Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətim bağışlanacaqmı? (2-ci bölüm)
Xəyanətim bağışlanacaqmı? (2-ci bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2450
Səs ver:
 Günay: -Hələ bir unuuut canıvı alaram! Heç kimlə də dost olma qısqanıram
Nazlı: -Hihi ay qız acı dilimə görə kimdi e mənlə dost olan? Bir sən dəli)))))))
Günay: (dodaqlarını büzərək) –aaa küsdüm(( qedirbilməz
Nazlı: -Küsmə, küsmə…Qalıb nazınla oynayardım ama təəssüf ki az vaxtım qalıb evə çatan kimi deyinməsələr yaxşıdı...Özüvəyaxşı bax oldu? Məktəbdə kimsə nəsə desə çəkinmə ağız burunlarını əzişdir..Tut saçlarından sürü icazə verirəm qorxma)))
Günay: -Hıh diməy asantdı ee………
Nazlı: -Yaxşı baci sən də get Samirə xala nigaran qalmasın hava qaralır artıq…(öpərək) Muahh birdənəm gedim ta hələlik…Səni çooox istirəm canım…

Günay:
 -Mən də səni çox istirəm(((Sağ ol(((…
Günay oradan qaçıb uzaqlaşsa da hıçqırıq səslərini Nazlı belə eşitmişdi.
Nazlı: (dönüb geriyə baxaraq) -Axx canım mənim((((
10 dəqiqə sonra Nazlı evdən içəri girdiyi anda şoka düşmüşdü. Hər tərəfdə paltarlar, mürəbbələr, turşular və nələr nələr…
Mehdi:
 -Ay mamaaa bəsdi dəə bunların hamısını hara qoyacam? yer var bəyəm?
Nərgiz: (Mehdinin anası) –Ay oğlum nolacaq apar da orda belə şeylər yoxdu axı(((
Mehdi: -Of ay mamaa..1-2 banka ver bəsimdi…
Nazlı hələ də şok vəziyyətdə nənəsinə ve atasına qulaq asırdı..Birdən dillənərək:
Nazlı: -Uyda burda bomba partdıyıb? 
Nərgiz: -Azzar bomba partdıyıb...Hardasan sən!! Gəl paltarlarıvı yığ da..Onu da mən yığacam səninçün? Yekə qızsan tələs 1 az vaxt yoxdu…
Nazlı: -Yaxşı da nənə onsuz 1-2 əşyam qalıb...mənim elə də çox paltarım yoxdu canım nənəmmm (nənəsini öpərək)
2 saat sonra…
Bütün ailə aeroporta çatmışdılar artıq.
Nazlı ilk dəfə təyyarəyə minəcəyi üçün çox həyəcanlı idi…Mehdi sənəd ve çamadan işlərini həll etdikdən sonra Nazlıyla birgə bütün ailə ilə sağollaşıb təyyarəyə doğru yol alırlar. Təyyarənin uçuşuna daha 20 dəqiqə qalmışdı. Nazlı isə atasıyla söhbət edərək: 
Nazlı: -Papa, qorxuram ee bu düşüb eləməz? Pilot görəsən professionaldı?Ürəyim bulanmaz? Ingiltərə necədi? Yəni mənimçün çətin olmaz? sən işdə mən də bəzən evdə? Necə dolanacıyıq?
Mehdi: -Ay qız bir-bir ver də sualları..Ipə düzüb ee elə bil… Narahat olma təyyarə 1 az qalxanda ürəyin bulanacaq, qulaqların tutulacaq ama sora udqun keçər))) Səni də ki məktəbə qoyacam oxuyarsan mən də işləyib tez qayıdacam…Əvvəllərdə 1 az mən bəzi yeməkləri necə bişirmək lazım olduğunu göstərərəm sən də indidən öyrən lazım olacaq…sonra yavaş-yavaş sən bişir.
Nazlı: -Off papaaa…Bir bu çatmırdı…Deyirəm yaxşı ki nənədən yemək bişirməyi öyrənmisən))) Yaxşı bəs neçə saata Londonda olarıq?
Mehdi: -Təxminən 6 saata.
Nazlı üz-gözünü turşudaraq ofuldasa da içində qorxu və həyəcan qarışıq hisslər keçirirdi…Axı nə biləydi bu ölkənin ona xoşbəxtliklərdən əlavə bədbəxtlik də gətirəcəyini, həyatını dəyişəcəyini…
6 saat ərzində Nazlı bəzən yatar, oyanıb yemək yeyib buludları seyr edər, meyvə şirəsi içib yenidən yatardı...
Bəli 6 saat sonra Nazlı və Mehdi London Hitro (Heathrow) aeroportuna çatmışdılar. Nazlının üzərində hələ də yol yorğunluğu olduğu üçün gözlərini güclə açaraq yeriyirdi. Ama fərqli-fərqli millətlərdə onun nəzərindən yayınmamışdı. London Bakı vaxtından 4 saat geri olsa da artıq hava qaralmış ve soyuq hava öz təsirini göstərmişdi. 6 saat daha avtobusla gedəcəkləri üçün Nazlı heç də göz qapaqlarını tam açmağı düşünmürdü…
Nazlı:-Papa çox gözdüyəciyik? Nə vaxt çatarıq evə? Yorğunam həm də çox soyuqdu ee.
Mehdi:-Az qalıb doşan avtobus gəlsin oturaq, yatarsan…
Artıq avtobus çatmış və ata-bala evə doğru yol almışdılar. 
6 saat sonra…
Artıq səhər açılırdı. Nazlı atası ilə avtobusdan düşüb piyada evə doğru yeriyir…Bu zaman ərzində Nazlı ətrafa və yolda tələsən tək-tük insanlara nəzər salırdı. Atasına baxaraq:
Nazlı: -Papa, bu tərəflər nə maraqsızdı?! Ürəyim sıxıldı eee…Hələ camaatın geyimlərinə baaax..Zövqsüzlükdə 1 nömrə ölkə olar yəqin)))
Mehdi: (Mehdi gülümsəyərək) –Niyə? Xoşuna gəlmədi? Şəhərdən şəhərə fərq var da yəqin bir az biz qalan yerlər maraqsızdı…Hələbəzi şəhərləri var çox gözəldi…Soltbörnün (Saltburn) vadisini gəzdirərəm sənə… Cənnətdi elə bil…
Nazlı: -Nə bilim gəzdirərsən baxarıq da..Bu evlərə bax hələ… inqubatr kimi hamsı eyni tikilib ee…Bu nədi bina evləri yoxdu burda heç?
Mehdi: -Var ama azdı bu yanlarda…
Beləce ata-bala söhbətləşərək evə çatmışdılar artıq…
Əşyalarını yerləşdirdikdənsonra 1 az dincəlirlər…
Artıq günorta olacaqdı.. Mehdi 3 saat dincəldikdən sonra bəzi işlərini görmüşdü. Bir neçə saat sonra işə getməli olduğu üçün Nazlını çağırıb əşyaların yerini bir-bir göstərdi. Nazlı hər şeyi başa düşdükdən sonra atasına baxaraq:
Nazlı:- Papa, yaxşı bəs bütün günü evdə neyniyəcəm mən?
Mehdi: -Başını qatda bir şeylərə…Məsələnev toz içindədi...Təmizlə, yu, yığışdır…Səhər sən yatanda mən yemək bişirdim..Acısan qızdırıb yeyərsən…Boş vaxtında ingilis dili kitablarım, lüğətlərim, qəzetlərim var orda..Götür oxu boş qalma öyrən indidən…Həm onsuzda yaxınlıqdakı məktəblə danışdım 1 aya dərsə gedəcəksən həm də 10-cu sinif olaraq….
Nazlı: -Nəə??? Azərbaycanda 9 idim nə tez 10 oldum? Off papa mən məktəbə getmək istəmirəm axııı(((
Mehdi: -Necə yəni getmək istəmirəm?!!! Xəbərin var ki burda kimsə bilsə ki, evimdə uşaq var və təhsil almır polisə şikayət edərlər?…Mənə də iş düşər ee buna görə..Lazımdı mənə bu?! Gedəcəksən, təhsil alacaqsan, 1 yandan da dil öyrədəcəklər…Burda 5 bəzən də 4 yaşdan məktəbə gedirlər ona görə 16 yaşda da məktəbi bitirəcəksən…15olmağıva nə qalıb ki guya? 3 ay…1 il yarım səbr et yaxşı olar, öyrəşərsən…
Nazlı:- Offf yaxşı (Ürəyində: -ama mən düşünmüşdüm ancaq dil kursuna gedəcəm((( off…)
Bəli beləliklə 1 ay da ötmüşdü…Bu müddət ərzində Nazlı evdən çölə atasının vaxtı olmadığı üçün çıxmamışdı. Halbuki bir çox yerləri gəzməyi arzulayırdı… Tez-tez evləri yığışdırar, bəzən qrammatika kitabları oxuyar, ama çox zaman tənbəllik edərək vaxtını komp qarşısında keçirərdi…Kompdan isə elə də başı çıxmazdı. Demək olar bütün günlərini ****** saytında keçirərdi. Çox zaman oradan mahnılar yükləyər, xəbərlərə baxar, insanların xəbərlərdə bildirdiyi rəyləri oxuyardı…
Məktəbə getməsinə 1 gün qalmış, Mehdi Nazlıya məktəbin yolunu göstərmiş, məktəb forması almış və cüzi şeyləri başa salmışdı.
Fevral ayının 8-i…Saat 07:30…Nazlı budilnikini söndürüb əl-üzünü yuyaraq səhər yeməyini yeyir…Özünü səliqəyə saldıqdan sonra məktəbə doğru yol alır…Yol boyu nə edəcəm, necə edəcəm , utanıram deyə düşünərkən hiss etmədən məktəbin qarşısına çatmışdı artıq. Dayanaraq heyranlıqla məktəbi izləyirdi…Bu məktəb, 2 binadan və 2500 şagirddən ibarət idi. Gözəl baxçası və geniş stadionu vardı. Nazlı məktəbin darvazasından içəri daxil olur və təbii ki özündən əvvəl və sonra da şagirdlər məktəbə daxil olduqlarından, bir çoxlarının qəribə baxışlarına tuş gəlmişdi...Cəldaddımlarını tezləşdirərək dilaltı öz-özünə deyinir:
Nazlı: -Yoxsa?…Yoxsa əcnəbi olduğumu hiss etdilər? Ayyy papa haqlıymııış…Bunların çoxusu irqçidilər(rasist)…Off görəcəyim günlər var da(((
Nazlı tez məktəbdən içəri girərək , resepşını tapmağa çalışır…və budur içəri keçib xanıma yaxınlaşır…Çətinliklə də olsa başa salmağa çalışır..
Nazlı: -Hello…My name is Nazlah (Nazlı) and I can’t speak English…I am a new student..Pleasecan you help me? ( Salam..Mənim adım Nazlıdır və ingiliscə danışa bilmirəm…Mən yeni şagirdəm...Zəhmət olmasa mənə kömək edə bilərsiz? ) 
Xanım: -Just a minute please ( bir dəqiqə zəhmət olmasa…) deyərək telefonun dəstəyini əlinə götürüb , 1 nömrə yığır və nə isə başa salır…
Nazlı ürəyində öz-özünə: -Ayyy necə baxııır yəqin deyir necə danışa bilmir ki, bülbül kimi ötdü bunları…Yazıq nə bilsin ee tələffüzümün məktəb illərindən yaxşı olduğunu)))off yaxşı ki öyrənmişdim bunları ən azından belə köməyi oldu…
Xanım telefon danışığını sonlandırıb Nazlıya baxaraq: -Take a seat please. Your teacher will be here soon and she will help you. (Əyləşin zəhmət olmasa…Müəlliməniz tezliklə burda olacaq və sizə kömək edəcək)
Nazlı: -Okay…Thank you.. ( Yaxşı…Çox sağ olun)

Ardı var...


Şərhlər:
Baxılıb: 2450
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz