Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən yalnız mənimsən
Sən yalnız mənimsən
Göndərən: ŞehZam
Şərhlər:
Baxılıb: 1641
Səs ver:

Bir-birlərini həddən artıq çox sevən iki gənc maraqlı və unudulmaz səyahətə çıxmağı düşünürdülər. Evliliklərindən iki ay keçirdi. Bəxtiyar hələ də Səbinəni bu müddət ərzində gəzməyə çıxarmadığı üçün belə qərara gəlmişdi. Bir həftə sonra hazırlaşıb, yola düşdülər. Gəldikləri günün sabahı, cütlük meşəliyə üz tuturlar. Meşə çox sakit idi. Yalnız yüngül mehdən yarpaqların pıçıltısı eşidilirdi. Bir-birini qucaqlayıb, bu sakitlikdən zövq alırdılar. Bir xeyli beləcə gəzdilər. Dağa yaxın olduqları üçün Bəxtiyar yüngül idman köynəyini həyat yoldaşının çiyninə atdı. Sonra çiyinlərini bərk-bərk qucaqlayıb qulağına pıçıldadı:- "Bilirsən də? Sən məndən qurtula bilməyəcəksən. Canım bədənimdən çıxsa da, ruhum səni sevəcək.Yəni, həmişə mənimsən, yalnız mənim. ” Səbinə:-"Sən də onu bil ki, dənizlər nə qədər sonsuz olsa da, mənim sənə olan məhəbbətimdən sonsuz ola bilməz. ” Şirin sevgi sözləri ilə bir-birini sehirləyən gənclər əl-ələ gəzməyə davam edirdilər. Səbinə ərinin qollarından ayrılıb arxaya gedə-gedə əllərini, həyat yoldaşına uzatdı. Birdən ayağı boşluğa düşdü. İrəli addım atmaq istəsə də, elə bil kimsə onu arxaya çəkirdi. Qızın ayağı yerdən üzülüb, uçuruma düşdü. Bəxtiyar irəli atılıb, arvadının əlindən yapışdı. Cəld hərəkət etdiyi üçün əli zədə almışdı. Həyatından çox sevdiyi arvadını tək əllə yuxarı çəkə bilmirdi. Qızın gözünün yaşı muncuq kimi bir-birinə calanırdı:-"Bəxtiyar, nə olar, bir çarə tap. Nə mən bundan artıq tab gətirə bilmərəm, nə də sən çox yaralı qala bilməzsən. Amma nə çarə ki, heç kimin əlindən heç nə gəlməz. Uzun müddət Səbinə asılı havada qalmışdı. Oğlan da artıq yorulurdu. Amma:-"Qorxma, canımın içi. Sənin dənizdən sonsuz olan sevgin mənə güc verir. Bax, heç yorulmuram da.” –deyərək sevgili arvadına təskinlik verirdi. Səbinə sevgili ərinin yaralı halına dözə bilmirdi. Qolundan axan qan, sanki, onun ürəyinə damlayırdı. Həm də bu acınacaqlı vəziyyətin sonu olmadığını düşünüb, ərinin əlini buraxdı və uçurumdan düşüb, gözdən itdi. Bəxtiyar dəli kimi:-"Səbinə! Səbinə! Sə-bi-nəəə! Sən demə, uçurumun aşağısında bir çıxıntı varmış. Səbinə bu çıxıntıya düşübmüş. Amma məsafə çox olduğundan onun vəziyyəti acınacaqlı idi.”

Bəxtiyar:-"Professor,arvadım necədi? Sağalacaqmı?”

Professor-: "Bəxtiyar bəy, möhkəm olun. Belə vəziyyətdə, siz ona dəstək olmalısınız.”

Bəxtiyar-: "Həkim, əsas mətləbə keçin, arvadıma nə olub?”

Professor-: "Arvadınız. Bilirsiniz, çox hündürdən düşdüyü üçün beldən aşağı hissəsi. Çox təəssüf edirəm. Bəxtiyar bəy, həyat yoldaşınızın əlil arabasına məhkum olması, onu itirməyinizdən daha yaxşı deyilmi?”

Dolmuş gözlərlə həkimə baxaraq-: "Nə danışırsınız, professor? ”Əlbəttə. Onu itirmək. Onsuz bu dünyada yaşamaq. Düşünmək belə istəmirəm...

Dəniz kənarında, bir gənc, gözəl həyat yoldaşının yumşaq saçlarını oxşayaraq, onun qarşısına keçib, dizlərini yerə qoydu. Sürməli və nazlı gözlərinə baxaraq:

-Yalnızlıq gecələrin, Yağış küçələrin, Təbəssüm dodaqların, Sən isə həmişə mənimsən, nazlı mələyim, yalnız mənim.



Şərhlər:
Baxılıb: 1641
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz