Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətim bağışlanacaqmı? (26-cı bölüm)
Xəyanətim bağışlanacaqmı? (26-cı bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2165
Səs ver:
Ümid rolunu o qədər gözəl oynayırdi ki, Nazlı nəinki real həyatda, yuxusunda görsə belə inanmazdı...

Ümid: -Bagışla. İnan çox peşmanam...

Nazlı əsəb içində nə deyəcəyini nə düşünəcəyini bilmirdi və:

Nazlı: -Sən! Sən nə danışırsan!!!! Kimlə nə vaxt niyə!!! Həmişə demişəm mənə xəyanət etsən səni silərəm ayrılaram elə bilirdin ciddi deyildim hə?!!! Cavab ver!!!

Ümid: -Hər şey kiçik bir öpüşdən başladı. Bagışla((

Nazlı: -Tfu mundar iyrənirəm səndən!!! Necə öpə bildin hə?! Bəs mənə xəyanət etməzdin?! Kimlə dedim!

Ümid: -Nazlım elə demə inan çox peşmanam. Off niyə dedim ee sənə gərək deməzdim. Sinifdən Leyla ilə

Nazlı: -Sən sən xəsdəsən?!!! Məni öldürməy isdirsən?!! Elədiyin bir qəbahət hələ bir məndən gizlətməyi düşünürdün??? Nə vaxtacan hə? Bes o qıza nifrət edirdin??? İyrənirəm səndən nifrət edirəm sənə!!! 20 ayımı sənlə keçirdiyim üçün çox peşmanam!!! 

Ümid: -Yaxşı da sakitləş. Xahiş edirəm ayrılıq demə. İmkan ver başa salım. Hələ də xoşum gəlmir o qızdan ama şeytana uydum çox peşmanam. Nəolar elə demə mən çox xoşbəxtəm sənle mənə şans ver söz verirəm hər şey bundan sonra çox gözəl olacaq söz!!!

Nazlı: -Axmaqsan sən axmaq!!! Bundan sonrasının olacağını düşünürsən?! Hər şeyi ətraflı danış və qırıl! Bir də səni həyatımda görmək isdəmirəm!

Ümid: -Sakitəş əvvəlcə. Olacaq bundan sorası olacaq bagışladacam özümü. Dedim axı hər şey öpüşdən başladı sora da ki...

Nazlı: -Sora da ki nə?!! Adamı dəli eləmə burda!!

Ümid: -Sora da ki evlərinə getməyi təklif etdi və 3 həftə belə oldu...

Nazlı: -Aranızda nəsə oldu?

Ümid: -Aha((

Nazlı: -Hah verdiyim suala baxda dinən heç Ümid bəy fürsəti əldən verər?! Qızın nömrəsin ver!

Ümid: -Neynirsən axı nömrəsini e? 

Nazlı: -Nömrə dedim!

Ümid: -Yaxşı ama zəng edib nə deyəcəysən axı? 055*******

Nazlı: -Sənə qalmıyıb...Qırıl...

Ümid: -Nazlı belə ayrıla bilmərsən mən səni bagışladım sən də bagışlıya bilərsən...

Nazlı: -Nə danışıirsan eee sən?!!!! Söz vermisən ki dəli edəcəysən məni??? Mən gedib özümü kiminsə yatağına atmamamışam bildin?! Mən gedib kiminsə dodaqlarından öpməməşəm kiminsə əlindən tutmamışam heç elə söbətlər də olmuyub aramızda nəinki elə söhbətlər sevgi haqqında da danışmamışıq biz! Birtərəfli sevgi idi və mən adi bir insan kimi dəstək olmuşam ona o qədər!! Sənin etdiyinlə mənimki birdi hə?!! Sənə dedim bagışla məni??? Mən gedib sənin etdiyivi etsəm bagışlıyardın??? Yox! Mən də bagışlamıyacam! Təki sənin xəyanətin mənim etdiyim xəyanətə oxşayaydı ki asanlıqla bagışlıya bilərdim. Mən necə sənin ilkin olacaqdımsa sən də mənə aid olmalı idin! Ama mənim deilsən artıq. Həyatımda sənə yer yoxdu. Sağ ol!

Ümid: -Fərqi var? Xəyanət xəyanətdi də sən də etdin və mən bağışladım. Mən səninəm həmişə də elə olacam

Nazlı: -Cəhənnəm ol! Uşaqsan ! Sənlə durub nə danışacam ki mən?! Bitdi! Rədd ol!

Ümid Nazlının pis vəziyyətdə olduğunu bilsə belə hələ heç nəyi etiraf etməyi düşünmürdü. Sadəcə vaxtıkən keçirtdiyi hisslərin indi də Nazlının yaşamasını və necə hərəkət edəcəyini görmək istəyirdi...

2 gün sonra...

Bu 2 gün ərzində Ümid dayanmadan Nazlıya zənglər edib, ‘’Bağışla’’, ‘’Peşmanam’’ tipli mesajlar yazsa da Nazlı bütün bunları cavabsız qoyurdu ama Ümidin ‘’Son dəfə danişaq, çıxıram həyatından’’ deyə yazdığı mesaja cavab verməden keçə bilmədi.

Nazlı: -Olar .. Buyur...

Ümid: -Bağışlamırsan da məni hə?

Nazlı: -Məncə 2 gün cavab yazmamağım sualına cavabdı...

Ümid: -Nazlım hər şeyin yalan olduğunu desəm?

Nazlı: -İnanmaram. Məni itirməyəsən deyə indi də bu yalana əl atırsan?

Ümid: -Nəyə desən and içərəm ki zarafat idi...

Nazlı: -Sən məynən məzələnirsən ya nə? Başında problem var senin??? Çatır səndə?

Nazlının bütün əsəbləri tarıma çəkilmiş, hıçqıraraq ağlayırdı

Ümid: -Xahiş eliyirəm gəl skaypa səsivi eşidim

Nazlı: Ümidə skayp vasitəsilə zəng edərək:

Nazlı: -Sənə nifrət edirəm eşitdin?! Həyatımda gördüyüm ən düşüncəsiz, ən axmaq mundar birisisən!!

Ümid: -Yaxşı o dediklərivin hamsı mənəm ama qurban sənə ağlama. Kameranı aç

Nazlı dayanmadan ağlayaraq: -Nədi ağlamağımı eşitməyin ləzzət elədi? İndi də izləməy isdirsən?? Rədd ol!

Ümid: -Xahiş elirəm bağışla inan bundan sora hər şeyi yoluna qoyacam təki bağışla

Nazlı: -Uşaq, düşüncəsiz axmaqsan sən axmaq!!! Bəs deyirdin bir ananın bir də mənim göz yaşlarıma dözə bilmirdin hə? Ama qəsdən ağladırsan? Vacib idi bunu etməy? Niyə? Xoşuna gəldi acı çəkdiyimi görməy? Gözəli bəs çox isdirdin hə? Ama onun ölümünü unutmuş, öldüyü günün səhəri belə yalan danışırsan? 

Ümid: -İnan peşmanam çox peşmanam nəolar bağışla

Nazlı: -Sənin kimi düşüncəsiz axmaq birisiylə davam edəcəyimi düşünmürsən də yəqin ki

Ümid: -Edəcəysən etməlisən! Bizə görə

Nazlı: -Biz deyilən bir şey qalmıyıb...Etdin ‘’zarafatanı’’,əzab çəkdiyimi, necə reaksiya verdiyimi də gördün indi rədd ol! Sən məni düşünsəydin, sevsəydin nə olur olsun acı çəkdirməzdin, bilə –bilə ki onsuzda mən Gözəlin ölümünə hələ də alışmamışam

Ümid: -Nə desən haqqlısan eşşəyəm mən axmaqam, xəsdəyəm nə istiyirsən de, vur öldür ama bitdi demə nəolar

Nazlə bu 2 gündə özünü bu xəyanətə o qədər alışdırmışdi ki, sanki Ümidin hələ də yalan dediyinə, xəyanət etdiyinə inanırdı. O, Ümidə xəyanət etdiyi üçün, Ümidin də qəzəblənib acıq çıxmaq üçün belə bir hərəkətə yol atdığını düşünürdü. Beynindəki bütün şübhələrə son qoymaq üçün Ümidin verdiyi nömrəyə yazmaq qərarına gəlir və:

Nazlı: -Ümidlə aranda nəolub?!

Leyla mesajın kimdən gəldiyini bildiyindən:

Leyla: -Ümid sənə nə deyibsə o da olub

Nazlı cavab yazmıyıb sadəcə düşünürdü ki 5 dəqiqə sonra Leyla yenidən mesaj yazır:

Leyla: -Ümid yalan deyib. Bilirəm inanmıyassan ama mən elə qız deyiləm. Aramızda heç nə olmuyub

Nazlı: -Məynən məzələnirsən az sən? Gah olub deyirsən gah yox

Leyla: -İnan olmuyub. Sən onu sevsəydin ona inanmalıydın ki, o belə bir şey etməz. Onu azda olsa tanıyıram və o səni çox sevir əsla elə bir şey eləməz. Ümid gəldi mənə dedi ki sadəcə belə zarafat edəcəm sən də kömək et. Əvvəlcə etiraz etdim ama sora razı oldum bilmirəm niyə. Çox peşmanam. Belə olsun istəməzdim. Bağışla.

Nazlı: -Ona inanıb inanmamağımın sənə dəxlisi yoxdu! Ümid gəlsin burda belə yalan danışsin mən də inanım??? Hansı inamnan danışırsan ki, indi ən böyük iyrənc yalanına şahid olmuşam. Onun etdiyi zarafat iyrənc zarafatdı və sən yaxşı qız olsaydın qəbul etməzdin. Sözü gedən zarafatın əslində necə iyrənc olduğunu özün də çox gözəl görürsən. Mənim sinif yoldaşım gəlib mənə elə söz desə nəinki onunla danışmamaq, üzünə tüpürərdim ki məni nə hesab edirsən?!

Leyla: -Yenə də deyirəm belə olsun istəməzdim. Bu hərəkətimə görə özümə nifrət edirəm. Ümidi də əsla bağışlamayacam. Çox peşmanam

Nazli: -Orasını ta özün bil

Ümid sevgisi üçün mübarizə apararkən, Röya universitet çıxışı cəld addımlarla qorxaraq evə doğru gedirdi. Buna qaçırdı desək daha doğru olardı çünki əmin idi ki, universitetdən çıxdığı andan bəri kimsə onu izləyirdi. Röya ara yoldan qaçıb evlərinə çatmaq istəyirdi ki bir səs onu daha da qorxutdu:

Elmir: -Hara qaçırsan balaca? Qorxma məndən ziyan gəlməz sənə

Bəli bu, Röya ilə eyni universitetdə oxuyan, 22 yaşlı, 4-cü kurs tələbəsi Elmir idi. Elmir uzun boylu, enli kürəkli, qaraqaş, qaragöz çox yaraşıqli oğlan idi və Röyanı uzun zaman izlədikdən sonra nəhayət ki bu gün hiss etdiklərini etiraf etmək qərarına gəlmişdi

Röya başını geriyə çevirdikdə, Elmirin simasından eyni universitetdən olduğunu tanısa da heç nə olmamış kimi evə doğru addımlamaqda davam edirdi. Bunu görən Elmir, üzsüzlüyünə vuraraq yaxınlaşıb Röyanın yanınca gəzməye davam etdi

Röya: -Hey dəlisən? Uzaqlaş burdan məhləye çatıram. Problem açma başıma

Elmir: -Qulaq asmayanacan heç yerə getmirəm

Röya: -Sən kimsən ki sənə qulaq asım?! Danışılası 1 şey yoxdu çıx get

Elmir: -Bəlkə mənim adımdan danışmayasan hm balaca??

Röya: -Balaca özünsən!!!

Elmir: -Balacasan da 1.82 boyum var səndə də yəqin 1.50 olar hə?

Röya qaşlarıni cataraq: -1.60 boyum var balaca deyiləm mən çıx get!!!

Elmir gülümsəyərək: -Hirslənmək də yaraşır ee sənə))) Mən də dedim yəqin 1.75 boyun var. Balacasanda. Ama çox gözəlsən yaraşır bu boy sənə

Röya: -Sənin kimi zürafə olmaqdan yaxşıdı əmin ol

Elmir: -Niyə? Bəyənmədin gələcək həyat yoldaşının, uşaqlarının atasının boyunu?

Röya: -Nəəəəəəəəə????ALLAH eləməsin !! Dəlisən sən? Mən həyatımda elə də böyük günah işləməmişəm ki Rəbbim səni mənə qismət edə

Elmir: -Pah nəolub ki mənə? Qızlar ölür e dərdimdən. Ama mənə sən lazımsan

Röya: -Çıx get dedim!!!

Elmir: -Nə inadkarsan ee!! Hə cavabı almayana qədər getmirəm heç yerə! Deyirəm balaca boyun ola ama belə sürətlə yeriyəsən

Röya: -Nə??

Elmir: -Deyirəm nəfəsim kəsildi asta yeri

Röya: -Gəbər öl

Elmir əsəbləşərək Röyanın əlində tutduğu çantanı dartıb havada saxlayaraq:

Elmir: -Qulaq asassan mənə ya yox?

Röya: -Heeeeeey çantamı ver!!!

Elmir: -Hey deil adım Elmirdi

 



Şərhlər:
Baxılıb: 2165
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz