Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətim bağışlanacaqmı? (19-cu bölüm)
Xəyanətim bağışlanacaqmı? (19-cu bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2257
Səs ver:

 

Nazlı Ümid ilə ayrıldıqdan sonra evə qalxır. Həm unudulmaz 4 gün yaşadığı üçün sevinir, həm də 1 il yenə ayrı qalacaqları üçün üzülürdü. Bu da sevgilərinin imtahanı olsa gərək...

Nazlı Nigara yorğun olduğunu deyərək digər otağa keçib Ümidə yazır:

Nazlı: -Canım mən çatmışam sən hardasan?

Ümid: -Yoldayam həyaaaatımmmm metroya çatıram indi.

Nazlı: -Mən çox pisəm indidən ürəyim sıxılır boğuluram((

Ümid: -Balacam mən də inan başa düşürəm ama bizim də taleyimiz budur səbr etməkdən başqa çarəmiz yoxdur. Keçirdiyimiz unudulmaz o 4 gün təsəllim olacaq 1 il ərzində.

Nazlı: -Cann olərəm hər şey üçün çox sağ ol həyatımda bu qədər xoşbəxt olduğumu xatırlamıram.

Ümid: -Dəyməz ürəyim daha çox planlarım var idi ama qismət gələn ilə imiş. Bu 4 gün ərzində bir dəfə də səni necə sevdiyimin şahidi oldum. Sənsiz olmaz Nazlım. Məndən qurtuluş yoxdu artıq)))

Nazlı: - ''Qurtulmaq istəyirəm'' dediyimi heç xatırlamıram)))

Beləcə Ümid metroya çatdıqdan sonra sağollaşmışdı. Yenə eyni hisslər bürüyürdü Nazlını. Pəncərəni açıb yarım saat şəhəri seyr etdikdən sonra yerinə uzanıb səssiz-səssiz ağlayaraq yuxuya gedir...

Beləcə yavaş-yavaş günlər, həftələr, aylar keçirdi. Nazlı kollecdə yeni kurslara başlamış, təhsilini davam etdirirdi. Hər gün Ümid ilə skaypda görüntülü danışar, bir birlərinə doymağa çalışardılar. Amma bu uzun çəkmir. Günlər keçdikcə Ümid daha da internetdən uzaqlaşmalı, son ilini yaxşı dəyərləndirib universitetə hazırlaşmalı idi. İndidən Nazlını öyrəşdirərək təsəlli edib:

Ümid: -Balacam son 1 ilimiz qalıb uniyə girim inşALLAH hər gün danışacıyıq skaypda...

Nazlı: -Ən azından arada gəl danışda darıxaram axı. 1 il az müddət deyil(((

Ümid: Həyatım boş vaxt tapan kimi gələcəm söz. Sən də dərslərvi yaxşı oxu ki, illər uzanmasın tez qayıt qovuşaq da...

Nazlı: -Sən məni düşünmə mən də asantdı hər şey. inşALLAH 2 ilə mən qayıdaram yəqin.

Ümid: -ALLAH qoysa həyatımın mənasııı....

Nazlı: -Şeeey canııııım

Ümid: -Yenə nəolub bax?!

Nazlı: -Maşın sürməyə icazə verəssən də hə?

Ümid: -Yox da balacam isdəmirəm! Sürmə!

Nazlı: -Paxıl olma! Bax papa da qoydu. Həm professional sürücü olcam söz))

Ümid: -Nəolsun qoydu mən qoymuram!

Nazlı: -Ne pissən e dəstək olmursan heç küsüm? Niyə həvəsdən salırsan bax? Sənin üstündə düz 3 dəfə kəsilmişəm imtahandan (bundan əvvəl 3 dəfə imtahandan kəsilmiş, yenə də hazırlaşırdı)...

Ümid: -Xexe baş yoxdu səndə mən neyniyim?!

Nazlı: -Tupoy özünsən! Küsdüm((((

Ümid: -Caaan ölərəm elə sür ama orda. Bura gələndə olmaz!

Nazlı: -Ona hələ baxarıq))) 

Ümid: -Balacaaaaaaa!!!!!!

Nazlı: -Susdummm

22 Oktyabr

Mehdi bu gün işdən Nazlının 4-cü imtahanı üçün tez gəlmişdi. Nazlı imtahan verərkən 1 saat çöldə gozləyəcəkdi...

Mehdi: -Pullarım belə səpələnir eee. Bir dənə şablon nədi ki, keçə bilmirsən. Min dəfə demişəm diqqətlə oxu bu kitabı. Yoxsa qocalanacan buranın yolunu ölçəciyiy.

Nazlı: -Ee bax belə deyə-deyə həvəsdən salırsan daa. Adam bir deyər ‘’ay doşan sənə inanıram keçəssən sərbəst ol heç nəyi düşünmə’’ ama yooox gərəy əsəbi imtahana yola salasan axı...

Mehdi gülümsəyib Nazlını öpərək: -Get gəl doşan az danış get. Tələsməya. Uğurlar

Nazlı: -Yaxşı...

Nazlı 1 saat imtahandan sonra üzgün şəkildə Mehdinin maşınına əyləşir.

Mehdi: -Yenə keçə bilmədin hə?

Nazlı ürəyində gülərək: -Yox(((

Mehdi: -Yox əşi səndə öyrənən üz yoxdu getdiy...(maşını işə salır)

Nazlı atasını qucaqlayaraq qışqırır: -Keçmişəəəəm hədiyyəm nə olacaq))))

Mehdi: -Yoxdu sənə hədiyyə mədiyyə nə qədər hər imtahan üçün pul xərcləmişəm oda hədiyyəm olsun))

Nazlı gülərək o günü çox xoşbəxt başa vurur.

‘’Nazlı mənə xəyanət etdiyini bilirəm. Heç gözləməzdim. Kimdən, kimdən, səndən!!! Ən güvəndiyim şəxs. Gedirəm sevgilim. Həyatından həmişəlik çıxıb gedirəm. Bir daha qarşına çıxmayacam. Əlvida!!!’’ –yaziı məktuba, arxasına baxmadan gedirdi...
 Ümid qan-tər içində yuxudan oyanır. Mətbəxə keçərək su içir. Çox düşünsə də yuxusuna bir anlam verə bilmirdi Ümid. Yerinə uzanaraq gözlərini yumub bir müddət sonra yuxuya gedir.

Səhər açıldığında Ümid dərsə getməmişdən əvvəl yarım saatlıq Nazlıya vaxtını sərf etmək istəyir. Nazlı ilə hal əhval tutduqdan sonra:

Ümid: -Gecə çox pis yuxu gördüm. 

Nazlı qorxaraq: -Nə yuxu canım?...

Ümid: -Mənə xəyanət etmişdin mən də əlvida məktubu yazıb ayrılırdım.

Nazlı daha da qorxaraq nə deyəcəyini bilmirdi: -Yuxudu da canım keçdi getdi.

Ümid: -Yuxuda olsa dəhşətli idi.

Nazlı: -Həqiqi olsaydı ayrılardın hə?

Ümid:: -Həqiqi olma ehtimalı var?!

Nazlı: -Sözdü də soruşdum niyə əsəbləşirsən ki. Təbii ki yoxdu.

Ümid: -Aha ayrılaram. Düşünmədən çıxaram həyatından.

 Nazlı qorxu və təlaş qarışıq qəribə hisslər keçirirdi. Sanki indi daha çox vicdan əzabı çəkir, hər an xəyanətini etirafını edə bilərdi.


Ardı var...
 

 



Şərhlər:
Baxılıb: 2257
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz