Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəbul elə ALLAHım!
Qəbul elə ALLAHım!
Göndərən: ŞehZam
Şərhlər:
Baxılıb: 2393
Səs ver:

Günahkar bir adam idi. Oyaq gəzməzdi. Bütün kənd camaatı bezmişdi adamdan.''Ölsə də xilas olsaq" deyirdilər. Bir arvadı vardı adamın, bir də özü. Heç uşaqları olmamışdı. Kənd camaatı belə bir adamın uşağının olmadığına məmnun idi. Qadın isə adamın halına kədərlənsə də səs çıxara bilmirdi. Otuz ildir evli idilər. Döyərdi, söyərdi, hər gün biriylə dava edərdi. Amma əri idi, evinin kişisi idi. Adam xeyli qocalmışdı.Öskürək yuxusunu bölür, iki pillə nərdivan çıxsa təngnəfəs qalır, titrəyən əlləriylə siqareti qucaqlayırdı. Xeyli zəifləmiş, onsuz da qısa olan boyuyla bir uşaq kimi görünürdü. Qadın əllərini açıb dualar edir, «Adamın halı bir az düzəlsin» deyə yalvarırdı Allaha. Adam bir səhər evdən çıxdı. Lakin axşam oldu dönmədi. Dan yeri ağararkən qadın axtarışa çıxdı ərini. Kim bilir harada içib qalmışdı.

Kəndin üst tərəfindəki bulağın başına getdi əvvəl, orada axtardı amma tapa bilmədi. Yaxındakı bağları, bostanları axtardı. Kəndin dörd bir tərəfinə baxdı, yox idi. «Evə gəlib bəlkə» deyərək qaçaraq geri gəldi. Xeyr, dönməmişdi. Günəş batmaq üzrə idi. Tələsik bir dəstəmaz alıb, namaz qılmağa başladı. Duası bitmək üzrə idi ki, qapının döyüldüyünü eşitdi. Öskürür, əliylə sinəsini işarə edirdi. Qadın qoluna girdi ərinin, güc bəla ilə içəri apardı. Uzandı adam. Arvadının üzünə baxdı. Ağlayırdı. Adam «Haqqını halal et deyəcəkdi...» Sözünün sonunu gətirə bilmədi. Başı yastığa düşdü. Ölmüşdü. Qadın, ərinin başında çox ağlayıb fəryad etdi. Bir az özünə gəlincə gözlərini sildi. Qalxdı, mollanın evinə getdi.

-Molla deyə bildi hıçqıraraq. Bizimki... Söyləyə bilmirdi, amma molla vəziyyəti anlamışdı. Qadının üzünə baxdı, „Kəndli nə deyər" deyə düşündü, tərəddüd etdi.

-O adam, bir dəfə belə məscidin qapısından içəri girmədi, dəfn etmərəm onun cənazəsini» deyərək bağladı qapını. Qüssələndi qadın. «Hara gedim, nə edim» deyə düşündü. Heç kimi yox idi ki. Çarəsiz, evə döndü. Yudu ərinin cənazəsini, sandıqdan çıxardığı ağ bir, əskiyə büktü. Çiyninə aldı, qəbiristanlığın yolunu tutdu. Məscidin küncündən dönərkən, kəndxuda və kəndlilərin ona doğru gəlməkdə olduğunu gördü. Cənazəsi çiyinindən sürüşərkən dizlərinin üstünə çökdü, əllərini üzünə tutub ağlamağa başladı. Kəndxuda yaxınlaşdı.

-Onu hara aparırsan? dedi. Qəbiristanlıqda basdırmaq fikrini ağlından çıxar. Sağlığında biz çəkdik, bir də ölülərimiz çəkməsin o adamın əlindən. Qadın gözlərini cəsədə zilləmiş, eləcə dayanırdı. Birdən qışqırmağa başladı, havalanmış kimi idi sanki. İzdiham yanından qorxuyla uzaqlaşarkən, cəsədi təkrar çiyinlərinə aldı, kəndin kənarına doğru getməyə başladı. Qan tər içində qalmışdı qadın. Artıq addım atacaq halı yox idi. Öz-özünə:

-Elə bura basdırım, heç kəs narahat olmaz burda, dedi. Elə bu vaxt ayaq səsi eşidildi, diksindi. Bir çoban idi gələn. Qadın hər şeyi olduğu kimi izah etdi. Kədərləndi çoban, gözləri doldu.

-Dərd etmə, dedi. Mən kömək edərəm sənə. Bir çuxur qazıb, cəsədi basdırdılar. Çoban başında dayandı məzarın, əllərini açdı, dua etdi. Bir neçə çiçək tapdı qadın. Məzarın üstünə qoydu. Çobana təşəkkür edərək döndü evinə. Yorulmuşdu. Ertəsi gün mollanın qapısı döyüldü. Kəndxuda bir tərəfdən qapıya təpik vurur, bir tərəfdən də:

-Molla, molla… deyə qışqırırdı. Molla qorxuyla açdı qapını.

-Bir yuxu gördüm, dedi kəndxuda. Molla o avara adam cənnətdə idi. Mənə gülür, «haqqım sənə belə halal olsun», deyirdi. Yuxunu eşidən molla təəccübləndi. Özü də demək olar ki eyni yuxunu görmüşdü.

-Gəl içəri gəl, demişdiki, kəndin dəlisini gördülər. Qaçaraq gəlir, bir tərəfdən də qışqırırdı.

-Demişdim mən, demışdim sizə yuxumda gördüm, yuxumda… Bir neçə kəndli daha eyni yuxunu gördüyünü deyəndə qərar verdilər. Üzr istəyəcək, özlərini bağışlatmağa çalışacaq və işin əslini öyrənəcəkdilər. Bir şey olmuşdu amma nə? Adamın evinə çatdıqlarında qapını açan qadın təəccüb içində idi. Qapını üzlərinə bağlamaq istədi amma edə bilmədi. Gələnlər olub bitəni izah edib üzr istədi. Cənazəni hara dəfn etdiyini, nələr olduğunu soruşdular. Qadın hər şeyi izah etdi. Çobanı tapmağa qərar verdilər. Bir tərəfdən gedir, bir tərəfdən aralarında danışırdılar:

-Bu çoban bir övliya idi hər halda, əslində ölən adam da o qədər pis bir adam deyildi… Dünənki yerə gəldiklərində, çoban qoyunlarını otarırdı. Gələnləri görüb ayağa qalxdı, «Xeyr ola nəolub?» dedi… Oturdular. Onları südə qonaq etdi, danışmağa başladılar. Çoban deyilənlərdən heç bir şey anlamamışdı. Cənazəni necə dəfn etdiklərini izah etdi.

-Mən bir qərib qulam, dedi. «Cənazəni dəfn etdik. Başında dayanıb bir dua etdim, hamısı bu…»Maraqla necə bir dua etdiyini soruşdular. Çoban söylədi:

-Allahım. Mən dağda qoyunlarımı otararkən, qulların gəlirlər yanıma. Salam verərlər. «Sənin salamınla gələn, sənin qonağındır» deyib, onları qəbul edirəm. Südə qonaq edər, azuqəmi paylaşaram… İndi də, mən sənə bir qonaq göndərirəm, onu da sən qəbul elə...



Şərhlər:
Baxılıb: 2393
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz