Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 12)
QARAQAN -
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2039
Səs ver:

 

Müdriklərin pıçıltı ilə dediyini axmaqlar hər addımda bağırır. (OSHO)

Qərargah gizli yer idi. Qapısında nə bir yazı vardı, nə bir işarə. Uşaqlar çalışırdılar ki, diqqət cəlb etməsinlər. Mən qapını döydüm, az sonra bir oğlan qapını açdı. Məni süzüb dedi:
- Sən təzə gələnsən? Keç içəri.
Qərargahda bu dəfə adam az idi. Otaqları bir-bir gəzib Azadı axtardım. Kinozaldan Aslan məni çağırdı:
- Eyy Anar, gəl bura yaxşı film var. Baxmaq istəyirsən? Təzəcə başlayıb.
Kinozal çox rahat bir otaq idi. Rəflərdə müxtəlif DVD-lər vardı, çoxu sənədli filmlər idi. İkinci dünya müharibəsindən tutmuş insanlar üzərində aparılan gizli təcrübələrə qədər. Bütün məxfi və adi vaxt görə bilməyəcəyim filmlər burada idi.
Aslandan başqa otaqda üç nəfər də vardı. Salamlaşdıq. Aslan dedi ki, Azadın işi var axşam gələcək. Amma bir azdan Abbas gəlməlidir. Deyəsən maraqlı xəbərləri var.
Biz filmə baxdıq - Spilberqin ən dramatik filmlərindən biri olan "Şindlerin Siyahısı”na. Sonra bizi nahara çağırdılar. Yeməkdən əvvəl uşaqlar əllərini açıb Allaha dua etdilər. Naraha sonra istirahət otağına keçdik. Aslan yanımda oturdu:
- Hə Anar, darıxmırsan ki?
- Yox, əksinə, çox rahatam.
- Hə, elə mən də. 2 aydır uşaqlarla tanış olmuşam amma elə bil ki, uşaqlıqdan tanıyıram.
- 2 ay? Doğrudan? Adam baxanda deyir yəqin uşaqlıq dostlarısız.
- Hə, çox yaxınıq. Sən də bir-iki günə öyrəşəcəksən. Təzə-təzə mən də sıxılırdım ki, yəqin mənə özgə kimi baxırlar. Sonra gördüm elə deyil. Burda hamı bir-birini dinləməyi bacarır. Hər kəs həyatını danışdıqca daha da yaxınlaşırıq. Əslində yaxınlıq və ya özgəlik özü də nisbi şeydi axı. Məsələn, ekstremal vəziyyətlər bir günə insanları bir-birinə sevdirə də bilər. Ən yaxın dostluq çox vaxt yanğınsöndürənlərdə ya əsgərlərdə olur. Nəyə görə? Çünki onlar hər an ölümlə üz-üzə gəlirlər. İnsan isə yalnız ölümlə üzləşdikdə əsl siması üzə çıxır. Adi zəlzələ yadındadı da? Olmuşdu ee bir neçə il qabaq. Bax həmin zəlzələdə hamı birləşdi, çox vaxt heç salamlaşmayan qonşular bir yerdə oturub çay içirdilər. Ölüm qorxusu insanları həmişə yaxınlaşdırır.
Bizi də burda birləşirən elə çətin vəziyyətdir. Buradakı uşaqların hər birinin öz hekayəsi var. Hər bir hekayə də faciədir. A isə bizi burada topladı ki, özümüzü tək hiss etməyək. Təsəvvür elə ki, bir universitet binası var, amma fakültələri yoxdu. Hamı eyni binaya daxil olur. Bir nəfər tarix dərsini keçmək istəyir, biri ədəbiyyat oxumaq istəyir, biri riyaziyyat, o biri fizika. Amma onlar hamısı bir-birinə o qədər qarışıblar ki, heç biri istədiyi kimi təhsil ala bilmir. Birdən bir nəfər çıxıb qışqırır: ”Heeyy, riyaziyyatı öyrənmək istəyənlər bura gəlsin”. Bu, bir-birlərinin varlığından xəbəri olmayan bütün riyaziyyatçıları bir yerə yığır. Onlar da rahatca istədikləri elmi öyrənirlər. Eləcə də həyatda. Biz hamımız ayrı -ayrı qalmışdıq. Hamımız öz əhatəmizdə darıxırdıq. Hamımız sinifdən çıxıb evə gedirdik. Çünki sinif yoldaşlarımızın mobil telefonlar haqda söhbətləri bizə maraqlı deyildi. Hamımız elə bilirdik ki, bu planetə səhv olaraq gəlmişik. Biz təkik və bizim kimi yalqız, bezmiş, tənha heç kim yoxdu. Amma A bizi birləşdirdi. İndi biz darıxmırıq. İndi bizim öz fikirlərimizi paylaşa biləcək dostlarımız var. İstədiyimiz kimi quraşdırılmış evimiz var. Öz musiqimiz, öz kitablarımız, öz filmlərimiz. Burada biz özümüzü dərk edirik. Burada biz kim olduğumuzu, bu həyata niyə gəldiyimizi bilmək üçün axtarışlardayıq. Abbas deyir ki, biz fərqlilərin birliyiyik. Hər bir kəs burda öz individuallığı ilə seçilir. Məsələn, Abbas özü həmişə təşkilatçılıqla məşqul olub. Araz düşdüyü bütün vəziyyətlərdə gülməli bir şey tapacaq. Hətta yaxın bir dəfə yasda 5-cə dəqiqədə elə şeylər danışmışdı ki, yasın qalan 2 saatı ancaq camaatın bir birinə lətifə danışmağıyla keçmişdi. Hətta ölünün ən yaxın adamları gülməkdən özlərini saxlaya bilmirilər. Bəlkə ölü də cənazənin içində gülürdü. Ya Azad. Azadın çox qəribə musiqi zövqü var. O, Rockun ən qəribə tərzlərinə qulaq asırdı. Hərdən Skinhedlərin Ska musiqisini dinləyirdi. Adi cəmiyyət bu cür insanları qəbul edə bilmir. Amma adi cəmiyyət bilmir ki, eybəcər ördəklər bir gün durnaya çevrilib hini birdəfəlik tərk edirlər. Əslində biz hamımız eybəcər ördəklərik. Bizi birləşdirən də elə budur. Mən özüm əvvəl hüquq fakültəsində oxuyurdum. 3-cü kursa kimi bir təhər oxudum. Amma bir gün başa düşdüm ki, mən hüquqçu olmaq istəmirəm. Evdəkilər dəlı oldular - "Ondan yaxşı sənət var ki? Həmişə çörəyin olacaq”. Dedim, əgər iştah yoxdursa çörək nəyimə gərək? Dedim rəssam olmaq istəyirəm. Amma evdə bu fikir onlara gülünc gəldi. Məni çox danladılar. Bütün yaxşılıqları başıma vurdular. Universitetin illik ödənişlərini yadıma saldılar. Anam dedi, iki il də dözüm sonra rəssamlıq da eləyərəm. Atam dedi ki, yaxşı çəkmək istəyirsən çək, amma dərsdən sonra. Amma mən dərsə getmək istəmirdim. Zəhləm gedirdi quru-quru qaydalardan.
Mən dedim:
- Aslan, səni çox yaxşı başa düşürəm. Bəs sən nə etdin?
- Nə etdim? Heç nə, gizlicə dekanlığa gedib ərizə yazdım ki, çıxıram universitetdən. Ondan sonra özümü axır ki, azad hiss elədim. Hər gün rəsmlər çəkirdim. Mən xoşbəxt idim. Valideynlərim şoka düşmüşdü. Əslində istəmədiyin gözəl fakültədə oxumaq sevmədiyin gözəl qızla evlənmək kimidir. Amma indi çirkin də olsa öz sevgilimin yanında idim - mənim sevimli fırçamın. Cəmiyyət hələ 100 il də böyüməlidir ki, mənim əslində düz etdiyimi başa düşsün. Mən arzuma çatmışdım.
Günlərin bir günü məni əsgərliyə çağırdılar. Mənim tamam yadımdan çıxmışdı ki, dövlət adlı qəribə bir qurumun əsgərlik adlı mənasız bir orqanı var. Onlar məni aparmağa gəlmişdilər. İnsanı heç kəs rahat buraxmır. Bəlkə mən getmək istəmirdim? Bəlkə mən əsgər olmaq istəmirdim? Amma bu fikirlər çox təhlükəli idi. Mənə vətən xaini deyərdilər. Çünki belə bir söz var ki, bu torpaqda böyümüsənsə bu torpağa borcunu qaytarmalısan. Ana vətən əsgərliyə çağırır. Amma mən heç vaxt görməmişəm ki, torpaq ağzını açıb desin ki "Oğul, sən mənim üstümdə gəzirsən, get mənə borcunu qaytar”. Deyən dövlətdi. Dövlət isə Vətən deyil. Malı mala qatmaq olmaz.
Nə isə, getdim əsgərliyə. Bütün rəssamlıq həvəsimi də orda öldürdülər. Yadıma gəlir ki, əsgərlikdən əvvəl ancaq işıqlı rəsmlər çəkərdim. Günəş, uşaqlar, kəpənəklər. Amma əsgərlikdən sonra elə bil bütün nifrətimi kağızlara köçürürdüm. Ancaq qoca eybəcər qırışlı üzlər, çürümüş meyvələr, xarabalıqlar çəkirdim. Əslində bununla ürəyimi boşaldırdım. Sonra sərgi keçirdim. Sərgidən sonra mənə zəng gəldi - bu, A idi. Mənim bütün həyatım o zənglə dəyişdi. A mənim rəsmlərimi görmüşdü. Elə bil içimdəki bütün sıxıntıları rəsmlərdən oxuyubmuş kimi mənimlə danışırdı. İndi də gördüyün kimi mən buradayam.
Mən axır məni ən çox maraqlandıran sualı verdim:
- A kimdi ki?
Aslan özünü eşitməməzliyə vurdu:
- Abbas da çox qəribə həyat yolu keçib. Atası ilə Rusiyaya getmişdi. Amma millətçilər atasını öldürmüşdülər. Abbas isə bir təhər canın qurtara bilmişdi. Bakıya qayıdanda dayısı onu saxlamağa başlayıb. Bir müddət MTN-də işləyib. Ona görə indi demək olar ki, hər şeydən xəbəri var. Onun maraqlı bir sözü var. Deyir ki, Bakıda gözəl bir varlanmaq üsulu var. Əgər kiminsə pullarını hər kəsin gözünün qabağında oğurlasan, tutaq ki 100000 dollar pul oğurlasan. Məhkəməyə 50000 dollar rüşvət verib işi tər təmiz uda bilərsən. 50000 dollar da özünə qalar. Amma deyirdi ki, əvvəlcə xırda bizneslə başlayın. 3000 dollar oğurlayıb məhkəməyə 2000 dollar verin 1000 dollar qabaq düşün. Eləcə də o bir çox qeyri qanuni, amma cəzası olmayan üsullar bilir. Bir kredit kartından eyni pulu iki dəfə çıxartmaqdan tutmuş Bakıda heç bir vergi düşməyən nöqtələrə qədər.
Mən yenə soruşdum :
- Bəs A kimdi?
Aslan susdu. Sonra dedi:
- Elə suallar var ki, onların cavabı yoxdu...

Ardı var...

 



Şərhlər:
Baxılıb: 2039
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz