Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (18-ci bölüm)
Sevmirəm (18-ci bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2087
Səs ver:
Aydın başını qaldırıb Xəyaləyə baxdıqda isə təəccübdən donub qaldı, çünki o ağlamırdı, əksinə sevinclə gülümsəyirdi. Aydın Xəyalənin niyə gülümsədiyini anlamağa çalışırdı ki, yenə hıçqırıq səsi eşitdi. Bu səs masanın üstündə olan telefondan gəlirdi. Xəyalə Aydının telefona baxdığını görüb götürmək istəsə də, Aydın ondan cəld tərpənib telefonu götürdü. Ekrana baxdıqda bir zəngin davam etdiyini gördü və nömrə...
10 dəqiqə əvvəl:
Xəyalə:
-Aydın mənə ordan su ala bilərsən?-deyib digər əliylə yaxınlıqdaki kiçik dükkanı göstərdi. Aydın getdiyi anda telefonunu çıxarıb 3gün əvvəl Aydının telefonundan gizlicə götürdüyü nömrəyə zəng etdi. Yasəmən cavab verdi:
-Alo.
-Yasəmənsiz?
-Bəli, siz kimsiz?
-Mən sizinçün heç kim. Əriniz üçün kim olduğumu anlamaq istəyirsizsə sakitcə indi eşidəcəklərinizə qulaq asın.
-Nə? Heç nə başa düşmədim.
-Başa düşməyiniz lazım deyil, sadəcə səssizcə qulaq asın-deyib telefonu "mikrofon" rejiminə qoşub üzü üstə masaya qoydu...
Aydın nömrəni gördüyü anda tanımışdı. Bu onun "Gözəlim" deyə qeyd etdiyi nömrə-Yasəmənin nömrəsi idi. Sakitcə telefonu qulağına aparıb pıçıldadı:
-Yasəmənim...
Yasəmən sakitcə Aydının dediklərini dinləyirdi. Amma axırda özünü saxlaya bilməyib ağlamağa başladı. Qəlbi elə qırılmışdı ki... Bütün bunları bitirmək istəyirdi. Aydının "Yasəmənim" sözünü eşidib, onun telefonda olduğunu anlayıb özünü toplayaraq son sözlərini demək istədi. Yetərincə incidilmişdi və bundan bezmişdi artıq. Dərindən nəfəs alıb özündən əmin şəkildə sözə başladı:
-Bağışla Aydın.
-Nə?
-Əvvəlki həyatını əlindən aldığım üçün məni bağışla və narahat olma, həyatını sənə qaytarıram. Mən beləyəm və ömrümün sonuna kimi belə olacam. Bizimki bir oyun idi və bu oyun da artıq bitdi! Sən öz həyatını yaşa, mən də öz həyatımı. Əlvida-deyib telefonu söndürdü.
Aydın eşitdiklərinin təsirindən çıxa bilmirdi. Beynində durmadan bu fikir səslənirdi: "mən onu itirdim...". Bu cümlədən dəhşətə gəlirdi sanki. Ruhsuz halda üzünü çevirdikdə Xəyalənin hələ də sevinclə gülümsədiyini görüb pıçıldadı:
-Öldürəcəm səni...
Xəyalə:
-Nə?-deyib təəccüblə Aydına baxdı.
Aydın bədəni saran qəzəblə ayağa qalxıb bağırdı:
-Öldürəcəm səni! Sənə görə Yasəməni itirdim mən!
-Aydın sən nə danışırsan? Mən səni ondan xilas etdim.
-Nə xilas? Sən məni sevdiyim qızdan ayırdın!
Xəyalə:
-Nə sevgi Aydın? Sən onu sevmirsən, sevə bilməzsən. Mən səni bir ömürü əlil bir qızla keçirtməkdən xilas etdim. O qız elə qürursuzduki, onu sevməyənlə evlənib. Uşaq məsələsini öyrənəndən sonra belə zəli kimi sənə yapışıb qaldı.
Aydın əsəbdən əli titrəyərək Xəyaləyə yaxınlaşdı. Əliylə boğazından yapışıb bütün gücüylə sıxıb pıçıldadı:
-Əgər Yasəməni həmişəlik itirsəm, cəhənnəmin dibində də olsan tapıb səni öldürərəm! Mən onu sevirəm! Hər kəsdən, hər şeydən çox sevirəm. O yanımda olmasa yaşaya bilmərəm. Onsuz nə özüm yaşayaram, nə də onu məndən ayıranları yaşadaram!
Xəyalə az qala boğulacaqdı. Aydını itələməyə çalışsada gücü çatmırdı. Artıq Aydının onu öldürəcəyindən qorxmağa başlayırdı, son gücünü toplayıb çətinliklə dedi:
-Aydı..Aydın boğul..uram...
Aydın son dəfə boyununu sıxıb əlini boşaldıb:
-ALLAHa yalvarki Yasəmən məni bağışlasın, yoxsa əlimdən qurtula bilməzsən!-deyib Xəyaləni itələdi.
Aydın saatlardır həmin parkda gəzirdi. Heç nə hiss etmirdi, nə getdikcə güclənən yağışı, nə də soyuq küləyi. Sadəcə düşünürdü... Rənanı göndərən "Nailə" elə Xəyalənin özü idi, o da onun tələsinə düşmüşdü. Əslində özü bilə-bilə o "tələ"yə düşmüşdü. Aydını məhv edən də bu idi. İnsanın sevdiyini öz günahı ucbatından itirməsi çox ağırdı. Sevdiyi...ilk dəfə idi Yasəməni sevdiyini etiraf edirdi, amma bu etirafı Yasəmənin əlini tutub gözlərinə baxaraq etmək əvəzinə, həyatını məhv edən qıza demişdi. Tanıyırdı Yasəməni...öz Yasəmənini, əgər o "əlvida" dedisə, hər şey bitdi deməkdi. Amma bitməsini heç istəmirdi Aydın, niyə də istəsinki?. Xoşbəxt idi, ona toxunmasa da, həmişə dalaşsalarda Yasəmənin onun olması bəs edirdi Aydına. Bütün həyatını sadəcə Yasəmənin gözlərinə baxaraq keçirə bilərdi. Hissləri belə idi, bəs əməlləri? Axmaq qüruru, nəfsi, ağılsızlığı onun hər şeyini əlindən almışdı, daha doğrusu onun hərşeyi olan Yasəməni ondan almışdı. Nifrət edirdi özünə... Yasəmənin gözündə bir damla yaş görəndə belə ölərkən, onu ağlatmışdı. Özünü necə bağışladacağını bilmirdi, tək bildiyi Yasəməni geri qaytarmasa əsla xoşbəxt olmayacağı idi. Amma o xoşbəxt olmaq istəyirdi. Başqasıyla yox, sadəcə sevdiyiylə-Yasəmənlə...
Aydın gecə saat 1-də evə gəldi. Bir anlıq qapının ağzında dayanıb evə baxdı, gözlədiyi kimi Yasəmənin getdiyini hiss etdi. Acı-acı gülümsəyərək əlindəki şüşədəki içkidən bir qurtum içdi. Asta addımlarla Yasəmənin otağına tərəf getdi. Otağa girib, daha da irəli getməyə cəsarət etmədən divara söykəndi. İçkidən biraz daha içib öz-özünə danışmağa başladı:
-Hə Aydın, bu otağa üçüncü dəfədi gəlirsən. İkisində öz günahın ucbatından qovuldun, indi isə ömrünün sonuna kimi bu otaqda qala bilərsən-deyib qəh-qəhələrlə güldü, birdən gülməyini kəsib davam etdi:
-Ömrünün sonuna kimi tənha, Yasəmənsiz qal burda. Çünki sən Yasəmənə layiq olmayan əclafın birisən! Amma onsuz yaşaya bilmirəm...bacarmıram... Məni tərk etdiyi heç bir gün deyil mən artıq ölürəm, onsuz bir ömür...
Aydın gücsüzcə yerə çöküb, divara söykənərək pıçıldadı:
-Deməli sevmək belə imiş. Eh Aydın eyni gündə həyatında ilk dəfə sevməyi, sevib itirməyi və sevdiyin üçün ağlamağı öyrəndin-deyib gözündən axan bir damla yaşı əlinin tərsiylə sildi.
Bütün gecəni eyni yerdə, gözlərini bir nöqtəyə dikərək arada içkisindən içərək keçirdi...
Yasəmən isə Nilufərin evində, yataqda uzanmışdı.
Telefonu söndürdükdən sonra dayanmadan hönkürmüşdü, artıq o evdə qala bilməzdi. Nə qədər sevsə də, Aydın onu istəməzkən onunla yaşaya bilməzdi. Güclə özünü toplayıb Nilufərə zəng etmişdi, rəfiqəsidə halını anlayıb tez yanına gəlmişdi. İkisi birlikdə çamadanını hazırlayarkən belə Yasəmənin gözündən durmadan yaş axırdı. Sonunda evdən çıxmaq istəyəndə bir anlıq dayanıb üzüyünə baxdı Yasəmən. Aydın barmağına taxdıqdan bəri çıxartmamışdı onu, daha doğrusu çıxartmaq istəməmişdi. Bir anlıq ona diqqətlə baxıb, qətiyyətlə çıxarıb atırdıki üzüyün içərisinə yazılmış yazı diqqətini çəkdi:"Sonsuzadək mənimsən Gözəlim"-cümləsini oxuduqda özü də hiss etmədən göz yaşları içərsində gülümsədi...
İndidə qaranlıq otaqda üzüyünə diqqətlə baxıb qərar verməyə çalışırdı...

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2087
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz