Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətim bağışlanacaqmı? (1-ci bölüm)
Xəyanətim bağışlanacaqmı? (1-ci bölüm)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3220
Səs ver:
 
Nazlı....Daha 14 yaşı vardı...Nənəsi,2 qardaşları və anası ilə yaşayardı. 9-cu sinifə daha təzə başlamışdı....
Atası Mehdi, Ingiltərədə həm işləyir həm də tək yaşayırdı. Mehdi evin tək uşağı idi. Hələ uşaq ikən atası və anası ayrıldıqları üçün Mehdi anası ilə birgə qalardı. Məktəbə və futbola gedər, bəzən də anasına ev işlərində kömək edib, yemək bişirməyi də öyrənərdi.
Mehdi ilk öncə oğullarını yanına gətizdirməyə çalışsa da 18 yaşlarını keçdikləri üçün alınmamışdı. Bu yaş dövründə artıq məlum idi ki, ata himayəsinə ehtiyacları yox idi. Mehdinin yeganə ümidi, qızı Nazlını gətizdirib, onu oxutdurmaq idi. 
Artıq dekabr ayı girmiş, Mehdi Azərbaycana gəlib həm ailəsini görmüş, həm də Nazlının sənədlərini toplayıb səfirliyə göndərmişdi. Nəhayət ki, Mehdi 1 ay ərzində səfirlikdən şad xəbəri aldı.. Qızı Nazlı üçün viza açılmışdı. Evə tələsərək şad xəbəri vermək üçün səbirsizlənirdi. Budur artıq qapıdan içəri keçib Nazlını səslədi..
Mehdi: -Nazlııı balaca doşanım hardasan?
Nazlı: -Həəə papa burdayam nolub?
Mehdi: Muştuluğumu ver mənimlə Ingiltərəyə gəlirsən...
Nazlı: - Hiii nəəə?? Alındııı??? Nə vaxt gedirik? (atasını öpərək) 
Mehdi: -Hə alındı. Yanvarın 5-nə bilet alacam.. Tələsməliyik mənim tətilim də bitir...işə başlamalıyam artıq yoxsa belə getsə qovulacam.
Nazlı: -Ama papa mən həm də qorxuram ....
Mehdi: -Nədən qızım? Qorxulası heç nə yoxdu. Artıq mənimlə olacaqsan.
Nazlı: -Mən dil bilmirəm axı necə olacaq? Çox çətinlik çəkəcəm.. Həm... Həm nənə mənsiz neyniyər?
Mehdi:- Can mənim gözəl qızım bunları düşünmə sən... Dili öyrənməyə nə var ki? Hələ uşaqsan beynin tez götürər, asanlıqla öyrənərsən.
Nazlı: - Həmin uşağın beyni yoxdu axı səfehdi))).. Dünən yediyi yadında deyil heç...
Mehdi:-Qız danışdı da guya...Bəsdi gic-gic danişma öyrənərsən!!...Nənənə gəldikdə isə narahat olma o səni başa düşər.. Həmişəlik getmirsən ki.. Qardaşlarında alınmadı sənin bəxtin gətirdi..Həm vizanı həmişəlik açıblar.
Nazlı: -Sevindim(((.
Ayın 5-nə artıq sayılı günlər qalmışdı. Nazlı yavaş-yavaş bütün qohumları ile sağollaşırdı. Nəhayət ayın 5-i son dəfə yeganə dostu, Günayı görmək istedi...Günay ağ bənizli, qısa saçlı, qəhvəyi gözlü, 1.67 boylarında gözəl bir qız idi... Onlar 1-ci sinifdən birgə oxumuş, 8-ci sinifdən isə daha yaxın dost, hətta bacı kimi olmuşdular.
Günay Nazlı adından sevinsə də, əslində o da onun gedişinə üzülənlərdən biri idi.. Axı onun da Nazlıdan başqa heç bir dostu, yaxını yox idi... Tək yaxınları, anası və Nazlı idi...
Nazlı həyətin darvazasını döyərək: 
Nazlı: -Günaaay mənəm aç qapını!!
Günay:-Azzar darvazanı qırmağından bildim elə sənsən..Vəhşisən ay qız? Qapını sındırdın ki... Gördüyüm qədəri ilə yaman həvəsli imişsən getməyə... Sən də qoy get məni...Bəs mən indi kimə hər şeyimi danişacam hə? 
Nazlı: -Can bacı qurban nəfəs al bir.. Nolub həmişəlik getmirəm ki.. Getməyim heç nəyi dəyişdirmir ifritəm...Yenə zəngləşib, danışıb güləciyik. Tək fərq, hər gün sənin o üzünü görmicəm.))))
Günay: -Aaa utanmaza bax...Hələ bir gözümə baxaraq da deyir eee az öldün sən evə sağ-salamat çatmayassan bura gəəəl.
Nazlı qaçaraq Samirə (Günayin anası) xalanın yanına getmək istəyirdi ki bu an Samirə qapını açaraq:
Samirə: - Yenə nolub səsiviz götürüb aləmi?!
Nazlı: -Samirə xala qızıvızın gözü dönüb öldürəcəy məni.
Samirə: -Qələt eliyir Günay.. Gəl keç içəri qızım...
Nazlı: -Çox sağ ol Samirə xala...Günay bax gör də qonaq belə qarşılanar ee döyüb söyerek yox!
Günay: -Azzz!!!...
Nazlı məsum qızcığaz kimi Samirənin qolları arasına girib qucaqlayaraq: -Özünüz necəsiz e Samirə xala?
Günay gözlərini qıyaraq: -Nç nç tülküdü ee əsl tülkü..Afirist!
Samirə: -Necə olacam ay qızım? 1 qızım var elə bil qız deyil oğlandı… Elini ağdan qaraya vurmur.. Bu azmış kimi evdə sağ salamat qab qalmıyıb.. Əlləri bişib elə bil.. Bayaq birini yenə əlindən salıb sındırdı...Onu yığışdırırdım elə. Eh oğlan uşağı olsaydı ondan fərliydi...
Nazlı: - Can ay Samirə xala nələr çəkirsiz e bunun əlindən... Qiz olmadı ki başa bəla oldu)))))..
Günay: -Hə yaxşı da mən yavaş-yavaş gedim.. Artığam burda...Siz də danışın arxamca nə qədər istəyirsiz...
Samirə: -Gəl bura ay dəli qız zarafatlaşırıq da..
Belə-belə artıq 2 saat da ötmüşdü...Nazlıayağa qalxaraq:
Nazlı: -Daha mən gedim.. 1-2 əşyalarım qalıb onları da yığım çıxacıyıq.
Samirə: -Yaxşı qızım...sənə yaxşı yol...Özünü qoru…Sağ salamat get, sağ salamat gəl.
Nazlı: -Çox sağ ol Samirə xala onsuz tez-tez zəng edəcəm danışarıq..Sağ olun.
Samirə: (öpərək) -ALLAHA əmanət ol Nazlı balam...
Günay: -Mama mən ötürərəm bir az.
Beləcə 2 dost söhbətləşərək yolun yarısına qədər çatmışdılar artıq...Nazlı Günaya baxaraq:
Nazlı: -Nəysə canım çox gəlmə… Burdan özüm gedərəm…
Günay: -Bacı?
Nazlı: -Ay can.
Günay: -Bacı məni heç vaxt unutma……..:’(
Nazlı: -Caaan ölərəm elə heç unudaram? Birdənəmsən ee mənim....

Ardı var...
 


Şərhlər:
Baxılıb: 3220
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz