Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (21-ci bölüm)
Sevmirəm (21-ci bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 3774
Səs ver:
Bəzən ağlımızla ürəyimiz arasında seçim etməli oluruq. Bəs hansı seçimin doğru olacağını hardan bilək? Ağlımızmı bizi xoşbəxt edir, yoxsa ürəyimiz? Nə qədər gülünc olsa da, cavab: heç biri! Əgər ağlımızı dinləsək bir ömür ürəyimizi dinləmədiyimizə peşman olacayıq, yox əgər ürəyimizin dediyini etsək bir ömür ağlımız bizə yalnış etdiyimizi söyləyəcək... Yasəmən də bu iki seçimin arasında qalmışdı və o da hansı seçimi etsə mütləq peşman olacağını bilirdi. Bir dəfə alçaldılmışdı, ikinci dəfə alçaldılmaq istəmirdi, amma Aydını da çox sevirdi. Sadəcə inamını itirmişdi. Aydının sözlərini eşitdikdə içində nəsə qırılmışdı və o qırıqlar hər Aydını görəndə ürəyinə batırdı sanki. O qırıqların ürəyində açdığı yaraları sağaltmaq üçün Aydına- onun sözlərinə, nəvazişinə, isti nəfəsinə, öpüşlərinə ehtiyacı vardı...amma inana bilmirdi onun hər zaman yanında olacağına, buna görə də tamamilə Aydından aslı olmadan uzaqlaşmaq istəyirdi... Bu kimi düşüncələrlə boğuşarkən hissizcə gözlərini əlində tutduğu kitaba dikmişdi. Onu düşüncələrindən qapının zəngi ayıltdı. Yuxudan ayılmış kimi diksinib təəccüblə Nilufərə baxdı. Nilufər bayaqdan kövrəlmiş halda kədərli rəfiqəsinə baxırdı. Qapının zənginə o da diksinib təəccüblə Yasəmənə baxıb çiynini çəkdi. Ayağa qalxıb gedib qapını açdıqda, qarşısına böyük bir ayı çıxdı, daha doğrusu oyuncaq ayı. Ayı Nilufərin təəccübdən donmasından istifadə edərək heç nə demədən içəri keçdi. Qonaq otağına girib başını biraz əydikdə bayaqdan ayıcığı gəzdirən Aydın göründü. Aydın gülümsəyərək təəccübdən böyümüş gözlərlə ona baxan Yasəmənə baxdı. Sonunda Aydını tanıyan Nilufər qonaq otağına qayıdıb qollarını çarpazlayaraq əsəbi halda Aydına baxırdı. Aydın Nilufərə baxıb kinayəylə gülümsəyərək, üzünü çevirib Yasəmənə baxaraq:
-Salam gözəlim. Necəsən? Bax bu sənin üçündür-deyib ayıcığı Yasəmənin qabağına qoydu.
Yasəmən təəccüb qarışıq maraqla özündən böyük ayıcığa baxıb bir uşaq kimi sevindi. Aydına sevinclə gülümsəyərək baxıb:
-Aydın bu çox şirindi. İndi bu mənimdi? Ayallax, mən bundan sonra ancaq bunu qucaqlayıb yatacam- deyib birdən ciddiləşərək əlavə etdi:
-Amma bu heç nəyi dəyişdirməz. Biz əsla barışmayacağıq.
Aydın Yasəmənin bu sözlərinə gülümsəyib:
-Mən buna əmin deyiləm gözəlim. Əmin olduğum tək şey: sən sonsuzadək mənimsən!-deyib insanın ruhunu dələn baxışlarla Yasəmənə baxdı.
Yasəmən Aydının bu baxışlarından nəfəsi kəsiləcəkdi az qala. Bir anlıq gözlərini yumub, özünü toplayıb qətiyyətlə dedi:
-Deməli yanılırsan. Bu dünyada heç nəyə əmin olmamalısan. Həm qadınlar bir mal-mülk deyillərki sahiblənəsən. Hər qadın azad iradəylə, heç kəsdən aslı olmadan həyatını yaşamalıdır və mən də sənsiz bir həyat yaşamaq istəyirəm.
Aydın təəccüb qarışıq bezgin ifadəylə Yasəmənə baxırdı. "Bu qıza nə olub belə? Əvvəllərdə inadkar idi, amma indi lap inadkar keçi olub. Eybi yox, nə etsən də səndən əl çəkməyəcəm gözəlim"-düşünüb gülümsəyərək dedi:
-Bu dünyadaki bütün qadınlar azad yaşaya bilər. Hətda sən də azad yaşaya bilərsən, amma ancaq mənimlə.
Yasəmən uşaq şıltaqlığı ilə dodağını büzüb:
-Amma mən səninlə yaşamaq istəmirəm-deyib gözlərini süzdürdü.
Aydın onun bu şirinliyinə gülümsəyərək baxıb dedi:
-İstəyirsən. Mənim səni sevdiyim kimi, sən də məni sevirsən.
-Sevmirəm! Hətda səndən zəhləm gedir!
Aydın Yasəmənin səsini təqlid edərək:
-Tərcüməsi: mən səni çox sevirəm Aydın-deyib güldü.
Yasəmən əsəbiliklə:
-Mən elə danışmıram və elə düşünmürəm-deyib gözünü süzdürdü.
Aydın vurğun gözlərlə Yasəmənə baxıb:
-Əsəbləşəndə çox şirin olursan gözəlim.-deyib ona yaxınlaşırdıki bayaqdan ikisinində varlığını hiss etmədiyi Nilufər Aydının qarşısına keçib dedi:
-Bundan artıq yaxınlaşa bilməzsən romeo. Bezdim artıq bu dalaşmanızdan. Sizə görə görüşümə gecikəcəm.
Aydın biraz əsəbləşib, kinayəylə gülümsəyərək dedi:
-Əlbətdə. Sən get, dostumu çox gözlətmə.
Nilufər biraz tululub, utancaqlıqla dedi:
-Nə dostun? Mən heç nə anlamadım.
-Bəsdi Nilufər. Siz heç nə deməsəz də Fəridin səndən əl çəkməyəcəyini bilirdim.
Nilufərin təəccübdən donub qaldığını görən Yasəmən gülümsəyərək dedi:
-Bəsdi Aydın, utandırma Nilunu. Amma bunu bizdən gizlədə biləcəyinizi necə düşündüz anlamıram.
Nilufər çevrilib təəccüblə Yasəmənə baxıb dedi:
-Jasmin sən də bilirsən?!
Yasəmən "hə" mənasında başını yellədi.
Aydın gülümsəyərək qızlara baxıb:
-Yaxşı, mən gedim. Amma yenə gələcəm, hər gün gələcəm. Mütləq bir gəlişimdə sənidə özümlə aparacam.-deyib qapıya tərəf gedirdiki birdən ayaq saxlayıb, ağlına gələn fikirlə cəld gəri dönüb ayıcığı qucağına alaraq:
-Mən hələ səni qucaqlayıb yata bilməzkən, o səninlə yata bilməz. Öz növbəsin gözləsin. Mən bunu da evimizə aparım, gözlərindən şorgözlük yağır, səni ona əmanət edə bilmərəm.-deyib ayıcıqla bərabər evdən çıxdı. Nilufərlə Yasəmən Aydının bu hərəkətinə təəccüblənib bir-birlərinə baxdılar və gülməyə başladılar...
Səhər Yasəmənlə Nilufər həyətdə söhbət edirdilərki, uzaqdan birinin onlara tərəf gəldiyini gördülər. Bu gələnin Eldar olduğunu anladıqda Yasəmən qəzəb qarışıq təəccüblə Nilufərə baxdı.
Nilufər təəccüblə çiynini çəkib dedi:
-Jasmin Vallah bu dəfə mən heç nə etməmişəm. Bilmirəm niyə gəlib.
Artıq onların yanında olan Eldar bu sözləri eşidib Yasəmənə baxaraq dedi:
-Yasəmən Nilufərin günahı yoxdu. Burdaki dostlarım sənin burda olduğunu mənə xəbər edib. Səninlə danışmaq istəyirəm.
Yasəmən qəzəblə ona baxıb, əsəbiliklə dedi:
-Mən səninlə danışmaq istəmirəm! Aydın səni görmədən get burdan!
Eldar Yasəmənə baxıb:
-Danışmalıyıq. O Aydından qorxmuram, həm onun sənə elədiklərin bilirəm. O əsla sənin qədrini bilməyəcək. Səni sevmir. Səni sevən mənəm-deyib gülümsədi.
Nilufər qəzəblə Eldara baxıb dedi:
-Eldar qürurun olsun! Yasəmən evlidir, əl çək ondan! Get burdan!
Eldar: -Xahiş edirəm Nilufər sakitləş. Mən sadəcə Yasəmənə bir söz demək istəyirəm-deyib Yasəmənə baxaraq davam etdi:
-Mən səni çox sevirəm. Düzdü Leylaya kömək elədim, amma inan səni sevdiyim üçün etdim. O axmağın səni incitdiyini bilirəm və o həmişə səni incidəcək. Çünki səni sevmir. Onun gözü həmişə başqalarında olacaq. Amma mən səni əsla incitmərəm, səndən başqasına baxmaram. Boşan ondan! Bilirsən atam cərrahdı, səni mualicə üçün Türkiyəyə, Rusiyaya, İrana, lap Amerikaya apararıq. Sən yeriyəndən sonra da evlənərik. Söz verirəm bütün həyatım boyu səni xoşbəxt etmək üçün əlimdən gələni edəcəm. Təki sən razılaş. Bu dünyadaki heç kəsin sevə bilməyəcəyi qədər çox sevirəm səni. Razısan?- deyib sual dolu gözlərlə Yasəmənə baxdı.
Nilufər də, Eldar da böyük həyacanla Yasəmənin cavabını gözləyirdilər...və hər gün olduğu kimi əlində gül Yasəməni görmək üçün gəlib onu həyətdə gördükdə bayaqdan onu gizlicə izləyən Aydın qəzəb, qısqanclıq və ümid qarışıq hisslərlə Yasəmənin cavabını gözləyirdi.

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 3774
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz