Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölümsüz sevgi (Bölüm 5)
Ölümsüz sevgi (Bölüm 5)
Göndərən: Qara Goz
Şərhlər:
Baxılıb: 3288
Səs ver:
Növbəti həftənin ilk günü Cəlal məktəbə tez gəlib, yenədə Jalənin gəlişini gözləyirdi. Jalə gələn kimi, Cəlal ona yaxınlaşıb ondan üzr istədi amma Jalə:
-Əl çək və bir daha mənə yaxın gəlmə, məndən uzaq dur!
Daha sonra Cəlal Jalənin onu bağışlaması üçün çox çalışdı, amma bu heç bir nəticə vermədi. Növbəti gün, Cəlal Jalədən "nə etsəm məni bağışlayarsan?"- deyə soruşdu. Jalə isə cavab verdi:
-Üç şərtim var əgər razılaşsan bağışlayaram.
-Buyur şərtlərini, de.
-Birincisi bizim sinifin qabağına gəlməyəcəksən, ikincisi evimizə məhəlləmizə gəlməyəcəksən, üçüncüsü isə məndən əl çəkəcəksən, məni tanımamış olacaqsan.
Cəlalın razılaşmaqdan başqa yolu yox idi. O, düşünürdü ki, bəlkə nə vaxtsa hər şey düzələr. İndi hər şeydən öncə Jalənin onu bağışlaması idi. Çox çətin olsada Cəlal bu şərtlə razılaşdı. Həmin gün Cəlal ikinci dəfə oldu. Lakin səbəbi bu şərtlər deyildi.
O, söhbətdən sonra Jalə evə getdi. Cəlal isə məktəbin həyətində Jalənin sinif yoldaşları ilə söhbət edirdi. Həmin vaxt Cəlal çox pis olmuşdu, artıq özünü itirmişdi. Jalə ilə belə ayrılmaq ona çox pis təsir etmişdi. Jalənin sinif yoldaşı Elşən Cəlala təsəlli vermək üçün ona Jalə barədə acı həqiqətlər danışmağa başladı.
-Cəlal qaqaş, əslində Jalə heçdə yaxşı qız deyil, yəni sənin sevginə dəyməz.
-Niyə? Nə demək isdəyirsən?
-Bilirsən, qaqaş, Jalə bu günə qədər çox oğlanla danışıb yaxşı qız deyildə.
-Hansı oğlanlarla? Mən biləni onun bircə danışdığı oğlan var oda Nurlandır. Ondan başqa danışdığı oğlan olub ki?
-Hə olub. Jalə Nurlandan əvvəl 6-7 oğlanla da danışıb. Bir sözlə məsləhətli qız deyil. Ondan ötrü özünü üzməyə dəyməz!
Elşənin söylədikləri Cəlala daha da pis təsir etdi. Elşən Jalənin danışdığı oğlanlardan 3-4 adını Cəlala söylədi. Cəlal Jalənin necə qız olduğunu başa düşdü. O beş dəqiqə əvvəl özünü Jalənin qabağında alçatmasına peşman oldu, amma artıq olan olmuşdu.
Həmin gündən Celal Jalədən özü imtina etmək isdədi. O iki həftəyə yaxın hər şeyi unutmuş kimi davrandı. Lakin ürəyində Jaləyə olan məhəbbəti yaşayırdı. Dostları Cəlaldan fikrini soruşanda, Cəlal-"o qız mənim üçün əhəmiyyət daşımır, mən onu unutmuşam"- deyə cavab verərdi. Lakin Cəlal bu sözlərlə özü-özünü aldadardı. Nəticədə o, bu yalanlar içində yaşaya bilməyib, ürəyindəki tək bir həqiqəti üzə çıxartdı. Jaləyə olan sevgisindən əl çəkmədi, onun uğrunda mübarizə aparmağa başladı. Tədricən Jaləyə söz verdiyi şərtləridə pozdu. Ancaq Jalə onun sevgisini görmür, ona inanmırdı....

Ardı var...


Şərhlər:
Baxılıb: 3288
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz