Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (20-ci bölüm)
Sevmirəm (20-ci bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2354
Səs ver:
Yasəmən müqavimət göstərmək istəsə də, Aydının güclü qollarından qurtulmaq elə də asand deyildi. Həm kim sevdiyi insanın öpüşlərindən xilas olmaq istərki? Amma Yasəmən bunu etməli idi, o qərarını vermişdi. Aydınsa Yasəməni özünə sıxıb ehtiraslı və zərifcə öpməyə davam edirdi. Yasəmən də artıq bütün gücünü itirib, bu öpüşlərə təslim olmaq istəyirdiki birdən aldığı zərbədən Aydının karıxdığını hiss edib bütün gücüylə onu itələdi. Aydın ondan ayrılıb yerə yıxılanda, qarşısında əlində tava dayanan Nilufəri gördü. Nə baş verdiyini anlayıb, öz gülməyini güclə saxladı.
Nilufər əsəbi halda Aydına baxıb dedi:
-Ey, nə yapışmısan rəfiqəmdən?!
Aydın yerdə ağrıyan başını əliylə tutub qəzəblə Nilufərə baxıb:
-O rəfiqən mənim arvadımdı. Bağışla da, gələn dəfə onu öpmək üçün səndən yazılı icazə alaram-deyib kinayəylə gülümsədi.
-Ha ha ha, çox gülməlisən. Jasmini incitdikdən sonra heç onun əlini belə tuta bilməzsən.
-Buna sən yox, arvadım qərar verə bilər.
Bu sözdən sonra Aydınla Nilufər Yasəmənə diqqətlə baxmağa başladılar.
Yasəmən bayaqdan onların bu kiçik deyişməsinə gülməyini güclə saxlayaraq baxırdı. İkisinində sual dolu nəzərlərlə ona baxdığını görüb, bir söz deməli olduğunu anladı. Özünü toplayıb süni ciddiyyətlə qaşlarını çatıb dedi:
-Nilufər haqqlıdı. Aydın birdə belə şey eləmə. Bizimki qurtardı.
Aydın ayağa qalxıb, Yasəmənə baxıb:
-Hələ təzə başlayırıq gözəlim. Səndən belə tez əl çəkəcəyimi gözləmə. Özümü mütləq əfv etdirəcəm, buna əmin ol-deyib gülümsədi, üzünü çevirib Nilufərə baxaraq davam etdi:
-Amma bu rəfiqənin yanında biraz çətin olacaq. Eybi yox, sevdiyim qızın uğrunda 1-2 tava zərbəsinə dözmək olar.-deyib otaqdan çıxaraq, hələ də açıq olan qapını arxasıyca örtüb getdi.
Aydın qapıdan çıxdığı anda Yasəmən Nilufərə baxıb gülməyə başladı. Nilufər inciklə gözlərini süzdürüb dedi:
-Gülmə. Utanmadan mənim evimdə +18 işlərlə məşğul olursuz, tərbiyəsizdər. Yadınızdan çıxıb deyəsən, bu evdə qız uşağı yaşayır eee.
Yasəmən:
-Nunu supersən, tam vaxtında oldu. Tam vaxtında demişkən-deyib gözlərini qıyaraq Nilufərə baxıb davam etdi:
-Sən bizi güdürdün hə?
Nilufər uşaq şıltaqlığı ilə dodaqlarını büzüb, "hə" mənasında başını yellədi. İkisidə dözə bilməyib gülməyə başladılar.
Səhər Yasəmənlə Nilufər televizora baxırdılar. Birdən həyətdən gitar səsi gəldi. İkisidə bir-birlərinə baxıb təəccüblə çiyin çəkdilər. Amma Yasəmənin telefonuna gələn mesaj onları balkona çıxmağa məcbur etdi-"balkona çıxa bilərsən gözəlim?". Gördükləri mənzərə onları daha da təəccübləndirdi. Aydın əlində gitar gülümsəyərək onlara baxırdı. Heç nə demədən gözlərini Yasəmənə dikərək gitarı çalıb oxumağa başladı:
"Sevgi nədir?" deyə soruşma,
Adını ilk dəfədir eşidirəm.
"Məni sevirsənmi?" tezdir demə,
Sevməyi hələ də öyrənirəm.
Gözlərimdə yaş, dilimdə xoş söz,
Könlüm qan ağlar, ürəyim bir köz,
"Sevirəm" sözü- o necə bir söz?
Qəlbim hayqırdı, özüm deyə bilmədim.
Bu sevgidirsə, eşit sevgilim
Səni sevirəm, sevirəm dedim.
Qınama məni əziz sevdiyim.
Sevgimin qədrini mən bilə bilmədim.
Sevgimi çox incidir, yoxsa sevgilim?
Onsuz bir günüm, olub bir ilim.
Səni sevirəm, bunu bil sevgilim.
Bir ömür sənindir bu dəli ürəyim...
Aydın mahnını bitirib gözlərini hələ də Yasəməndən çəkmədən gülümsədi.
Nilufər və Yasəmən bu jestdən donub qalmışdılar. Musiqi, sözləri elə gözəl idiki... Sonunda özünə gələn Nilufər pıçıldadı:
-Jasmin Aydının niyə indiyə kimi bu qədər çox sevgilisi olduğunu anladım. Biraz axmaq-filandı amma romantikadan başı çıxır. Yasəmən üzünü çevirib vecsiz nəzərlə rəfiqəsinə baxıb, başını yellədi. Telefonunu çıxarıb Aydına zəng etdi.
Aydın telefonuna gələn zəngin Yasəməndən olduğunu görüb, qalib gəlmiş kimi gülümsəyərək telefonu açdı:
-Xoşuna gəldi gözəlim?
-Mənim şeirimlə, mənə serenad oxuman?
-Neynim, çox gözəl şeirdi, mən əsla beləsini yaza bilməzdim. Həm bəzi yerlərini dəyişdirmişəm, sən "deyəmmədim" yazmışdın. Yasəmən bağışladın məni?
-Anlamırsan hə Aydın? Sənin sözlərin məni incitmədi, ayıltdı. Sən məni belə qəbul etmək istəmədin və ya edə bilmədin. Bu nə o qızla, nə də sənin sevginə inanmağımla bağlı deyil, bu mənim özümə olan hörmətimdən yaranan problemdi. Mən bir ömürü səninlə "görəsən o məndən utanır? Peşman deyilki? Bezməyibki?" suallarından əziyyət çəkərək yaşaya bilmərəm. Yəni sən nə etsəndə, artıq biz əsla bir yerdə ola bilmərik. Məni anlamağa çalış. Mən səni bağışlamışam, sən məni bağışla...
Aydın eşitdiyi sözlərdən donub qalmışdı. Əslində hər şeyin düşündüyündən daha ciddi olduğunu anladı. Yasəmənin sadəcə qısqanclıqdan, ona xəyanət edildiyini düşündüyündən belə etdiyini zənn edirdi, amma Yasəmənin incikliyi daha dərin imiş. Bir anlıq nə deyəcəyini bilmədi. Düşündü: "bir ömür Yasəmənlə keçirsəm peşman olmaramki? Yasəmənsiz keçən hər saniyəmə peşmankən, onla keçən günlərimə peşman olmaq..."-bu fikirdən gülümsəyib danışmağa başladı:
-Yasəmən incimə amma, sən biraz səfehsən.
-Nə?!
-Qulaq as gözəlim, mən səni sevirəm. Əgər Aydın Məmmədov birini sevərsə, aldığı hər nəfəsdə artan bir sevgiylə sevər, onun gözlərinə bir dəfə baxmaq üçün ömrünün qalanını fəda edəcək qədər sevər, bir nəfəs qədər yaxınkən toxunmağa qıymayacaq qədər sevər və bir dəfə sevərsə ömrünün sonuna qədər sevər. Bu sözlərimdən sonra belə səninlə həyatımı keçirəcəyimə peşman olacağımı düşünürsənsə biraz yox, çox səfehsən.
-Özünsən səfeh! Yasəmən son sözlərini deyib telefonu söndürdü. Əslində eşitdikləri çox xoşuna gəlmişdi. İçində ümid qığılcımları yandığını hiss edirdi. Özüdə bilmədən gülümsəyərək "axmaq..."-deyə pıçıldadı.
Aydın gülümsəyərək son dəfə Yasəmənə baxıb:
-Səndən əl çəkməyəcəm gözəlim. Məndən əsla qurtula bilməzsən-qışqırıb asta adımlarla küçənin sonundaki maşınına tərəf getməyə başladı.
Yasəmən heyran gözlərlə onun arxasınca baxırdıki Nilufərin səsi onu ayıltdı:
-Jasmin özünə gəl. O getdi.
Yasəmən bu sözlərdən biraz utanıb, sanki heç nə anlamamış kimi Nilufərə baxıb:
-Mən onun arxasınca baxmırdımki, sadəcə küçəniz mənə maraqlı gəldi-deyib çiynini çəkdi.
Nilufər gülümsəyərək rəfiqəsinə baxıb:
-Hı hı, inandım. Mənə də gəlmə da. Etiraf edim çox şirin hərəkət etdi, bağışlayasan onu?
Yasəmənin bayaqdan sevinclə gülümsəyən üzünə birdən kədər çökdü:
-Yox. Nunu indi belə davranır, bəs 5 il, 10 il sonra? Aydını sən də tanıyırsan, yenə məndə olmayanları başqa qadında axtarmayacağına söz verə bilərsən?-deyib kövrəlmiş halda Nilufərə baxdı.
Nilufər biraz düşünüb, pıçıltıyla dedi:
-Bilmirəm Jasmin, bilmirəm. Amma əgər o Aydınçik sənin uğrunda mübarizəyə davam etsə, söz verə bilərəm.
Yasəmən kədərlə gülümsəyib:
-Aydının bu mübarizəsinin çox davam edəcəyini zənn etmirəm, amma istərdim...-deyib yanağından süzülən bir damla yaşı sildi...

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2354
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz