Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyim bir fahişə (2-ci bölüm)
Sevdiyim bir fahişə (2-ci bölüm)
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3588
Səs ver:
- Ayşә, 2 hәftә sonra Vüsal gәlәcәk, xәbәrin var? Deyә Ayşәnin anasi soruşdu.

- Vüsal kimdi?
- Muradin әsgәr yoldaşi. Şәhәrdәn...
- Hәәә bildim, yәqin toya gәlir.
- Yaninda da qiznan gәlәcәkmiş.
- Evlәnib?
- Nişanlanib, xalan dedi.
- Murad mәnә niyә demәdi bәs?
Füruzә xanim qaşlarini çataraq:
- Nә vaxt danişmisiz?
- Bayaq... Ayşә dodağini dişlәyәrәk:
- Şeyy...
- Adiva söz çixardacaqsan- deyә anasi sәsini nisbәtәn yüksәltdi.
- Pis şey elәmәdim, ana..
- Camaat nә deyәr sonra?
- Bizi camaat idarә edirki? Hәm bax Vüsala nişanlisiyla...
Füruzә xanim Ayşәnin sözünü kәsәrәk:
-Biz onlar deyilik,Ayşә!
Ayşә ağlayaraq otağina qaçdi. Füruzә xanim isә heçnә olmamiş kimi işlәrinә davam etdi. Artiq bәlәd idi qizinin bu sulugözlüyünә. Sәsini azca qaldirdinmi, azca hәyәcanlandimi ağlamaya başlayar. Buna görә dә Ayşәylә danişarkәn ehtiyyat edәrlәrlәr.
-2 həftə qabaq..
-Kəndi gəzdirəcəm onlara. Istirahətə gəlirlər.
-Sən gəzdirəcən?
-İkimiz. Deyib Ayşənin yanağını öpdü.
- Nişanlısı niyə gəlir?
- Offf Ayşə burda təəccüblü nə var axı..
-Biz də nişanlıyıq da istədiyimizi eliyək onda?
- Ayşə, burax bu dar düşüncələri. Murad bezgin şəkildə təpədə uzanaraq əllərini başının arxasına qoydu. Ayşə də yanına oturaraq:
- Nə bilim. Şəhərdə yəqin ayrı cür olur.
Murad Ayşənin bu sözünə gülümsəsə də heç nə demədi.
Muradgilin ailəsi qonaqlarının gəlişinə can-fəşanlıqla hazırlaşmışdılar. Vüsal Muradın ən yaxın dostu idi. Kəndə gəlişi ilk dəfə deyildi. Budur ağ jep Muradgilin qapısında idi.
-Ana, mən gedirəm xalagilə...
-Mənnən salam deyərsən. Gələndə də...
Ayşə anasının sözünü kəsərək:
- Gec gələcəm haaa...
- Axşam Murad gətirəndə xalana de zeytun yağını göndərsin.
Ayşə Muradgilə tələsirdi. Əslində ən çox Vüsalın nişanlısı onu maraqlandırırdı. Şәhәrdә böyümüş bir qizla taniş olacaqdi.
Muradgil artıq yemək süfrəsinə oturmuşdu ki, Ayşə də gəldi.
Murad Ayşəni Vusalgil ilə tanış etdi.
"Necә dә gözәldi. Әynindәkilәrә bax hәlә... Çox gözәldi."- Ayşә düşüncәlәrә dalmişdi.
Hәr kәs süfrә әtrafinda şirin-şirin söhbәt edirdi.
- Allah qoysa sәnin toyuna haçan gәlirik?
Murad gülümsәyәrәk soruşdu.
Leyla Vüsali qabaqlayaraq:
- Biz hәlә düşünmürük.
Vüsal: Leyla hәlә düşünmür.
Muradin anasi Zümrüd xanim da söhbәtә qarişaraq:
-A bala, ta nәyi gözdüyürsüz?
Leyla gülümsәyәrәk: İşlәrdәn heç vaxtimiz olmur. 1 ayliq Vüsala görә mәzuniyyәtә çixmişam. Gәlәn ilә düşünürük İnşAllah.
Zümrüd xanim naraziliqla:
- İş zad hamsi boş şeydi. Әn әsas ailә qurmaqdi. Ta yaşiviz da keçir.
"Çox şanslidi. Amma yox, xalam düz deyir ailә, uşaq әsasdi."-deyә Ayşә içindә düşünәrkәn Leylanin ona sәslәndiyini eşitdi.
- Ayşә, sәn nә işlә mәşğulsan?
Ayşә Murada baxdi. Murad gülümsәyәrәk cavab gözlәyirdi.
- Mәn heçç...
Zümrüd xanim zarafatla:
- Ayşә kәnd qizidi. Gәlinimdi deyә demirәm...
Murad anasinin sözünü kәsәrәk:
- Bacisi qizidi deyә deyir...
Süfrәdәn gülüş sәslәri eşidilir.
- Sәnnәn adam olmuyacaq. Mәn bacarmadim, Ayşә qizim sәni adam eliyәr.
Artiq hava qaralirdi, Ayşәnin dә getmәk vaxti idi.
- Ayşә, gәl sәni ötürüm.
- Hara gedirsinizki?- Leyla Ayşәdәn soruşdu.
Murad müdaxilә edәrәk:
- Ayşә evә getmәlidi.
- Eviniz cox uzaqdi?
- Yooox yuxari başda...- Murad cavab verdi.
Leyla Vüsala baxaraq:
- Vüsal, nolar, biz dә gedәk dәә...
Ayşә hirslәnәrәk- "imkan vermә, nişanlimin üzünü görüm! Heç bәlkә aparmiriq sәni?!"- deyә düşündü.
Vüsal razilaşaraq:
- Olar, olar.
- Problem olmazki, sizә?- deyә - soruşdu Leyla Ayşәyә baxaraq.
- No problem- Murad gülәrәk cavab verdi.
Gәnclәr qaranliq gecәdә addimlayaraq söhbәt edirdilәr vә tәbii ki, Ayşә söhbәtә qatilmirdi.
- Murad, Әli dayinin çayxanasi işdiyir hәlә?
- Yadinda qalib? Hәә işdiyir, niyә işdәmir. İsdiyirsәn gedәk?
- Leylani evә qoyaq, gedәk.
Leyla Vüsalin qoluna girәrәk:
- Mәn darixacam axiii... bәlkә Ayşәgilә gedim, hәә? Sәhәr dә bir yerdә gәzmәyә gedәrik. Hәm darixmaram.
Ayşә yenә әsәblәşәrәk: " Hәlә gör Ayşә isdiyirmi gәlәsәn? Nә qәribә qizdi ee..."
- Ayşә razidirsa niyә dә olmasin?
- Әlbәttә razi olar, Ayşә dә darixmaz.
Ayşə Leylanı ailəsi ilə tanış elədi. Hamsı çox sevmişdi Leylanı. Leyla Ayşəyə: Ayşə, niyə belə qaşqabaqlısan?
Ayşə bunu gözləmirdi. Əslində Ayşə Leylanı sevmişdi. Amma onun dünyasında onlar başqa - başqa insanlar idi.
-Ayşəəə..
-Hə? Mən? Yoox deyiləm elə. Şey...Leyla, şəhər necə yerdi?
-Heç olmamısan orda?
-Olmuşam uşaq olanda...
-Əslində qeyri-adi yer deyil. Sadəcə nə bilim.. Bura daha yaxşıdı.
- Doğurdan?
- Həqqi sözümdü. Bura yaxşıdı. Ama sizində adətləriniz olmuya.
-Necəki?
-Sənin yaşında qız hələ dərs oxumalı, universitetə hazırlaşmalıdı. Bax mənə, 25 yaşım var. Vəkiləm , işləyirəm. Öz ayaqlarım üzərində dayanıram. Heç kimdən asilı olmadan. Amma burda sən ərə gedəcəksən. Əslində sən şanslısan. Sevdiyinlə xoşbəxt olacaqsan, Inşallah. Amma kəndlərdə bir çox qızlar sənin qədər şanslı deyillər.
-Mən xoşbəxt olacam. Deyib gülümsədi Ayşə.
Leyla da gülümsəməsi ilə qarşılıq verdi Ayşəyə.
- Heç vaxt özünü әzdirmә, imkan vermә qәrar versinlәr sәnin yerinә.
Beləcə səhərə qədər qızlar söhbət etmiş və bir yerdə yatmışdılar.
Pәncәrәdәn evә düşәn günәş şüalari Leylani oyatmişdi. Ayşәni yaninda görmәyәrәk divardan asilmiş qara çәrçivәlı, qirmizi güllәrlә bәzәdilmiş saata baxdi. Saat 8 idi. Boynunu ovaraq Ayşәnin dolabina yaxinlaşdi.
Vedrəni süd ilə qismən doldurduqdan sonra digər inəyi sağmaga başladı Ayşə. Leyla gəldi ağlına. Kaş yerində ola bilsəydi onun. Savadli, oxumuş, gözəl, ağıllı.. Ama yox, o zaman Murad ne olacaqdı? "Axmaq Ayşə, bu dəqiqə Leyla oldun da qaldı Muradın."
- Ayşəəə..
Ayşə oz düşüncəsinə görə "axmaq" fikirlərindən ayrilib geri çevrildi.
Leyla Ayşənin çəhrayı olub ag xətlərlə bəzədilmiş dizdən olan qisa qol donunu geyinmişdi. Saclarini toppuz yığmış ve olduqca şirin görünürdü.
Ayşəyə yaxınlaşaraq: Etiraf edirəm məni cəlbedici və gözəl göstərən geyimlərim ve makyajimdi.
Ayşə Leylanın bu cümləsini təhlil eləməyə çalışdı: " özünün cox da gözəl olmadığını demək istədi, yoxsa, mənim geyimlərimi pislədi?"
- Ayşəə, mətbəx deyirəm!
- Hәə necə?
Ayşə düşüncələrdən ayrılaraq sual dolu baxışlarla Leylaya baxdı.
- Nə fikirləşirdin?
- Heç. Sənə yaraşır. Mənə yaraşmadığı qədər sənə yaraşır.
Leyla gülümsəyərək: ağ eləmə..
- Həqqi sözümdü. İstəsən sənin olsun. Ayşə dediyini düşündü: "axmaq Ayşə neyləsin sənin paltarını o"
- Çox sağol canım ama sənə daha çox yaraşır. Leyla qarnını tutub gülümsədi və ardi ilə: Mən acmışamee, Ayşə, mətbəx hardadı?
Artiq günorta olmuş, hava yayin və günəşin bolluca təsirindən istiləşmişdi. Bugün gәnclәr kәndin görmәli yerlәrini gәzmiş, әylәnmişdilәr.
- Leyla, mәnә işindәn danişdaa...
- İşim çox yorucudu. Ama insanlarin hüquqlarini müdafiә etmәkdәn zövq aliram. Xüsusәn dә qadinlarin. Yәqin, bilirsәn dә qadinlarin әksәriyyәtinin hüquqlari tapdalanir. Layiq olmadiqlari hәyati yaşayirlar. Mәsәlәn әri tәrәfindәn işgәncә görüb dә, sәssiz qalan qadinlar... Gör söhbәti hara gәtirdimee...
- Daniş, maraqlidi.
- Maraqli? Acinacaqlidi! Düşün, Murad sәnә әl qaldirir.
- Murad helә şey elәmәz! O mәni sevir.
- Şşş... Yavaş ol, ay qiz. Demәdim vuracaq.
- Mәn ona inaniram.
- Axx Ayşә, hәlә uşaqsan. Gәl sәn kömәk elә yataği düzәldәk. Ya da gözlә üzümü yuyum gәlim eliyәk.
Leyla işini bitirib otağa qayidarkәn sanki sehrlәnir.
" Ayy sari çәpkәn,
Özü göyçәk, sözü göyçәk hara maralisan?
Yarin bağindan..."
Әlindәki yastiği kәnara ataraq:
- Byy sәsivi çixarda...
Leyla tәәccüblә irәli gәlәrәk:
- Vayyy Ayşә nә gözәl sәsin var sәnin.
Ayşә utanaraq:
- Sәsdi dәә hamida var.
- Yox, hamida yoxdu bu sәs. Yenә oxu görüm hәlәә?
- Nç... Oxumaram...

Müəllif: Sevinc


Şərhlər:
Baxılıb: 3588
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz