Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (15-ci bölüm)
Sevmirəm (15-ci bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2005
Səs ver:
-Mən sənə yalvarmadım axı.- deyib qalib gəlmiş kimi gülümsədi Yasəmən.
Aydın donub qalmışdı. Yasəmən onu öz silahıyla vurmuşdu.
"Sənə əsla toxunmayacam, taki bunun üçün mənə yalvaranacan"-bu Aydının sözləri idi. O vaxtda dediyinə peşman olmuşdu, indi də dediyinə çox peşman idi. Yasəmən o gecənin intiqamını pis çıxmışdı. O qız idi, bir ömür Aydınsız yaşaya bilərdi. Bəs Aydın arzuladığı qız bu qədər yaxınındaykən, onunkən toxunmadan yaşaya biləcəkdimi? Bu an belə böyük əzmi sayəsində özünü güclə saxlaya bilirdi. Nə tərpənə, nə də danışa bilirdi. Sadəcə ona gülümsəyərək baxan Yasəmənə təəccüblə baxırdı. "Super! Bu qız mələk kimi görünən şeytandı. Of, bunun yeri idi indi? 1, ya da 2 saat sonra deyə bilməzdi? Yox axı, gərək Yasəmən xanım hər şeyin əvəzini məndən çıxsın. İnadkar keçi, əminəm hər şeyi planlayıbmış. İndi mən öz sözlərimi necə udum axı? Eybi yox Yasəmən, indi qurtula bilərsən amma, bir gün mütləq əlimə keçəsən və əmin ol o gün heç də uzaqda deyil gözəlim"-deyə düşünüb bədənini saran hisslərdən qurtulmağa çalışırdı Aydın. Sonunda güclə özünə gəlib dedi:
-Hmm... Yadında qalmasına sevindim. Mən hələ də sözümün üstündəyəm.
Yasəmən Aydının bu sözlərinə ürəyində gülüb : "Pah, sözünün üstündəymiş. Bu vəziyyətə baxanda heç də elə görünmür amma"-deyə düşünüb dedi:
-Aaa eləmi? Bəs burda nə işin var?
Aydın bu suala nə cavab verəcəyini bilmədən donub qaldı yenə. Danışdıqca batmaq vəziyyətində idi və bunu özüdə anlayırdı. Buna görə də ağlına ilk gələn ucuz bəhanədən istifadə etdi:
-Çünki...çünki mən səni sınayırdım.
-Məni sınayırdın? Niyəki?
-Hmm... Yaxşı sualdı.
-Bilirəm.
-Yəni...yəni sənin dözümünü sınayırdım.
-Demək belə. Bəs sınaqdan keçdim?
-Bravo, sınaqdan keçdin.
-Onda sınaq bitdiysə hələ də burda nə işin var?
-Mən gedirdim elə indi.
-Hı hı əminəm...
-Yenə kinayəylə danışırsan?.
Yasəmən əliylə yatağı işarə edərək:
-Aydın hələ də burdasan?- deyib gülümsədi.
Aydın artıq getməli olduğunu anlayıb:
-Hə, gedirəm indi-deyib yavaşca yataqdan endi. Bəlkə də Yasəmən onu dayandırar deyə ləng addımlarla gedirdi qapıya tərəf. Gözlədiyi, daha doğrusu ümid etdiyi kimi Yasəmənin səsi onu dayandırdı:
-Aydın...
Aydın ayaq saxlayıb üzündə gizlədə bilmədiyi sevinc təbəssümü ilə arxaya çevrilib:
-Haycan gözəlim-deyib Yasəmənə baxdı.
-Gecən xeyrə qalsın.
Aydın ikinci dəfə xəyal qırıqlığı yaşayıb, yumruğunu sıxaraq zorla gülümsəyib dedi:
-Sənin də...
-Yuxun da şirin olsun.
Aydın:"sənin bu elədiyindən sonra yata biləcəm güya."-deyə düşünüb dedi:
-Sənin də yuxun şirin olsun.
Yasəmən Aydının nələr keçirdiyini anlayaraq, gülməyini güclə saxlayıb əlini "get" mənasında yelləyərək dedi:
-Aha, təşəkkür. İndi gedə bilərsən.
Əsəbi və çaşqın vəziyyətdə özüdə bilmədən geri-geri addımlayarkən qapının tininə dəyib dayandı. Birdən ağlına gələn bic fikirlə gülümsəyib iti addımlarla Yasəmənə yaxınlaşıb əyilib dodağından öpdü. Dodaqlarını Yasəmənin dodağından ayırdığı an Yasəmənə gülümsəyərək baxıb heç nə demədən otaqdan çıxıb getdi. Yasəmən sevinclə iç çəkərək "axmaq"-deyə pıçıldayaraq düşündü: mənim "qız kimi" bəhanəmdən sonra eşitdiyim ən səfehcə bəhanədi-"sınaq"mış. Ha ha ha, əcəb oldu. O gecənin əvəzini hələ çox çıxacam cənab Aydın. Axırda görəcəyik kim-kimə yalvaracaq. Bu oğlanları heç anlamıram, bütün həyatları qadınlardan aslı olduğu halda bizlə mübahisə etməyə cəsarət edirlər. İndiyə kimi səbir edib, sakit dayandım amma artıq yetər. Bundan sonra mənim səni incitmək növbəmdi Aydınçik... Bu kimi fikirlərlə yuxuya gedirdi Yasəmən...
Aydın isə öz otağında, qollarını başının arxasında çarpazlayıb yatağına uzanmışdı. Üzündə biraz əsəbi, biraz da istədiyini ala bilməmiş uşaq ifadəsi var idi. Artıq ikinci dəfə idiki Yasəmənin otağından öz otağına qovulurdu. Özünə etiraf etməsə də hiss edirdiki Yasəməndə onu çəkən nəsə var. Bu çəkim onların arasında buzdan dağ yaradan qürurunu yavaş-yavaş əridirdi. Bilirdiki bir gün mütləq Yasəmənə təslim olacaq, amma nədənsə bu fikir onu qorxutmaq əvəzinə sevindirirdi. Amma hələlik macəra dəvam edir...
Səhər Yasəmən mətbəxə keçdikdə Aydının küskün üz ifadəsiylə çay içdiyini gördü. Ürəyində onun bu şirin halına gülsədə, üzdə tamamilə ciddi görünüb masaya yaxınlaşaraq dedi:
-Sabahın xeyir.
-Sənində...
-Axşam necə yatdın?
Aydın Yasəmənin bu sualına qarşılıq üzünə baxdıqda gizlətməyə çalışdığını sezdi. Kinayə ilə gülümsəyərək dedi:
-Mışıl-mışıl. Həyatımda heç belə rahat yatmamışdım.
Yasəmən "Hə, üzündən görünür."-düşünüb gülümsəyərək dedi:
-Buna sevindim. Mən də çox rahat yatmışam.
Aydın Yasəmənə biraz əsəbi baxışlarla baxıb üzünü çevirdi. Yasəmən isə Aydının bu halına için-için gülürdü.
Hər ikisi də sustuğu üçün ortalığa cansıxıcı sükut çökmüşdü. İkisi də bir-birləriylə danışmaq istəyirdi, lakin bu səssizliyi birinci pozmağa cürətləri çatmırdı. Sadəcə arada bir-birlərinə gizlicə baxmaqla kifayətlənirdilər. Bu sakitliyi Yasəmənin telefonuna gələn mesajın səsi pozdu. Keçən dəfədən gözü qorxan Aydın qaşlarını çataraq soruşdu:
-Kimdəndi? Nə mesajıdı?
Yasəmən çiynini çəkib telefonuna baxıb:
-Mms-di. Gülnar göndərib- deyib mesaji açdı. Gördüyü şeyə çox sevindiyindən üzündə böyük bir təbəssüm yarandı. Aydın böyük maraqla Yasəmənə baxaraq nə olduğunu anlamağa çalışırdıkı birdən onun həyacandan cingildəyən səsindən diksindi:
-Ayallax! Yiyərəm mən bunu. Xalasının gülü, çiçəyi- Yasəmən bu cür sevinc nidaları atarkən Aydının ona maraq və təəccüblə baxdığını görüb açıqlama ehtiyacı duydu:
-Gülnar oğlunun şəklini göndərib. Elə şirindiki.
Aydın gülümsəyib:
-Siz qızlar balaca uşaq görən kimi niyə belə davranırsız anlamıram. Elə ciyiltiylə qışqırdınki yazıq uşaq burda olsaydı qorxudan ölərdi 100%.
Yasəmən küskün şəkildə gözlərini süzdürüb:
-Heç də belə. Qızlar sadəcə instinktiv olaraq uşaqlara həssas yanaşırlar. Siz oğlanlarsa uşaqların o mələk şirinliyini görməkdən məhrum olmusuz. O qədər kobudsuzki...-deyib şıltaq uşaqlar kimi dodağını büzüb üzünü çevirdi.
Aydın Yasəmənin bu şirin halına gülümsəyərək biraz baxdıqdan sonra dedi:
-Yaxşıda, küsmə o dəqiqə. Ver telefonu mən də baxım.
Yasəmən sevinclə gülümsəyərək telefonu Aydına uzadıb dedi:
-Bax gör xalasının gülü nə şirindi...
Aydın telefondaki şəkilə gülümsəyərək baxıb pıçıldadı:
-Doğurdan da çox şirindi..
Yasəmən özüdə bilmədən:
-Adamın kaş belə şirin uşağı ola-deyə pıçıldadı.
Bunu eşidən Aydın Yasəmənə baxıb kinayəylə dedi:
-Kaş... Amma uşaqları leyləklər gətirmir.
-Aman super dahi danışdı. Leyləklərə inanan yaşım keçib.
-Doğurdan? Burdan baxanda heç də elə görünmür amma.
-Pah, həm mən o məna da demirdim. Yəni birdən qapı döyülsə, içəri qucağında uşaq olan kimsə girsə. Doyunca uşaq oynatsaq...
Aydın:
-O elə olmur gözəlim. Başqa yolları da var. Məsələn...-deyərkən sözünü qapının zəngi kəsdi.
İkisidə bir-birlərinə təəccüblə baxdılar. Aydın çiynini çəkərək qapını açmağa getdi. Açdığı anda qarşısında qucağında uşaq olan qız gördü:
-Buyurun, kimsiz?
-Aydın məni tanımadın?
-Yooox.
Qız:
-Əla. Onda tanış olaq: mən köhnə sevgilin, bu da sənin uşağın-deyib uşağı Aydının qucağına verdi.
Aydın hələ də şoktaykən qız getmişdi. Qucağında uşaq çevrilərkən mətbəx qapısının ağzında ona təəccüblə baxan Yasəməni görüb dedi:
-Səndən bir şey xahiş edə bilərəm?
-Nə?
-Gələn dəfə qapını döyüb kiminsə bizə 1 milyon dollar verməsini istə, uşaq yox.

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2005
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz