Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Limon arzusu
Limon arzusu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1153
Səs ver:
Vaxtilə hamilə bir qadın, qonşusuna qonaq olur. Oturduqları otaqda budaqları limonlarla dolu olan böyük bir limon ağacı görür. Canı limon istəyir, amma heç cür qonşusuna söyləyə bilmir, utanır.
Bir ara qonşusu mətbəxə gedincə o, yaxasından çıxardığı bir tikiş iynəsini limona batırar və dəldiyi yerdən limon suyunu əmərək bu istəyini təmin edir.
Nəhayət, bir oğul övladı dünyaya gəlir. Çöldə gəzmə, oynama, daha doğrusu dəcəllik etmə çağına gəlincə çölə çıxar. O zaman bəzi insanlar tuluqla su daşıyırlar. Bu uşaq əlinə bir mismar alır və su daşıyan adamların arxasınca düşür. Tuluqlarda dəlik açaraq axan sudan içməyə başlayır. Bu vəziyyət bir neçə gün belə davam edəndə dərhal uşağın atasına vəziyyəti izah edib bu yaramazlığından ötəri oğlundan şikayət edirlər.
Adam düşünüb daşınır. Uşağının nə üçün belə etdiyini başa düşə bilmir. Vəziyyəti xanımına izah edir. Uşağın nə üçün belə etdiyini soruşur. O da başından keçən hadisəni olduğu kimi nəql edir.
Bu işin haradan qaynaqlandığını anlayan kişi öz arvadına:
- Dərhal qonşuya get və hərəkətini izah et, sonra da halallıq istə. Əgər belə etsən elə zənn edirəm ki, oğlumuz da bu qəribə hərəkəti etməkdən çəkinər, deyir.
Qadıncığaz qonşusugilə gedib vaxtilə başından keçən hadisəni izah edir. Ondan üzr istəyir, haqqını halal etməsini istəyir. Qonşu xanımı da bu vəziyyətə çox kədərlənir. Niyə o zaman limon istəmədiyini deyir və qonşusuna bir limon deyil, limon aöacında olan bütün limonların fəda olmasını söyləyərək haqqını halal edir. O zamandan sonra Allahın izni ilə uşaqları da bu qəribə hərəkətlərindən imtina edir.


Şərhlər:
Baxılıb: 1153
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz