsi fikirlərimi yayındırdı:
- A dedi ki, bu vərəqləri hər yerdə paylayaq. Bu gün bir çox ali məktəblərə paylamışıq. Arxada əlaqə internet ünvanı da var. Bizə məktub yazırlar. Məncə bu sözlərdə nə isə gizli bir şey var. Çünki onlardan sonra elektron ünvana xeyli məktub gəlib. Intihar etmək istəyən, depressiyada olan gənclər öz dərdlərini danışırlar. Onlara heç kəs deməyib ki, bizdə belə bir qayda var. Onları heç kəs məcbur etməyib ki, tanımadıqları ünvana bütün həyatlarını yazsınlar. Məktubları da sizə paylayaram. Özünüz görəcəksiniz. 

Aysel yadıma düşmüşdü. İstəyirdim ki, iclası saxlayıb Ayseli necə sevdiyimdən danışım. Sonra Aslana baxdım. Onun gözləri dolmuşdu. Ümumiyyətə içəridə olan hər kəsdə qəribə bir narahatlıq vardı. Bircə Abbas rahat idi.
O deyirdi:
- Uşaqlar, cəmiyyət içində yaşamaq gündən-günə çətinləşir. Deyirlər ki, bir nəfərin ölümü faciədir, 1000 nəfərin ölümü isə artıq statistikadır. Biz tanıdığımız insanların dərdinə acıyırıq. Tanımadıqlarımız isə rəqəmlərdir. Gündə minlərlə insan acından, xəstəliklərdən ölür. Bir Titanikin batmasına biz göz yaşı ilə baxırdıq. Titanik boyda gəminin faciəvi məhvi ürəyimizi ağrıdırdı. İndi təsəvvür edin ki, hər gün, hər saat bir Titanik batır, dalbadal, dayanmadan. Hər gün 24000 insan aclıqdan və onun törətdiyi xəstəliklərdən ölür. Ölənlərin 60 %-i 5 yaşından kiçik uşaqlardır. Yoxsulluq və kasıblıq hər gün artır. Bu gün gündəlik yemək tapmayan insanların sayı 800 milyona çatıb. 2007-ci il üçün dünya gəlirinin 80 %-i dünya əhalisinin 15 %-inə çatır. Burda bərabərsizliyin nə dərəcədə yüksək olduğunu görürsünüz. Yalnız 15 % əhalinin orta aylıq maaşı 30000 dolar təşkil edir. Qalan 85 % əhalidə isə orta aylıq maaş 30 dollardır.
Bizə bu qəribə gələ bilər. Amma bilin ki, dünyada nə qədər yalan olsa da rəqəmlər heç vaxt aldatmır. Bu aclıqlar bir yana, dünyada 200 milyondan çox narkoman var. Və illik narkotik gəliri 320 milyard dollar hesablanır.
Bu pulların hesabına bütün dünyanı xilas etmək olar. 4 milyard insanı xilas edə biləcək pul narkomanların kefinə gedir. Baxın siz bayaqkı mətni oxuyandan bu vaxta kimi bilirsiniz neçə uşaq acından öldü? İnsanlar azğınlaşıb. Deyəcəksiniz ki, bu həmişə belə olub? Yox, bu qədər ədalətsiz dövr hələ olmayıb. Siz ayda qazandığınız 500 dollarla kifayətlənib ailənizi saxlaya bilərsiniz. Amma biləndə ki, bir ay əzab-əziyyətlə qazandığınız 500 dolları pozğun fahişə bir gecədə qazanır, avtobusda arvadınıza kimsə söz atanda həmin fahişə öz avtomobilini sürür, işdə üstünüzə qışqıran müdiriniz bəlkə həmin gecə fahişənin ayağının altını öpür - bunlara nə deyəcəksiniz?
Bəs İraqın bombalanması? Ya da ki, baş örtüklərinə görə universitetdən qovulan tələbələr. Ya qlobal depressiya? Avropanın 80%-i bu dəqiqə depressiyadadır. Özləri də bilmirlər nəyə görə. Heç bir çıxış yolu yoxdu. Bütün psixoloqların məsləhətləri, Yoqa dərsləri, mənasız meditasiyalar, Tibet fəlsəfəsi, məsciddə yatıb məsciddə oyanan möminlər, komediyalar, Hollivud, MTV, seks, Havay adalarında keçirilən tətillər, Gucci, satanistlərin gecə ritualları, ezoterika, nəsli kəsilməkdə olan kenqurulara yardım fondu, kilsə mahnıları, tanışlıq saytları, astral uçuşlar, ev heyvanları, hippilik, populyarlıq, pul - bunarın heç biri sizi xilas etməyəcək. Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. Biz özümüz çox xoşbəxt ola bilərik. Amma əhatəmiz iyrənc olsa buna dözə bilmərik. Bütün sadaladıqlarım depressiyanın dərmanlarıdır. Amma bəzən xəstəlik elə ağır olur ki, cərrahiyyəyə ehtiyac yaranır. "Böyük təmizləmə” başlanmalıdır. Biz insanlığı sağalda bilmədik. Xəstəlik qanqrenlə yavaş-yavaş bütün bədənə yayılır. Deməli çıxış yolu ancaq amputasiyadır. Bu gündən etibarən biz radikallaşırıq. Hər şeyə qarşı. Heç bir güzəşt yoxdu. Heç bir qayda yoxdu. Gördüyümüz hər bir pisliyə qarşı bir mənalı döyüş. Bizə terroçu deyəcəklər. Amma uşaqların həmişə iynədən zəhlələri gedir. O biri otaqda sizin üçün qara köynəklər almışıq. Üzərində qırmızı dairənin içində ulduz işarəsi var. Bu işarə ilə biz bir-birimizi tanıyacağıq. Haqsızlıqlara qarşı mübarizənin planını sabah hər kəs yazıb gətirsin. Biz ən uyğunlarını seçib həyata keçirəcəyik. Artıq A hücuma başlayıb. Kim nədən narazıdır və onun qarşınsını necə almağı təklif edirsə sabah bir kağıza yazıb gətirsin. Mənim özümdə də bir neçə plan var.
Bu sözlərdən sonra mən Abbasa dedim:
- Sual vermək olar?
- Buyur. Burda hər şey olar.
- Mən bir şeyi başa düşmədim. Sistemə qarşı döyüşməklə necə xoşbəxtliyə çıxmaq olar ki? Dağıtmaq, sındırmaq - axı bu düz olmaz. Əslində düzəltmək lazımdır. Dağıtmaqla necə xoşbəxt ola bilərik ki?
- Sən cücənin nağılını oxumusan? Bu çox qəribə bir nağıldır.

Ardı var...

 



Şərhlər:
Baxılıb: 1331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz