Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (24-cü bölüm)
Sevmirəm (24-cü bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 3772
Səs ver:
Həyatımız bir qaçış yarışına bənzəyir. Durmadan qaçarıq finish'e-arzularımıza doğru. Lakin nə qədər qaçsaq da yarışın sonu gəlməz. Hər yeni arzu finish xəttini bizdən daha da uzaqlaşdırır. Ən dəhşətlisi bilirsiz nədir? Yorulmaq...
Aydın yorulmuşdu... Həyatdan, əlində zənn etdiyini itirməkdən, sevgisinə yaxınlaşdığını sanarkən ondan daha da uzaqlaşmaqdan...
Bir yuxu kimi gəlirdi ona...gecə yarısı gələn zəng...Nilufərin ağlayaraq dediyi sözlər...maşını dəli kimi sürüb xəstəxanaya gəlməsi. İndi isə xəstəxana dəhlizində reanimasiya şöbəsinə tərəf gedirdi. Həyatında ilk dəfə bu qədər çox qorxurdu. Qapının qarşısında Nilufərin yerə çöküb ağladığını gördü. Nə edəcəyini bilmədən divara söykənib gözlərini boşluğa dikdi. Nə edə bilərdiki? Sevdiyi qapının arxasında ölümlə mübarizə edərkən, onun əlindən gələn tək şey ümid etmək idi sadəcə. 20 dəqiqə keçməmişdiki həkim çıxdı otaqdan. Aydın həkimə yaxınlaşıb diqqətlə üzünə baxdı. Nə eşidəcəyini bilmirdi və bundan çox qorxurdu..
Həkim qarşısındaki gəncin baxışlarından anladı nə demək istədiyini. İllərlə bu baxışlar ondan xoş xəbər istəmişdi. Sonunda dərindən nəfəs alıb sözə başladı:
-Qəza çox ağır olub, amma xoşbəxtlikdənmi, ya da bədbəxtlikdənmi xanım qız əlil arabasında olduğu üçün ciddi fiziki zədə almayıb.-deyib gözlərini aşağı dikib davam etdi:
-Lakin başını zərblə harasa vurduğundan kəllə-beyin travması alıb. Beyninə qan sızma ehtimalından şübhələnirik. İndi koma vəziyyətindədi. 24 saat ərzində ya ayılacaq, ya da beyninə qan sızdığı üçün...-həkim sözünü bitirmədən "ALLAH köməyiniz olsun"-deyib getdi.
Aydın həkimin sözlərindən sonra yenə divara söykəndi. Ruhsuz bir bədən kimi idi. Ondan sonra olanlar sanki yuxu kimi gəlirdi ona. Öz anasının, Yasəmənin ailəsinin gəlməsi, təsəlli sözləri, dualar, göz yaşlar...bütün bunlar kabusun parçasıydı sanki. Saatlar keçmək bilmirdi. Əslində Aydın bilmirdi bu saatların keçməsini istəyir, ya yox. Bu saatlar Yasəmənin həyatının ən qorxunc, ya da son saatları ola bilərdi.
Gecə saat 4-də artıq dözə bilmədi Aydın. Xəstəxanadan qaçaraq çıxıb maşınına mindi. Bu olanlardan qaçmaq istəyirmiş kimi son sürət sürürdü boş küçələrdə. Artıq getdiyi küçələri tanımırdı. Heç bilmədiyi bir küçədə gözünə kiçik bir məscid sataşdı. Maşını saxlayıb bir anlıq düşündü, sonra qətiyyətlə aşağı enib məscidə tərəf addımladı. İçəri girdiyi anda ürəyinə qəribə bir hiss doldu. İlk dəfə idi bir məscidə girirdi. ALLAHa inanırdı, amma bu yaşına kimi heç dua etməmişdi. İndi də nə edəcəyini bilmədən dizləri üstə çökdü. Ürəyindən dua etmək, Yasəməni ondan almaması üçün yalvarmaq keçirdi. Amma necə edəcəyini bilmirdi. Sadəcə ürəyindən "ALLAHım yalvarıram"-deyə keçirmək gəlirdi əlindən. Artıq 1 saatdan çox idiki o vəziyyətdə idi və özü də hiss etmədən gözlərindən yaş süzülürdü. Birdən kiminsə içəri girdiyini hiss etdi. Bir qoca qarşısında sübh namazı qılmağa başladı. Namazı bitirdikdən sonra sevinclə şükr edirdi durmadan. Birdən arxaya çevrilib ona bayaqdan təəccüblə baxan Aydına baxıb gülümsəyərək dedi:
-Cavan oğlan nə olub?
Aydın təəccübdən çıxıb:
-Mən...mən dua etməyə gəlmişəm-deyib gözlərini yerə dikdi.
Qoca:
-Belə dua edilməz oğlum.
-Bəs necə? Mən nəyi düzgün etmirəm?
-Əgər dua edəcəksənsə bir düşün. Doğurdan dua etməyə dəyər? Sənin yaşındakılar çoxu pul, maşın, var-dövlət kimi fani şeylər üçün dua edir. Dua ALLAHdan nə isə xahiş etməkdi. Aləmlərin Rəbbindən elə boş şeylər istəmək düzgündü səncə?
Aydın başını qaldırıb qocanın üzünə gülümsəyərək baxıb dedi:
-Mənim var-dövlətə ehtiyacım yoxdur. Mən həyatım üçün dua edirəm.
Qoca təəssüflə başını yelləyib:
-Bağışla oğlum. Nəsə xəstəliyin var?- deyib diqqətlə Aydına baxdı.
Aydın əlini ürəyinin üstünə qoyub:
-Var dayı. Ürək xəstəliyim var. Bu gün axşam ya bir ömür xoşbəxt yaşayacam, ya da öləcəm-deyib acı-acı gülümsədi.
Qoca biraz düşünüb:
-Oğlum bəzən insan yad adama, doğmasından daha rahat dərdini danışır. Sən də danış dərdini. Dərmanı məndə olmaz bəlkə, amma bura ALLAHın evidi, Yaradan mütləq eşidər səni-deyib gülümsədi.
Aydın biraz tərəddüt etsədə, özünü toplayıb Yasəmənlə olanları danışmağa başladı. Danışdıqca Yasəməni nə qədər çox sevdiyini anlayırdı. Danışıb bitirdikdən sonra çarəsizcə qocanın üzünə baxdı.
Qoca Aydının üzünə gülümsəyərək baxıb dedi:
-Yalançısan a gedə.
Aydın təəccüblə:
-Nə? Mən nə yalan demişəm? Kimə demişəm?-dedi.
-Özünə demisən oğlum, özünə. Bu 1-2 aylıq sevgi deyil. Bu illərdir içində böyüyən bir sevgidir. Özünə illərdir "sevmirəm" deyə yalan demisən. Bir hərfin hökmünə boyun əymisən. Amma sevmisən oğlum, ölümünə sevmisən. Boşuna özünü də, o qızı da incitmisən. Amma deyimki o qız da səni sevib, çox sevib, yoxsa sənin bu axmaqlıqlarına dözməzdi. İndi isə get arvadının yanına və o gözünü açanda yanında səni görsün.
Aydın itəatkarlıqla ayağa qalxıb qapıya tərəf getdi. Birdən ayaq saxlayıb arxaya çevrilib gülümsəyərək:
-Sağ ol dayı və haqqlısan, mən onu çoxdan sevirəm.-deyib qapıdan çıxdı.
Artıq xəstəxanadaidi. Heç kəsin ətrafda olmamasına təəccüblənsə də, bundan istifadə edib reanimasiya şöbəsinə girdi. Yasəmən xəstəxana çarpayısında huşsuz vəziyyətdə yatmışdı. Qoluna serumlar taxılmış, rəngi ağarmış, qara saçları yastığın üzərinə dağılmışdı. Aydın ürək ağrısı ilə onu biraz seyr edib, yaxınlaşıb çarpayının kənarında diz çökdü. Yasəmənin əlini tutub danışmağa başladı:
-Yasəmən...Yasəmənim. Bilirsən mən çox yalançı biriyəm. Səni çox sevirəm, amma indi yox, çoxdan sevirəm. Səni sevməyə başlayanda hələ 15 yaşındaydın. Qısa saçların vardı, durmadan dalaşırdıq. O qədər inadkar idin ki... Əsəbləşən də elə şirin olurdunki... Danışığın, gülüşün, gözlərini süzdürməyin... Bəzən tutulub qalırdım səndə, bəzən elə baxırdınki mənə, nəfəs ala bilmirdim. Amma onda hələ uşaq idin, elə bilirdim gəlib-keçəcək. Sonra başım çox qarışdı, instut-filan. Sənə bir də fikir verəndə 18 yaşındaydın. Saçların uzanmışdı, gözəlləşmişdin. Elə dəyişmişdinki yaxınlaşmağa cəsarət etmirdim. İnanmırdım səni sevdiyimə. Özümü "sevmirəm" deyib aldadırdım. Səni öpdüyüm an anlamışdım nə qədər inkar etsəmdə sevdiyimi. Amma qorxdum, səni incitməkdən qorxdum. Bəlkə də sən adi qız olsaydın çoxdan etiraf edərdim sevgimi. Amma sən o qədər dəyərli idinki özümü sənə layiq bilmirdim. Sanki çəmənlərdə bitən kiçik çiçəyim idin mənim. Xırda, zərif, gözəl...əlini uzadıb dərməyə cəsarət edə bilmədiyim çiçəyim. Amma nə çəkdirdiyin əziyyətlərdən sonra anladımki sevgim səni incitməz, amma içimdə qaldıqca məni öldürəcək. Sevdiyin insan sənin evində, sənin arvadın olaraq yaşayır və sən ona nə sevgini göstərə bilirsən, nə də toxuna bilirsən. Səni az qala itirəndə başa düşdüm axmaqlığımı. Axmaq kimi illərdir gizlədirdim səndən sevgimi. Səni çox sevirəm Yasəmən. Əgər sən məni qoyub getsən, mən səndəndə inadkaram, əl çəkməyəcəm səndən. Əmin ol hara getsən ardınca gələcəm...

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 3772
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz