Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətim bağışlanacaqmı? (18-ci bölüm)
Xəyanətim bağışlanacaqmı? (18-ci bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2125
Səs ver:

Bu gün Nazlı ilə Ümidin 4-cü və son görüşü idi... Nazlı ailəsindən, Nigargildə əlavə 3 gün də qalması üçün icazə istəmişdi və bu zaman ərzində hər gün xalasını yola gətirərək Ümidlə görüşürdü... Bu gün də son görüş bəhanəsiylə Nigarın razılığını almışdı artıq. Bundan əvvəlki 2 görüşdə Ümid Nazlını planladığı kimi kinoteatra, içəri şəhərə, tarqovuya apararaq gəzdirib unudulmaz, xoş anlar yaşatmışdı. Ümid hər zamanki, kimi onu qısqanıb qoruyar, bir an da olsa sevgisini hiss etdirməyi ehmal etməzdi...

Nazlı evdə hazırlaşıb, Ümidin zəngini gözləyirdi ama heç gözləmədiyi vaxt telinə sms gəlir:

Ümid: -Balacam düş aşagı hədiyyəmi verim evə qoy gəl...

Ümid Nazlıya tam onun zövqüncə olan tünd yaşıl rəngli kabluk almışdı. Nazlı hədiyyəni evə qoyub, təşəkkür edərək metroya doğru yollanırlar...

Nazlı: -Metroparka gedək? Köynək almaq isdirəm sənə.

Ümid: -Eee neynirsən ee balacam istəmirəm.

Nazlı dodaqlarını büzərək: -Küsüm? Mən sevgilimə öz zövqümcə köynek almaq isdirəm ki, hər geyindikcə məni xatırlasın. Yeni köynək köhnələnə qədər)))

Ümid: -Bir şərtlə. Mən də sənə aldığım ayaqqabının rənginə uyğun kofta alacam. Yoxsa qəbul etmirəm.

Nazlı: -Off yaxşı...Pis....

Metropark...!

İlk gördükləri mağazaya girərək Nazlı gözucu kişi paltarlarına nəzər salıb:

Nazlı: -Burda heç nə yoxdr gedək.

Ümid: -Dayan da bir nəolub?. Gəl koftalara da bax. Ümid çəhrayı rəng koftanı göstərərək: -Balacam necədi bu?

Nazlı: -Nc bəyənmədim.

Ümid ‘’Bəs bu?’’ deyib boz rəngli, şəkilli koftanı göstərdi.

Nazlı: -Baxım. Nc bahadı.

Ümid: -Elə də baha deyil 35 manat idi 25 manat olub. Həm bir dəfə alıram da axırıncı günümüzdür get geyin baxım.

Nazıi dodaqlarını büzərək: -Yaxşı.

Ümid koftanı Nazlıya uzatdıqdan sonra yaşıl futbolkanı da verərək: -Al bunu da yoxla.

Nazlı: -He bax bu yaşıl pis deyil.

Nazlı hər iki koftanı geyindiyində, daha çox yaşılı bəyənsə də Ümid yaşıl koftanın dar olduğunu deyərək boz rəngli koftanı almaq istədi və satıcıya yaxınlaşaraq koftanı uzatdı. Nazlı nə qədər koftanın boş, olduğunu və elə də bəyənmədiyini pıçıldasa da, Ümid, Nazlının qiymətə görə bunu dediyini düşünmüş, almışdı.

Satıcı: -35 manat zəhmət olmasa.

Nazlı təəccüblə: -Endirimdə idi axı. 35 manat niyə?

Bu an belə Ümid Nazlıya gözlərini bərəldərək işarə edirdi.

Satıcı: -Bir sehvlik olmalıdı xanım endirimdə deyil və hələ də qiymət 35 manatdır.

Ümid pulu uzadaraq koftanı alır.

Nazlı ürəyində: -Bir bu əskik idi. Indi həqiqətən də pula görə isdəmirəm bu koftanı!! Bu nədi ee o pula dəysə barı. Bilirəm axı geyinən deyiləm qalacaq bir kənarda off uşağın pulu gedir. Inadcıdı da nəolacaq?!

Artıq mağazadan çıxıb digər mağazalara getməklərinə baxmayaraq Nazlı hələ də deyinirdi.

Nazlı: -Mənə lazımdı bu? İstəmirdim də niyə aldın ee??

Ümid: -Off canım çox uzatdın bir dəfe alıram da nəolacaq? Pulun söhbətini eləmə.

Nazlı: -Başa düşmürsən bəyənmədim?? Nəinki sən heç özümün əlim gəlməzdi o cür koftaya qəpik də verməyə. Gedək qaytaraq istəmirəmmm.

Ümid: -Olmaz canım alınmır gəl mənimçün də köynək baxaq.

Nazlı: -Başa düşmürsən narahatam? Bax bütün günümüzq zəhər edərəm demədi demə.

Ümid: -Yaxşı gəl başımın bəlası ama qaytarmasalar menlik deyil.

Artıq geri qayıdaraq koftanı vermiş və əvəzinə Ümid ‘’dar’’ deyə düşündüyü yaşıl futbolkanın əslində dar olmadığının fərqinə varıb almışdı.

Ümid: -İstədiyin oldu ifritəm? 20 manat cibimdə qaldı.

Nazlı: -Ohh be necə rahatam yaşılı çoooox bəyəndim.

Ümid: -Sevindim canım təki bəyən. Başqa qız olsaydı bəlkə etdiyini etməzdi. ’’Bircə dəfədir də alır’’ deyib ötüşdürərdi. Evlənəndən sonra da bilirəm qoymuyassan ora-bura pul xərcləyim. Bizdə mama da elədi.

Nazlı: -Boş-boş şeylərə qoymaram təbiiki. 35 manat az pul deyildi ee)))

Ümid: -Off balacaaam.

Yarım saat da mağazaları dolaşdıqdan sonra nəhayət ki, Nazlı da Ümid üçün qəhvəyi rəng, şəkilli köynək alaraq bulvara doğru yollanırlar. Yolda gedərken belə Ümid, 4 gün görüşməklərinə baxmayaraq sanki ilk gördüyü günki kimi sevgi dolu, gülən gözlərlə seyr edirdi Nazlını. Nazlının da utancaqlığı bu bir neçə gündə keçmişdi artıq. Ümidin üzünü doya-doya izləyə, gözlərinə baxaraq onu nə qədər sevdiyini də deyə bilirdi.

2 bilet aldıqdan sonra yarım saatlıq gəmi səyahəti edirlər. İçəridə oturacaqlar dolu olduğundan, bayır tərəfə, bir neçə cütlüklər və oğlanlar olan yerə keçirlər. Bu an belə Ümid qısqanclığından əl çəkməyərək Nazlını ən ortaya gətirib əllərini hər iki tərəfdən tutunacağa qoyur.

Nazlı: -Offf bu nədi tərpənməyə yer yox idi onsuz sən də qollarıvı qoydun. Özümü lap cücə kimi hiss etdim burda.

Ümid halından çox məmnun şəkildə gülümsəyərək: -Yaxşıdı da. Nə etməliydim görmürsən ətrafımızda oğlanlardır.

Nazlı nə qədər üzgün görsənsə də özünü sevdiyinin qolları arasında güvəndə, çox xoşbəxt hiss edirdi.

Ümid əyilərək tez-tez Nazlının qulağına onu sevdiyini pıçıldayardı.

Ümid: -Səni sevirəm. Çox sevirəm.

Nazlı: -Mən də səni canım.

Ümid: -Bəlkə şəkil çəkdirək? Birgə şəkilimiz yoxdu ee.

Nazlı: -Nc olmaz çirkin düşürəm.

Ümid: -Eee yaxşı da balacam elə düşmürsən gəl çəkim şəklimizi. Sən gedəssən sənə nə var ee burda mən pis olacam. Şəkildə yox. Baxım yada salım da bu günləri.

Nazlı: -İstəmirəm hələəə.

Çox didişmədən sonra artıq gəminin geri qayıtdığını görmüş və enmişdilər. Bir az gəzinib, yemək yedikdən sonra havanın qaraldığını görüb, yavaş-yavaş evə doğru yollanırlar.

Nazlı: -Nə tez hava qaraldı axı. Saatlar dəqiqə kimi gəlib keçdi elə bil. Heç getmək istəmirəm :’(

Ümid: -Balacam inan mən də ama neyniyək. Gec olmadan aparım xalan bir söz deməsin. Mən də bilmədim heç vaxt necə gəlib keçdi.

Artıq Nigargilin məhləsinə gəlmiş, sağollaşmaq vaxtı çatmışdı. Ümid binanın qarşısında görənlər səhv başa düşməsin deyə durmuş və elə sağollaşmışdılar.

Nazlı üzgün şəkildə: Səni sevirəm. Çıxıram yuxarı ta.

Ümid: -Mən də səni sevirəm canım qalx zəng edəcəm danıwarıq.

Nazlı 3-cü mərtəbəyə qalxmışdı ki, Ümid aşağıdan Nazlıya səsləndi:

Ümid: -Nazlı gözlə.

Cəld tənginəfəs halda Nazlının yanına çatmış, möhkəm qucaqlayaraq dodağına öpüş qondurmuşdu. Nazlı da növbəti yaya qədər Ümidi görməyəcəyini düşünərək, qarşılıq vermişdi.

Nazlı: -Neynirsən ay dəli?

Ümid: -Bir il görmüyəcəm səni. Etmədiyim üçün peşman olmuyum deyə qayıtdım))) yaxşı ki, qayıtdım da.

Nazlı: -Bəs qonşuları düşünürdün nəoldu?

Ümid: -Bilmirəm heç fikir vermədən gəldim.

‘’Səni sevirəm. inşALLAH mənimsən..!’’ deyib, son dəfə Nazlını doya-doya bağrına basıb ayrıldiıar. Görünür uzun, çətin və yorucu yol onları gözləyirdi...

Ardı var... 


Şərhlər:
Baxılıb: 2125
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz