Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevmirəm (10-cu bölüm)
Sevmirəm (10-cu bölüm)
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 2197
Səs ver:
Səhər tezdən Yasəmən telefonuna gələn zəngə oyandı. Yarıyuxulu halda gözlərini açıb yatağın yanındaki tumbanın üstündə olan telefonu götürüb ekrana baxmadan açıb danışmağa başladı:
-Sabahın xeyir Nunu...
-Salam Jasmin, oyatmadım?
-Yox, mən də səbirsizliklə zəngini gözləyirdim.
-Niyə canım?
-Manyak, dəli sən niyə Eldarı çağırmışdın? Ağlına gəlmədiki nələr olar?
-Yaxşı, yaxşı həyasızlıq eləmə. Guya xoşuna gəlmədi?
-Yox...əslində biraz.
-Pah, biraza bax ee. Gördüm, az qala ağzın qulağına çatırdı.
-Bəsdi da Nilu...
-Ay qız bəs o nə idi? Utanmırdız ictimai yerdə öpüşməyə? O ərin nə görməmiş imiş. Adama deyərlər halal arvadındıda, apar evə istəyirsən maç-maç elə, lap quc-qucda elə. Tərbiyəsizdər...
-Of, Nunu mən neynime?
-Birdə elə şey eləməyin. Olan var, olmayan var. Camaatı şişirdəsiz. Hələ o Leyla az qala partlayacaqdı. Nəysə, ərin neynir indi?
-Hmm...deyəsən səhər yeməyi hazırlayır.
-Doğurdan? Ay nə romantik... Nə bişirir?
-Dayan-deyim Yasəmən yerinin içində azca dikələrək evdəki havanı içinə çəkdi.
Birdən gülümsəyib saymağa başladı:
-Demək belə, yanmış qayğanaq, yanmış çörək, qaynayıb qurumuş çay və deyəsən bişirilmədiyi üçün yanmayan yeganə şey-pendir!
Telefonda Nilufərin aramsız qəh-qəhələri eşidildi:
-Yaxşı, ərin bütün binanı yandırmadan get yanına. Sağ ol canım, öpdüm.
Yasəmən mətbəx qapısının ağzında gözlədiyi mənzərəylə rastlaşdı. Tavadan çıxan dumanlar, masada boşqabda duran hələ də qara tüstü çıxan yanmış çörəklər, pendir və nə edəcəyini bilmədən ortalıqda dolanan Aydın. Yasəmən sakitcə bu mənzərəyə baxmaq istəsədə, özünü saxlaya bilməyib qəh-qəhələrlə gülməyə başladı. Aydın ona gülən Yasəmənə baxıb gülümsəyərək uşaq məsumiyyətiylə çiynini çəkib dedi:
-Neynim, əlimdən bu gəlir.
-Aydın hər şeyi eyni anda yandıra bilməkdə böyük istedaddır.
-Lağ eləmə. Ən azından mən nəsə bişirməyə çalışıram, sən heç onuda eləmirsən.-deyib vurğun gözlərlə Yasəmənə baxıb dəvam etdi:
-Tək əlindən gələn belə gözəl olmaqdı.
Yasəmən bu sözlərdən azca qızarıb gülümsəyərək dedi:
-Bu deyəsən komplementin təhqir olunmuş forması idi...
Aydın yalandan qaşlarını çatıb, Yasəmənə baxaraq süni ciddiyyətlə dedi:
-Arvadı çox tərifləsən qudurar.
-Pah. Bəs kişinin öküzlüyü nədən başlayır?
-Ac olanda.
Yasəmən əliylə masanı göstərib dedi:
-Səhər yeməklərini sən hazırlamağa davam etsən hələ çox ac qalasan.
Aydın bitkin halda stula oturub uşaq şirinliyi ilə dedi:
-Düz deyirsən...
Yasəmən ərinin bu şirin yazıqlığına dözməyib soyuducuya yaxınlaşıb, onu açaraq içindən dünən Nilufərlə birlikdə bişirdiyi keksi çıxardı.
-Aydın, gəl al.
Aydın başını çevirib Yasəmənin əlində iri boşqabda keksi görəndə uşaq kimi sevindi. Ayağa qalxıb Yasəmənin əlindəki boşqabı alıb masaya qoydu:
-Bunu sən bişirmisən?
-Hə, amma Nunuda kömək edib.
Aydın keksdən bir dilim kəsib əlinə alıb dişlədi. Yasəmənə yaxınlaşıb əyilərək:
-Çox sağ ol, çox dadlıdı. Buna görə sənə necə təşəkkür edim-deyib qəribə baxışlarla Yasəmənə baxdı:
-Bəlkə çoxlu, çoxlu öpüm?
Yasəmən bu baxışlarlardan biraz qorxub
Aydının əlindən keksi alıb, ona tərəf tutub dedi:
-Yox, sən çoxlu-çoxlu ye, mənə bəsdi.
Aydın gülümsəyərək Yasəmənə baxıb:
-Hmm, onda indilik bunu yeyim, səni gələn dəfə yeyərəm-deyib bic-bic göz vurdu.
Belə zarafatlar və Aydının işarələriylə səhər yeməyini bitirdilər. Artıq Aydının işə getmə vaxtı gəlmişdi. İkisidə qapının ağzında idilər. Yasəmən adət etdiyi kimi gülümsəyərək dedi:
-Xeyirli işlər.
Aydın:
-Sağ ol gözəlim-deyib əyilib Yasəmənin yanağından öpdü. Qapını açıb çölə bir addım atmışdıki, ağlına gələn fikirdən dayanıb gülümsədi. Birdən geri dönüb əyilib Yasəməni dodaqlarından ehtirasla öpdü. Ayrıldığında Yasəmənin təəccübdən donduğunu görüb gülümsəyərək, heç nə demədən getdi.
İkisidə xoşbəxt idilər. Bu evlilik oyunu artıq onların xoşuna gəlirdi və ikisidə bu oyunun artıq yavaş-yavaş gerçək olduğunu bilirdilər. Amma bu xoşbəxtliklərini məhv edə biləcək bir insanı unutmuşdular-Leylanı!
Dünən:
Leyla Aydının Yasəməni öpməsinə paxıllıq qarışıq qəzəblə baxırdı. Bu planında əsla baş tutmayacağını
anlayırdı və tezliklə yeni bir plan qurmalı idi. Amma nə? Birdən ağlına gəlmiş fikirlə gülümsəyib əsəbi və iti addımlarla restoranın çıxışına doğru getdi. Çölə çıxdığı anda küçəyə diqqətlə baxıb aldığı zərbələrdən güclə yeriyən Eldarı gördü:
-Eldar dayan!-deyə qışqırıb ona tərəf qaçdı.
Eldar səsə arxaya döndükdə qaça-qaça gəlib ona çatan Leylanı gördü:
-Nə istəyirsən Leyla?-deyib hiss etdiyi ağrıdan üz-gözünü qırışdırdı.
-Sənə bir təklifim var.
-Of! Səni sevmədiyimi bilirsən!
-Nə?! Yox axmaq-deyib əliylə Eldarın göyərmiş gözünə, hələ də qan axan partlamış dodağına toxunub dəvam etdi:
-Bunların intiqamın almaq istəmirsən?
Eldar biraz düşünüb dedi:
-Eşidirəm səni. Nə planın var?
Leyla hiyləgərcəsinə gülümsəyib dedi:
-Düşün... Bir kişi kimi səni ən çox nə alçaldar?
-Leyla oyun oynama, adam kimi de!
-Arvadının sənə xəyanət etməsinə dözməzsən hə?
Eldar diqqətlə Leylaya baxıb ciddi olub-olmadığını anlamağa çalışdı. Ciddi olduğunu başa düşəndə, bu ona çox ağrı versədə qəh-qəhələrlə gülməyə başladı:
-Leyla dəlisən? Bu türk serialları sənin başını xarab edib. Yasəmənin Aydına xəyanət edəcəyini düşünürsən?
-O qədər də səfeh deyiləm. Mənə Yasəmənin xəyanət etməsi lazım deyil, Aydının bunu düşünməsi lazımdı və sən də bunun üçün mənə kömək edəsən.
-Yox, yox Leyla sümüklərim hələ də ağrıyır. Mən ölmək istəmirəm. Həm madamki serialdan nəsə götürürsən, hamilə qal.
Leyla oflayaraq üzünü çevirib dedi:
-Əslində o da yaxşı fikirdi, amma Aydın da, Yasəmən də uşaqları leyləklərin gətirməsinə inanan yaşı keçiblər.
Eldar bu sözə biraz gülüb, sonra ciddiləşərək soruşdu:
-Niyə onları ayırmaq istəyirsən axı?
-Çünki Yasəməndən intiqam almaq istəyirəm.
-Nəyin intiqamın?
-Bütün həyatımın! O olmasaydı, indi onun olan hər şey mənim olacaqdı. Mən ondan hər cəhətdən üstünəm amma yenə də hamının dilində ancaq-Yasəmən! Bezmişəm bundan...
Eldar kinayəylə gülümsəyib dedi:
-Yəni Yasəmənin olanları onun əlindən almaq istəyən ögey bacısan?. Brazilya seriallarına çox baxmısan deyəsən.
Leyla əsəbi şəkildə ayağını yerə vurub dedi:
-Sənə dəxli yoxdur! De görüm mənə kömək edəsən?
Eldar yavaş-yavaş razılaşırdı və bunu Leyla da hiss edirdi.
-Bəs mənim xeyrim nə olacaq?
-Aydından intiqam almış olacaqsan. Guya arvadını əlindən alaraq onu alçaldasan.
-Başqa?...
Leyla eşidəcəyi cavabdan heç xoşu gəlməyəcəyini bilsə də məcburən soruşdu:
-Yasəməni hələ də sevirsən?
-Çox...
-Onda düşün, bir əlilin evlənməsi onsuzda çətin məsələdi, hələ ikinci dəfə imkansız kimidi... Səncə boşanmış Yasəmən çarəsizcə kimin evlilik təklifinə "hə" deyəcək?
Eldar ağrıyan çiynini əliylə tutub gülümsəyərək dedi:
-Yaxşı, razıyam. Planın nədi?
Leyla qalib gəlmiş kimi gülümsəyib dedi:
-Planım belədi...
Aydın ofisində oturub gülümsəyərək sabahı planlayırdı. Anidən telefonuna gələn zəngdən diksinib telefonu götürüb ekrana baxmadan açıb danışmağa başladı:
-Eşidirəm Nilufər.
-Of Aydın, surpriz etmək vacibdi?
-Nilufər bu gün 10-cu dəfədi zəng vurub bunu deyirsən və mən də 10-cu dəfədi deyirəmki: hə vacibdi.
-Aydın sən 8 illik rəfiqəndən nəsə gizlətməyin necə çətin olduğunu bilirsən?
-Bilmirəm və təəssüfki ömrümün sonuna kimi bilməyəcəm, çünki oğlanların rəfiqəsi olmur. Nilufər Yasəmənə zəng vurma və sabaha qədər döz xahiş edirəm.
-Əla! Siz romantika yaşayasız deyə mən əziyyət çəkəcəm. Amma rəfiqəmin xətrinə dözəcəm da.
Aydın Nilufərin bu sözlərinə gülüb masasında duran kiçik qırmızı qutunu əliylə sığallayıb:
-Bağışla da sənə bu əziyyəti çəkdirirəm, amma əmin ol bunu Yasəmən üçün edirəm. Nəysə, hələlik-deyib telefonu söndürdü. Qutunu əlinə alıb gülümsəyərək pıçıldadı: " sənə gülmək çox yaraşır gözəlim... Bütün bunları sən gül deyə edirəm mənim Yasəmənim..."

Müəllif: Cəmilə Məmmədli


Şərhlər:
Baxılıb: 2197
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz