Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyim bir fahişə (7-ci bölüm)
Sevdiyim bir fahişə (7-ci bölüm)
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2097
Səs ver:
- Әn әylәncәli qismi gәlir indi...
Sәlim hazirladiqlari tortu masaya qoyub bәzәmәyә başladi.
- Mәn dә elәmәy isdiyirәm.
- Al, tut bunu ehtiyatla, baax burdan başla... Әlini әsdirmә haa...
Ayşә әlindәki krem dolu salafani torta yaxinlaşdirdi. Sәlim Ayşәnin әlini hәrәkәt etdirәrәk:
- Öyrәnәcәksәn sәn dә. Mәn hәr hәftә sonu tort hazirlayiram. Leylayla mәtbәxi döyüş meydanina çevirirdik.
Ayşә Sәlimin nәfәsini üzündә hiss edib hәyәcanlandi. Sәlim bunu anlayaraq daha da sixdi Ayşәnin әlini...
- Mmәn bacarmadim, özün... özün elә.
Sәlim gülümsәyib özü davam etdi. Şirin xәmirdәn kәsilmiş rәngli ürәklәri tortun üstünә düzdü. Üzәrinә qirmizi rәngli kremlә "Love Me" yazdi. Ayşә torta baxib barmağini kremә vurub ağzina apardi. Gözlәrini yumub çiyәlәk dadindan zövq aldi. Onun bu hali Sәlimin gözündә qaşmadi. Ayşә gözlәrini açib Sәlimin ona zillәnmiş gözlәrini gördükdә utandi.
- Şşşey çox dadlidi... Çox şirin görünür...
- Sәn dә...
- Nә?
- Heç. Afәrin bizә...
- Әn çox sәnә...
- Kәsmәyә hazirsan?
- Haziraammm...
Sәlim gülәrәk biçaği Ayşәnin әlinә verdi. Özü dә Ayşәnin әlindәn tutaraq tortu dilimlәdi. Sanki qәsdәn Ayşәyә yaxin olmaq üçün şәrait yaradirdi. Tortu dilimlәdikdәn sonra Sәlim anidәn barmaği ilә kremdәn alib Ayşәnin burnuna toxundurdu. Ayşә әvvәlcә әsәblәşsәdә buna gülümsәmә ilә qarşiliq verdi. İlk dәfә onu gülәrkәn görürdü Sәlim.
- Yaraşdi aaa...
- İndi tәmizlә. Ya... ya da mәn özüm...
Sәlim salfetlә Ayşәnin burnunu tәmizlәdi. İricә açilmiş o gözlәrdә itdiyini hiss edirdi. İlk dәfә idi, bu qәdәr hәyәcanlanirdi bir qizin gözlәrinә baxarkәn.
- Üzümdә bir şey qalib?
Sәlim hisslәrinә mәğlub olub daha da yaxinlaşdi Ayşәyә. Birdәn telefonunun çaldiğini eşidib cәld geri çәkildi.
- Alo...
İçәridәyik, ay qiz qişqirma. Açiram, açiram.
Sәlim qaçib qapini açdi. Leyla tәlaşla:
- Niyә bağlamisan burani? Ayşә hani?
- Gәl, mәtbәxdәdi.
Leyla qaçaraq mәtbәxә girdi. Ayşәni masanin başina gördü. Tam ağzini açacaqkәn yanindaki tortu gördü.
- Gördüyün kimi Ayşә yaxşidi. Tam da biçaqlamağa çalişarkәn gәldin çixdin.
- Yox, mәn qapini...
- Nәysә... Ayşә, get isdiyirsәn. Mәn otağimdayam bugün açmayacam kafeni.
Cavab gözlәmәdәn çixdi mәtbәxdәn. Ayşә onun bu soyuqluğuna çox tәәccüblәndi.
- Ayyy әn sevdiyim tort.
Leyla 1 dilim tort götürüb әlindәcә yemәyә başladi.
Ayşәninsә fikri isә Sәlimdә qalmişdi. "Nә oldu da belә dәyişdi birdәn"
Sәlim otağina gedib özünü yatağina atdi. Özünü Ayşәdәn uzaqlaşdira bilmәyәcәyi üçün әsәblәşirdi. Özünü günahkar hiss edirdi.
Nәhayәt bir gün daha keçmişdi. Ayşә hәr zamankindәn daha hәvәslә bәzәnmişdi bugün. Leylayla aldiqlari açiq yaşil rәngli donunu geyinib, saçlarini topladi. Azaciq makyajla gözәlliyinә gözәllik qatdi. Ağ babetlәrini geyinib vә ağ kiçik çantasini götürüb, otaqdan çixdi.
- Vauu Ayşә, çox gözәәl görünürsәn...
- Doğurdan?
- Bu qәdәr bәzәnmәk üçün bir sәbәb?
Ayşә tutularaq:
- Yyox, sadәcә tәzә paltarlari yoxlamaq isdәdim.
- Lap yaxşi. Bugün özün gedәcәksәn.
- Necәә?
- Avtobusla. Artiq öyrәşmәlisәn sabah mәn olmaya bilәrәm.
- Mәn qorxuram.
- Dayanacaqdan ** nömrәli avtobus düz kafenin yaninda saxlayir. Al, bu pulun.
- Bu çoxdu axi.
- Lazimin olar. Ürәkli oll...
Ayşә hәyәcanla dayanacaqdan keçәn avtobuslarin nömrәsinә baxirdi. Gözlәdiyi avtobusun gәldiyini görüb daha da hәyәcanlandi. Avtobusda adam çox olduğundan Ayşә daha da sixildi. Hәr kәsin ona baxdiğini zәnn edirdi. Tez-tez yola baxir, taniş küçәlәr axtarirdi. Nәhayәt çatdiğini görüb düşdü. Kafeyә yavaşca girib heç kimin olmadiğini gördü. Mәtbәxә keçib çantasini çixardi. "Love me" yazili önlüyünü taxdi.
- Sabahin xeyir.
- Sәnin dә...
Ayşә qapinin sәsini eşidib:
- Müştәri... Mәn baxaram.
Mәtbәxdәn çixib dayandi. Taniş idi bu şәxs ona. Daha da yaxinlaşdiqca bu gәncin avtobusda gördüyünü xatirladi.
- Buyurun...
Oğlan heçnә demәdәn Ayşәyә baxib gülümsәdi.
- Nә istәmişdiz?
- Mәni xatirladin?
- Yox
Gәnc açdiği cavabdan tutulsa da davam elәdi:
- Bu mәnim nömrәm, bәlkә...
Bu zaman kafeyә gәlәnlәrin sayi da artirdi.
- Bir şey isdәmirsizsә mәnim işim var.
Ayşә gәncin әlindәki kağizi almadan uzaqlaşmaq istәyirdiki, oğlan onun bilәyindәn tutaraq dayandirdi. Ayşә qorxaq baxişlarla oğlana baxdi.
- Nә baş verir burda?
Ayşə Sәlimә baxaraq sanki kömәk istәyirdi.
- Sәn burnunu soxma işinnәn mәşğul ol!
Sәlim әsәbdәn dәliyә dönәrәk oğlanin yaxasindan tutub yerә çirpib yumruqlağa başladi. Ayşә qorxaraq geri çәkildi. Müştәrilәr onlari ayirmağa çalişsa da Sәlimin dayanmaq kimi niyyәti yox idi. Nәhayәt oğlan Sәlimin әlindәn qurtulub qaçdi. Sәlim isә әsәblә otağina getdi. Ayşә müştәrilәrlә maraqlandiqdan sonra Sәlimin yanina getmәk qәrarina gәldi. Qapini tiqqilladaraq:
- olar?
Az keçmәdәn qapi açildi. Sәlim qaşlarini düyünlәmiş Ayşәyә baxirdi.
- Yaxşisan?
- Deyilәm!
Ayşә ürkәk baxişlarini yerә dikәrәk:
- Mәn üzr isdiyirәm. Ama kaşki vurmazdin.
Sәlim yüksәk sәslә:
- Vurmazdim, hәә? Deyәsәn razi idin vәziyyәtdәn! Mane oldum sizә?!
Ayşәnin gözlәrinin dolduğunu görәn Sәlim peşman oldu.
- Ayşә, mәn...
Ayşә dinlәmәdәn qaçaraq uzaqlaşdi...

Yazar: Sevinc


Şərhlər:
Baxılıb: 2097
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz