Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxtlik həsrəti (1-ci bölüm)
Xoşbəxtlik həsrəti (1-ci bölüm)
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2492
Səs ver:
--Musa, qardaş! Təbrik edirəm. Gözəl-göyçək bir qızın doğuldu...
Bu xəbəri artıq beş il idi ki gözləyirdi. Xanımı Dilarə ilə hər gün Allaha dua edərdilər. Ondan təkcə övlad arzulayardılar. Budur artıq ata olmuşdu. İnana bilmirdi qulaqlarına. Diz üstə oturub əllərini göyə qaldırdı :
-- Sənə min şükür Ya Rəbbim! Arzularımızı dualarımızı eşitdin... Sənə şükürlər olsun...
Allaha şükr edən bir insana tamaşa etmək hər insana nəsib olmasa da, Cəmilə həkimə bu gün qismət olmuşdu. Musanın qızının doğulduğunu eşidib göz yaşları içində Allaha şükrlər etməsinə özü də qəlbən sevindi.
--Cəmilə xanım, bəs Dilarə necədir? Yaxşıdırmı?
--Əlbəttə, o da qızınız da lap yaxşıdır. Hər ikisi sağlamdırlar. Heç narahat olmayın. Yaxşısı budur deyin görüm qızınızın adını nə qoyacaqsız?
--Sevinc!
-- Cox gözəl addır. Adıyla böyüsün İnşallah...
Cəmilə həkimin razılığı ilə hər ikisi Dilarəni və yeni doğulmuş uşağı görmək üçün evə girdilər...
Bütün bu illər Mahmudovlar ailəsinin xatirəsində çox xoş keçdi. Musa işləyir, Dilarə evdar qadın kimi evi dolandırır Sevinci tərbiyə edirdi. Kəndin ən hörmətli sakinlərindən biri idi Musa. Yaşından aslı olmayaraq hər kəsi mehribanlıqla qarşılayar, mehribanlıqla yola salardı. Dilarə də səmimi, gülərüz xanım-xatın bir qadın idi. Musa ilə uzaqdan uzağa sevmişlər bir-birlərini. Amma Musa əsgər gedib gəldikdən sonra daha sevgisini gizlətməmiş elçisini göndərmişdi qapılarına. Bəxtindən atası da Musanı bəyəndiyi üçün vermişdi yeganə qızını ona. Çox xoşbəxt idilər. Çatışmayan isə tək övladları idi. O da Allahın qisməti ilə beş il sonra doğuldu. Musa qızının adını Sevinc qoydu. Çünki, ailəsinə sevinc bəxş etmişdi gəlişi ilə.
14 il sonra
Musa artıq həyatda yox idi. Uzun və mubarizəli xəstəlikdən sonra dünyasını dəyişdi. Dilarə onun yoxluğuna alışa bilmirdi. Hələ Sevinc yazıq qız atasından bir an belə ayrı qalmağa dözə bilmirdi, o ki qala ölümünə dözmək. Amma zamanla hər kəs alışdı. Bütün qonşular, qohumlar, alışmayan tək Dilarə və Sevinc oldu. Dilarənin qardaşı hər həftə onlara bazarlıq edib gələrdi. Əlavə də pul verərdi ki birdən nəsə lazım olsa alsın. Üstəlik də bir sözü sanki əzbər etmiş kimi hər gəlişində Dilarəyə təkrar-təkrar deyirdi- "Dilarə, mənim evdə bir sürü külfətim var 4 cü uşaq da yoldadı. Üstəlik də sən və qızın. Ona görə çalış bir az qənaət et ki, mənə də yük çox düşməsin" Bəli bu sözlərə Dilarə həmişə eyni cavab verərdi-"Əlbəttə qardaş, səni gözəl başa düşürəm".
Buna baxmayaraq Dilarə boş oturmurdu. Əlindən çox gözəl hörgü və tikiş işi gəlirdi. Səliqəsinə söz ola bilməzdi. Ona görə dərziliyə başladı. Gecə-gündüz bilmədən işləyirdi evində. Qonşuların çoxuna tanışlıq üçün nisyə etsə də yenə də əli dara düşəndə o pul əlinə gələrdi. Hər gününə şükr edərdi. Sevinc də anasına hər zaman kömək edərdi. Bağdakı bütün kişi işini Sevinc asanlıqla görürdü. elə kişi kimi böyümüşdü. dərsini də yaxşı oxuyardı. Elə imkansızlığa görə ali təhsil almaq barədə düşünmədi. Sevincin sevgisindən dəli divanə olan Tərlan həmişə kənardan ona tamaşa edərdi. Artıq 17 yaşları vardı. Və bir gün ona qəlbini açacağı günü gözləyirdi. Amma heç cürə onu tək tuta bilmirdi. Həmişə harasa gedəndə ya yanında anası vardı, ya da qonşu qızı "rəfiqəsi" Arifə. Baxmayaraq ki, Sevinc ona sevgisi üçün bir səbəb verməmişdi, amma yenə də əlində deyildi. Uşaqlıqdan Sevinclə oynadığı gizlən-qaçdan bəri sevirdi onu.
Arifə isə Tərlanın Sevincə olan gizli sevgisini hiss etmişdi. Lakin bu sevginin baş tutmamağı üçün nə lazım olsa etməyə də hazır idi. Sevinci həmişə qısqanırdı. Onun paxıllığını elə lap uşaqlıqdan çəkirdi. Hər zaman atasının, anasının sevimlisi olmuş, oyunlarda daim qalib olmağı bacarmış, məktəbdə əlaçı olmuş, hər kəsin mehriban və şirin qız kimi sevgisini qazanmış Sevincin paxıllığını edirdi. Üstəlik pəncərədən baxanda hər dəfə Tərlanın Sevincə necə baxdığının şahidi olduqca ağlına hər fikir gətirirdi. Tək istəyi, məqsədi artıq Tərlan olmuşdu. Beynində qərar vermişdi ki, nə olur-olsun Sevinc Tərlana ərə gedə bilməsin. "Sevincdən nəyim əskikdir ki, elə özüm gedərəm ona" deyərdi. Həmişə Sevincgilə üzünə "rəfiqə" maskası taxaraq gedərdi. Tərlanın onu tək tuta bilməməsi üçün əlindən gələni də edirdi. Sevinc hara getsə yanına düşərdi. Guya onu çox istəyir, evdə də oturmaqdan ürəyi partlayır. Sevinclə birgə onun anasının tikdiyi paltarları sahiblərinə verib gələrdilər.
Vaxt beləcə keçirdi. Gün gəldi Tərlan əsgər getdi. Onun əsgər getməsinə Arifə çox sevinirdi. Çünki planında Tərlanın əsgərlikdə olduğu vaxt ərzində Sevincə bir ər tapmaq vardı. Çalışırdı ki, Tərlan gələnə kimi onun "başını bağlasın" . Bunun üçün şəhərdə yaşayan əmisi qızına zəng vurdu:
"Əgər oralarda kimsə evlənməyə kənd qızı axtarsa de, biri var Sevinc. Atası rəhmətə gedib 18 yaşı var. Gözəl-göyçək qızdı. Anası dərzidi. Savab qazanarsan"
Əmisi qızı şəhərdə tibb bacısı işləyirdi. Günlərin bir günü elə təsadüfən iş yoldaşının qardaşı haqqında danışdıqlarını eşitdi:
-- Qardaşım Rusiyada işləyir. Atamın anamın tək oğludur. Istəyirik bir halal süd əmmiş qız tapaq. Ona qalsa illər keçsə də tapa bilməz. Cəmi 28 yaşı var. Atam xəstədir. Deyirik, nə qədər ki, yaşıyır oğlunun toyunu görsün. Amma öz aramızdı, hardadı indiki zəmanədə halal süd əmmiş qız? Olsa-olsa kənd yerində olar. O da tanıdığım yox, bildiyim yox...
Elə onda əmisi qızı Arifəyə zəng vurub dedi ki, bəs, təcili qızın rəsmini göndər. Arifə də böyük məharətlə Sevincin albomuna baxmaq bəhanəsi ilə şəkillərindən birini gizlincə götürdü. Poçta gedib onu bir zərfə qoydu. Çatacağı ünvana kimi qeyd edib evinə gəldi. Əmisi qızı şəkili əldə etdiyi gün elə iş yoldaşı tibb bacısına göstərdi. O da evlərinə aparıb qardaşına və atasına anasına göstərdi. Hamısı bəyəndikdən sonra xəbər etdilər ki, bəs, əmin qızına de ki, o qızın evinə elçi gedəcək bu yaxınlarda.
Arifə xəbəri eşidən kimi həm paxıllıq etdi ki :"qızdakı bəxtə bax e, bir göz qırpımında elçilər hazırdı". Bir yandan da sevindi ki, "Tərlana qismət olmayacaq. Əsgər gələnə kimi Sevinc də ərdə olar. O da məcbur qalar məni alar. Məgər məndən başqa kimi bəyənər ki, anası"... Bəli Arifə artıq Tərlanın anasının gözünə girməyi də bacarmışdı. Axı yeganə balası əsgər idi. Buna görə onlara tez-tez baş çəkir, evdə ya mağazalıq nəsə ehtiyacı olub-olmadığnı soruşardı. Hətta bir necə dəfə ev işlərində də kömək etməyə girişmişdi. Elə xəbəri eşidər eşitməz Sevincə deməyə tələsdi.
Sevinc bu vaxt bağdakı solmuş yarpaqları süpürürdü:
--Sevinc, ay qız bəxtəvərsən e, sənə şəhərdən elçilər gəlir.
-- Necə məyər, elçilər? Nə şəhər, nə elçi?
-- Əmim qızı təsadüfən iş yoldaşının qardaşı üçün kənd yerindən qız axtardığnı eşidib mənə zəng etdi. Mən də səni dedim. Onlar da elçi gəlirlər. Bəyənməsən, özün bilərsən. Amma ağlın olsun dur get.
-- Arifə sən nə deyirsən? Mənim ərə getmək fikrim yoxdu hələ. Bəs anam təkcə neyləyəcək?
-- Ay qız, guya hec ərə getməyəcəksən? Elə gülməli danışırsan ki... Deyirəm şəhərdəndir e elçilərin. Get ərə kef elə də. Nə var bu palçıqlı asfaltsız kənd yollarında nə edəcəksən? Onsuz da bir qız bir oğlanındır. Bunu bəyənməzsən getməzsən, nə məcburdur.
Əslində Arifə bütün qəlbi ilə onun ərə getməyini "Tərlana sahiblənmək yolundan çəkilməyini" istəyirdi. Beləliklə, Sevinc anasına Arifənin dediklərini dedi. Dilarə qızını çox sevirdi və əgər qızı istəməsəydi məcbur kimsəyə verməzdi. Zaman gəldi. Oğlan evi elçi gəldi. Elçiləri Sevincin dayısı qarşıladı. Oğlan anası Dilarəyə oğlunu tərifləməyə başladı: "Oğlum Vahid Rusiyada işləyir. Öz əli-öz başı. Evlənsə hər ayda bir dəfə gedəcək işlərinə baş çəkib gələcək. Ailəcanlı oğlandır. Nə içki içər, nə siqaret çəkər. Rusiyada kiçik fabrik işlədir. Yəni həmişə orda olmağına ehtiyac yoxdu. Şəraitimiz də Maşallah necə lazımdır. Beş otaq evimiz var. İkisi sənin qızının. Yaşasınlar xoşbəxt olsunlar. " Dilarə qəlbən qızının uzağa; şəhərə ərə getməsini istəmirdi. Amma qardaşı dilə gətirdi ki, qoy getsin. Sənin kimi əziyyət çəkməsin. Əslində Sevincin dayısı dolandırmalı olduğu bir insanın azalmasını istəyirdi. Elə oğlan evinə ordaca "hə" də qəlbində bu sözü təkrar etdi: "Yükümün biri azaldı"
Onsuz da Vahidin ailəsi imkanlı idilər və Sevincin ailəsindən cehiz olaraq heç nə istəmədilər. Beləliklə bir ayın içində nişan və toy oldu. Sevinc ata evindən Vahidin evinə onun xanımı olaraq qədəm qoydu...

YAZAR: XƏYALƏ MURAD


Şərhlər:
Baxılıb: 2492
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz