Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtlik həsrəti (5-ci bölüm)
Xoşbəxtlik həsrəti (5-ci bölüm)
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2218
Səs ver:
- Ay, Allah! Nə gec oldu...

Vahid evlərinə ən yaxın xəstəxananın dəhlizində o baş bu başa səbirsiz halda gedirdi. Bir yanda körpə uşağın dayanmadan ağlaması, bir yandan anasının kinayəli sözləri onu daha da əsəbləşdirirdi.
- Vahid, nahaq yerə bura gəldik. Bax sənə deyirəm. Sən bu uşağın atası ola bilməzsən. Həm noldu 2 il ər evində olmadı, durdu ata evində hamilə də qaldı, uşaq da oldu. Bu nətər işdi. Baş açmıram.
- Ana, hər nədir, həkim indi deyəcək. İclasda imiş. Bitsin gəlib hər şeyi deyəcək.
- Daha nəyi deyəcək, bala? Heç uşağın üzünə baxmısan? Ala de- Zəminə qucağındakı 3 günlük körpəni Vahidə uzatdı.- Bir bax da! Yaxşı yaxşı bax! Gör sənə bir yeri bənziyir???
Vahid bu əl boyda körpənin onun olmasını çox istəyirdi. Bu xəstəxanaya gəlişinə də səbəb məhz o idi. Sevincin gözlərindəki o oxuya bilmədiyi acı, kədər hamsı gözünün önünə gəlirdi. Amma bir yandan da Arifənin dedikləri: "Onsuz da mənim ərim onun dərdindən ölürdü. Bu da səndən ayrıldı. Gördü ki, Tərlan mənlə evlənib, girdi aramıza. İndi deyy deyib gülürlər mətbəximdə. Sənsə hələ də "Sevincim" deyirsən. ..."
-Eh bu nə dərddir mən düşdüm ilahi? Bir çıxış yol olmalı. Kimsə durduq yerə öz yoldaşına şər atmaz ki. Arifə niyə Tərlana şər atsın? Çox güman ki, Sevinc onunla olub. Ya yalan olsa.... Offf.... Bu nədir? Həkimin iclası da bitmək bilmir ki, bilmir. Aha deyəsən gəldi...
-Salam. Doktor Hüseynov, cavablar bəllidir?
- Bəli Vahid bəy! Hal hazırda analiz dtilmiş körpənin həqiqətən sizin öz doğma balanızdır. Yəni uşağın atası sizsiz.
Həkimin sözlərindən sonra Zəminə az qaldı özündən gedə.
-Bu nə deyir? Ay, doktor! Bəlkə səhv salmısız. Hə?
- Xeyir, xanım! Heç bir yanlışlıq ola bilməz. Bu sizlərdən aldığımız qan nümünələri. Bu da onların cavabları. Uşaq 99, 9 %- Vahid bəyin qızıdır.
O gecəni yuxuya gedə bilmirdi. Bacısı Əsmərin köməkliyi ilə körpəni tezliklə rahatlayıb yatızdıra bildi. Zəminə isə uşağa yaxın durmadı. "O, hörmətsizin, əxlaqsızın qızı ondan artıq olmayacaq!"- deyirdi. Amma Vahid çıxılmaz bir vəziyyətdə idi. Boş tavana baxıb elə hey götür qoy edirdi: "Görəsən Sevinci geri gətirim? Eh... Vahid ağlını başına yığ! Sən ki, xəyanətkar bir insanla ömrünü bölüşməyəcəksən. Bəs uşaq? O ki mənim qızımdır. Sevinclə mənim. Offf.... Nə olsun ki. Ağlı olardı, Tərlanla eşqbazlıq etməzdi. İndi bütün kənd onlardan danışır. Mən hələ üstəlik gedib onu geri gərisəm, dost-düşmən içində biabır olaram. Yox! Yaxşısı budur uşağı elə özüm böyüdüm. O da Tərlandan birini peydahlayar. Getsin həyatını yaşasın. Mən qızımı böyütməyi bacararam. " Bu fikirlərdən sonra qəti qərarını verən Vahid dərin yuxuya getdi. O gecəni isə Sevinc heç yatmadı. Axı necə yatardı? Bir yandan qızdırma verən sinəsi, bir yandan bala həsrəti ilə çırpınan ürəyi, bir yandan tapdalanmış namusu, qeyrəti, bir yandan da Vahidin böhtanları...
- Ya, Rəbbim! sən özün kömək ol balama. Bu nə dərddir çəkir bu yaşında?. İlahi. Mən nə deyirəm. Yox! Yox! Şükür etməli ikən gör nələr deyirəm. Sən məni bağışla Ya Rəbbim! Sənə şükürlər olsun. Min şükür sənə İlahi! Hər bir əzabın sonu vardır. Hər xəstəliyin bir şəfası. Sənin də sınaqların vardır. Hansı ki, ondan çıxış yolu biz bəndələrin üzərindədir. Allahım! Sənə hər şey üçün min şükür!
Sevinc anasının yan otaqda səsli halda Allaha dua etdiyini eşidirdi. Əllərini açıb Allaha dua etdi. Tezliklə balasına qovuşmaq ümidi ilə duasını bitirdi. Və yuxusuz gecələrinə beləcə qədəm qoydu...
Dayısı Cavidin həmin gün uşağı Vahidə verməsinə səbəbi Dilarə sonradan güclə də olsa öyrəndi. Cavidin dediyinə görə Vahid südəmər uşağı anasız qoymaz. Mütləq arxasınca gəlib aparacaq. Amma o gündən düz 3 ay keçirdi. Nə Vahiddən bir xəbər vardı, nə də gəlib gedən. Bu üç ayı Sevinc canlı ölü kimi yaşadı. Nə kimsəylə danışar, nə də evdən çölə çıxardı. Körpəsindən ona qalan tək yadıgar qol yazısı idi. Hansı ki, uşaq doğularkən qoluna bağ vururlar. Beləcə ananı və uşağı daha rahat tapa bilirlər deyə. Bu 3 ayı yastığının altında saxladığı o kiçik bir bağ onun üçün tək təsəlli idi. Amma cansız, dilsiz, ruhsuz bir təsəlli. Hər gün Arifəgildən şəhərə zəng edirdi. Vahidlə Zəminə evdə olanda Əsmər də danışa bilmirdi. Lakin bu 3 ayda Əsmərdən tək öyrəndiyi o olmuşdu ki, Vahid evlənib. Tamamilə təsadüfən rayonlardan birinə qonaq gedib. Orda yaşayan bir qızla evlənib. İndi o yad qız Sevincin qızına "analıq" edir. O gün Sevinc sanki ən hündür binadan yerə zərbə ilə dəymişdi. "Mən ki, ölməmişəm. Balamın anası mən ola-ola başqa biri niyə "analıq" etsin ona? " Əsmər hər fürsət düşdükcə ayda bir dəfə Sevincə körpəsi haqqında uzun uzadı məktub yazıb, poçtla göndərərdi. Sevincə məktubu isə Tərlan gətirərdi. Çünki Tərlan rayonun mərkəzində işləyirdi. Hər gün Sevinc poçta gedib gəlməsin deyə, Dilarə ondan xahiş etmişdi. Lakin Tərlan bunu bir sirr kimi Arifədən saxlamışdı. Sevinci çox sevirdi. Məktub poçta gələnə kimi Tərlan Sevincin gözünə görsənməzdi. Elə ki, məktub əlində idi, ildırım sürəti ilə Sevincgilə gedərdi. Elə darvazadan Sevincə verib gedərdi. Bu bir növ Sevincin gözlərindəki sevinci görmək arzusu idi. Onun dərdi Tərlanın dəri idi sanki. Sevincin bu 3 ayda yaşadıqları onun gözü önündən getmirdi. Hər gün Arifə də "canı yanan rəfiqə" maskası taxıb Tərlanın yanında ondan danışırdı. Vahidin evləndiyini eşidəndə Tərlan az qalırdı gedib Vahidlə dalaşsın. "Ay, əclaf! bu cür yoldaşın balan ola-ola sən hansı ağılla evlənirsən?" Tərlan Vahidin Sevincdən ayrılmasına səbəbi bilmirdi. Heç bunu Arifə də demirdi. Amma Tərlan Sevinci xoşbəxt görməsindən başqa arzusu yox idi. -Vahid, oyan da!
- Nolub yenə?
- Daha nolacaq? Mən nə vaxta kimi sənin uşağına baxacam? Mən də ana olmaq istiyirəm.
- Olarsan da. Məyər ailə quranda qəbul etdiyin şərtlərimin içində uşaq da olduğunu unutmusan?
- Yox! Amma daha demədim ki, hər gün gecə gündüz mən baxacam ona. Bir Əsmər də baxsın da.
- Yaxşı, yaxşı! Deyinmə. Sənə demişəm axı deyinən insanlardan xoşum gəlmir. Get ver uşağı Əsmərə gəl yat.
Vahid 2 aydır evli idi. Fidanı tamamilə təsadüfən görüb bəyənmişdi. Həm də evlənməli idi. Nə vaxta kimi uşağa Əsmər baxacaqdı. Gərək uşağa analıq edən olsun. Bir yandan da "hələ cavanam" deyib yenidən evlənmək eşqinə düşmüşdü. Budur iki aydır evli idi. Zəminə gəlinini tərifləyər. Əsmər isə yola getməzdi. Amma bütün bunlar müvəqqəti idi. Zamanla hər kəs uşağa da gəlinə də alışdı. Uşağın adını çox fikirləşdilər. Və nəhayət Əsmərin bəyənərək irəli sürdüyü adı hamı qəbul etdi. Adını Mələk qoydular. Əslində Əsmər bu adı özündən yox, Sevincdən öyrənmişdi. Sevincə yazdığı son məktubunda uşağa hələ də ad qoymadıqlarını demişdi. O da :" Əyər mümkün olsaydı balamın adını Mələk qoyardım"-yazmışdı. Ona görə Əsmər də "Mələk" adını istəmişdi. Hətta Fidan da başqa bir ad demişdi. Amma Əsmər onu elə yerinə otuzdurmuşdu ki, Fidan onu heç unutmadı. Zəminə də hər gün gəzintisindən qalardı. Mələyə hər kəs bağlanmışdı. Fidan da ilk 6 ay yaxşı davrandı. Amma sonra Əsmərin uşağı ona qısqanmağını hiss edib bir neçə dəfə mübahisə də etmişdi. Vahid hər dəfə Rusyaya gedəndə hər evli cütlükdən fərqli olaraq, həsrət və sevgi dolu ismarıclar deyil, narazılıq və şikayət dolu ismarıclar alırdı. Artıq o da bezmişdi: "Nə qədər olar ey. Hər dəfə bir söz, bir söhbət! Bu Əsmər də alışmadı ki, alışmadı." Əslində Əsmər Sevinci çox istədiyindən deyil, Fidanın səmimiyyətinə inanmadığından onunla yola getmirdi. Zəminə isə əksinə ona "qızım"
deyə müraciət edirdi. düşünürdü ki, hər nədir Sevincdən min dəfə gözəl və yaraşıqlıdır. Yaxında uşaqları da olar. Amma bir gün xəstələndi və yatağa düşdü. Təzyiqini heç cürə endirə bilmirdi. Əsmər gah sağa, gah sola qaçıb bir çarə axtarırdı. Amma Fidan isə ayağını ayağına qatlayıb divanda oturmuşdu. Arada bir məsləhət verirmiş kimi: "Təcili yardım çağırın. Gəlsin baxsın da."- deyirdi. Təcili tibbi yardım gələnə kimi Zəminə Fidanın rahatlığından partlamaya düşdü. Qəlbinin dərinliyində hətta Sevinclə onu müqayisə etdi. Sonra fikrini dağıtdı. Nəhayət damarından vurulan iynənin təsirindən halı normallaşdı. Fidan isə heç "necəsən?" belə demədi. Bu yadlıq, soyuqqanlılıq Zəminənin ona olan sevgisini öldürdü.
Fidan Vahidlə yaşıd olsa da onunla rastlaşana kimi ailə qurmamışdı. İstəyənlər, elçi gələnlər çox olsa da yalnız oxumağı seçmişdi. O da atasız böyümüşdü. Sevinc kimi. Amma Sevincdən fərqli olaraq Fidan oxumuşdu. Ali təhsilli diş həkimi idi. Lakin Vahid onu işləməyə qoymurdu. Həm maddi sıxıntıları olmadığından, həm də Mələyə baxsın deyə. Evliliklərinin ilk 6 ayında evdə oturmağa razı olsa da, sonra razılaşmadı. Hər Vahid gələndə mübahisələri, söz-söhbətləri olurdu. Nəhayət Vahid onun işləməsinə razılıq verdi. Fidan üçün bu ilk "uğur" idi. İşlədikcə qazancını anasına göndərirdi. "Kənd yeri olsa da, şərayiti olsun!" -deyirdi. Onsuz da Vahidin onun puluna ehtiyacı yox idi. O Rusiyadakı xanımından ayrılmışdı. Buna baxmayaraq orda işləməyə davam edirdi. Hər ayın 20 gününü Rusyada yaşayırdı. Qalan on günün isə Fidanla ailəsi ilə keçirirdi. Nadejdadan ayrılmasını Fidan tələb etmişdi. Həm də sadəcə qızlarını görmək üçün Rusiyada olanda həftədə iki dəfə gedərdi. Özü də onlarsız çox darıxırdı. Amma bir dəfə də olsun Sevincin Mələkdən ayrı qaldığı günlərdə nə halda olduğunu, nələr yaşadığını düşünmədi. Artıq bir ildən çox keçmişdi ki, Sevinc Mələyini görmürdü. Onun qol bağını hər gün qoxulayıb sinəsinə sıxardı. Arifə ilə də çox danışmazdı. Hər şeyin günahkarı kimi baxardı ona. Sadəcə anasının xahişi ilə susurdu. Ona qarşı kobudluq etmirdi. Qızının adını "Mələk" qoyduqlarını öyrənəndə çox sevinmişdi. Amma bu gün onun bir yaşı olacaqdı. Körpə balasının bu günə kimi nələr yaşadığını necə böyüdüyün görmədən. Hər ay Əsmərin yazdığı məktublardakı sətrlərdən gözündə çanlandırırdı. əsmər söz vermişdi ki, ad günündə Sevinc üçün Mələyin şəklini çəkib göndərəcək. Əsmər Sevincin sədaqətinə inanırdı. Özü də bilmirdi niyə. Amma bilirdi ki hər ana balası üçün canından belə keçməyə hazırdı. əyər Vahid 3 ay içində evlənməsəydi, özü gedib Sevinci evə geri gətirəcəkdi. Mələyin ad günündə Hər kəs körpənin başına toplaşıb təbrik edirdilər ki, Fidan kənarda odlanırdı. Onun da uşağı olsun istiyirdi. Mələyin hər güləndə yanağının batmağı, şip şirin gülüşü, ana həsrəti ilə parlayan körpə gözləri Əsmərin qəlbini sızladırdı. Kimsə onun gördüklərini görmürdü.
Budur Sevinc həyəcanla darvaza qapısı qarşısında o baş-bu başa gedirdi.
-Ay bala gəl gir içəri. Bu şaxtada sən orda neyniyirsən?
- Ana, təkid etmə. Əsmərdən məktub gözləyirəm. Bilirəm ki, ondan məktub gələcək. Son məktubunda yazmışdı ki, ad gününün səhərsi sənə məktubla Mələyin şəklini də göndərəcəm. Balamın şəklini görmək üçün ən şaxta havada belə donmağa razıyam. Sən keç içəri. Məndən narahat olma.
- Nə deyirəm bala. İndilərdə Tərlan işdən gələsidi. Gəlib verər.
Dilarə qızının acısını başa düşürdü. Onun nələr çəkdiyini bu bir ildə çox görmüşdü. Amma hər məktub alacağı günü elə səbrsizlənirdi, elə həyəcanlanırdı ki, sanki ölü birinə yenidən can verilirdi. Sevinc Mələyin ad günündən hesab edirdi. Bilirdi ki Əsmər ad günün səhərsi məktubla şəkili göndərəcək. Ona görə həmin günün üzərinə 3 gün də əlavə etmişdi. Bilirdi ki, məktub o poçtdan bu poçta üç gün içində gələcək. Həm də arada gecikmə olurdu. Amma bu dəfə o gecikmənin olmayacağına sonsuz ümidi vardı. Budur addım səsləri eşidildi. Qarın üzərindəki o addım səslərinin Tərlana aid olmasını bütün qəlbi ilə arzuladı. Darvaza iki dəfə ara vermədən döyüldü. Budur Tərlandır. On un döyüşüdür. Tez qapını açdı:
- Tərlan, salam!
-Salam Sevinc. necəsən?
- Həyəcanla məktubumu gözləyirəm. De görüm almısan məktubu?
-Hə, budur! - Əlindəki əlcəyi çıxardıb, kurtkasının cibindən bir konvert çıxartdı.
-Əzilməyib?
-Yox! Yox! Sən demişdin ki, Mələyin şəkli olacaq içində. Ona görə əzmədim. - Bu sözləri dedikcə, Sevincin gözlərinə baxırdı. İlahi! Göz bəbəkləri iki mirvari tək necə də parlayırdı. "Kaş bir dəfə ona "Səni sevirəm" deyə biləydim. Kaş! Necə də çətindir. Allahım, sən özün qoru Sevincimi. Onun xoşbəxtliyi üçün əbədi daşa çevrilməyə razıyam. Təki onu xoşbəxt görüm. Vahid sənə layiq deyildi. Mən də Arifəyə."
- Çox sağ ol Tərlan. Sən hər dəfə məni o qədər sevindirirsən ki, sevincdən sənə sağol belə deyə bilmirəm. dayan açım balamın şəklinə baxım. Sən də baxarsan. Getmə! Gəl evə.
- Tərlan, ilk dəfə idi ki, Sevincin onu evə dəvət etdiyini eşitdi. Ona görə bir an belə tərəddüd etmədən razılaşdı.
O gün Tərlan çox gec gəlirdi. Evdə tək olan Arifə qışın soyuğundan sobanın bir yanında isinirdi. Bu günə kimi Sevincin balasından ayrı çəkdiklərini görüb tutduğu işdən peşman olmuşdu. Geriyə də yol yox idi. Axı Vahid evli idi. Geriyə dönüş yox idi. tərlanın Sevincə olan sevgisi isə bitmək bilmirdi. "Bu necə məhəbbətdir, İlahi?" Hər şey edirdi ki, Tərlan onu düşünməsin. Amma nə fayda. İnsan ki, mənəvi olaraq sənin deyilsə, ruhu, qəlbi sənin deyilsə, cismi də də buz kimi olur. Uşaqları isə heç olmayacaqdı. Tərlanı ailəyə bağlayacaq tək vasitə uşaq ola bilərdi. Amma Tərlan sonsuz idi. Uşaq olmayacaqdı. Arada fikirlərdən ayılıb Tərlanın gecikməsindən nigaran qalırdı. "Bu niyə gec gəlir görəsən?"
- Ana! Ana, gəl baxaq.
- Nolub, bala?
- Gəl Tərlan. Keç içəri. Ana, Mələyimin şəklini görəcəm. İstiyirəm ki, siz də görəsiz. Ayağını soyunub evə keçən Tərlan bir qədər sıxılsa da Sevincin bu həyəcanlı anlarını gözündən yayındırmağa qorxurdu. Budur konverti asta-asta açırdı. Əlini içinə salıb ilk olaraq şəkili götürdü. Gözlərini yumub, dərindən nəfəs aldı. Yavaş-yavaş gözlərini açıb şəkilə baxdı. Bu an son bir ildə Sevincin həyatındakı ən xoşbəxti idi. Tərlan Sevincin bu addım-addım etiyi hər bir hərəkəti izlədikcə qəlbi alışırdı. Hələ şəkilə ilk baxanda necə də parıldadı gözləri. Yanağına iki damla yaş süzüldü. Çox təsir etmişdi Tərlana. Sevinc bütün bu acıları yaşamamalı idi. O bunlara layiq deyildi.
- Mənim şip-şirin Mələyim! Ana, Tərlan siz də baxın.
-Elədir qızım. Həqiqətən nəvəm gözəldir. Allah bəxtini gözəl yazsın. Amin.
- Tərlan, çəkinmə. Sən də bax.
- Çox gözəl uşaqdır. Sevinc sənə çox oxşatdım. Allah saxlasın.
- Çox sağol Tərlan. Allah sənə də bir övlad qismət etsin.
Bu sözlər Tərlana çox təsir etdi. Onun uşağı olmayacqdı.
- Yaxşı, mən gedim. Arifə nigaran qalıb yəqin.
-Çox sağ ol bala. Sən ki, hər ay mənim qızımı belə sevindiririsən. Qoy Allah da səni sevindirsin.
-Çox sağ olun, Dilarə xala. Gecəniz xeyrə qalsın!
Ayağını geyinib, darvazadan çıxmışdı ki, Arifəni qarşısında gördü. Onun gözlərindəki kin, qəzəb bir an içində Tərlanı "deşib" keçdi.
-Sən bu vaxtı burda neyniyirsən? Tərlan səninləyəm. Mən neçə saatdır sənin yolunu gözləyirəm. Sənsə Sevincgildən çıxırsan?
Tərlan heç bir söz demədən evlərinə doğru addımladı. Arifə qəzəbindən ürəyində "Sən ki, belə etdin? Yaxşı gör indi mən sizin başınıza nə oyun açacam!" dedi...

YAZAR: XƏYALƏ MURAD


Şərhlər:
Baxılıb: 2218
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz