Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (16-cı bölüm)
Sevmirəm (16-cı bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2399
Səs ver:
-Gələn dəfə qapını döyüb kiminsə bizə 1 milyon dollar verməsini istə, uşaq yox...
Yasəmən əsəbi tərzdə:
-Niyə? Yoxsa başqa köhnə sevgilinə uşaq əvəzinə 1 milyon dollar hədiyyə etmisən?-deyib gözlərini süzdürdü...
30 dəqiqə sonra:
Aydınla Yasəmən təəccüb qarışıq maraqla divanda oturduqları uşağa baxırdılar. Biraz kürən, alagöz, təxminən 10 aylıq olan uşaq maraq dolu gözlərlə onlara baxırdı. Bu səssizliyi Aydın pozdu:
-Bu uşaq mənim deyil!
Yasəmən əsəbi baxışlarla ona baxıb dedi:
-Doğurdan?! Nə əcəb belə əminsən?
-Yasəmən əminəm. Mənim qarşıma çıxan adi qızdan uşağım ola bilməz. Olsa-olsa arvadımdan uşağım ola bilər, başqasından əsla.
-Of! Bəs bu uşaq kimindi? O qız kim idi?
-Bilmirəm! Bilmirəm. Bilmirəm...
-Aydın o qız köhnə sevgilin olduğunu dedi, necə yəni bilmirsən.
Aydın bezgin nəzərlərlə Yasəməna baxıb dedi:
-Yasəmən sən bilirsən mənim indiyə kimi nə qədər sevgilim olub?
Yasəmən:
-Yox, mən hardan bilim.-deyib təəccüblə çiynini çəkdi.
-Problem ondadı ki, mən də bilmirəm. O qız mənim yadıma düşmür, bilmirəm sevgili olmuşuq, ya yox. Amma dəqiq bilirəm bu uşaq mənim uşağım deyil.
-Aydın onda axtar tap o qızı. Biz bu uşağa baxa bilmərik.
Aydın başını yelləyib:
-Haqlısan. O qızı mütləq tapacam. Bəs o vaxta kimi bu uşağı neynəyəcəyik?-deyib Yasəmənə baxdı.
-Bu nə sualdı? Çölə atası deyilikki, özümüz baxacayıq məcburən.
-Yasəmən sən uşağa baxa bilərsənki güya?
Yasəmən Aydına kinayəylə baxıb:
-Pah, niyə baxmıram? Səndən fərqli olaraq mənim instinkim var.
-Aaa, eləmi. Bəs o məhşur "instinkin" bu gələn iy haqqında nə deyir?
Yasəmən burnunu tutub:
-Burdaki birinin təcili sürətdə uşaq bezi almalı olduğunu-deyib əliylə Aydını işarə etdi.
Aydın çarəsizcə çiynini çəkib ayağa qalxıb dedi:
-Yaxşı... Başqa nəsə lazımdı?
-Bilmirəm. Deyəsən bu uşağa yemək də almaq lazımdır.
-Məsələn nə?
-Toyuq dönər və ayran... Of Aydın nə olacaq, süd almalısan. Demək belə uşaq bezi, süd və manna, birdəki əmzik. Biraz tez ol çünki ağlamaq istəyir deyəsən.
Aydın "oldu" mənasında başını yelləyib gödəkcəsini götürüb getdi.
Aydın getdikdən sonra Yasəmən uşağa baxıb öz-özünə danışmağa başladı:
-Görəsən doğurdan Aydının uşağıdı?. Əslində o qədər də oxşamır. Yəni Aydın saçları-filan qaradı, bu isə kürən. Amma əmin olmağın tək yolu var, əgər qarşısına çıxan hər qızı öpməyə çalışsa, deməli 100% onundu. Of, hər şey güya əla gedirmiş kimi, bir də bu uşaq. Amma şirindi...
Aydın da gəldikdən sonra ikisi uşağa baxmağa çalışdılar. Lakin hər anasından ayrılan uşaq kimi, bu körpə də gecə boyunca ağladı. Yeni evlilər nə qədər çalışsalarda onu sakitləşdirə bilmirdilər, sonunda uşağa baxmağı növbəyə qoydular. Amma bütün bu çətinlikləri sadəcə bir gecə də yaşamışdılar.
Səhər mətbəxdə səhər yeməyi yeməyə çalışarkən Aydın qucağındaki durmadan ağlayan uşaqdan bezib Yasəmənə dedi:
-Bilirəm mənim növbəmdi, amma nolar birazda sən bax.
-Aydın sən birazdan işə gedəsən, bütün günü mən baxmalı olacam onsuzda.
-Amma uşaq istəyən mən deyildim. Uşağı sən istədin və o gəldi.
-Ha ha ha. Amma bu uşağında atası sənsən.
-Deyiləm!
-Sənsən.
-Dedimki deyile- Aydının sözünü çalan qapının zəngi kəsdi. Aydın uşağı Yasəmənin qucağına verib əsəbi şəkildə qapını açmağa getdi. Qapını açdığı anda dünənki qızın göz yaşları içərisində qarşısında dayandığını gördü:
-Sən...
Qız:
-Yalvarıram uşağımı mənə verin. Mən onsuz yaşaya bilmirəm-deyib əliylə üzünü tutub hönkürməyə başladı.
10 dəqiqə sonra:
Qız uşağı qucağında divanda oturaraq onu durmadan öpüb-qoxlayırdı. Yasəmən bu mənzərəni sakitcə kövrəlmiş halda seyr etsə də, Aydın olanları öyrənmək üçün soruşdu:
-Sən kimsən? Bəlkə bizə nə olduğunu başa salasan.
Qız uşağını bərk-bərk qucaqlayıb, "yaxşı" mənasında başını yelləyib sözə başladı:
-Mənim adım Rənadı. Biz Aydınla 2 il bundan qabaq sevgili idik. Məni xatırlamamasına təəccüblənmirəm, sevgili olan da belə adımı düzgün bilmirdi. Mən Aydından ayrılandan sonra Elman adlı biriylə görüşməyə başladım. O narkaman idi, hamilə olduğumu bilən kimi atdı məni. Uşağı götüzdürmək istədim amma qıya bilmədim.
Valideynlərim uşağı öyrənəndən sonra rədd etdilər məni. Atam əziyyətlə böyüdüb rayondan Bakıya oxumaq üçün göndərdikləri qızın nə oyunlardan çıxdığını bildiyi an infarkt keçirdi. Nə ailəm, nə də qohumlarım mənə yiyə durdu. Əslində qınamıram onları, mənim günahım idi. Onsuzda instutdanda qovulmuşdum, restoranlarda, barlarda qab yuyub özümü saxlamağa çalışdım. Uşaq dünyaya gələndən sonra hər şey daha da çətinləşdi, körpə uşaqlı olduğum üçün iş də vermirdilər. Aylarca yarı ac, yarı tox yaşadım. 1 həftə əvvəl bir qız gəlib məni tapdı. Sən, uşaq haqqında suallar verdi. Bu uşağın səndən olmadığını desəm də əl çəkmədi. Məndən gəlib bu uşağın səndən olduğunu deməyimi, sizdən əl çəkməməyimi istədi. Əvvəlcə razı olmasamda, mənə 10min manat pul təklif etdi. Çox pis vəziyyətdəydim, məcbur qalıb qəbul etdim. Amma bura gəldiyim an körpəmdən ayrılma fikri məni elə dəli etdiki, sadəcə uşağı sənə verib getməyə cəsarətim çatdı. Bütün gecə ağladım, övlad həsrətinə dözə bilmədim. Eybi yox, mən uşağımı saxlamaq üçün küçələri süpürərəm amma körpəmi heç kəsə vermərəm. İndi icazə verin mən uşağımı da götürüm gedim, narahat etdiksə bağışlayın-deyib ayağa qalxıb getmək istəyirdiki Aydın onu saxlayıb dedi:
-O qız... O qızın adı nə idi?
-Nailə.
Aydın Yasəmənə baxıb onun ağladığını görüb:
-Bəsdi. Bu qədər kövrək olma. O qız bəlkə də, Leyladı. Səndə onun şəkli var?
Yasəmən əlinin tərsiylə göz yaşlarını silib, "hə" mənasında başını yellədi. Cibindən telefonu çıxarıb Leylanın şəklini tapıb, Aydına uzatdı.
Aydın gülümsəyərək telefonu alıb ekrandaki şəkli Rənaya göstərib soruşdu:
-Bu qız, o qızdı?
Rəna şəkilə diqqətlə baxıb, "yox" mənasında başını yelləyib dedi:
-Heç oxşamırda. O qız tamamilə fərqli idi.
Aydın təəccüblə çiynini çəkib öz-özünə pıçıldadı:
-Bəs onda kimimiş görəsən...
Rəna gülümsəyib getmək istəyirdiki, hələ də ağlayan Yasəmən onu dayandırıb dedi:
-Bağışlayın, səhv başa düşməsəz sizə bir təklifim var. Mən hər ay bu balaca üçün sizə bir miqdar pul versəm? Sizin bir xətanız olub vaxtında, amma məncə valideynlərinin günahının cəzasın uşaqlar çəkməməlidir.
Rəna biraz düşünsə də, qucağındaki uşağa baxıb az qala pıçıltıyla dedi:
-Yaxşı...
1 gün sonra:
Gözəl və bahalı geyinmiş bir qadın kafedəki masada əyləşib kofesini içərək qarşısındaki stolda əyləşib qorxudan titrəyən Rənaya baxırdı. Yavaşca fincanı masaya qoyub, bayaqki sakitliyinə uymuyan qəzəblə yumruğunu stola çırpıb dedi:
-Sən hansı cəsarətlə gedib uşağı götürürsən?! O verdiyim 10min bəs eləmədi?!
Rəna ürkəkcə:
-Mən körpəmdən ayrı qala bilmədim...dözə bilmədim-deyib hönkürərək ağlamağa başladı.
Qadın qarşısında ağlayan Rənaya nifrətlə baxıb:
-Dözə bilməyibmiş! Görəndə elə bilər məsum qızdı. Əgər ayrı qala bilməyəcəkdinsə, niyə pulumu götürürdün?! Hər şeyi də danışmısan hə?
Rəna "hə" mənasında başını yelləyib, çantasından pulu çıxardıb masaya qoyub:
-Bu da pulunuz. Bir manatına da dəyməmişəm. Məndən də, balamdan da əl çəkin- deyib ayağa qalxıb getdi.
Qadın pulu çantasına qoyub, fincanı götürüb artıq soyumuş olan kofedən bir qurtum içib pıçıldadı:
-Yox... Bu gün olmasın, başqa gün olsun... Səni mütləq ələ keçirəcəm Aydın...

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2399
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz