Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QARAQAN - "A" Romanı ( Bölüm 11)
QARAQAN -
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1713
Səs ver:
-Ana, söz verə bilmərəm. Hər şey ola bilər. Sən niyə narahat olursan ki? Artıq böyümüşəm və özüm özümə cavabdeh ola bilərəm.
- Bilirəm özün özünə cavabdehsən. Bəs biz? Sənin valideynlərin? Bizi tək qoyub gedərsən? Hələ biz qoca deyilik. Amma bir azdan qocalanda bizə kim baxacaq? Hə? Bizə kim baxacaq? Bəs səni nəyə böyüdürdük?
Anamla mübahisə etmək istəmirdim. Amma bu haqda tamam fərqli düşüncələrim vardı.
1) Təbiətin qanunu. 
Hər bir canlı yaşayıb öz nəslinin davamçısını yetişdirir. Quşlar, heyvanlar, balıqlar. Əksəriyyət dogduqlarını böyüdür. Sonra uşaqlar valideynlərini tərk edib öz həyatlarını yaşayırlar. Və heç bir heyvan demir ki, mən qocalmışam gəl məni saxla. Sizcə niyə belədir? Lap tutaq ki, övlad çıxıb getdi. Bəs qoca valideyn tərk ediləndən sonra niyə ölmür?
Cavab: Çünki hər bir heyvan özü özünü saxlayacaq iqtidara, gücə malikdir. Onun nə övlada ehtiyacı var, nə pensiyaya, nə də ki, qocalar evinə. O vaxtında həyatını elə qurur ki, qocalanda da yaşaya bilsin. Övladları isə ancaq ona görə böyüdür ki, ana təbiət qarşısındakı borcunu yerinə yetirmiş olsun. Yəni hər bir heyvan öz anasına olan borcunu öz övladını böyütməklə ödəyir, anasına qaytarmaqla yox. Heyvanlarda olan bu "ötürücü yaxşılıq” insanlarda inkişaf etməyib. Biz yaxşılıq edənə həmin yaxşılığı qaytarmaq istəyirik. Çünki bizə yaxşılıq edən o yaxşılığın qarşılığını gözləyir. Kiminsə toyuna gedəndə o bizə nə qədər pul saldırmışdısa biz də o qədər veririk. Kim bizə nə qiymətə hədiyyə alıbsa ona uyğun hədiyyə seçirik. Bəs hədiyyə verə bilməyənlər nə olur? Yaxşı, olmaz ki yaxşılığı edən hər kəs qarşısındakından xahiş etsin ki, o da başqa bir adama yaxşılıq etsin? Onda yaxşılıq dairəsi genişlənər və bir insanın ürəyindəki yardımlaşma hissi bir bir başqalarına ötürülər. O da başqalarına, o da başqalarına. Balaca bir qar topu dağdan aşa-aşa ətrafına digər qar dənəciklərini birləşdirərdi. Və tez bir zamanda kiçik bir qar dənəciyindən böyük bir köməkləşmə lavinası yaranardı. Heyvanlardakı kimi. Mən valideynimi atıram ki, övladlarım üçün daha uyğun bir yer seçim. Və yaxşılığı onlara ötürüm. Onlar da məni atacaqlar ki, daha yaxşı yerlərə getsinlər.
2) İnsanların qanunu.
Uşaq doğmağın 3 mənası var.
Birincisi ən təbii uşaq istəmək hissi ilə bağlıdır.
İkincisi ictimai fikirlə bağlıdır. Ola bilsin ki, uşaq saxlamaq istəmirlər amma camaat nə deyər? Deyərlər ki, filankəsin ərinin problemi var. Sonsuzdur. Deyərlər ki, arvad boşanmaq istəyir ona görə doğmaq fikri yoxdur.
Üçüncüsü isə daha eqoist – məni kim saxlayacaq qocalanda? Kim basdıracaq?
O və ya bu məqsədlə uşaq doğulur. Valideynlər onu saxlamağa başlayır. Böyüdürlər. Hələ bir valideyn görməmişəm ki, uşağına desin - sən mənə heç nə ilə borclu deyilsən. Çünki mən səni doğanda səninlə heç bir kontrakt imzalamamışam ki, sən mənə nə vaxtsa borc qaytarasan. Nə istəyirsən elə, istəyirsən çıx get, istəyirsən qal, istəyirsən at özünü yeddinci mərtəbədən. Bu sənin həyatındır.
Bütün valideynlər deyir - Sən bizə borclusan. Sən bizi saxlamalısan çünki biz səni saxlamışıq. Sən bizim həyatımızın bir parçasısan. Sənə nəsə olsa biz ölərik. Sənə nəsə olsa anan dəli olar. Sənə nəsə olsa atan özünü öldürər. Baxın bu cümləni bir də yazıram Sənə nəsə olsa biz ölərik. Bu bilirsiniz bizim həyatımızı nəyə çevirir? Yadınıza salın köhnə Hollivud filmlərini, polis cinayətkarla üz-üzədir. Və cinayətkara qışqırır - at silahını yerə. Cinayətkarsa deyir - sən at silahını yerə... Biz sənin sevgilini oğurlamışıq bizə nəsə etsən onu öldürərik. Həmin saniyəyə kimi hamı polisin qalib gələcəyinə inanır. Amma son cümlədən sonra nə baş verir? Hə, özünüz deyin. Yox, gəlin bir yerdə deyək. Polis silahını yerə qoyur və vəziyyət cinayətkarın xeyrinə dəyişir. Çıxış yolu isə daha da çətinləşir. 
Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkar. Amma o həyatın əlində həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər - Sənə nəsə olsa biz ölərik. Silahını qoy yerə və həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanmızda qal. Bizi saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, sən bizim əmrlərimizi yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma, sənin də uşaqların olacaq, sən də onların həyatlarını quracaqsan. Onları idarə edəcəksən. Bax onda da sən yaşayacaqsan. Çünki bizi də valideynlərimiz istədiyi kimi etmişdi. Biz də indi sənin həyatınla yaşayırıq. Çünki öz həyatımızın yaxşı illəri keçib.
Məni də valideynlərim zəncirləmək istəyirdi. Amma mən buna imkan verə bilməzdim. 

Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə Firona borcludur. Hindlilərin allahı inəkdir. Onlar inəyə borcludurlar. Ona görə inək istədiyi vaxt istədiyi dükana girib oranı dağıdıb tökür. Sonra xoşladığı meyvələrdən dişləyib çıxmamış dükanın içində qəşəngcə batırır da. Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq əvəzinə yerdəki peyinə baxıb sevinir ki, bu da müqəddəs allahın hədiyyəsidir. Daha bilmirəm yeyir onu ya yox, amma yüz faiz sevinir. Ya millətçilər, əsgərlər, onlar vətənə borcludurlar. Ona görə ölməyə hazırdılar. Ona görə də özləri uzaq dağların başında hansısa siyası maraqlara görə qanlarını tökəndə arvadları qonşuluqdakı kişilərlə yatır. Vətəndaşlar dövlətə borcludurlar. Ona görə hər dəfə vergi verməlidirlər. Hətta öz evinin damında Günəş batareyası qoyub elektriki özün istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən vergi alacaqlar. Çünki sən onların günəşindən işıq götürürsən. Görürsünüz biz həyata nə qədər borcla gəlirik?
Amma izahlı lüğətdə BORC sözü belə izah olunur.
"Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən bir mal”. 
İndi gəlin baxaq - biz doğulanda kimdənsə xahiş etmişik? Mənim yadıma gəlmir. Yoxsa biz doğulanda demişik ki, bizi saxlayın, biz də sizə borcumuzu qaytaracağıq? Yox. Elə bir şey olmayıb. Qaytarılması danışılmayan bir şey isə hədiyyədir. Hədiyyə bizə məxsusdur. O bizi heç kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq məcburiyyətində deyilik.
Təsəvvür edin ki, kimsə sizə bir hədiyyə verir. Bir il sonra onu geri istəyir. Siz o adama necə baxarsız? Mən deyərəm ki, gicdi yəqin.
Indi də elədir. Hamı bizə nə isə verir və bizi borclu çıxarır. Amma mən deyirəm. BİZ HEÇ KİMƏ BORCLU DEYİLİK, ÇÜNKİ HEÇ KİMDƏN BORC İSTƏMƏMİŞİK.
Həyatımızı necə istəyiriksə elə də yaşayaq. Heç bir kontrakt yoxdu. Hətta ən qeyri-demokratik məhkəmə belə bizi cəzalandıra bilməz. Çünki hər bir "sənə filan şey veriblər” cümləsinə cavabınız var -"verməzdilər, xahiş eləməmişdim”.
Çox bu mövzunu çürütmək istəmirəm. Onsuz da hərə öz fikrində qalacaq. Sadəcə mən demək istəyirəm ki, məni borclu çıxartmasaydılar həyatımda daha çox risq edib daha çox şey qazana bilərdim.

Ardı var...


Şərhlər:
Baxılıb: 1713
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz