Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəzan günəşi (5-ci bölüm)
Xəzan günəşi (5-ci bölüm)
Göndərən: Aygun Adigozelova
Şərhlər:
Baxılıb: 1190
Səs ver:
Fərəc,əzizim,deyirəm daha Tuncayın ailə qurmaq vaxtı gəlib çatıb. Özünə deyəndə də söhbətin arasına başqa söz qatır.

---Deyirəm,ay Zeynəb uşaqdan əl çəkmirsən də.Qoy bir özünə gəlsin.Yeni işləyir,hələ başı qarışıqdır.

---Deyəsən, elə onun qulağını dolduran sənsən.Evlənmək sözünü eşitmək istəmir,elə işdən danışır.Bir də baxacaq ki,illərin üstə illər gəlib.

Fərəc oxuduğu qəzetin səhifəsini çevirib eynəyin üstdən Zeynəbə baxdı,gözləri kədərliydi.O bilirdi ki,Zeynəb haqlıdır.Amma o biri tərəfdən də oğlunu sıxma-boğmaya salmaq istəmirdi.İstəyirdi ki,evlənmək qərarını Tuncay özü versin,özü seçıb bəyənsin.

Zeynəb yenə dilləndi.

---Bilirsən,Fərəc,mən Tuncay üçün bir qız bəyənmişəm.Ürəyim gedib o qızı görəndən.Oğlumuza yaraşan qızdı.

Fərəc incik-incik arvadını süzdü.

---Ay Zeynəb,qəribə söz danışırsan ey.Elə bil evlənən sənsən.Çox da ki,sənin ürəyin gedib hayıl-mayıl olmusan.

---Əşşi sən də lap qəlbimi sındırmaqdan ötrü ölürsən.Mən heç Tuncayım üçün pis qız seçərəm?

---Zeynəb,sən elə bilirsən.Nə bilirsən o,bu işə nə deyəcək?Onun ürəyinə yatacaqmı?

---Ay kişi,sən də lap gülməli danışırsan.İndi çoxu belə evlənir da.Bir-birinə baxıb tanış olurlar.İstəsələr evlənirlər,istəməslər də öz işləridi.Kimdi ki,onları məcbur edən?Zəmanə pisdi.Gənclərin xasiyyət də,davranışı da başqadır.Həmin qızın valideynlərini də,qohum əqrabasını da tanıyıram.Qız da hələ tələbədi.Mən bilən ikinci kursdadır.Anası da müəllimədi.Qonşumuz Cəmilənin qardaşı qızıdır.Çox vaxt orada görmüşəm.O gün Cəmilə xəstələnmişdi,yanına getmişdim.Onlar da ordaydı. Elə mədəni,tərbiyəli qızdır ki.Adı Fıdandır.Yəqin istəyib eləyəni çox olar.Amma qız deyib ki,oxuyub qurtarmamış ərə getmərəm.

Zeynəbin söylədiklərindən Fərəc də sevinirdi.O bilirdi Tuncayın fərqli olduğunu.O ciddi göründüyü qədər də mülayim və kövrək idi.Fərəc düşünürdü:

---Bəlkə,Tuncayın gözaltısı var,kimisə gözləyir,ona görə evlilik söhbətindən qaçır.Oğlanlar bu vəziyyətdə adətən belə davranır.Bəlkə də deməyə utanır.O gələndə onunla açıq danışaram.Bəlkə elə uşağın ürəyində kimsə var,niyə əzab çəksin?Gedək alaq kimi istəyir.Bizim borcumuz onun yuvasını qurmağa kömək etməkdir.Bəlkə Zeynəb də bu xəyallardan əl çəkə.

Fərəc qəzeti stolun üstə qoyub televizorun düyməsini açdı.

Müjgan həyatında onu udmağa çalışan boşluğu duyurdu.Bütün bunlardan xilas olmaq mümkün deyildi.O ömrünün ən gözəl illərini tək olmuşdu.Tənhalıq onu elmə daha bərk bağladı.Ailəsi,uşaqları olsaydı yəqin ki,bugünkü gündə nə elmi işçi olardı,nə də universitetdə işləyərdi.Görəsən hansı onunçün daha yaxşıdır?Bəlkə ailəsi olsaydı daha xoşbəxt olardı.Gözəl-göyçək uşaqlar.Onların uğuruna sevinib,uğursuzluqlarına kədərlənərdi.Büdrəyəndə kömək edərdi.Bəlkə də onlar da həmin tələbələrdən biriydi.Bəlkə də gələcəyin alimi,tanınmış həkimi,hüquqşünası olardılar.Müjgan da onları dünyaya gətirdiyinə,bu səviyyəyə çatmaqda dəstək olduğuna görə sevinərdi.Övladlarının uğurlarıyla fəxr edərdi.Sevincdən gözləri yaşarardı,kövrələrdi.Bəzən onlardan inciyərdi.Qızıyla rəfiqə olardı,oğlanlarını arxa,dayaq bilərdi.Nə gözəl xəyallardı...Bunlar hamısı Müjgana xoş ovqat bəxş edərdi.Amma gözlərini açdıqda bunların heç biri yox idi.Həyatındakı sönüklük və zülmət daha da artırdı. Təsəlliləri az-çox vardı.Sevilirdi,sevirdi,gözəl və cazibədar idi.İşdə hörməti,nüfuzu...Hörmət və nüfuz!Bunlar təhlükə altındaydı.Bunları qazanmaq üçün Müjgan illərini vermişdi.Bir heç uğruna bunları necə qurban versin?Sevgi bir heç idimi?Yox,o həqiqətən sevirdi.Bəs özünə niyə şübhəylə yanaşırdı?Axı bu yaşda sevgiyə necə əmin olmamaq olardı?O yeniyetmə qız deyildi ki,gündə könlü bir bəndə düşsün.Onda qəlbindəki şübhələr haradan qaynaqlanırdı?Onun şübhələri Tuncaydan,onun sevgisindən idi.Tuncayın həyatı səhvlərlə dolu idi.O səhv edə-edə təcrübə qazanacaqdı.Bəlkə elə Müjgan da təcrübə obyektlərindən biri idi.Bu Tuncayın günahı deyildi.Bu həyatın qanunlarından biri idi.Müjgan bu yaşında ona həyəcan verən hisslərlə rastlaşmışdı.O qadın olduğunu hiss etmiş,gözəlliyinə qiymət verməyə başlamışdı.Onun qulağı xoş sözlər eşitməyi yadırğamışdı.Tuncay onun yaddaşını təzələdi,ömrünə baharın isti nəfəsini gətirdi.Burnuna bahar qoxusu gəldi,gözlərinə yeni mənzərələr,yeni xəyallar,yeni arzular...Lakin ümid gətirmədi.O ümid haqda düşünmək istəmirdi.Çalışırdı ki,bu hissin varlığını unutsun.Ümidin varlığı onun qəlbinə sonsuz kədər gətirirdi.Onun qəlbindəki bu kədər və narahatlıq yığını köhnə kitablar kimi qalaqlanmış,saralmışdı.O tələbəlik illərini xatırlayırdı.O zamanlar Müjgan həyat eşqiylə dolu bir gənc qız idi.O şən və aktiv idi.Hər şeylə maraqlanır,uğur qazanmaq üçün daha çox çalışırdı.Həyatı rəngarəng idi.Ona elə gəlirdi ki,ömür boyu hər şey belə davam edəcək.Müjganın ətrafında onu sevən,dərdindən dəli divanə olan gənclər,sevgi məktubları.Müjgan düşündükcə şıltaqlığına gülürdü.Xəyallar onu həmin günlərə aparırdı.Yadındadı həmin oğlanlar.Bir-birinə düşmən kimi baxan rəqib gənclər.Müjgan isə könlünü heç kimə verməmişdi.O bu diqqət və qayğıdan həyəcanlanırdı amma sevmirdi.O möhtəşəm sevginin intizarındaydı.Beləcə o gənclik həyatını başa vurmuşdu.Qəlbini alovlandıran yasaq sevgiyə bu yaşında rast gəlmişdi.Bu yaşa qədər əsl sevgi hisslərini yaşamayıb,əzab çəkib sevinməyib.

Tuncayın gəlişinə az qalmışdı.

Tuncay təyyarəylə hava limanına endi.Onun ürəyi quş kimi uçurdu.İstədi birbaşa Müjganın yanına getsin.Amma yorğun və narahat idi,yükü də ağır idi.Ona görə də o,evə getməyi qərara aldı.Taksiyə oturub evə sürdürdü.Yol boyu mənzərələri seyr edir,sevinirdi.O Bakını çox sevirdi.Artıq qış özünü göstərirdi.Müjganın xəyalı onun beynində dumanlanırdı.Tuncay tezliklə onu görməyə can atırdı.O cibindən mobil telefonunu götürüb ona zəng vurdu.Müjgan dizlərini qucaqlayıb televizor seyr edirdi.Yalnız gözlərini dikmişdi.Səsini almışdı televizorun.Özü də bilmirdi ekranda görünənlər nədir.O bilirdi ki,Tuncay artıq Bakıdadır.Müjgan isə dördgözlə onun zəngini gözləyirdi.Əl-ayağı buz kimi olmuşdu.Əyninə isti pijama geymişdi,saçları açıq idi.O bilirdi ki,Tuncay əvvəl zəng vuracaq,sonra ona baş çəkməyə gələcək.Lakin Müjgan buna sevinib sevinmədiyini bilmirdi.Nə durub özünü qaydaya salmağa,nə də ona təklif etməkçün bir şey hazırlamağa cəhd göstərirdi.O bu gün işdə deyildi.Tuncay isə ilk dəfə onun evinə gələcəkdi.Onlar bu haqda danışmamışdılar.Amma o yəqin bilirdi ki,hər şey məhz belə olacaq.Tuncay ona bir neçə dəfə zəng vurdu,Müjgan isə ekranda görünən nömrəyə baxırdı.Düyməni basıb cavab verə bilmirdi.Özünü ələ alıb zəngə cavab verdi:

---Bəli,eşidirəm.

---Salam,əzizim,necəsən?Az qala ürəyim partlayacaqdı,telefonu niyə açmırsan?

---Salam...(o istədi Tuncaya ən isti,ən çılğın sözləri desin,amma bacarmadı.)Sən necəsən?Zəngi eşitmədim.

Müəllif: Aygün


Şərhlər:
Baxılıb: 1190
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz