Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəzan günəşi (4-cü bölüm)
Xəzan günəşi (4-cü bölüm)
Göndərən: Aygun Adigozelova
Şərhlər:
Baxılıb: 1434
Səs ver:
Bəzən Tuncayın yanında başqa qız düşünürdü.Müjgan bunu qəbul edəcəyini ağlına gətirmirdi.Ona yaxın ola bilmirdi.Yaxınlaşdıqca onu itirməkdən qorxurdu.Ona yaxınlaşdıqca hər şeyin sonu daha tez gələcək.Tuncay ondan yorulacaq,usanacaq.Onda ona qoca və eybəcər görünəcək.Müjgan onunçün sirli və mənalı hər şeyini itirəcək.Bütün bunlara görə Tuncaydan çox vaxt gen gəzirdi.Qəlbi həsrətlə alışsa da özünü bəzən məşğul göstərirdi.Onun sabahı Tuncayı itirmək qorxusuyla başlayırdı.Onun Türkiyəyə getməyinə Müjgan sevinmişdi.Ona elə gəlirdi ki,bu müddət ərzində onun qəlbi qismən rahat olacaq.Amma intizar qəlbini alt-üst edirdi.Həyatın rəngi və mənzərələri dəyişmişdi.Onun üzündə bəzən təbəssüm müşahidə olunurdu.O işə piyada gedirdi.Universitet o qədər də uzaqda deyildi.Müjgan magistiral yollarla irəliləyirdi.Yolun kənarında bir-birini əvəz edən mağazalar və reklam çarxları vardı.O qarşılaşdığı hər mənzərədən zövq alırdı.Səkinin kənarına kimsə öz çörək payını atmışdı.Pışık balası çörəyi həvəslə yeyirdi.Bu onun bugünkü səhər qismətiydi.Kimsə ondan imtina etmiş və bu da pişik balasının payına düşmüşdü.Qarşı tərəfdən bir qadın qız uşağının əlindən tutub məktəbə aparırdı.Uşaq saçlarındakı lenti dartıb çıxarmaq istəyirdi.Anası isə ona mane olurdu,acıqlanırdı.Qızcığaz bu arzusunu yerinə yetirə bilmədiyinə görə kövrəlmiş,gözləri dolmuşdu.Bəlkə də o saçlarındakı lenti çıxarsaydı daha sevinclə məktəbə gedərdi.Sonra o başqa bir qoca kişiyə nəzər saldı.O səhər tezdən çörək mağazasından çörək almağa gəlmişdi.Satıcıdan onun xanımının sevdiyi çörəyi verməyi tələb edirdi.İsti təndir çörəyini qəzetin arasına qoyub əlinə aldı.Elə bil aldığı çörək onun sevincinə sevinc qatmışdı.Onun ağ saçlarını meh yellədirdi,gözlərinin nuru azalsa da üzündə xoş təbəssüm vardı.Onun xanımına olan qayğısından,sevgisindən Müjgan da sevinmişdi.Müjganın dodağı qaçdı.Yolun o biri tərəfindən bu tərəfə tələsə-tələsə keçmək istəyən cavan oğlan əlindəki diplomatı yellədirdi.Bəlkə də tələbəydi.O əyilib ayaqqabısının bağını düzəldəndə gözündəki eynək yerə düşdü.O isə diplomatı yerə qoyub eynəyi götürdü,eynəyin şüşəsinin biri sınmışdı.Cavan oğlan təssüflə ona baxdı.Həmin cavanın üzündə məğrurluqdan əsər əlamət qalmamışdı.Sanki o,gücsüz olduğunu dərk etdi,gözlərinin zəifliyi və tək şüşəli eynəyi onu sındırmışdı.O nəsə pis iş görübmüş kimi ətrafına baxdı,nəzərləri Müjganla qarşılaşdı.Müjgan başını tərpədib gözlərini yumub açdı.Onun bu təsəlliverici mimiki hərəkətindən cavan oğlan elə bil təsəlli aldı.Gülümsünüb sıınıq eynəyini cibinə qoydu və yoluna davam etdi.Müjganın gözləri doldu,amma qəlbi rahatıydı.O Universitetə çatdı,sinifotağına daxil oldu.Tələbələr bir-biriylə söhbətləşirdi.Müjgan içəri girən kimi hamısı sakitləşdi.O tələbələrlə salamlaşıb oturdu.O adətən oturan kimi sükut içində bir neçə dəqiqəlik pəncərədən bayıra baxırdı.Bununla yol boyu yaşadığı,hiss etdiyi duyğulardan ayrılmaq üçün vaxt qazanırdı.O hisslərini dəyişdirə bilmək üçün bir neçə dəqiqə oğurlayırdı.Tələbələr artıq buna alışmışdı.Müjgan diqqətlə auditoriyaya nəzər saldı.Ona zillənən baxışlar müxtəlif cür idi.Görünür ona olan fikirlər də müxtəlif idi.İstədi ayağa durub desin:

---Axı niyə mənə belə baxırsız?Niyə bu qədər qınaq var gözlərinizdə?Axı mən insanam.Heç özünüzü mənim yerimə qoymusunuzmu?Yox!Heç vaxt siz məni anlaya bilməzsiniz.Ona görə ki,siz gəncsiz.Bəs mənim günahım nədir?Ona görə ki,mənim yaşımın üstə yaş gəlib?Ona görə ki,mən sevirəm?Sizcə bunların günahı məndədir?Axı siz daha fərqli,daha ədalətli düşünə bilərsiniz.Mən sizdən anlayış gözlədiyim halda,siz məni baxışlarınızla və pıçıltılı dedi-qodularınızla incidirsiz.Mən incimişəm.Özümdən,ondan,sizlərdən...Mən hamıdan incimişəm.Hamı da məndən inciyib.Mənim yalnışlarımdan inciyiblər.Heç kim düşünmür ki,bütün bunlarla mən yalnız özümə zərər verirəm.Görəsən ziyan vururammı?Bəs Tuncayın anası,atası?Bəlkə hələ vaxtilə sevdiyi qız da olub.Bəlkə elə indi də qohumda,qonşuda,işdə hansısa qız məni öz yolunda maneə hesab edir,mənə nifrət edir.Günahım nədir ki,o məni sevir.Mən?Mən onu sevmirəm?Sevirəm!Ondan imtina edə bilərdim,uzaq gəzə bilərdim.Lakin bunu edə bilmədim.Özümü düşündüm.Əslində özümü də düşünmədim.Heç kimi düşünmədim.Kimin,nəyin xatirinə etdim bunları?Bütün bu qınaqlı baxışlara,başqalarının haqqımdakı pis düşüncələrinə rəğmən peşmançılıq keçırmirəm.Bəli,mən peşman deyiləm.Amma bilirəm nə vaxtsa bu baş verəcək.Mən özümü qınayacam.Elin qınağı məni incitsə də yenə yolumdan döndərmir.Ancaq içimdəki”mən”buna nə vaxtsa etiraz edəcək.Bunu bilə-bilə yenə də özümə haqq qazandıra bilirəm.Bu mənim haqqımdı.Bəs mən sizə nə öyrədim,necə öyrədim?Siz də mənim kimi zəifsinizmi qəlbinizin qarşısında?Bütün dünyanın gücünü özümdə hiss etsəm də,ürəyimin verdiyi hökmü dəyişdirə bilmirəm,onun qarşısında acizəm.Görəsən günahım yalnız budurmu?

Arxada oturan tələbələrdən biri:
---Müjgan müəllimə,sizcə Şekspir bu dövrdə yaşasaydı ən çox hansı mövzuya müraciət edərdi?

---Sevgi mövzusu hər dövrdə aktualdır.Mənə elə gəlir ki,o yenə də bu mövzuda daha çox yazıb yaradardı.Şübhəsiz Şekspir istənilən mövzuda uğur qazanardı.Lakin onu məşhurlaşdıran məhz

"Romeo və Cülyetta”olmuşdur.Sevgidə bütün hisslər mövcuddur.Xəyanət,göz yaşları,əzab,sevinc,qısqanclıq-hər şey vardır.

Başqa bir tələbə dedi:
---Sizcə,sevgidə yaş fərqi nə dərəcədə mühümdür?

Müjgan bu sualdan bir az narahat olsa da bunu biruzə vermədi.

---Yəqin ki,siz də mənimlə razılaşarsınız ki,sevgidə nəinki yaş fərqi,hətta din,dil,milliyət,gözəllik,eybəcərlik də heç bir əhəmiyyət kəsb etmir.Yəqin ki,xarici və yerli ədəbiyyatımızda rastlaşdığınız,filmlərdə izlədiyiniz şeylər sizə çox şey deyir.Sevgi elə bir hissdir ki,o heç kimlə hesablaşmağı sevmir.O çox qüdrətlidir,onu məhv etməyə insanın gücü yetməz.Sizcə əsl sevgi hansı maneələrə təslim olardı?

Tələbələrdən biri dedi:
---Ağılla idarə edilən sevgi.

Müjgan dedi:
---Qızım,əgər sevgini ağıl idarə edə bilirsə o sevgi deyil,ağılın özüdür.Əgər sevgidə heç bir fədakarlıq yoxdursa,hər şey öz axarıyla gedirsə burada sevgidən əsla söhbət gedə bilməz.Bu sadəcə iki insanın ağılla qurduğu izdivacdır.Belə sevgilər heç vaxt yadda qalmır.Belə sevgilərdən nə əsərlər,nə şeirlər yazılır..Keçən dərsimizdə Vilyam Şekspirin "Romeo və Cülyetta”əsərini oxumağı tapşırmışdım.Həmin əsər haqda sizə qısa məlumat vermişdim.İstədim özünüz oxuyasınız və müzakirələr edək.Bilirsiniz ki,Şərq ədəbiyyatında olduğu kimi Avropa ədəbiyyatında da bu cür mövzular aktual idi.Şekspir bu mövzuya müraciət etməklə sevginin,gənclik çılğınlığının,sədaqətin,maneələri aşmaq cəsarətinin başqa tərəflərini oxuculara göstərməyə çalışmışdır.XVI əsrin bəhrəsi olan bu əsər o qədər məlahətli,o qədər zərif,həzin yazılmışdır ki,bugünkü gündə də öz təsir gücünü itirməmişdir.Həmin əsərdə qiymətləndirilə biləcək çox məqamlar vardır.Amma biz ondakı sevgi hisslərini müzakirə edəcəyikBildiyiniz kimi orada düşmən olan iki tərəf Montekki və Kapuletti ailələri qarşı-qarşıya qoyulur.Görünür Şekspir bu yolla Romeo və Cülyettanın sevgisinin,onların qovuşmağının mümkünsüz olmağı üçün vacib bir amil götürmüşdür.Amma mənə elə gəlir ki,bu dövrdə bu maneə üçün o qədər də vacib bir amil deyil.İndi dövr dəyişib,gənclərimiz daha cəsarətli olublar.

Tələbələrdən biri:
---Görürsünüzmü,Romeo Cülyettanı tanımazdan əvvəl başqa birisinə aşıqdir və bu eşq ona nə qədər əzab verir.Hətta o dostlarıyla olanda da kölnü açılmır.Onun məhəbbəti qarşılıqsız olur və bu iztirab onu məhvə doğru aparır.Atası,anası onun dərdini bilmir.Romeonun dostu Benvolioya söylədikləri sevgi əzabları nə qədər həzin və təsirlidir.

Müjgan bu gənc qızın necə kədərlə danışdığını görüb gülümsündü.Yəqin ki,sevir.Sevməsə belə yanğıyla danışmaz.

Müjgan soruşdu:
---Sən onun sevgidən doğan hansı kədərini ifadə edə bilərsən?

---Mən demək olar ki,Romeonun az qala hər sözünü əzbərləmişəm.

---O deyir,məhəbbət kordur,lakin o gözsüz də bizi istədiyi yerə apara bilər.Məhəbbət bizimçün çox qorxuludur.Kinli sevgi,mehriban düşmən,hər şey və heç bir şey,həm işıq,həm qaranlıq olan məhəbbət!Sən yüngül,həm də ağır,boş həm də mənalı,gözəl formaların formasız hərc-mərcliyisən.Qurğuşun tük,aydın tüstü,soyuq alov,şəfaverici xəstəlik,yuxusuz yuxu olan məhəbbət.Mən sevilməyən bir sevginin yaralısıyam.Bu kəlmələri bir-birinin ardınca ehtirasla söyləyən Fidanın dodaqları əsirdi.Onun gözləri dolmuşdu.Müjganın ürəyi quş kimi çırpınırdı.Sevgiylə söylənən sözlər sevən Şekspirin dilindən ancaq bu qədər təsirli və qaynar səslənə bilərdi.Əgər onun sevgidən qəlbi alışıb yanmasaydı o Romeonu bu qədər yaxşı anlamazdı.Şekspir Romeonun özü idi.Sevgi haqqında söylənilən bu fikirlərdə təzadlara bax,ilahi!Deməli,yaxşı və pis sevgidə birləşəndə yaxşı olaraq,mənfi və müsbət birləşəndə müsbət olaraq qəbul edilir.Doğurdan da sevginin zəhəri şərbət hesab olunur.Bu nə qədər də doğru bir fikirdir.

Vaqif dedi:
---Məncə,bizim sevgi haqqındakı düşüncələrimiz cəfəngiyyatdır.Sonu boşluq olan bir hiss nə dərəcədə tərifəlayiqdir.Əgər sevginin sonu qovuşmağa,xoşbəxt ailəyə,sağlam nəsil yetişdirməyə aparıb çıxarmırsa,bu axı kimə lazımdır?

Müjgan bir az duruxub:
---Sənin sözlərində böyük həqiqət var.Amma sənin dediyin sevgi planlı şəkildə həyata keçirilir.Orada bizim söylədiyimiz əzablar mövcud deyil.Əzab çəkmədən necə sevgi ola bilər?Sənin söylədiin sevgidə kədər yox,sadəcə problemlər ola bilər.Problemlərdən doğan əzab ola bilər.Orada ilahi hisslər mövcud olmur.Mənim fikrimcə,sevgi insanın insanlığını təsdiq edən yeganə hissdir.Çünki bir insanın qəlbində sevgi yaranırsa o arxasınca başqa gözəl hissləri gətirir.Mərhəmət,ədalət,qayğı,hörmət,mehribanlıq.Bu hisslər isə əsl insanı formalaşdırır.Sevməyən insanda bu hisslər ola bilər.Amma daha qabarıq ,daha təsirli olmur.Vaqif,sən ona görə belə düşünürsən ki,sən tam real insansan.Sən romantikaya boş və əhəmiyyətsiz bir şey kimi yanaşırsan.Bəlkə də çox məqamda hətta gülünc gəlir.Romantik insanlar həm həyatdan daha çox zövq alan,həm də daha çox əzab çəkənlərdir.

Orada Romeo Cülyettanı görən andan etibarən anlayır ki,bu sevgi onun həyatını tamamilə dəyişəcək.Həmin əsərin ən gözəl məqamı Romeoyla Cülyettanın eyvanda söhbət etmə səhnəsidir.Romeo vurulduğu həmin qıza o qədər təriflər söyləyir ki.Şekspir əsərin bu yerində bənzətmələrdən,mübalığələrdən istifadə etmişdir.Cülyetta eyvanda görünəndə o deyir:

---Görəsən bu pəncərədən parlayan işıq nədir?Bax,şərq oradadır.Cülyetta,mənim günəşim!Ey mənim günəşim,çıx,sənin həsrətini çəkən ayı öldür.Ah,mənim ruhum,sevgim,mənim hökmdarım!

Fidan dilləndi:
---Xüsusilə bir şey yadımda qalıb.
Söhbət zamanı Romeo deyir:
---Ağaclara gümüş səpən bu müqəddəs aya and olsun.

Cülyetta isə ona cavab verir:
---Tez-tez şəklini dəyişən bu etbarsız aya and içmə.Yoxsa sevdamız da etibarsız olar.

Müjgan gülümsədi.O Fidanın bu qədər dəqiqliklə hər şeyi öyrənməsi və sevgiylə söyləməsi onu məmnun etdi.Müjgan əsərin faciəvi sonluğunu və gənclərin sədaqətini,ölümü belə sevinclə qarşılamaqlarını xüsusi vurğuladı.O da,tələbələr də kədərlənmişdi.Bəzilərinin gözləri dolmuşdu.Müjgan isə əsərin faciəvi sonluğundanmı,yoxsa sevginin bu qədər gözəl hisslər yaratdığındanmı olduqca həyəcanlanmışdı.Dərsin sonunda o dayanıb bir də xeyli auditoriyaya nəzər saldı.Ona elə gəldi ki,hər kəs,hətta bütün bunları cəfəngiyyat hesab edən Vaqif də təsirlənmişdi.Bugünkü dərsdə o tələbələrə həm Şekspiri tanıtmış ,həm də onlardakı sevgi hisslrini qabartmışdı.O bundan razı qalmışdı.O çantasını götürüb tələbələrlə sağollaşdı və dəhlizə çıxdı.Başını pəncərənin şüşəsinə söykəyib həyətə baxdı.

Müəllif: Aygün


Şərhlər:
Baxılıb: 1434
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz