Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (22-ci bölüm)
Sevmirəm (22-ci bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 3351
Səs ver:
Yasəmən vecsiz gözlərlə Eldara baxırdı. Onun dediyi sözləri anlamağa çalışırdı. Birdən Nilufərlə Eldarın təəccüblü baxışlarına məhəl qoymadan gülməyə başladı. Sonunda özünə gəlib, hələ də arada gülərək dedi:
-İndi güya sən məni sevirsən?
Eldar Yasəmənin bu reaksiyasından təəccüblənmiş halda kəkələyərək dedi:
-Hə..hə. Həm...həmdə çox sevirəm...
Yasəmən birdən ciddi üz ifadəsi alıb dedi:
-Bu sevgi deyil. Sevgi belə olmaz. Sənin güya ki, məni sevdiyini hamı-mən, ailəm, sənin ailən, dostlarımız bilirdi. Bəs mənə niyə əvvəllər etiraf etmirdin? Çünki sevginin arxasında dura bilməzdin. İndi də "sən yeriyəndən sonra" deyirsən, yəni mənim yeriməyim sənə bu qədər vacibdi? Məncə sevgi sadəcə sevdiyinin nəfəsini yanında hiss edərək bir ömür yaşaya bilməkdir. Bir qüsuruma görə mənə olan "sevginin" arxasında dayanmadın əsla. Aydının məni əsla sevməyəcəyini deyirsən. O sevməsədə çəkinmədən mənimlə evləndi, sən güya sevərkən buna cəsarət etmədin. Onun gözünün həmişə başqalarında olduğunu dedin, o biraz şorgözdə olsa əsla evli qadına göz dikməzdi sənin kimi. Əgər sənin sevgin budursa mən sənin kimi bir "sevən" yerinə, Aydın kimi "sevməyən"lə evlənməyimə sevinirəm.
Yasəmən bu sözləri deyib əsəbi halda üzünü yana çevirdi. Qucağına bir dəstə qızılgül qoyulduğunu hiss edib, qabağa baxdıqda Aydının Eldarın yaxasından tutub güclü bir yumruq ilişdirdiyini gördü.
Aydın durmadan yumruqlayırdı Eldarı. Heç bir söz demədən sadəcə vururdu, əslində sözə ehtiyac yox idi, hər ikisi niyə dalaşdıqlarını bilirdi. Artıq heç bir müqavimət göstərə bilməyən Eldar, ağzı-burnu qan içində yerə yıxılmışdı. Bundan qorxan Nilufər Yasəmənə yaxınlaşıb dedi:
-Jasmin nəsə eləməliyik, öldürəcək onu.
Yasəmənidə qorxudurdu Aydının bu halı, lakin içinə dolan qəribə qürur hissiylə seyr edirdi onu. Nilufərin sözlərindən həqiqətən nəsə etməli olduğunu anlayıb bir anlıq düşündü. Ağlına gələn fikirlə gülümsəyərək Nilufərə baxıb göz vurub, sanki huşunu itirmiş kimi gözlərini yumub başını əydi.
Rəfiqəsinin planını başa düşən Nilufər gülümsəyib, süni təlaşla:
-Jasmin nə oldu sənə?!- qışqırıb onun yanına diz üstə çökdü.
Aydın Nilufərin qışqırığını eşidib, yerə yıxıb üzərinə çıxdığı Eldara sonuncu yumruğunu atıb, üzünü çevirib onlara tərəf baxdı. Yasəməni huşsuz halda görüb cəld ayağa qalxıb ona tərəf gəldi. Üzünü əllərinin arasına alıb qorxu qarışıq təlaşla:
-Yasəmən yaxşısan? Aç gözlərini-deyib onu ayıltmağa çalışırdı.
Nilufər Eldarın güclə ayağa qalxıb səndələyərək getdiyini görüb pıçıldadı:
-Getdi Jasmin.
Nilufərin bu sözündən sonra Yasəmənin gözlərini açdığını görüb nə baş verdiyini anlayan Aydın, Eldarın ardınca getmək üçün arxaya çevrilmək istəyirdiki, Yasəmən onun əlindən tutub uşaq məsumiyyəti ilə ona baxaraq dedi:
-Getmə...
Aydın Yasəmənin bu baxışlarına dözməyib, getmək istəsə də dayandı. Yasəmənin əlini tutan əlini sığallayıb pıçıldadı:
-Yaxşı... Amma birdə qarşıma çıxsa öldürəcəm onu.
Birdən bic-bic gülümsəyərək:
-Deməli mənimlə evləndiyinə sevinirsən?-deyib mənalı-mənalı baxdı
Yasəmənə.
Yasəmən bu sözdən biraz tutulub, əlini cəld çəkərək, uşaq şıltaqlığı ilə dodağını büzüb:
-Mən onu söz gəlişi dedim.-deyib gözünü süzdürdü.
Aydın gülümsəyib:
-Əlbətdə, əminəm elədir.
-Mən hər bir Azərbaycanlı qadını kimi davrandım. Həm ondan zəhləm gedir deyə, sındırmaq istədim.
Aydın yüngülcə başını yelləyib:
-Bəhanələr uydurma. Sən mənim Yasəmənim kimi davrandın. Nə qədər inkar etsəndə məni sevdiyini bilirəm-deyib bic-bic gülümsədi.
Yasəmən biraz tutulsada inadkarlığından əl çəkməyib, əsəbi şəkildə:
-Pah! Bu hardan ağlına gəlib bilmirəm. Mən səni sevmirəm! Bu boş xəyallardan əl çək!-deyib üzünü çevirdi.
Aydın Yasəmənin bu inadkarlığına ürəyində gülüb, ələrini cibinə qoyub vecsizcə çiynini çəkib:
-Məndən fərqli olaraq yalan deməyi heç bacarmırsan. Eybi yox, mən sənin bu inadını qıraram gözəlim-deyib arxasını dönüb asta addımlarla getdi. Birdən cəld arxaya çevrilib gözlədiyi kimi Yasəmənin arxasınca baxdığını görüb, gülümsəyərək göz vurub yoluna davam etdi...
Fərid parkda oturacaqda əyləşib Nilufəri gözləyirdi... Əslində hər şey Yasəmənin ad günündə Nilufərin Fəridə sərt davranması ilə başlamışdı. Hər bir oğlan kimi, Fərid də "əldə olunmazı" axtarırdı və Nilufəri o hərəkətindən tapdığını anlamışdı. Həmin gündən sonra Nilufərdən əl çəkmədi. 1 aydan çox arxasıyca süründükdən və bol-bol zərbə aldıqdan sonra Nilufəri fikrinin ciddi olduğuna inandıra bilmişdi. Amma əlaqələrini ikisidə dostlarından gizlətməyə qərar vermişdilər. Çünki Yasəmənlə Aydın tez-tez dalaşırdı və onlarda öz dostunun tərəfini saxlayırdı. İki sevgili əvəzinə, Aydınla Yasəmənin dostu kimi tərəflərini saxlamaq daha asand idi. Lakin onların bu "gizli eşqini" Yasəmənlə Aydın çoxdan anlamışdı...
Fərid uzaqdan Nilufərin gəldiyini görüb ayağa qalxıb ona tərəf getdi. Əlini tutub gülümsəyərək:
-Necəsən sevgilim?-deyib yanağından öpmək istəyirdiki Nilufər onu əliylə saxlayıb qaşlarını çataraq dedi:
-Ey, həddini bil
Fərid yazıq-yazıq ona baxıb:
-Yaxşı-deyib pıçıldadı:
-ALLAHım nəydi mənim günahım.
Nilufər onun bu sözünə gülümsəyib:
-Oğlan olaraq dünyaya gəlmən-deyib, birdən ciddiləşib əlavə etdi:
-Nəysə, biz bura o inadkarları barışdırmaq üçün gəlmişik, ALLAHa üsyan etmək üçün yox. Təcili nəsə fikirləşməliyik-deyib Fəridin əlindən tutub biraz kənardaki oturacağa tərəf çəkib apardı...
Yasəmən otaqda kitab oxuyurdu ki, birdən Nilufər içəri girib dedi:
-Jasmin Əli dayını çağır gəlib bizi aparsında bulvara.
Yasəmən başını qaldırıb sınayıcı nəzərlərlə rəfiqəsinə baxıb dedi:
-Bu hardan ağlına gəldi?
Nilufər biraz tutulub:
-Heç, ürəyim istədi. Nolar gedək Jasmin-deyib uşaq məsumiyyəti ilə Yasəmənə baxdı. Yasəmən onun bu baxışlarına dözməyib gülümsəyərək dedi:
-Yaxşı, indi zəng edərəm...
Nilufərlə Yasəmən yarım saat idiki teleqüllənin yaxınlığında dayanmışdılar. Nilufərin durmadan ətrafa baxmasından şübhələnən Yasəmən ona diqqətlə baxıb dedi:
-Nilu niyə burda tərpənmədən dayanmışıq və sən niyə özünü şübhəli aparırsan?
Nilufər Yasəmənin bu sualından çaşıb nə deyəcəyini bilmədən çiynini çəkdi. Üzünü çevirdikdə göyə qalxan 100-lərlə şarı görüb Yasəmənə baxıb sevinclə dedi:
-Jasmin ora bax, gör nə gözəldi.
Yasəmənin şarlara heyranlıqla baxmağından istifadə edib sakitcə ondan uzaqlaşdı.
Yasəmən balaca uşaq kimi sevinərək göyə qalxan qırmızı şarları seyr edirdiki, yanında birinin olduğunu hiss edib üzünü çevirdikdə əlində eyni qırmızı şar olan Aydını gördü. Onu daha çox təəccübləndirən isə şarın üzərində "Səni Sevirəm Gözəlim" yazılması idi.
Aydın Yasəmənin yazıya diqqətlə baxdığını görüb açıqlamaq istədi:
-Əslində adını yazdırmalı idim, amma arvadımın adını hər adamın bilməsini istəmədim.
Yasəmən Aydından bunu heç gözləmirdi. Elə burda onu nə qədər sevdiyini demək istədi, lakin son anda özünü saxlayıb güclə pıçıldadı:
-Çox sağ ol Aydın. Amma bu heç nəyi dəyişdirməz-deyib ağlamamaq üçün gözlərini yumdu.
Aydın qəzəblə yumruğunu sıxıb qışqırdı:
-Bəsdi! Anlamırsan.

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 3351
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz